Məhkəmə qərarları › İş №2(102)-2006/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2006/2020

11.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2006/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əliyev Mehman Əlizaman oğlunun, nümayəndəsi YYYnun, Cavabdeh vəkili Abbasov Elxan Saleh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11916/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(010)4455/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.T.Qədimov) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-218/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) İddiaçı şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(010)-4455/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2017-ci il tarixli daşınmaz əmlakın (tor paq sahəsinin) bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına torpaq sahəsinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, 16.06.2017-ci il tarixli çıxarışın və sonradan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 12-ci döngə, 258 E ünvandakı evə dair ******* nömrəli, 01.08.2017-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2019-cu il tarixli, 2(102)-4849/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və A.K.Kalbalıyev) Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-219/2019 saylı qətnamə sinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11916/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov və Ş.A.Məmmədova) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(010)4455/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin, həmçinin bu müqavilə əsasında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş ******* nömrəli, 16 iyun 2017-ci il tarixli v ə ******* nömrəli, 01 avqust 2017-ci il tarixli çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qızıdır. 000 yaşayış sahəsində yerləşən, 600 kv.m. sahəsi olan 258 nömrəli torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 1998-ci il tarixli 1589 nömrəli sərəncamı ilə ona ayrılıb. Həmin torpaq sahəsinin 150 kvadrat metrlik hissəsini üzərində özü və əri X5 tərəfindən tikilmiş yaşayış evi ilə birlikdə 05 iyun 2017-ci ildə cavabdehə bağışlayıb. Cavabdeh ərindən boşanıb. OnunV.V.V və CCCadlı iki qızı var. Cavabdeh və sonuncunun uşaqları əxlaqi cəhətdən qüsurludurlar. Bu və digər səbəblərdən oğlu YYYnun sonuncularla münasibətləri çox gərgindir. Özünün və ərinin mübahisəli torpaq sahəsini və evi cavabdehə bağışlamaqda da məqsədi bundan ibarət olub ki, sonuncular rahat yaşasınlar, oğulları LLLvə FFFin isə gələcəkdə müvafiq əmlaka vərəsəlik qaydasında iddiaları olmasın. O və əri cavabdehlə həmçinin belə razılaşmışlar ki, onlar həmin, yəni bağışlanan evdə yaşamaqda davam edəcəklər. Lakin cavabdeh mübahisəli daşınmaz əmlakı ələ keçirib, adına sənədləşdirdikdən sonra tamamilə dəyişmiş, istər onu, istər ərini, istərsə də qardaşlarını saya almamağa başlamışdır. Beləliklə, evdə dedi-qodu səngimək əvəzinə daha da çoxalmışdır. Cavabdeh Türkiyə Respublikasına getdikdən sonra isə qızı X8 onun (iddiaçının) bir neçə saat ərzində qonşuya getməsindən istifadə edərək bütün əşyalarını çölə atmışdır.V.V.V daha sonra evin bütün açarlarını ondan almış və faktiki olaraq evdən qovmuşdur. Ona görə d ə, məcburiyyət qarşısında qalıb hazırda əri ilə birlikdə oğlunun evində yaşayır. Daha sonraV.V.V evə nişansız və toysuz tanımadığı bir kişini gətirib və hazırda da onunla yaşayır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Əliyev Mehman Əlizaman oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, ob yektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Əliyev Mehman Əlizaman oğlu və nümayəndəsi YYY kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Abbasov Elxan Saleh oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmala rına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Əliyev Mehman Əlizaman oğlunun, nümayəndəsi YYYnun, Cavabdeh vəkili Abbasov Elxan Saleh oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 1998-ci il tarixli, 1589 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 000 yaşayış sahəsində 258 nömrəli sahədə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 1998-ci il tarixli, 1589 nömrəli sərəncamı ilə ayrılmış 600 kv.m. torpaq sahəsi 2003-cü ilin iyun ayında paylı mülkiyyət hüququ ilə İddiaçı, X2, Cavabdeh, YYYnun və X3 adlarına rəsmiləşdirilmişdir. 12 may 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə müəyyən olunur ki, X5, Cavabdeh, YYY və X6 yuxarıda qeyd olunan torpaq sahəsinin hər birinə ayrılıqda məxsus olan 120 kvadrat metrlik hissələrini İddiaçı bağışlamışlar. 05 iyun 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə müəyyən olunur ki, yuxarıda qeyd olunan torpaq sahəsi bütövlükdə (600 kv.m.) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmış (bununla əlaqədar olaraq iddiaçının adına 26 may 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib), həmin sahənin 150 kv.m. hissəsi iddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, ünvan ünvanında yerləşən 150 kv.m. torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşdirilmişdir (qeydiyyat tarixi: 16.06.2017). “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, 000 yaşayış sahəsi, 12-ci döngə, 258e ünvanında yerləşən 150 kv.m. torpaq sahəsi və ümumi sahəsi 72,7 kv.m. təşkil edən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşdirilmişdir (qeydiyyat tarixi: 01.08.2017). İş materiallarında olan cavabdehin təqdim etdiyi sübutlardan görünür ki, mübahisəli ünvan üzrə kommunal xidmətlərə dair sənədlər (müqavilələr) 2011-ci ildən başlayaraq Cavabdeh adınadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2019-cu il tarixli, **********00 saylı məktubundan görünür ki, cavabeh İddiaçı mübahisəli torpaq sahəsinin 0,019 ha hissəsini 05.06.2017-ci ildə X1, 0,015 ha hissəsini Cavabdeh bağışla mış, həmin torpaq sahəsinin 0,026 ha hissəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilmə yibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, bağışlama hədiyyə verənin hədiyyə alanı zənginləşdirmək məqsədi daşıyır. 05 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə hədiyyə alanın (cavabdehin) hər hansısa şərti və ya öhdəliyi yerinə yetirilməsindən asılı edilməyib. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 668-ci maddəsinə əsasən düzgün olaraq hesab etmişdir ki, 05 iyun 2017-ci il tarixli bağışlama müqaviləsi etibarlı sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.1, 673.1.2 və 673.1.3-cü maddələrində hədiyyə verənin bağışlamaqdan imtina etməsinin hüquqi əsasları təsbit olunub. Həmin maddələrə əs asən “hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə”, “hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda”, “həmçinin o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə” hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı və ya sonuncunun yaxın qohumu barəsində cinayət törətmədiyindən və bununla yanaşı, 05 iyun 2017-ci il tarixli müqavilədə cavabdehin iddiaçı qarşısında hər hansısa öhdəliyi də nəzərdə tutulmadığından hazırkı iş üzrə MM-nin 673.1.1 və 673.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçı tərəf iddianın hüquqi əs ası kimi Azərbaycan Respublikası MM-nin 673.1.2 maddəsinə istinad etməklə, cavabdehin qızıV.V.Vin iddiaçını evdən qovduğunu, əşyalarını çölə atdığını, cavabdehin isə qızının bu hərəkətlərinin qarşısını almadığını bildirmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Apelya siya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya məxsus əşyaların çölə atılıb yandırılmasına dair bildirilənləri mötəbər sübut kimi qəbul etməmiş, iddiaçı ilə cavabdeh və sonuncunun qızları arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu, bunun məhkəmə baxışı zamanı tərəflərin bir-birinə qarşı davranışından açıq aşkar müşahidə olunduğunu qeyd etmişdir. MM-nin 673.1.2-maddəsi əsas götürülməklə bağışlamaqdan imtinanın baş verməsi üçün hədiyyə alanla hədiyyə verən arasında sadəcə gərgin münasibətlərin olması kifayət etmir. Bunun üçün hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən və ya onun yaxın qohumlarının biri barəsində məhz kobudcasına pozmalıdır. Məhkəmə iddiaya qiymət verərkən h əmçinin onu da nəzərə almışdır ki, mübahisəli torpaq sahəsinin 120 kv.m. hissəsi daha əvvəl cavabdehin öz mülkiyyətində olub. Həmin 120 kv.m. 12 may 2017-ci ildə cavabdeh tərəfindən iddiaçıya bağışlanıb. Bundan 24 gün sonra- 05 iyun 2017-ci ildə iddiaçı eyni sahəni bağışlama müqaviləsi bağlamaqla faktik olaraq cavabdehin özünə qaytarmış, daha 30 kv.m. sahəni cavabdehə hədiyyə etmişdir. Beləliklə, iddiaçı tərəfindən 05 iyun 2017-ci ildə hədiyyə olunmuş sahənin böyük bir hissəsi cəmi 24 gün əvvəl elə cavabdehin öz mülkiyyətində olmuşdur. Bununla yanaşı, işin faktik hallarından görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ayrılmış sahədə üç ev tikilisi var. Cavabdehə aid olan fərdi yaşayış evi və torpaq sahəsi digərlərindən təcrid olunmuş vəziyyətdə olmaqla küçədən gir iş-çıxışı ayrıdır. Cavabdehə aid hissə üzrə kommunal xidmətlərə dair müqavilələr də cavabdehin özü tərəfindən 2011-ci ildən etibarən bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edib, ödənilmiş dövlət rüsumunu iddiaçıya aid etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrən ib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddəl ərinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11916/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar