Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2007/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının, əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununda texniki səhv) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(103)9216/2021 nömrəli qərardadın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(005)286/2021 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının, əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi, Vəkil1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(103)-9216/2021 nömrəli qərardadı ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(005)-286/2021 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Stelle Janice Elanie nümayəndəsi olan vəkili Vəkil1 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(103)9216/2021 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin nəticə hissəsində texniki səhv olaraq “iddianın təmin edilməsi” sözlərinin əvəzinə “iddianın rədd edilməsi” xahiş olunmuş, bu əsasla apellyasiya şikayətinin geri qaytarılması nəzərdə tutulmamış və apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə iddiaçının məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanun i qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsi ilə əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edildiyi halda, apellyasiya şikayətinin nəticə hissəsində həmin qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə ye ni qətnamə çıxarılmasından ibarət apellyatorun xahişi anlaşılan deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. İlk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin rmübahisəli qərardad qəbul olunan dövrdə qüvvədə olmuş redaksiyasında apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılması nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın “rədd” edilməsi xahişi texniki səhv olaraq göstərilməsi aşkardır. Belə ki, müəyyən olunur ki, iddiaçının iddia tələbi təmin olunmamış və o, öz maraqlarının müdafiəsi məqsəd i ilə yuxarı instansiyası məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı olması, onun qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan qəbul olunması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və faktlar noqteyinəzərdən əsassız olmasına dair iddiaçının mövqeyi, həmin qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə dair istəyi apellyasiya şikayətinin məzmunundan açıq-aydın müəyyən olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətində yol verilmiş texniki səhvə belə sərt yanaşılaraq, apellyasiyanın qeyri-mümkün hesab edilməsi əsassız olmuş və iddiaçının məhkəməyə müraciət etmək hüququnun pozulmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edil ən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 nümayəndəsi, Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(103)-9216/2021 nömrəli qərardadı ləğv edilsin və iş materialları iddiaçının apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar
Məhkəmə qərarları › İş №2(102)-2007/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2007/2022
14.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver