Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2007/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: ödənilmiş alimentin qaytarılması, tələbin hüquqi əsası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş alimentin qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1049/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında Səadət Sarayında xx.xx.2012-ci il tarixdə 3075 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı X1 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-590/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 14 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından anadan olmuş qadın cinsli uşağın, yəni X2 atası olmaması müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir.
3. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilmiş, İddiaçı X4 münasibətdə xx.xx.2020-ci il tarixindən etibarən aliment öhdəliyindən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində 2(103)-1350/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3832/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsi qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 iddiaçının övladı olmadığı üçün xx.xx.2018ci il tarixindən ödənilmiş 37 000 manat aliment məbləğinin Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-4415/2018 saylı qətnaməsinə əsasən iddiaçıdan üç uşağın, o cümlədən Canel adlı uşağın saxlanılması üçün əmək haqqının yarısı miqdarında aliment tutulub. Lakin sonradan başqa bir məhkəmə qətnaməsi ilə iddiaç ının Canel adlı uşağın atası olmaması müəyyən edilib.
6. İddiaçı hesab edir ki, Canel adlı uşağın atası olmadığından həmin uşaq üçün ödənilmiş məbləğ ona geri qaytarılmalıdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə məcəlləsinin 55 və 76.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, hazırki işlə eyni predmet üzrə məhkəmə araşdırması başa çatıb. Bunu iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından da görmək olar.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından 36 295 (otuz altı min iki yüz doxsan beş) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin m övqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının cavabdehin doğduğu xx.xx.2017-ci il təvəllüdlü X2 valideyni olmaması müəyyən edilib. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə uşaqları saxlamaq valideynlərin vəzifəsidir. Buna görə də iddiaçıdan həmin uşaq üçün 36295 manat (108 885:3) məbləğində alimentin tutulması müəyyən edildiyindən iddia qismən əsaslıdır və cavabdehdən 36295 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin də lilləri: - tərəflər arasında olan nikah münasibətləri pozulmuş, hər üç uşaq ananın himayəsində saxlanılmış və buna müvafiq olaraq İddiaçı aliment öhdəliyi müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddiaçının xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmaması müəyyən edilmişdir. Həmin qətnamə isə xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmişdir; - daha sonra, iddiaçı “aliment miqdarının azaldılması ” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə öz növbəsində 2(011)3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında iddia tələbini qismən təmin etmiş, iddiaçını xx.xx.2017-ci il təvəllüdlü X4 münasibətdə xx.xx.2020-ci il tarixindən etibarən aliment öhdəliyindən azad etmişdir. Məhkəmə bunu ona görə etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2020ci il tarixində qanuni qüvvəyə minmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3837/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddia tələbinin alimentin xx.xx.2018-ci il tarixindən başlayaraq tutulması hissəsinə aydınlıq gətirərək, hesab etmişdir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir, belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)590/2020 saylı qətnaməsi ilə iddiaçının Canel adlı uşağın atası olmaması müəyyən edilmiş, sözü gedən qətnamə xx.xx.2020-ci il tarixində qan uni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağılabatan hesab etmişdir. Məhkəmə qərarını həmçinin onunla əsaslandırmışdır ki, qanunverici prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olduqdan sonra onun miqdarının dəyişdirilməsini (artırılması və yə azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübuta yetirilməsidir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3832/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir; - bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini qismən təmin edərək maddi hüquq normalarının, xüsusən də prosessual hüquq normalarının pozulması ilə müşayət olunan qətnamə çıxarmışdır. MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; - məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Belə ki, MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edil məsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Hazırkı mülki işlə eyni predmet üzrə məhkəmə araşdırılması başa çatmışdır və iş üzrə məhkəmənin (hər üç instansiya üzrə) qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) vardır. Sonuncu qərar icra mərhələsini keçmiş, icra edilmişdir. Bunu iş materiallarında olan müvafiq sənədlərdən də görmək mümkündür.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1049/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1929/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı xx.xx.2017-ci il təvəllüdlü X2 iddi açının övladı olmadığı üçün xx.xx.2018-ci il tarixindən ödənilmiş aliment məbləği 37 000 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fuad Babayev)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, alimentin geri ödənilməsinin mümkünlüyü ilə bağlı Ailə Məcəllənin 109-cu maddəsində qeyd edilən şərtlər hazırkı işin hallarına uyğun gəlmir. Belə ki, hazırkı iş üzrə iddiaçıdan xx.xx.2017-ci il təvəllüdlü X2 xeyrinə aliment tutulmasına əsas olan Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin saxtalaşdırılması faktı ilə bağlı məhkəmə hökmünün olması və sözügedən qətnamənin l əğv edilməsi halı iş materialları ilə müəyyən edilmir.
16. İddiaçıdan alimentin tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilmiş, sonradan ortaya çıxmış faktlar əsasında iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X4 münasibətdə alimentin ödənilməsindən azad edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 109.2.1109.2.3-cü, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qatdasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassa siya şikayəti belə əsaslandırılıb: - Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda ödənilmiş aliment məbləği geri qaytarılır. Hazırki işdə də cavabdeh iddiaçını aldatmışdır; - sonradan cavabdeh məhkəmə iclasında həmin uşağın iddiaçıdan olmadığını bildirdiyi andan ödədiyi alimentin geri qaytarılmasını tələb etmişdir. Ödədiyi alimenti tələb etməyinin əsası ondan ibarətdir ki, həmin aliment cavabdehin iddiaçını aldatması nəticəsində ödənilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Ma ddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bil ər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
26. İddia tələbi ödənilmiş alimentin geri qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi saxlanması üçün aliment tutulan uşağın atası olmaması barədə məhkəmə qətnaməsinə istinad etmişdir.
27. Qeyd edilən iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 109.2-ci maddəsi təşkil edir. Həmin normada alimentin ödənilmiş məbləğinin geri tələb olunmasının yolverilməzliyi ilə bağlı 3 istisna hal qeyd edilib.
28. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçıdan xx.xx.2017-ci il təvəllüdlü X2 xeyrinə aliment tutulmasına əsas olan Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin saxtalaşdırılması faktı ilə bağlı məhkəmə hökmünün olması və sözügedən qətnamənin ləğv edilməsi halının mövcud olmaması, iddiaçıdan alimentin tutulmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilməsi, sonradan ortaya çıxmış faktlar əsasında isə iddiaçının xx.xx.2017-ci il təvəllüdlü X4 münasibətdə alimentin ödənilməsindən azad edilməsinə əsaslanmşdır.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır. Belə ki, mübahisəyə tətbiq edilən Ailə Məcəlləsinin 109.2-ci maddəsində alimentin ödənilmiş məbləğinin geri tələb olunmasının yolverilməzliyi ilə bağlı 3 istisna hal müəyyən edilib. Yalnız həmin 3 halların (və ya həmin hallardan birinin) müəyyən edildiyi təqdirdə, belə iddiaların təmin edilmə imkanı vardır. Hazırki işdə isə qeyd edilən normada nəzərdə tutulan istisna hal müəyyən edilməyib.
30. Kassasiya şikayətinin dəlilinə gəldikdə, həmin dəlil ondan ibarətdir ki, Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda ödənilmiş aliment məbləği geri qaytarılır. Hazırki işdə də cavabdeh iddiaçını aldatmışdır.
31. Məhkəmə kollegiyası bu dəlili qəbul etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının dəlil olaraq istinad etdiyi həmin hal Ailə Məcəlləsinin 109.2.3-cü maddəsində nəzərdə tutulub. İddiaçı dəlilində həmin maddənin tam mətnini deyil, yalnız onun bir hissəsini qeyd edib. Amma həmin maddənin tam mətninə görə aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi halında aliment o halda geri qaytarılır ki, aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunmuş olsun. Baxılan iş üzrə isə iddiaçıdan xx.xx.2017-ci il təvəllüdlü X2 xeyrinə aliment tutulmasına əsas olan Xətai rayon Məhkəməsinin 2(011)-4415/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi halı müəyyən edilməyib. Əksinə müəyyən edilib ki, iddiaçıdan alimentin tutulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçiril ib. Belə olan halda, iddiaçının Ailə Məcəlləsinin 109.2.3-cü maddəsinin düzgün tətbiq edilməsi barədə dəlili də əsassızdır.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
33. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1049/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.