Məhkəmə qərarları › İş №2(102)-201/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-201/2024

16.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-201/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: atalığın müəyyən edilməsi və sair tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3413/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 1998-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla birlikdə yaşamağa başlamış, nikahlarını xx.xx.2003-cü il tarixdə rəsmiləşdirmişlər.

2. Onların 11 mart 1999-cu il tarixdə Murad adlı, 30 iyun 2006-cı il tarixdə Rəsul adlı uşaqları doğulub və doğum haqqında şəhadətnamələrdə ata qrafasında “İddiaçı”, ana qrafasında isə “Cavabdeh” yazılmışdır. 3. 22 sentyabr 1999-cu il tarixli, 18 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, İddiaçı ərizəsi əsasında, 11 mart 1999-cu il təvəllüdlü Rəhimov Muradın ata haqqında məlumat qrafasında onun adı, yəni İddiaçı olaraq qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2006-cı il təvəllüdlü X1 atası İddiaçı olmamasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuş və bu münasibətlərindən övladları olmamışdır. Cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri-rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt o, cavabdehlə rəsmi nikahda olmamış və uşağı saxlamağa etiraz etməsə də uşaq evindən götürülmüş xx.xx.1999-cu il təvəllüdlü Murad Rəhimova münasibətdə atalığı qəbul etməmiş və bununla bağlı razılıq verməmişdir. Sonradan 19 aprel 2003-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olub yaşasa da övladları olmamış və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına gedərək orada işləyib qalmışdır. Bir neçə il sonra Bakı şəhərinə qayıtdıqda cavabdehin başqa şəxsdən xx.xx.2006-cı il təvəllüdlü Rəsul Rəhimzadə adında ikinci uşağının olduğunu görmüş və bununla bağlı aralarında mübahisə yaranmışdır. Cavabdehin xəyanətindən sonra Rusiya Federasiyasına qayıtmış və cavabdehlə əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edərək 1999-cu il təvəllüdlü Murad Rəhimov və xx.xx.2006-cı il təvəllüdlü Rəsul Rəhimzadə adlı uşaqlara doğum haqqında şəhadətnamə almış və rəsmi nikahda olduqları üç ün uşaqların ataları kimi onun adını vermiş və doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı yazılmışdır. xx.xx.2006-cı il təvəllüdlü Rəsul Rəhimzadənin anadan olmasından 9 ay əvvəl o Azərbaycanda olmamışdır və həmin müddətə cavabdehdə Azərbaycandan kənarda olduğundan uşağın atasının o, olması istisnadır. Bununla bağlı AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyi tərəfindən DNT testi keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Rəsul Rəhimzadənin bioloji atasının iddiaçının olması inkar olunmuş, bu əvvəlki məhkəmə qətnamələrində də öz əksini tapmışdır.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-458/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 atası olmaması müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X1 doğum akt qeydinin ata qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, valideynlər öz aralarında nikahda olduqda nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın atası və anası kimi qeyd olunur. Tərəflər arasında atalıq və analıq barədə mübahisə olduqda isə mübahisə məhkəmə yolu ilə həll olunur. Atalıq faktına dair mübahisənin həlli isə xüsusi bilik etdiyindən ekspert rəyi əsasında müəyyən edilə bilər. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli 647/2019 nöm rəli rəyini həm nəzəri, həm də elmi-tədqiqi baxımından kifayət qədər əsaslandırıldığı üçün mötəbər sübut kimi qəbul edir. Həmin rəyə əsasən İddiaçı ekspertizaya təqdim olunmuş X3 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3730/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsində də ekspert rəyinə qiymət verilmiş və onun mötəbərliyi mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən xx.xx.2016-cı il tarixli qərarına əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir

8. Məhkəmə iddiaçının iddia tələbinin “doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, doğum şəhadətnaməsi müvafiq doğum qeydinə əsasən verildiyindən doğum qeydi ləğv edilmədən doğum barədə şəhadətnamədə iddiaçının adının ləğv edilməsi mümkünsüzdür. Ona görə də iddia tələbi həmin hissə qismən təmin olunmalı xx.xx.2006-cı il təvəllüdlü X1 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydi ləğv edilməli id dia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında müvafiq qeyd ləğv edildikdən sonra doğum şəhadətnaməsində də həmin qeydlərin ləğvi üçün əsasdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43, 46.1, 46.2, 47.1 və 47.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3413/2023 nömrəli mülki iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 22 fevral 2023-cü il tarixli qətnaməsi qismən- iddia tələbinin təmin edilən, yəni İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 atası olmaması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X1 doğum akt qeydinin ata qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və həmin hissədə iddianın rədd olunması qət edilmişdir. 12.Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırmaları zamanı həm də iddiaçı ilə uşağın körpə vaxtlarından doğma ata övlad münasibətlərində olması (cavabdehin izahat, təqdim olunmuş fotoşəkillər) müəyyən olunmuşdur. İddiaçı bu halı inkar etməmişdi r. 13.Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı 06 iyun 2006-cı ildə birgə nikahdan doğulmuş uşağı Rəsulun atalığı ilə bağlı mübahisəni 12 ildən sonra qaldırmışdır. 14.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi yoxlanılarkən, həmin tələbin məhz uşaq hüquqları ilə bağlı olması səbəbindən yuxarıda qeyd olunan xüsusatlarla yanaşı, həmin uşağın hazırda 17 yaşının olması kimi mühüm məqam da mütləq nəzərə alınmalıdır. 15.Məhkəmə kollegiyası bildirir ki, hazırkı işin müəyyən olunmuş faktiki hallarına istinad olunan maddi hüquq normalarının tətbiqi zamanı belə qənaət hasil olur ki, iddiaçının bu tələbi təmin oluna bilməz. Çünki iddiaçı tələbinin əsaslığına dair məhkəməyə biri digəri ni tamamlayan, təkzib olunmazlıqla bağlı tələblərə cavab verən və əsaslı şübhədən kənar sübut verə bilməmişdir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44, 45.1, 46.1, 47.1-ci maddələrinin, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddələrinə, habelə “Uşaq hüquqları haqqında” Konvensiyasının 7.1, 8, 18-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 17.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 18.Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya i nstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə iş üzrə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. 19.Kassator bildirmişdir ki, apelyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, işdə olan mötəbər dəlillərə ( DNT analizinə) qərəzli olaraq qiymət verməmişdir. Kassator qeyd etmişdir ki, DNT analizinin nəticəsindən aydın şəkildə müəyyən olunur ki, Rəsul adlı uşaq onun övladı deyil və atalığın mübahisələndirilməsi ilə bağlı onun iddia tələbi tamamilə əsaslıdır. Bu fakt əvvəllər də apellyasiya və kassasiya instansiya məhkəmələrində araşdırılmış və ekspertizalar təyin olunaraq uşağın onun övladının olmaması məhkəmələr tərəfindən təsdiq olunmuşdur, lakin iddia tələbində şəhadətnamədəki qeydin etibarsızlığı ilə bağlı tələb qoyulduğundan iddia təmin olunmamış, buna görə iddia tələbini düzgün qoyularaq məhkəməyə müraciət edilməsi izah edilmişdir. Məhkəmələrin həmin tövsiyələrinə əsaslanaraq düzgün formada məhkəməyə müraciət edəndə isə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 saylı qətnaməsi ilə hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi ilə bağlı hüququnu pozmuş, işə hərtərəfli, obyektiv, qərəzsiz baxmaq əvəzinə, işə müfəssəl hüquqi qiymət verməmiş, əksinə cavabdehin maraqlarına xidmət edən qanunsuz və əsassız mövqe tutmuşdur. Bununla da ədalətli məhkəmə araşdırması ilə bağlı onun konstitusiya ilə müəyyən olunmuş hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə isə onun üçün preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnamələrinə əhəmiyyət vermədən qeyrimüəyyən tibbi-bioloji analizin qeyri-dəqiq nəticəsinə əs aslanmış, cavabdehin formal və ziddiyyətli izahatlarına, Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə müəyyən edilmiş maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Kassator bildirmişdir ki, məhkəmə tərəfindən sübutetmə yükü düzgün müəyyən edilməmiş, onun öz iddiasının əsası kimi Rəsul adlı uşağın bioloji atası olmaması DNK genetik ekspertizanın nəticəsi ilə sübut edilməsinə və cavabdehin təkzib edə bilməməsinə baxmayaraq, cavabdeh bunu mübahisələndirmiş, bu zaman da, öz etirazının əsası kimi sübutetmə yükü onun üzərinə düşmüşdür. Bunun üçün hətta məhkəmə cavabdeh tərəfin vəsatəti ilə yenidən ekspertiza keçirilməsi barədə qərardad çıxarmış, lakin xx.xx.2023 il tibbi-bioloji ekspertizanın nəticə hissəsində “atası olması inkar olunmadı” yəni atası olub-olmamasını ekspert deyə bilmirəm kimi qeyri-müəyyən rəy vermişdir. Bu da onu göstərir ki, iddiaçının sübutunun qarşısında iddiaya etiraz edən şəxs heç bir mötəbər dəlil çıxara bilməmişlər. Bundan əlavə bildirilir ki, apellyasiya instansiyasının qətnaməsinə nəzər yetirsək görərik ki, sübutetmə yükünü yalnız onun üzərimə qoyur, cavabdeh isə yalnız izahat verir və onun izahatı nədənsə iddiaçının izahatımdan və ekspert rəylərindən məhkəmə üçün daha üstün olur. Məhkəmə bununla bağlı mövqeyini Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə istinadla deyil, özünün subyektiv baxışı, mülahizə və təsəvvürləri ilə, eləcə də Türkiyə Respublikasının Ana Yasası və X9 289 maddəsinə əsaslanmışdır. Kassator hesab edir ki, bununla da məhkəmə MPM-nin 77-ci maddəsinin t ələblərini pozmuşdur. 20.Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Ailə Məcəlləsinin 46.1, 46.2, 47.1-ci maddələrinə, habelə Mülki Prosesual Məcəllənin 77.1, 88, 103, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh etirazında kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazında Rəsul Rəhimzadənin həqiqətən iddiaçının övladı olduğunu, onun uşaqlara aliment ödəməkdən boyun qaçırmaq üçün məhz belə bir iddia qaldırdığını qeyd edərək, kassasiya şikayətinin də əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 22.Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ana nın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 23.Maddə 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 24.Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 25.Maddə 44.4.Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 26.Maddə 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 27.Maddə 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun ra zılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 28.Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 29.Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 30.Maddə

4. Azərbay can Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

31. Maddə

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hərhansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 32.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 38.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 39.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 40.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi üçün əsaslar yoxdur. 41.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 42.Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan 30 iyun 2006-cı il tarixdə onların X3 adlı övladları doğulmuşdur. 43.Hazırda iddiaçı bildirir ki, o, həmin uşağın atası deyil, başqa sözlə, həmin uşaq ondan deyil, başqa şəxsdən törəmişdir, iddiaçı məhkəmə qaydasında bu halın müəyyən olunmasını tələb edir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanunu əsasını Ailə Məcəlləsinin birlikdə götürülmüş 44.2 və 47.1-ci maddələri təşkil edir. 44.Həmin Məcəllənin 44-cü maddəsi uşağın mənşəyinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir. 45.Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.Hazırkı işdə uşağın tərəflərin nikahda olduqları vaxt doğulması işin mübahisələndirilməyən halıdır. Belə olan halda qanunun istinad olunan normasının tələbinə əsasən bəlli olur ki, nikah vaxtı doğulmuş uşağın ata və anası nikah şəhadətnaməsində qe yd olunan şəxslərdir. Bununla da müəyyən olunur ki, nikahda olan şəxslərdən doğulan uşağın valideynlərinin nikah şəhadətnaməsində qeyd edilən şəxslərin olmasına dair qanuni prezumpsiyası qüvvədə olmuş olur. 47.Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Bu isə o, deməkdir ki, qanunun tələbinə görə tərəflər Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra onların həmin nikahdan 30 iyun 2006-cı il tarixdə doğulan övladı X1 atası iddiaçı hesab olunur. İddiaçı həmin uşağın ondan törəmədiyini iddia edir, Ailə Məcəlləsinin 47.1-ci maddəsi ona belə bir imkan, yəni uşağın atası olmadığını mübahisələndirmək imkanı tanıyır. Prezumpsiya əksi sübut edilə bilən ehtimal olduğundan, bunun əksini iddia edən şəxs mü vafiq sübutlar təqdim etməklə prezumsiyanı aradan qaldıra bilər. Demək ki, iddiaçı sübut etməlidir ki, cavabdehlə nikahda olduğu vaxtda, yəni 30 iyun 2006-cı ildə doğulmuş uşağın atası o, deyil. 48.İddiaçı bununla bağlı məhkəməyə öz izahatını, bir də tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisəsi zamanı əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2019cu il tarixli ekspert rəyini təqdim etmişdir. 49.Cavabdeh iddiaya qarşı etiraz edir və bildirir ki, iddiaçı uşağın atasıdır, o özü də bunu yaxşı bilir, lakin uzun müddət yığılıb qalmış küllü miqdarda aliment borcunu ondan tələb etməsi zəminində tərəflər arasında mübahisə yaranmış, məhz həmin borcu ödəməkdən yayınmaq üçün iddiaçı (uşağın doğulmasından 10 ildən artıq bir müddət keçdikdən sonra) qərəzli olaraq belə bir iddia qaldırmışdır. Cavabdeh etirazının əsası kimi öz izahatından başqa qüvvədə olan məhkəmə aktlarına, iddiaçının uşağın körpə olduğu vaxta aid birgə fotoşəkillərinə, eləcə də iki fərqli vaxtlarda əldə olunmuş ekspert rəylərinə istinad etmişdir. 50.MPM-in 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübut hesab edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 51.Bu baxımdan qiymətləndirildikdə iddiaçının izahatı onun tələbinin təmini üçün əsas vermir, çünki o, izahatında uşağın doğulmasından 9 ay qabaq ölkədən getdiyini bi ldirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. 52.İddiaçının təqdim etdiyi digər sübut- xx.xx.2019-cu il tarixli genetik ekspert rəyi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. 53.Əvvəla, qeyd olunmalıdır ki, həmin rəy bilavasitə bu iş üzrə deyil, hazırkı tərəflər arasında olan başqa bir iş üzrə verilmişdir, bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin rəy hazırkı mübahisənin həlli baxımından sübut kimi qəbul olunaraq qiymətləndirilməlidir. Rəyin özünə gəldikdə isə qeyd olunmalıdır ki, rəyin nəticə hissəsində iddiaçının ekspertizaya təqdim olunmuş X3 adlı uşağın bioloji atası olmasının inkar olunmasına baxmayaraq, onun əsaslandırıcı hissəsində uşaqla iddiaçının testə uğradılan bütün STR lokusları arası nda tam şəkildə uyğunluğun aşkarlanmadığı qeyd edilmişdir. Məlum məsələdir ki, tam uyğunluğun olmaması, hələ, ümumiyyətlə uyğunluğun olmaması demək deyildir. Cavabdehin vəkili də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin rəyin əsaslandırıcı hissəsi ilə nəticə hissəsində olan bu xüsusatı qeyd etmişdir. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təkcə qeyd edilən xüsusat öz-özlüyündə həmin rəyin nəzərə alınmaması üçün əsas hesab oluna bilməz. 54.Hazırkı işin hallarından da göründüyü kimi, cavabdeh iddiaya qarşı etiraz etmişdir. Cavabdeh etirazının əsası kimi öz izahatından başqa, həm də qüvvədə olan məhkəmə aktlarına, iddiaçının uşaqla birgə olan fotoşəkillərinə, eləcə də iki fərqli vaxtlarda əldə olunmuş ekspert rəylərinə istinad etmişdir. Belə olan halda cavab dehin iddiaya qarşı etiraz dəlilləri yoxlanılmalıdır. 55.Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən edilərək, sonuncudan 11 mart 1999-cu ildə anadan olmuş X6 və 30 iyun 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 100 manat olmaqla alimentin və yardıma ehtiyacı olan arvadı Cavabdeh xx.xx.2009-cu il tarixdən əmək qabiliyyətli hesab edildiyi tarixədək hər ay sabit pul məbləğində 65 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən olunur ki, İddiaçı ölkə xaricində olduğu müxtəlif vaxtlarda arvadı Cavabdeh xx.xx.2005-ci il tarixdə 618 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dol ları, xx.xx.2005-ci ildə 309 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2006-cı ildə 1000 ABŞ dolları, xx.xx.2006-cı ildə 500 ABŞ dolları, xx.xx.2007-ci ildə 1000 ABŞ dolları və xx.xx.2007-ci ildə 1000 ABŞ dolları məbləğində pul köçürmüşdür. 56.Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün inzibati qaydada həbs edilmişdir. 57.Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə alimentin ödənilməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini icra etmədiyinə görə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 58.Şirvan Apelly asiya Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmündən məhkum edilmiş şəxs İddiaçı Feyzulla oğlunun müdafiəçiləri X4 və X2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasika şikayətləri qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum edilmiş şəxs İddiaçı CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına qədər azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, «məhkum edilmiş şəxsin müdafiəçisi X2 apellyasiya şikayətin in dəlillərinə və məhkumun söylədiklərinə uyğun çıxış edərək əlavə etdi ki, məhkum edilmiş şəxsin həbsdə qalması və bunun nəticəsində uşaqların alimentdən məhrum olunması, əslində məhz həmin uşaqların məhrumiyyətlərə düçar olmasına gətirib çıxaracaqdır. Məhkum edilmiş şəxs 11 mart 1999-cu ildə anadan olmuş Murad Rəhimov və 30 iyun 2006-cı ildə anadan olmuş Rəsul Rəhimzadə adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtı-vaxtında ödəyəcəyinə söz verir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası həmin qərarı ilə İddiaçı barəsində olan hökm (müdafiə tərəfinin həmin dəlilləri nəzərə alınmaqla) dəyişdirilərək onun cəzası 6 ay azaldılmışdır. 59.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2019-cu il tarixli rəyin ə əsasən, X3 adlı uşaq barəsində İddiaçı atalıq faktı inkar olunmadı. 60.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” Birliyinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən də İddiaçı ekspertizaya təqdim olunmuş X3 barəsində atalıq faktı inkar olunmadı. 61.Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəylərini araşdırıb qeyd etmişdir ki, iki müxtəlif vaxtlarda keçirilmiş bioloji ekspert rəyləri ilə iddiaçının 06 iyun 2006-cı ildə doğulmuş X1 atası olması inkar olunmamışdır. 62.Beləliklə də, cavabdehin iddiaya etirazında istinad etdiyi: uşaqlara görə alimentin tutulmasına dair qüvvədə olan məhkəmə qətnaməsi; həmin qətnamə ilə müəyyən olunmuş iddiaçının ölkədən kənarda olduğu müxtəlif vaxtlarda davamlı olaraq cav abdehə (uşaqlarına) dolanışıq xərci göndərməsi; alimentin ödənilməsinə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati həbs olunması; alimentin ödənilməsinə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə CM-in 306.1-ci maddəsi əsasən məhkum olunması; həmin hökmdən verdiyi apellyasiya şikayətinə baxılarkən himayəsində iki uşağının olmasını, həbsinin uşaqların taleyinə mənfi təsiri olacağının nəzərə alınmasına, eləcə də 30 iyun 2006-cı ildə anadan olmuş Rəhimzadə Rəsul adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtı-vaxtında ödəyəcəyinə dair bəyanatları; 63.Eləcə də, iki müxtəlif vaxtlarda keçirilmiş bioloji ekspert rəyləri ilə iddiaçının uşağın atası olmasının inkar olunmaması kimi, biri digərini tamamlayan v ə uyğun gələn əhəmiyyətli hallar iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli genetik (DNK) ekspert rəyinə tənqidi yanaşılması üçün tam əsas verir. 64.MPM-in 103.1ci maddəsində də təsbit olunmuşdur ki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. 65.Məhkəmə araşdırmaları zamanı həm də iddiaçı ilə uşağın körpə vaxtlarından doğma ata övlad münasibətlərində olması (cavabdehin izahat, təqdim olunmuş fotoşəkillər) müəyyən olunmuşdur. İddiaçı bu halı inkar etməmişdir. 66.Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı 06 iyun 2006-cı ildə birgə nikahdan doğulmuş uşağı Rəsulun atalığı ilə bağlı mübahisəni 12 il sonra qaldırmışdır. 67.Apellyasi ya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının hazırkı tələbi yoxlanılarkən, həmin tələbin məhz uşaq hüquqları ilə bağlı olması səbəbindən yuxarıda qeyd olunan xüsusatlarla yanaşı, həmin uşağın hazırda 17 yaşının olması kimi mühüm məqamı da mütləq nəzərə alınmalıdır. Çünki (başqa sözlə desək) iddianın təmin olunması həm də o anlama gəlir ki, 2006-cı ildə doğulmuş və hazırda 17 yaşı olan uşaq bundan sonra özünə“yeni ata tapmalıdır”. Bunun isə həmin uşaq üçün qeyri-müəyyən və eyni dərəcədə də müşkül olan hüquqi tərəfindən başqa, həm də hansı ağır mənəvi, psixoloji sarsıntılara, eləcə də gələcək həyatına münasibətdə bədgümanlığa səbəb olacağı bəri başdan görünəndir. Belə bir vəziyyətin isə həm daxili qanunvericilik, həm də beynəlxalq hüquqi aktlarda təsbit olun muş uşaq hüquqlarının yüksək qorunmasına verilən təminat baxımından yolverilməz olduğu şəksizdir. 68.Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı cavabdehlə ailə qurduqdan sonra ondan uşağının olmadığını bilib və hətta 11 mart 1999-cu il tarixdə doğulmuş Murad adlı uşağın övladlığa götürülüb saxlanılmasına etiraz etməmişdir. Yəni, iddiaçı cavabdehlə birgə nikahından 30 iyun 2006-cı il tarixdə doğulmuş Rəsul adlı uşağın da atası kimi yazılmış və ötən 17 il müddət ərzində bu qeydə etiraz etməmiş, özünün həmin uşağın həqiqi valideyni olmadığını bildirməmiş, əksinə 13 iyun 2007-ci il tarixədək müxtəlif vaxtlarda sözügedən uşağın, habelə ailənin sa xlanılması üçün cavabdehin bank hesabına müxtəlif məbləğlərdə pul köçürmüş və bir valideyn kimi üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. 69.Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddiaçının 17 ildən sonra 30 iyun 2006-cı il tarixdə doğulmuş Rəsul adlı uşaq barədə atalığa dair mübahisə açması haqqında tələbini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edil məsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-3413/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar