Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2010/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “ X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:müki işin kassasiya baxışından çıxarılması barədə 20.08.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)253/2025 saylı qətnaməsindən və 8 aprel 2025-ci il tarixli, 2(103)-253/2025 saylı əlavə qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayıb Müəyyən etdi:
1. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)-253/2025 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(005)-162/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş və cavabdehin istinad etdiyi 06 oktyabr 2022-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, iddiaçıdan əsassız alınmış 1.640 manat, maddi zərər və məhkəmə xərci kimi ödənilmiş cəmi-174,60 manat olmaqla, ümumilikdə 1.814,6 manat və 35 manat apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
2. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 aprel 2025-ci il tarixli, 2(103)-253/2025 saylı əlavə qətnaməsi ilə idd ia tələbi “mənəvi zərər tələbinə aid” hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi kimi 200 manatın tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Cavabdeh, 01 aprel 2025-ci il tarixdə qətnamədən, 16 may 2025-ci il tarixdə isə əlavə qətnamədən kassasiya şikayətləri vermişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(102)-2010/2025 saylı qərardadı ilə cavabdehin sözügedən qətnamə və əlavə qətnamədən verdiyi kassasiya şikayətləri icraata qəbul edilərək, kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
5. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri mülki prosessual normaların tələblərinə zidd olaraq icraa ta qəbul olunduğundan, icraata qəbul qərardadı ləğv edilərək, mülki iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
6. Belə ki, Azərbaycan Respublikası MPM-in 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.
7. Həmin Məcəllənin 407.1 və 407.1.4-cü maddələrində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində...maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması...göstərilməlidir.
8. Həmçinin, kassasiya şikayətinin formasına dair 3 saylı Əlavənin 5-ci bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində göstərili r ki, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməməsinin nədər ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
9. Həmin Əlavənin 6-cı bəndində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində isə göstərilir ki, şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.
10. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin formasından və məzmunundan görünür ki, kassasiya şikayətlərində şikayət edilən qətnamə və əlavə qətnamə çıxarılarkən pozulduğu və düzgün tətbiq edilmədiyi iddia olunan maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilsə də, kassatorlar həmin normaların qarşısında pozuntunun və düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqelərini aydın şəkildə ifadə edən hər hansı izah verməmişlər.
11. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən kassasiya şikayətlərinə əsasən işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığı halda, apellyasiya inst ansiyası məhkəməsi kassasiya şikayətlərinin mülki prosessual normaların tələblərinə uyğunluğunu lazımi şəkildə yoxlamadan, həmin normaların tələblərinə cavab verməyən kassasiya şikayətlərini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
12. Azərbaycan Respublikası MPM-in 417.1 və 417.1.7-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya instanmsiyası məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
13. Görü ndüyü kimi, cavabdehin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və əlavə qətnaməsindən verdiyi kassasiya şikayətləri yuxarıda sadalanan mülki prosessual normaların tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
14. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(103)253/2025 saylı qətnaməsindən və 8 aprel 2025-ci il tarixli, 2(103)-253/2025 saylı əlavə qətnaməsindən verdiyi kassasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(102)-2010/2025 saylı qərardadı ləğv edilməli, kassasiya şikayətləri kassasiya baxışından çıxarılmaqla, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Ba kı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7, 419.1, 419.4-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Cavabdeh X kassasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(102)-2010/2025 saylı qərardadı ləğv edilsin. Cavabdeh X kassasiya şikayətləri kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.