Məhkəmə qərarları › İş №2(102)-203/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-203/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-203/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili X8 oğlunun iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1098/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: X7 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. İddiaçı X3 bacısı, Cavabdeh isə mərhumun qeyri-rəsmi arvadıdır. X3 ölümündən sonra İddiaçı onun qəbri üzərinə başdaşı quraşdırmış, lakin sonradan həmin başdaşı Cavabdeh tərəfindən yenisi ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş və o, qa rdaşının dəfnini təşkil edərək, yas mərasimini keçirmişdir. Mərhum qardaşı X2 dəfn xərcləri ilə bağlı, yəni torpaq yerinin alınması, başdaşının düzəldilməsi və sair xərclərlə əlaqədar əri X1 tərəfindən təxminən 1500-2000 manat xərclənmişdir. Lakin mərhumla qeyri-rəsmi evli olmuş Cavabdeh tərəfindən qardaşının başdaşı dəyişdirilərək, başqa başdaşı ilə əvəz edilmişdir. Cavabdeh bu barədə ona heç bir məlumat verməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş və maddi ziyan dəymişdir. Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(030)-299/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Əliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona zərər vurulmasını təsdiq edən mötəbər süb ut təqdim etməmiş və bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Digər tərəfdən iş üzrə iddiaçının etirafı və cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı mərhum qardaşına məxsus olmuş və miras qalmış avtomobilə dair vərəsəlik haqqında şəhadətnamə almış və həmin avtomobili 4000 manata sataraq, əldə edilmiş vəsait hesabına mərhuma başdaşı quraşdırmış, habelə yas mərasimi keçirtmişdir. Göründüyü kimi iddiaçı başdaşını öz şəxsi vəsaiti hesabına deyil, miras əmlakın satılmasından əldə edilmiş vəsait hesabına quraşdırmışdır. Belə olan halda isə iddiaçı cavabdehdən dəymiş zərər kimi 10000 manat tələb etməkdə haqlı deyildir. Digər tərəfdən iddiaçı hüquqi baxımdan başdaşı quraşdırmağa borclu olmamış və bu səbəbdən miras qoyanın 23 illik həyat yoldaşı tərəfindən əvvəlkidən daha ke yfiyyətli və bahalı başdaşı quraşdırması məsələsini mübahisələndirməkdə iddiaçı haqlı hesab oluna bilməz. Göstərilənləri ümumiləşdirən məhkəmə cavabdehin əməlində iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizlik mövcüd olmamışdır. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(030)-299/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1098/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ş.M.Ə liyevadan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(030)-299/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh uzun illər faktiki ər-arvad münasibətində olduğu X2 məzar daşını yenisi ilə əvəzləməkdə iddiaçıya maddi və mənəvi zərər yetirmək niyyətində olmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1098/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları nəzərə alınmadan, heç bir araşdırma aparılmayaraq, cavabdeh tərəfindən yenidən quraşdırılmış başdaşının əvvəlkidən qat-qat bahalı, keyfiyyətli olmaqla cavabdehin öz şəxsi vəsaiti hesabına ucaldılması qənaətinə gəlinərək qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsindən ibarət prosessual qanunvericiliyin prinsipini pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştira kçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili X8 oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyas iya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəx siyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzin i ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəs inə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş ziyanla bağlı iddianın sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcu d olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Belə ki, məhkəmə kollegiyası işin faktiki hallarını araşdırmış məhkəmələrlə razılaşaraq qeyd edir ki, tərəflərin mərhum yaxın qohumu olan şəxsin qəbrinin üzərinə quraşdırılmış başdaşının dəyişdirilməsi qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. Çəkişmə prinsipinin pozulmasına dair kasasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin o, məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmənin Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə istinad etməklə, işə iddiaçının iştirakı olmadan b axılmasında prosessual qanunvericiliyin pozuntusu olmamışdır. Kasasiya şikayətinin işin halları nəzərə alınmaması və heç bir araşdırma aparılmaması ilə bağlı dəlillərinə münasibət bildirilərək qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1098/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar