Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2035/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələrin əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 7 mart 2025-ci il tarixli 2(103)-909/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsəpaşa oğluna, Cavabdeh3 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqaviləni doğuran hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adından Cavabdeh2 arasında bağlanılmış 21 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi ləğv edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və eləcə də Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 15 iyul tarixli 2(008)-1408/2024 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi təmin edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2025-ci il 7 mart tarixli 2(103)-909/2025 nömrəli qətn aməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və ləğv edilən hissədə iddia rədd olunmuşdur.
4. Cavabdeh2 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 30 may tarixli 2(102)-2035/2025 nömrəli qərardadı ilə kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayətli mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən, 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və qərardadlardan mülki iş üzrə tərəflər, tələblərinin təmin olunmadığı hallarda şikayət verə bilərlər. Lakin mülki işdən görünür ki, iddianın təmin olunmadığı halda, cavabdeh həm apellyasiya, həm də kassasiya şikayəti vermişdir. Halbuki, cavabdehin maraqlarına və mənafeyinə toxunan tələblərinin təmin olunmadığı bir hal yoxdur. Odur ki, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.
7. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
8. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli Qərardadına müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasın da baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir.
9. MPM-ə uyğun olaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2). 10.Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).
11. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şika yətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il 30 may tarixli 2(102)-2035/2025 nömrəli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.