Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2040/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: x3 və ləğv prosesində olan Cavabdeh1 x6 İddia tələbi: əmanətlərin kompensasiya ödənilməsi tam sığortalanmış əmanət hesab edilməsi və (Açar sözlər: əmanətlərin tam sığortalanması, müqavilənin avtomatiq uzadılması, sübutların qiymətləndirilməsi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdeh x1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-11932/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 x6 (bundan sonra – Bank) arasında bağlanmış 30.09.2016-cı il tarixli, 70260319-24 nömrəli və 70260319-26 nömrəli “Bank əmanəti” müqavilələrinə (Göy Əmanət) əsasən iddiaçı tərəfindən Banka 12 ay müddətinə müvafiq olaraq 1 212 592 manat və 1 300 000 manat əmanət yerləşdirilmiş, Bank əmanətləri qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 14 faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə lərin 5.2-ci bəndinə əsasən müqavilə müdətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. 02 mart 2016-cı tarixindən etibarən x2 (bundan sonra - Fond) üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanmış hesab edilmişdir. x5 Palatasının (bundan sonra – Palata) Direktorlar Şurasının 23.12.2017-ci il tarixli qərarı ilə Bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılmış, Fond Bankın ləğvedicisi təyin olunmuşdur. Əmanət müqavilələri üzrə 2 539 393,08 manat təşkil edən hesabda qalıq vəsaiti 23 fevral 2018-ci ildə kre ditor tələb kimi Bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı Banka və Fonda qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək depozit hesabında olan 2 539 393,08 manat məbləğində pul vəsaitinin sığortalanmış hesab edilməsi və qorunan əmanət kimi Fonddan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin olaraq əmanətinin əvəzləşdirilməsi ilə bağlı Fonda müvafiq qaydada müraciət etsə də, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 25 dekabr 2015-ci il tarixli 157/1-AZN nömrəli girov müqaviləsinə əsasən girova qoyulmuş depozitin məbləği 1 300 000,00 manat təşkil etmiş, 20 may 2016-cı il tarixdə girov müqaviləsinə əlavə saziş bağlan ılmış və girova qoyulmuş depozitin məbləği 1 212 592,00 manat təşkil etmiş, həmin məbləğlər bloklaşdırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2987/2017 nömrəli iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2018-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək işin icraatına xitam verilmişdir. Həmçinin Bankla bağlanan zaminlik müqaviləsinə əsasən depozit tələbinə “xxxxxxxxxxxxx” MMC-nin kredit öhdəiliyinə zamin dayanıb. Həmin hüquqi şəxslə Bank arasında bağlanılan 03.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat kredit ayrılıb. 25.12.2015-ci il tarixli girov müqaviləsi üzrə girova qoyulmuş depozitin məbləği ******* manat təşkil etmiş, başqa bir girov müqaviləsi üzrə ******* manat təşkil et mişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmanəti kredit müqaviləsi üzrə təminat kimi qeydə alındığı üçün həmin dövrdə mövcud olan “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsinə əsasən qorunmayan əmanət statusuna aid edilmişdir. İddiaçı əvvəllər də kredit borcu ilə əmanətinin əvəzləşdirilməsi barədə iddia qaldırmış, apellyasiya məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilərək iddiaçıya izah olunmuşdur ki, Bankın iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməlidir. Digər tərəfdən, 1 oktyabr 2017-ci il tarixində əmanət müqaviləsi üzrə müddət bitmiş və müqaviləyə müvafiq olaraq müddət 1 il müddətinə 16% dərəcəsi ilə uzadılmış, müqavilədə nəzərdə tutulmuş və tərəflərin iradə ifadəsi ilə əhatə olunmuş şərtlərlə avtoprolonqasiya edilmişdir. Sonradan iddiaçı faizin aşağı salınması ilə bağlı müraciət etməmiş, bununla da əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinin təsirinə düşməmiş və qorunan əmanət statusunda olmamışdır. Nəhayət, iddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmışdır. Ona görə də hazırkı mübahisəyə ayrıca iddia icraatı qaydasında deyil, Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3111/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məh kəməsi) 2(103)-11932/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçı Fonda qarşı əvvəllər də iddia qaldıraraq müvafiq əmanət məbləğinin Banka olan kredit öhdəliyi ilə əvəzləşdirilməsini istəmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2018-ci il tarixli qərardadı iləhəmin qətnamə ləğv edilərək işin icraatına xitam verilmişdir. Məhkəmə işin bilavasitə iddiaçının özünün bildirdiyi, eləcə də sözügedən məhkəmə aktları ilə müəyyən ed ilən hallarına istinadla, həmçinin müəyyən etmişdir ki, iddiaçının Banka yerləşdirdiyi əmanət məbləğləri üzrə faiz dərəcəsi sonradan 16%-ə artırılmış, bununla da əmanət qorunmayan əmanət statusunda olmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddianın əsassız olmasını eyni zamanda iddiaçının əmanət məbləğlərinin Bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulduğunun işin mübahisələndirilməyən halı olması və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2-ci maddələrinə, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 2.1.2, 2.1.3, 2.1.6, 2.1.11, 2.1.20 və 26.2-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1 və 4.2-ci maddələrinə, “Banklar haqqında” Qanunun 77 və 82-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etira z, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİİ hissəsində təsbit olunmuş hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması prinsipi pozulmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin əsassız olduğunu bildirərək, on un təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyi və bunun səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq x1 Himayəçi lik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən... tam sığortalanır. Apelyasiya instansiyası məhkəməsi iddianın əsassız olmasını ilk növbədə iddiaçının Banka yerləşdirdiyi əmanət məbləğləri üzrə faiz dərəcəsinin sonradan 14%-dən 16%-ə artırıldığı və bununla da əmanətin qorunmayan əmanət statusunda olduğu ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etməd ən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi iddiaçının Banka yerləşdirdiyi əmanət məbləğləri üzrə faiz dərəcəsinin sonradan 16%-ə artırıldığı və bununla da əmanət qorunmayan əmanət statusunda olduğu barədə halı müəyyən edərkən iddiaçının özünün bununla bağlı izahatına, habelə tərəflər arasında daha əvvəl mövcud olmuş məhkəmə aktları ilə müəyyən edilmiş hallara istinad etmişdir. Lakin işə baxılarıkən iddiaçı tərəfindən belə məzmunda şifa hi və ya yazılı izahat verilməmiş, qeyd olunan dəlil yalnız Fondun iddiaya etirazlarının əsaslarından birini təşkil etmişdir. Halbuki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu hüququ normasının mənasına görə işə baxan məhkəmə tərəfin verdiyi izahatı yalnız o halda mötəbər sübut kimi qəbul edə bilər ki, həmin izahat toplanmış digər sübutlarla öz təsdiqini tapmış olsun. Hazırkı iş üzrə iddiaçı ilə Bank arasında 12 ay müddətinə, illik 14 faiz ödəmək şərtilə iki əmanət müqaviləsinin bağlandığı işin mübahisə olunmayan halıdır. Həmçinin müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əm anətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. İddiaçı müqavilənin 14 faiz dərəcəsi ilə bağlandığına və buna görə də qorunan əmanət olduğuna istinad edərək Fond tərəfindən ona kompensasiya ödənilməsini tələb edir. Fond isə müqavilə müddəti bitdikdən sonra onun eyni şərtlərlə, lakin 16 faiz dərəcəsi ilə avtoprolonqasiya olunduğunu iddia edir. MPM-in 77.1-ci maddəsinə əsasən belə olan halda müqavilə müddətinin uzadıldığını, həm də Fondun iddia etdiyi faiz dərəcəsi ilə uzadıldığını, o cümlədən həmin vaxt Bankda qüvvədə olan faiz dərəcəsinin 16 faiz olduğunu sübut etmək yükü Fondun üzərində olmuşdur. Fond yalnız o halda bu faktı sübut etmək yükündən azad edilə bilərdi ki, i ddiaçı həmin faktı yazılı etiraf etmiş olardı (MPM-in 106.3-cü maddəsi). Qeyd olunan halı müəyyən etmək üçün apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının Fonda qarşı əmanət məbləğinin Banka olan kredit öhdəliyi ilə əvəzləşdirilməsi tələbinə dair mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad etmişdir. Halbuki məhkəmə özü Bakı Apellyasiya Məhkəməsinin 19.08.2018-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraata xitam verildiyini bildirmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd ed ilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini eyni zamanda iddiaçının əmanət məbləğlərinin Bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulduğunun işin mübahisələndirilməyən halı olması və "Əmanətlərin sığortalanması haqqında" Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq bu halın iddianın təmin edilməsinə yol vermədiyi ilə əsaslandırmışdır. "Əmanətlərin sığortalanması haqqında" Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq sığorta hadisəsi ba ş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Maddənin dispozisiya şərtlərindən göründüyü kimi bu normanın tətbiqi üçün: 1) əmanətçinin iştirakçı bank qarşısında öhdəliyinin olması; 2) sığorta hadisəsi baş verdiyi günə həmin öhdəliyin vaxtı çatmış olmalıdır. İş üzrə iddiaçının Bankda kredit öhdəliyinin olduğu mübahisəsiz olsa da, bu kredit münasibətlərinin məzmunu, həcmi və mövcud vəziyyəti apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmamışdır. Bu mənada iş üzrə tədqiq olunmamış sübutlara maddi hüquq normalarının tətbiqi MPM-in 88ci maddəsinə uyğu n hesab edilə bilməz. Ona görə də qətnamə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11932/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhk əməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2040/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2040/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver