Məhkəmə qərarları › İş №2(102)-2048/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2048/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2048/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin (keçmiş İddiaçı İKB ASC) cavabdehlər X2, X3, X1, X4 və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10754/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X8 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə 20092,19 ABŞ dolları əsas, 20200,85 ABŞ dolları faiz borcu və 64,35 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 40357,39 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldikdə və o satışından 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsin də yerləşən 2 otaqlı, 31 kv.m.yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 2015-ci il 30 iyul tarixli kredit müqaviləsi üzrə 20092,19 ABŞ dolları əsas, 23772,6 ABŞ dolları faiz borcu və 422,08 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 30 iyul 2020-ci il tarixdən 12 fevral 2021-ci i l tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 536,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 45823,17 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldikdə və o satışından 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m.yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 24500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsində yerləşən 2 otaqlı, 31 kv.m. yaşayış sahəsindən ibarət 24 nömrəli evin 143 nömrəli mənzili 30.07.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 30.07.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün ge cikdirilmiş məbləğin illik 36%-lə cərimə hesablayıb borcludan tələb edir. Xəbərlarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – b irinci instansiya məhkəməsi) 21 yanvar 2020-ci il tarixli, 2(006)-1472/2020 saylı qərardadları ilə (hakim Ramin Xəlilov) məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəməmühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması isə “X16” MMC-yə həvalə edilmişdir. Premium Legal Services” MMC-nin 18.08.2020-ci il tarixli 68/1-PLS saylı daşınmaz əmlakın (mənzilin) şiymətləndirilməsi barədə hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 24 nömrəli evin 143 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti – 68.000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3958 saylı, 21 dekabr 2020-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasın ın rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 30.07.2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan 21.01.2020-ci il tarixə əsas borc üzrə 23.642 ABŞ dolları, faiz borcu üzrə 20.886,77 ABŞ dolları; 30.07.2020-ci il tarixə əsas borc üzrə 23.642 ABŞ dolları, faiz borcu 23.989,79 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(006)-218/2021 saylı qərardadı ilə (hakim Ramin Xəlilov) təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X16” MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 07.06.2021-ci il tarixli, A/01-PLS saylı mənzilin likvid qiymətinin müəyyən edilməsi barədə arayışına əsasən, Bak ı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən 24 nömrəli evin 143 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 60.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-218/2021 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 20.092,19 ABŞ dolları, faiz borcu üzrə 23.772,6 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, kredit müqaviləsi üzrə 30.07.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 536,3 ABŞ dolları məbləğindində əldən çıxmış fayda olmaqla, cəmi 44.901,09 ABŞ dollarının, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 manatın, ümumilikdə isə 44.901,09 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) verilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinin ilkin satış qiymətinin 60.000 manat məbləğində müəyyən edilməsi və cəmi 44.901,09 ABŞ dollarının (t utulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 manatın ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsində yerləşən, 2 otaqlı, 31 kv.m ümumi sahədən ibarət 24 nömrəli evin 143 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzilə istifadə hüquqlarını n itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və "xxxx" ASC-nə təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli, 2-G1-7-0-342-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pulun Cavabdeh1 tutularaq həmin MMC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbi 20.092,19 ABŞ dolları əsas və 23.772,6 ABŞ dolları faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 536,3 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək kredit müqaviləsi üzrə cərimə borcu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” de yiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2015-ci ildə bağlanılmış və ötən müddət ər zində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsin də göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınması qanuni, əsaslı və ədalətlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aid olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 442, 443.1, 445.7, 448.1, 449.1, 449.4, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 39.3, 59.3, 59.4-cü, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər X7 və X6 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək həmin hissədə yenidən araşdırma aparmaqla tələbin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Fuad Talışinski) 23 noyabr 2021-ci il tarixli, 2(103)10754/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(006)-218/2021 saylı qətnaməsinin apelyasiyta şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instans iyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini (həmçinin faizləri) dəqiqləşdirmişdir. Cavabdeh tərəf isə, bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, ekspertiza rəyi ilə razılaşmamasının əsaslanı göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, işdən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin (bunan sonra, MM) 467-ci maddəsi nə əsasən, tələb olunmuş cərimənin məbləğini azaldaraq 500 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası tutulması qət olunmuş cərimənin məbləğinin daha da azaldılmasına zərurət görmür. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 536,3 ABŞ dolları məbləğində p ulun tutulması hissəsində də təmin edilməlidir. Cavabdehlər apellyasiya şikayətində qeyd edilən hissədə qətnamənin əsassızlığının nədən ibarət olmasını göstərməmiş, ümumi formada razı olmamasını göstərməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası işin hallarını və toplanmış sübutları nəzərə alaraq hesab edir ki, qətnamə yoxlanılan qeyd edilən hissədə əsaslıdır. Cavabdehlər həmin hissədə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Cavabdehlər apellyasiya şikayətində həmçinin ipoteka qoyulmuş mənzilinin dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuş, qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyy ən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Cavabdehlər isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olması ilə bağlı hər hansı sübut təqdim etməmişlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib ipoteka predmetinin və borcun dəyəri müəyyən edilməklə ədalətli və düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla aralarında müqavilə bağlanan vaxtı dolların manata münasibətdə kursu 0,78 manat olsa da, sonradan bankla aralarında olan razılaşmaya əsasən borcun dolların 1,05 manat kursla hesablanması barədə razılaşma (imzalanmış müqavilə) olsa da, məhkəmə bu mötəbər sübuta əhəmiyyət verməmişdir. Halbuki müqavilə tərəflərin iradə ifadəsidir və tələbinin icrası tərəflər üçün məcburidir. Nümayəndənin iddia tələbinin borcun faiz və cərimə, ipoteka predmetinin bazar dəyəri hissəsində qismən əsassız olması ilə bağlı məhkəməyə kifayət qədər əsaslı izahatını nəzərə almadan məhkəmə öz mülahizəsinə əsaslanıb səhv nəticəyə gəlmişdir. Cavabdehlərin hamısını məhkəməyə çağırmadan prossesual pozuntuya yol vermişdir. Belə ki məhkəmə tərəflərdən, Cavabdeh1 qanunverciliyin tələbinə uyğun olaraq məhkəməyə dəvət etməmişdir. Halbuki nəzərə almaq lazımdır ki, Cavabdeh1 kredit götürən şəxsdir. Məhkəmə kollegiyası iddiaçının şübhə doğuran sübutlarını ətraflı araşdırmadan və bunalrla bağlı izahatımızı nəzərə almadan, mövqeyini mötəbər sübutlarla deyil, bankın qərəzli izahatı və mötəbərliliyinə şübhə edilən sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Belə ki, məhkəmə ipoteka predmetinin real bazar dəyəri (həmin ərazidə 2 otaqlı mənzilin dəyəri minimum 70.000-80.000 manat olduğu halda ipoteka predmeti qərəzli olaraq 68.000 manata qiymətləndirilib) və real borc məbləği ilə (bank mühasibatlıq ekspertizasından sonra i ddia tələbini artırmış məhkəmədə) bağlı mübahisə olduğu halda işin hallarına yox, mülahizəsinə uyğun formal nəticəyə gəlmiş, işin bu mühüm hallarını ətraflı araşdırmamış və ya müqavilələrinin ləğv edilməsini tələb etmədiyini araşdırmamış, işdə olan digər mötəbər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş və yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə borcun müəyyən edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icra sını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymət ləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışlmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində borc məbləğinin bankın təqdim etdiyi sənədlərlə müəyyən edildiyini, nümayəndəsinin mötəbər izahatının nəzərə alınmadığı ilə əsaslandırsa da, iş materiallarından görünür ki, borc məbləği əldə edilmiş mühasibatlıq ekspertizası rəyi ilə dəqiqləşdirilmiş v ə iddia tələbindən kənara çıxılmayaraq tələb həddində müəyyən edilmişdir. Cavabdeh isə borcun həm düzgün məbləğdə tələb edilməməsi, həm də rəy üzrə düzgün hesablanma aparılmaması barədə hər hansı sübuta istinad edə və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, nümayəndəsinin məhkəmədə vermiş olduğu izahatı mövcud olan və əldə edilmiş sübutlardan daha mötəbər hesab etmişdir. Mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlil üzrə isə qeyd edilməlidir ki, cavabdeh mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini həmin ərazidə eyni şəraitli mənzillərin dəyərinin 70000-80000 manat təşkil etməsinə istinad ilə əsaslandırmağa çalışmışdır ki, onun istinadı əldə edilmiş qiymətləndirmə rəyi və likvid dəyər barədə arayışla müqayisə edildikdə görünür ki, rəy vermiş MMC düzgün qiymətləndirmə həyata keçirmişdir. Belə ki, cavabdeh özü də kasasiya şikayətində eyni şəraitli mənzilin həmin ərazidə əldə edilmiş rəydə göstərilən bazar dəyərindən (68000 manat) əhəmiyyətli dərəcədə fərqlənmədiyini göstərmişdir. Yəni o, mənzilinin bazar qiymətinin 70000-80000 manat civarında olmasını göstərmiş, əldə edilmiş rəylə isə mənzilin bazar dəyəri 68000 manat müəyyən edilmiş, lakin qanunvericiliyin tələbinə uyğun olaraq ilkin satış qiyməti likvid dəyərlə müəyyən edilməli olduğundan mənzilin likvid dəyəri əldə edilməklə bu xüsusda ilkin satış qiyməti müəyyən edilmişdir. Kasasiya şikayətinin cavabdehlərin hamısının məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməməsi barədə dəlilinə gəldikdə isə, kasasiya yoxlaması nəticəsində iş materialları ilə müə yyən edilmişdir ki, cavabdehlərin hamısının ünvanı eyni olduğu üçün 18.10.2021-ci il tarixdə (səh 183-185) cavabdehlərə bildiriş ünvanlanmış, bildirişi kassator xəbərnaməyə imza etməklə qəbul etmişdir. Həmçinin cavabdehlərin hər birinə apelyasiya kollegiyası tərəfindən SMS-bildiriş ünvanlanmışdır (səh 187-194). Bununla da apelyasiya kollegiyası prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin hər birini məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmiş, bu zaman hər hansı pozuntuya yol verməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndi rilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10754/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar