Məhkəmə qərarları › İş №2(102)-2052/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2052/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2052/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3062/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hüseynov) iddia tələbi qism ən təmin edilmiş, Cavabdeh1 ASC (Binəqədi filialı) ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 337 saylı kredit müqaviləsi üzrə və Cavabdeh1 ASC (Binəqədi filialı) ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 337 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi, “VAZ-21074 minik” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxx 2010-cu il tarixli 337 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və V.Sadıqov, 2(103)13184/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)3062/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prosessual müddətin ötürülməsi səbəbindən xx xxxx 2010-cu il tarixli, 337 nömrəli kredit müqaviləsi üzrə və xx xxxx 2010-cu il tarixli, 337 nömrəli ipoteka müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsi, **-XF-*** qeydiyyat nişanlı “Vaz-21074” markalı nəqliyyat vasitəsinin ipoteka üzrə yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi belə əsaslandırılmışdır: xx xxxx 2010-cu il tarixində onunla Cavabdeh1 ASC arasında illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 5.700 manat məbləğində 337 nömrəli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsinin təminatı kimi **-XF-*** dövl ət qeydiyyat nişanlı, “Vaz-21074” markalı nəqliyyat vasitəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənişləri vaxtında ödəmişdir. Daha sonra müəyyən gecikmələr olmuşdur. Cavabdeh1 ASC kreditin verilməsi tarixindən 04 il keçdikdən sonra Bakı şəhəri Sabunçu Rayon Məhəməsində ona qarşı iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə 2(008)-11214/16 saylı qətnamə qəbul edilmiş və həmin qətnaməyə əsasən iddia müddətinin keçməsi səbəbi ilə iddia rədd edilmişdir. Daha sonra Cavabdeh1 ASC tərəfindən Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-11214/16 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Müraciətlə bağlı Bakı Apellyasiya Məhkəməsi xx xxx 2017-ci il tarixli 2(103)- 4856/2017 saylı qətnamə qəbul edərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarmış və Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)- 11214/16 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(103)-4856/2017 saylı qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən mövcud məsələ ilə əlaqədar qərar qəbul edilmiş və həmin qərar əsasında kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, hər üç instansiya məhkəməsi tərəfindən iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbi rədd edilmişdir. Kredit müqaviləsi xx xxxx 2010-cu il tarixində bağlanmışdır və həmin müddətdən təxminən 07 il müddət keçmişdir. Belə ki, kredit müqaviləsinin 7.1-ci bəndinə görə müqavilə üzrə öhdəliyin icra müddəti xx xxxx 2012-ci il tarixində bitmişdir və bankla onun arasında müddətin uzadılmasına dair hər hansı bir razılaşma olmadığı üçün həmin müddət dəyişməmişdir. Qanunvericiliyin tələbərini rəhbər tutaraq hesab edir ki, iddia müddətinin keçməsi ilə əlaqədar “xxxx” ASC ilə arasında mövcud olan öhdəliyə xitam verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Müddətin keçməsi əsası ilə iddia tələbinin təmin edilməməsi öhdəliyin icrasına xitam verilməsi anlamına gəlməyə əsas vermir. Öhdəliyə müddətlə bağlı xitam verilməsi həmin öhdəlik üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin keçməsi zəruridir ki, hazırki işin halları baxımından belə müddət keçməmişdir. Həm in müddət keçmədiyi, öhdəliyə müddətlə bağlı xitam verilməsinə əsaslar olmadığı üçün iddia ərizəsi təmin edilə bilməz. Prosessual məsələlər: İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı bir inin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ASC cavabdeh İddiaçı xx xxxx 2010-cu il tarixli 337 saylı kredit müqaviləsinə əsasən avtomobil alınması məqsədi ilə 24 ay müddətinə illik faiz dərəcəsi 20% olmaqla 5.700 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 337 saylı ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi cavabdehə məxsus “VAZ21074 minik” markalı, xx- XF-xxx dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-11214/2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC tərəfindən qanunla müəyyən olunan iddia müddəti ötürüldüyü üçün iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(103)-4856/2017 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(102)-5810/17 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işd ə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Cavabdeh1 ASC tərəfindən xx xxxx 2010-cu il tarixli 337 saylı kredit müqaviləsi üzrə iddia müddəti ötürülmüş, bu səbəbdən də Cavabdeh1 ASC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 337 saylı kredit müqaviləsi üzrə və Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 337 saylı ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməli, İddiaçı mülkiyyətində olan “VAZ-21074 m inik” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2010cu il tarixli 337 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka yüklülüyündən azad edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar