Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2056/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)10408/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2875/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödən işinin verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdeh təşkilatdan avtomobilə dəymiş ziyana görə 4.274 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)10408/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, E.Y.Şamayev və X.A.Cəmilova) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdeh təşkilata münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, mülkiyyətində olan “Vo lkswagen Touareg” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilinə sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyana görə 5.050 manat, vurulmuş maddi ziyana görə 3.000 manat, cəmi 8.050 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın 1.098 manat məbləğdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, cavabdeh “xxxx” ASC və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdeh təşkilatın sığortaladığı avtomobil tərəfindən iddiaçıya məxsus avtomobilə 4.274 manat məbləğində maddi zərər vurulmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “İcbari sığ ortalan haqqında” Azərbaycan Respublikası Qanunun 15.3.1, 24.1.5, 52.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, “Volkswagen Touareg” markalı, Az **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. xx xxxxxx 2018-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh təşkilatın mülki məsuliyyətin icbari sığortası növündə sığortaladığı “Hyundai Sonata” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulub. Hazırda iddiaçı, cavabdeh təşkilatdan ona vurulmuş maddi zərərə görə 5.050 manat, mənəvi zərərə görə 3.000 manat, cəmi 8.050 manat iddia edir. Birinci instansiya məhkəməsi iddianı maddi zərər tələbinə aid hissədə cəmi 4.274 manat məbləğində təmin edib, iddiaçı qətnamə ilə razılaşaraq ondan nə apelyasiya, nə də kasasiya şikayətləri verməyib, cavabdeh təşkilat isə apelyasiya və kasasiya şikayətlərində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi tərəfindən biri nci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdeh təşkilatın apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat, apelyasiya və kasasiya şikayətlərində iddiaçıya məxsus avtomobilə həmin təşkilatın mülki məsuliyyətin icbari sığortası növündə sığortaladığı avtomobil tərəfindən maddi zərər vurulmasını inkar etmir və hazırda tərəflər arasında əslində iddiaçının avtomobilinə vurulmuş maddi zərərin məbləğinə aid hissədə fikir ayrılığı, mübahisə yaranıb. Cavabdeh təşkilat, iddiaçıya məxsus avtomobilə bütövlükdə 1.098 manat məbləğində maddi zərər dəydiyini göstərib iddia tələbinə etiraz edir. Bu fakt cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubun surəti ilə də təsdiq olunur və həmin məktubun məzmunundan görünü r ki, cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilib və bu barədə aktı tərtib edilməklə avtomobilə dəymiş zərərin 1.098 manat olduğu müəyyən edilib. Eyni zamanda cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş avtomobilini Bakı şəhəri, ünvan ünvanda yerləşən “Auto Pro” təmir müəssisəsində təmir olunaraq təhvil verməsi təklif edilib. Apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlardan, o cümlədən “X5” Şirkəti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 5.050 manat olduğu müəyyən edil ib. Eləcə də işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X5” Şirkətinin xx xxxxxx 2018-ci il tarixli aktının məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, Az ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, eləcə də avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.274 manat müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh təşkilata qarşı hazırki iddia tələbinin qanuni əsasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qa nunun 15.3.1 və 24.1.5-ci maddələrinin tələbləri təşkil edir. Həmin maddələrin mənasına görə, əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəql iyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5.000 manat müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb düzgün olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə baş vermiş yol nəqliyyat hadisəsi də sığorta hadisəsi hesab olunur və iddiaçının cavabdeh təşkilatdan sığorta ödənişi almaq hüququ əmələ gəlib. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübu tlara, o cümlədən ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə 4.274 manat məbləğində maddi zərər dəyib. Eyni zamanda sözügedən ekspert rəyinin tədqiqat hissəsinə əsasən müəyyən olunur ki, ekspert dəyişilməyə ehtiyacı olan hissələrdə mühərriki və təmir-bərpa xərclərində mühərrikin təmirinə çəkilməli olan xərcləri də nəzərə almışdır və həmin xərclər isə ümumilikdə 4.240 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın irəli sürdüyü arqumentlərlə razılaşmayıb haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı işdə avtomobilin mühərrikinə və onun təmirinə çəkilməli olan xərclər nəzərə alınmalıdır. Belə ki, sığorta hadisəsi zamanı baş verdikdən sonra tərtib edilmiş ziyan aktın da sıradan çıxmış ehtiyat hissələrinin və təmir xərcləri də eyni məbləğdə müəyyən edilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən avtomobilin dəyişilməli hissələrinə və onun təmirinə çəkilməli olan xərclər sığorta hadisəsi nəticəsində vurulmuş zərər kimi hesablanmalı və baş vermiş hadisə nəticəsində avtomobilin zədələnməsindən iddiaçıya dəymiş maddi ziyanın məbləği (köhnəlmə faizi nəzərə alınmaqla) 4.274 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh təşkilat kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğini düzgün müəyyən etməməsini və sair göstərsə də etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etm əli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10408/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2056/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2056/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver