Məhkəmə qərarları › İş №2(102)-2059/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2059/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2059/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaxın qohumun ölməsi, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1695/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə X3 10 fevral 2011-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Onların həmin nikahdan 3 övladları doğulmuşdur.

2. X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya ASC) Cənub RETSİ-nin X1 hava və kabel xidmətinin elektrik quraşdırıcı işləmiş, xx.xx.2019-cu il tarixdə əmək vəzifələrini yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində ölmüşdür. İddiaçının ərinin ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur.

3. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 nömrəli hökmünə əsasən cavabdehin Cənub RETSİ-nin X1 Ləkin şəbəkə sahəsində usta işləmiş X7 iddiaçının ərinin ölümü ilə nəticələnmiş hadisə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 162.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilmişdir. Cinayət işinin baxışı zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar X7 tərəfindən “Rayon Elektrik Şəbəkəsinin X4 ustasının vəzifə təlimatının 6, 7, 21, 31-ci bəndlərinin və “Rayon Elektrik Şəbəkəsinin X4 elektrik montyorunun vəzifə təlimatı”nın 1-ci bəndin in tələbləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 90.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işçisi X6 vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi ərinin ölümünə səbəb olmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona həyat yoldaşı olaraq maddi və mənəvi ziyan dəymiş, 3 övladını atasız böyütmək məcburiyyətində qalmışdır. Hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(006)-4761/2022 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamı qaydalarına riayət etməsinə nəzarət etməyə borclu olduğu halda cavabdehin əməkdaşı X6 həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının əri həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır.

8. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq), iddiaçının həyat yoldaşı olmadan ailəsinə təsəlli verməkdə keçirdiyi çətinlik, uşaqlarına münasibətdə həm ata, həm ana qayğıs ı göstərməli olması ilə bağlı yaşadığı çətinlik, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla 30.000 manat pul ağlabatan məbləğ olaraq mənəvi ziyanın əvəzi kimi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli, Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarlarına istinadla əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, bir növ pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından məhkəmə mənəvi zərər müəyyən edərkən ilk növbədə hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət, həmçinin zərərvuran şəxsin bilavasitə və ya işçisinin vurduğu zərərə görə məsuliyyət daş ıması və s. bu kimi hallar nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Cavabdehin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir və o, bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla cavabdehə ölkə miqyasında strateji layihələrin həyata keçirilməsinə dolayısı yolla maneçilik törətmiş olur. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd etdikləri xüsusatları kifayət qədər araşdırmamış və dəymiş zərərə görə kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiya məhkəməsi) 2(103)-1695/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi, hadisədən sonrakı proseslər zama nı onun keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Lakin məhkəmə eyni zamanda hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan iddiaçının mərhum ərinin atası X2 cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin 2(006)-4403/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına diqqət yetirməmişdir. Belə ki, həmin iddia tələbinin məzmunu ilə hazırkı iddia tələbinin məzmunu demək olar ki, eynilik təşkil edir. Qətnamədən görünür ki, mərhumun atası cavabdehə qarşı mənəvi ziyan tələbinə dair iddia ilə birinci instansiya məhkəməsinə müraciət edib ******* manat mənəvi ziyan tələb etmişdir. Qətnamə ilə onun iddiası qismən təmin edilərək, cavabdehdən onun xeyrinə 30.000 manat məbləğində pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı (ata oğlunu, arvad ərini itirmiş) hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etmələri onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması qanunvericiliklə tənzimlənir. Birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamış, birinci instansiya məhkəməsinin 2(006)-4403/202 0 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi və cavabdehin maliyyə vəziyyəti nəzərə alınmamışdır. Ona görə də, qeyd olunan məbləğ azaldılmalıdır.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli, Mülki Məcəllənin 23cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mərhum ərinin atası məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan 30000 manat məbləği nə iddiaçıya, nə də uşaqlarına xərcləməmişdir. Ərinin atasının övladını itirməsinə görə mənəvi ziyan tələb etmək hüququ olduğu kimi onun da ərinin faciəvi ölümünə görə mənəvi zərər tələb etmək hüququ var. Lakin bu məbləğ məhkəmə tərəfindən 20000 manat miqdarında müəyyən edilməli deyildi. Çünki iddiaçı təkbaşına qalmaqla hazırda azyaşlı uşaqları ilə birlikdə yaşayır. Bundan əlavə, məhkəmə cavabdeh qurumun maddi vəziyyətini düzgün qiymətlən dirməmiş, mənəvi ziyanın məbləğini aşağı salmışdır. Halbuki, ASC-nin Nizamnamə kapitalından da görünür ki, onun maddi durumu kifayət qədər yüksəkdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin maddi durumunun aşağı olmasını heç bir sübuta istinad etmədən müəyyən etmişdir. Bu barədə iş materiallarına hər hansı sübut yoxdur.

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini t ələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini nat urada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı

29. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınma sı zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı

30. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mə nəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və sair amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin da irəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalı dır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarı

31. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumların ı və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti i lə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

44. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

45. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1695/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar