Məhkəmə qərarları › İş №2(102)-2063/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2063/2020

12.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2063/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X8 və X11 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14124/2020 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva, iş № 2(006)-4356/2019) İddiaçı cavabdeh X2rşı iddiası təmin edilərək əmanət üzrə kompensasiya olaraq 10.512 ABŞ dolları məbləğində pulun cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin olunub əmanət üzrə kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə 10.512 ABŞ dollarının və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İşin halları: “xxxxxxxxx” ASC-nin Binəqədi Filialı ilə əmanətçi İddiaçı arasında xx xxxxxx 2016cı il tarixli bank əmanəti (göy əmanət) müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini banka illik 9% ödənilməsi şərti ilə yerləşdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1 illik müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin müddəti bank tərəfindən uzadılmışdır. Azərbaycan Respublikası Maliyyə X7 Direktorlar Şurasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxxxxxxx” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx xxxxxx 2017ci il tarixdən ləğv edilmiş, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “xxxxxxxxx” ASC-də sığorta hadisəsi günü xx xxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxxxxxxx” ASC müflis elan edilmiş, X6 Bankın ləğvedicisi təyin edilmişdir. 2019-cu ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla bağlanmış xx xxxxxx 2016-cı il tarixli bank əmanət müqaviləsinin müddətinin xx xxxxxx 2017-ci il tarixdə bitməsini və bununl a əlaqədar müqavilənin şərtinə uyğun olaraq müqavilənin vaxtının eyni müddətə uzadılmasını, lakin bu zaman müqavilənin ziddinə olaraq əmanətin sığortalı əmanətdən sığortasız əmanətə keçirilməsini və s. əsas göstərməklə müqavilənin ləğv edilməsi və X1 xeyrinə 10.512 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh X6 kasasiya şikayəti verərək iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət olunmadığından “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən əmanətin tam sığortalanmasının həy ata keçirilməməsini, bundan başqa 10.000 ABŞ dolları məbləğində əmanətin faiz dərəcəsinin yuxarı həddindən (3 faizdən) çox olduğundan qorunan əmanət hesab edilməməsini, fondun hərəkətinin qanunun tələbinə uyğun olmasını, iddianın təmin olunarkən sübutlara və qanunun tələbinə düzgün qiymət verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, laki n kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını təmin edərkən tərəflər arasında bağlanmış müqaviləyə, X4 X9 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmış qərarına, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 944.1-ci maddəsinə əsaslanmışdır. “X6”nun Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. “X6”nun X9 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla xx xxxx 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətinə tam sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. İşdən göründüyü kimi, iddiaçı ilə bank arasında əmanət müqaviləsi xx xxxxxx 2016cı il tarixdə imzalanmış, əmanət üçün illik 9 faiz dərəcəsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından, həm də X10 qərarına əsasən kollegiya hesab etmişdir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir və ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC qarşısında 10.512 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin iş üz rə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş materiallarına və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar