Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2069/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 və vəkili V1qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-N/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tаrixli, 2 (010)-194/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “4200 sığorta ödənişi məbləğinin və 30.40 manat məbləğində dövlət rüsumunun, 7 manat notariat xərcinin, cəmi 4237.40 manat pulun cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3505 manat sığorta ödənişi məbləği, ödənilmiş 30.40 manat dövlət rüsumu, 7 manat notariat xərci olmaqla, cəmi 3542.40 manat pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza xərci 120 manat pulun Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-N/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edil məyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “4200 sığorta ödənişi məbləğinin və 30.40 manat məbləğində dövlət rüsumunun, 7 manat notariat xərcinin, cəmi 4237.40 manat pulun cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4200 sığorta ödənişi məbləğinin və 30.40 manat məbləğində dövlət rüsumunun, 7 manat notariat xərcinin, cəmi 4237.40 manat pulun Cavabdeh tutulub iddiaçı “xxxx” ASC-dən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V2 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, hadisənin baş verməsindən və sığorta şirkəti tərəfindən dəymiş ziyana görə ödənilən pul vəsaitinin ödənilmə tarixindən (xx.xx.2014) 3 ildən artıq müddət keçmişdir. Belə olan halda tbirinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə həmin ərizəyə heç bir münasibət bildirmədən iddia tələbini qismən təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə ümumi iddia müddətini tətbiq etmişdir. Ümumi iddia müddətinin 10 il olduğunu qeyd edən apelyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməməsini qeyd etmişdir. Ap elyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, hazırki iş üzrə mövcud mübahisə məhz müqavilə münasibətlərindən irəli gələn mübahisədir. Cavabdehlə iddiaçı arasında hər-hansı müqavilənin imzalanmasına ehtiyac yoxdur. Çünki iddiaçı müəssisə subroqasiya qaydasında tələb etmə hüququnun yaranması üçün mütləq qaydada sığorta müqaviləsi imzalanmalıdır. Bu o deməkdir ki, tələb etmə hüququnun yaranması üçün ilk öncə müqavilə münasibətləri yaranmalıdır. Məhz bu səbəbdən də hazırki iddiaya 3 illik iddia müddəti tətbiq edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)N/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə işti rak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh və vəkili V2 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 və vəkili V1qızı kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-N/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsinin cavabdehin mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi nəticə düzgündür. Törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məc əllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həm şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüqu qu (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi, sığortalı şəxs Q məxsus olan “Mercedes Benz C220 CDİ” markalı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini alaraq onu digər sübutlar ilə yanaşı tədqiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, J №-li rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2014-cü il tarixli akt məlumatlarına əsasən “Mercedes Benz C220 CDİ” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hiss ələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3.505 manat müəyyən edilmişdir. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi yalnız iddiaçı Sığorta Şirkətinin təqdim etdiyi sübutları əsas götürməmiş, təqdim edilmiş sübutları yoxlamış və zərərin məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir. Apelyasiya şikayətinin dəlilləri müzakirə olunan hissələrdə əsassızdır. Apelyasiya şikayətində irəli sürülən daha bir dəlil isə onunla bağlıdır ki, cavabdehin nümayəndəsi Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə versə də, Rayon Məhkəməsi ərizəni təmin etməmiş, iddia müddətinin iddiaçı Sığorta Şirkəti tərəfindən ötürülməsinə əhəmiyyət verməmişdir. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilə olmamış və mövcud mübahisə sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisəyə ümumi iddia müddəti şamil edilir və rayon məhkəməsi iddia müddətini tətbiq etməməkdə haqlı olmuşdur. Çünki, Mülki Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 ildir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, hazırki iş üzrə tərəflər arasında hər h ansı müqavilə olmamış və mövcud mübahisə sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından yaranmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisəyə ümumi iddia müddəti şamil edilir. Kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)N/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-2069/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2069/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver