Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-207/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 17.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili X2, Cavabdeh və vəkili X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2174/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh 2017-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, iddiaçı valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyaları ilə birlikdə cavabdehin yaşadığı evə köçmüş, ailə qurmaları ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Tərəflərin nikahı 07.01.2021ci ildə pozulmuş, iddiaçı həmin vaxtdan cavabdehin yaşadığı evi tərk etmişdir. Həmin vaxtdan tərəflər ayrı yaşayırlar.
2. Bərdə "xxxx" MMC tərəfindən Bərdə rayon Vəkil bürosunun vəkili C 30.07.2020-ci il tarixli məktubuna cavab olaraq verilmiş 05 avqust 2020-ci il tarixli 205 nömrəli mütəxəssis rəyində göstərilir ki, qızıl-zinət əşyaları: qızıl sırğa brilyant qaşlı, qızıl üzük brilyant qaşlı, qızıl sep kulonla birlikdə, qızıl bilərzik 1 ədəd (ağ qızıl dəsti) 4000 AZN-dir. Qızıl sep kulonla birlikdə 583 əyarlı, 3 qram dəyəri 250-280 AZN-dir. Cehiz əşyaları: servant (iki ədəd), termo (bir ədəd), künc divanı, stol-stul (1 ədəd stol+6 ədəd stul) dəsti, şifaner (1 ədəd) termo (1 ədəd) tumbuçka (2 ədəd) 3000 AZN lüstür 1 ədəd 50 AZN, pərdə qonaq evi üçün ( 2 dəst) 600 AZN, qoşa çarpayı (1 ədəd) 200 AZN, pərdə 1 ədəd (yataq otağı üçün) 300 AZN, Gə və ( 1 ədəd) 100 AZN, naçnik ( 2 ədəd) 30 AZN, adyal ( 2 ədəd) 55 AZN, paltaryuyan maşın ( 1 ədəd ) 1000 AZN, samovar (tok) 150 AZN, qaşıq dəsti (qaşıq 12 ədəd, çəngəl 12 ədəd, çay qaşığı 12 ədəd, çömçə-kəfkir 1 ədəd) 100 AZN, mikser (1 ədəd) 35 AZN, sok çəkən (1 ədəd) 170 AZN, padnos dəsti (3 ədəd) 35 AZN, çaydan çayniklə 30 AZN, soğançəkən (1 ədəd) 10 AZN, bıçaq dəsti (5 ədəd) 25 AZN, ədva dəsti 30 AZN, böyük boşqab (12 ədəd), kiçik boşqab (12 ədəd), kasa (12 ədəd) 40 AZN, 3 dəst çaşka (cəmi 18 ədəd) 150 AZN, krafınka bokalla birlikdə 2 dəst (12 ədəd bokal) 50 AZN, bokal dəsti (12 ədəd) 30 AZN, konfet qabı (1 ədəd) 15 AZN, qənd qabı (4 ədəd) 10 AZN, mürəbbə qabı (4 ədəd) 10 AZN, meyvə qabı (1 ədəd) 35 AZN, ləpə qabı 2 mərtəbə (1 ədəd) 35 AZN, qazan dəsti (5 ədəd) 370 AZN, salfet qabı (1 ədəd) 2 AZN, güldan (1 ədəd) 15 AZN, divar saatı (1 ədəd) 40 AZN, ləyən (2 ədəd) 10 AZN, süfrə (2 ədəd) 40 AZN, süfrə (jurnalni) (1 ədəd) 45 AZN, çexol prostina (3 ədəd) 150 AZN, yastıq (4 ədəd) 150 AZN, qoşa yorğan - döşək (1 ədəd) 300 AZN, tək yorğan-döşək (1 dəst) 200 AZN, adyal (1 ədəd) 200 AZN, yorğan (2 ədəd ) 200 AZN, məhraba (2 ədəd) 30 AZN (cəmi 8047 manat) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat dəyərində qızıl-zinət əşyaları - brilyant qaşlı qızıl sırğa, brilyant qaşlı qızıl üzük, klonla birlikdə qızıl sep və bir ədəd qızıl bilərziyin (ağ qızıl dəsti), dəyəri 250-280 manat olan 583 əyarlı, 3 qram çəkidə klonla birlikdə qızıl sepin, habelə servant - iki ədəd, termo - bir ədəd, künc divanı, stol-stul (1 ədəd stol+6 ədəd stul) dəsti, lüstür 1 ədəd, pərdə qonaq evi üçün - 2 dəst, şifoner - 1 ədəd, qoşa çarpayı - 1 ədəd, pərdə 1- ədəd (yataq otağı üçün), termo -1 ədəd, tumbuçka -2 ədəd, Gəvə - 1 ədəd, naçnik - 2 ədəd, adyal - 2 ədəd, pa ltaryuyan maşın - 1 ədəd, somavar (tok), qaşıq dəsti (qaşıq 12 ədəd, çəngəl 12 ədəd, çay qaşığı 12 ədəd, çömçə-kəfkir 1 ədəd), mikser - 1 ədəd, sok çəkən - 1 ədəd, padnos dəsti (3 ədəd), çaydan çayniklə, soğançəkən - 1 ədəd, bıçaq dəsti (5 ədəd), ədva dəsti, böyük boşqab (12 ədəd), kiçik boşqab (12 ədəd), kasa (12 ədəd), 3 dəst çaşka (cəmi 18 ədəd), krafinka bokalla birlikdə 2 dəst (12 ədəd bokal), bokal dəsti - 12 ədəd, konfet qabı - 1 ədəd, qənd qabı - 4 ədəd, mürəbbə qabı - 4 ədəd, meyvə qabı - 1 ədəd, ləpə qabı 2 mərtəbə - 1 ədəd, qazan dəsti (5 ədəd), salfet qabı - 1 ədəd, güldan -1 ədəd, divar saatı - 1 ədəd, ləyən 2 ədəd, süfrə - 2 ədəd, süfrə (jurnalni) - 1 ədəd, çexol prostina - 3 ədəd, yastıq - 4 ədəd, qoşa yorğan - döşək - 1 ədəd, tək yorğandöşək (1 dəst), adyal - 1 ədəd, yorğan - 2 ədəd, məhraba - 2 ədəd kimi cehiz əşyalarının naturada və ya onların dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsində iddia ərizəsinin təsviri hissəsində göstərilən 47 adda cehiz əşyasının naturada qaytarılmasını və qızıl-zinət əşyalarının isə dəyərinin 3160 manat olan məbləğin alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sonradan ailə münasibətləri baş tutmadığından ayrılmış, hazırda valideynlərinin yanında yaşayır. O, evdən çıxarkən ona məxsus qızıl-zinət və cehiz əşyaları cavabdehin yaşadığı Bərdə şəhərindəki fərdi yaşayış evində qal mışdır. Həmin əşyaları dəfələrlə cavabdehdən tələb etsə də, bir nəticə verməmişdir.
6. Ağdam Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(013)-151/2021 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat dəyərində olan qızıl sırğa brilyant qaşlı, qızıl üzük brilyant qaşlı, qızıl sep klonla birlikdə, qızıl bilərzik 1 ədəd (ağ qızıl dəsti) və 160 (bir yüz altmış) manat dəyərində olan klonla birlikdə 583 əyyar, 3 qram qızıl sepdən ibarət qızıl-zinyət əşyaları naturada, həmin qızıl- zinət əşyaları olmadıqda isə onların dəyərnini alınaraq İddiaçı verilməsi, Cavabdeh servant iki ədəd, termo bir ədəd, künc divanı, stol-stul (lədəd stol+6 ədəd stul) dəsti, lüstür 1 ədəd, pərdə qonaq evi üçün 2 dəst, Şifoner 1 ədəd, qoşa çarpayı 1 ədəd, pərdə 1 ədəd (y ataq otağı üçün), termo 1 ədəd, tumbuçka 2 ədəd, Gəvə 1 ədəd, naçnik 2 ədəd, adyal 2 ədəd, paltaryuyan maşın, 1 ədəd, somavar (tok), qaşıq dəsti (qaşıq 12 ədəd, çəngəl 12 ədəd, çay qaşığı 12 ədəd, çömçə-kəfkir 1 ədəd), mikser 1 ədəd, sok çəkən 1 ədəd, padnos dəsti(3 ədəd), çaydan çayniklə, soğançəkən 1 ədəd, bıçaq dəsti (5 ədəd), ədva dəsti, böyük boşqab(12 ədəd), kiçik boşqab(l2 ədəd), kasa (12 ədəd), 3 dəst çaşqa dəsti(cəmi 18 ədəd), krafinka bokalla birlikdə 2 dəst(12 ədəd bokal), bokal dəsti 12 ədəd, konfet qabı 1 ədəd, qənd qabı 4 ədəd, mürəbbə qabı 4 ədəd, meyvə qabı 1 ədəd, ləpə qabı 2 mərtəbəli 1ədəd, qazan dəsti (5 ədəd), salfet qabı 1 ədəd, güldan 1 ədəd, divar saatı-1 ədəd, ləyən 2 ədəd, süfrə 2 ədəd, süfrə (jurnalni) 1 ədəd, çexol prostina 3 ədəd, yastıq 4 ədəd, qoşa yorğan-döş ək 1 ədəd, tək yorğan-döşək (1 dəst), adyal 1 ədəd, yorğan 2 ədəd, məhraba 1 ədəd olmaqla cehiz əşyaları naturada alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tələb etdiyi əmlakın ona məxsus olmasını və cavabdehin həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2174/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hak imlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(013)-151/2021 saylı qətnaməsi Cavabdeh 3000 (üç min) manat dəyərində olan qızıl sırğa brilyant qaşlı, qızıl üzük brilyant qaşlı, qızıl sep klonla birlikdə, qızıl bilərzik 1 ədəd (ağ qızıl dəsti) və 160 (bir yüz altmış) manat dəyərində olan klonla birlikdə 583 əyyar, 3 qram qızıl sepdən ibarət qızıl-zinyət əşyalarının naturada, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərnin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, Cavabdeh cəmi 1500 (bir min beş yüz) manat dəyərində olan qızıl sırğa, qızıl üzük, qızıl sep klonla birlikdə, 1 ədəd qızıl bilərzik (ağ qızıl dəsti) və 160 (bir yüz altmış) manat dəyərində olan klonla birlikdə 583 əyyarlı, 3 qram qızıl sepdən ibarət qızıl-zinyət əşyalarının naturada, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərinin cəmi 1660 (bir min altı yüz altmış) manat pulun alınaraq İddiaçı verilməsi, Ağdam Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(013)-151/2021 saylı qətnaməsinin cehiz əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməsi, cehiz əşyaları: servant (iki ədəd), termo (bir ədəd), künc divanı, stol-stul (1 ədəd stol+6 ədəd stul) dəsti, şifaner (1 ədəd) termo (1 ədəd) tumbuçka (2 ədəd) 3000 AZN, lüstür 1 ədəd 50 AZN, pərdə qonaq evi üçün ( 2 dəst) 600 AZN, qoşa çarpayı (1 ədəd) 200 AZN, pərdə 1 ədəd (yataq otağı üçün) 300 AZN, Gəvə ( 1 ədəd) 100 AZN, naçnik ( 2 ədəd) 30 AZN, adyal ( 2 ədəd) 55 AZN, paltaryuyan maşın ( 1 ədəd ) 1000 AZN, samovar (tok) 150 AZN, qaşıq dəsti (qaşıq 12 ədəd, çəngəl 12 ədəd, çay qaşığı 12 ədəd, çömçə-kəfkir 1 ədəd) 100 AZN, mikser (1 ədəd) 35 AZN, sok çəkən (1 ədəd) 170 AZN, padnos dəsti (3 ədəd) 35 AZN, çaydan çayniklə 30 AZN, soğançəkən (1 ədəd) 10 AZN, bıçaq dəsti (5 ədəd) 25 AZN, ədva dəsti 30 AZN, böyük boşqab (12 ədəd), kiçik boşqab (12 ədəd), kasa (12 ədəd) 40 AZN, 3 dəst çaşka (cəmi 18 ədəd) 150 AZN, krafınka bokalla birlikdə 2 dəst (12 ədəd bokal) 50 AZN, bokal dəsti (12 ədəd) 30 AZN, konfet qabı (1 ədəd) 15 AZN, qənd qabı (4 ədəd) 10 AZN, mürəbbə qabı (4 ədəd) 10 AZN, meyvə qabı (1 ədəd) 35 AZN, ləpə qabı 2 mərtəbə (1 ədəd) 35 AZN, qazan dəsti (5 ədəd) 370 AZN, salfet qabı (1 əd əd) 2 AZN, güldan (1 ədəd) 15 AZN, divar saatı (1 ədəd) 40 AZN, ləyən (2 ədəd) 10 AZN, süfrə (2 ədəd) 40 AZN, süfrə (jurnalni) (1 ədəd) 45 AZN, çexol prostina (3 ədəd) 150 AZN, yastıq (4 ədəd) 150 AZN, qoşa yorğan - döşək (1 ədəd) 300 AZN, tək yorğan-döşək (1 dəst) 200 AZN, adyal (1 ədəd) 200 AZN, yorğan (2 ədəd) 200 AZN, məhraba (2 ədəd) 30 AZN dəyərində əşyaların naturada, qətnamə icra edilərkən həmin əşyalar müəyyən edilməzsə, onların dəyəri cəmi 8047 (səkkiz min qırx yeddi) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qızılzinət əşyalarının dəyəri hissəsində mübahis ələndirsə də qətnamədə iddiaçıya məxsus cehiz əşyalarının cavabdehdən naturada alınıb iddiaçıya verilməsi qət edilmiş əşyaların dəyəri göstərilməmişdir. Bu isə qətnamənin icrası zamanı həmin əşyalar naturada müəyyən edilmədiyi halda çətinliklər yarada bilər. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qətnamə cehiz əşyaları hissəsində həmin əşyaların dəyəri göstərilməklə dəyişdirilməlidir.
12. Kollegiya həmçinin hesab etmişdir ki, qətnamə cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunmuş qızıl-zinət əşyalarının dəyəri hissəsində qismən ləğv edilməlidir.
13. Belə ki, iddiaçı iddia ərizəsində həmin qızıl-zinət əşyalarından qızıl sırğa, qızıl üzük, klonla birlikdə qızıl sep və bir ədəd qızıl bilərziyin çəkisi və əyarını göstərmədən onların brilyant qaşlarla bəzədi ldiyini, cəmi dəyərinin isə 3000 manat təşkil etdiyini göstərmiş olsa da, həmin əşyaların həqiqətən də brilyant qaşlarla bəzədilməsinə və dəyərinin 3000 manat təşkil etməsinə dair sübut təqdim etməmiş, mütəxəssis isə həmin əşyaları görmədən vəkilin məktubunda göstərilənlər əsasında qiyməti müəyyən etmiş, cavabdeh isə həm birinci instansiya məkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində izahatında iddiaçıya hədiyyə etdiyi qızıl-zinət əşyalarını zərgərə 1660 manata sifariş edərək düzəltdirdiyini, 1000 manata isə satdığını göstərmişdir ki, kollegiya sonuncunun göstərdiyini daha inandırıcı sayır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər.
18. Cavabdeh və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qa nunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
23. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədi yi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
24. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
25. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2) Ailə Məcəlləsi
26. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). (maddə 34.1) Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2174/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar