Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2071/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(106)-421/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Z.Əliyev, iş № 2(048)-1153/2017) iddiaçı X1 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh X3 barədə yaymış olduğu məlumatların onun şərəf və ləyaqətini ləkəl əyən, həqiqətə uyğun olmayan hesab edilməsi, qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh tərəfindən həmin məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib verilməsi, Cavabdeh vurulmuş mənəvi ziyana görə 500 manat, əlavə olaraq 30 manat tutulub X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.F.Mirzəyev, T.X.Heydərov və Z.B.Babayev) iddiaçı X1 apelyasiya şikayəti qismən təmin edilərək, Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh vurduğu mənəvi zərərə görə 500 manat alınaraq iddiaçı X2 verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh vurduğu mənəvi zərərə görə 1000 manat alınaraq iddiaçı X2 verilməsi, qətnamənin qalan hissədə dəyişd irilmədən saxlanılması, Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı X3 cavabdeh N oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin cəmiyyət arasında onun barəsində dəfələrlə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ünvanına təhqiredici ifadələr işlətməsini, bu hərəkətlər nəticəsində onun mənəvi iztirab və sarsıntı keçirməsini, cəmiyyətdə onun haqqında mənfi rəy yaradılmaqla işgüzar nüfuzuna xələl gətirilməsini əsas göstərərək cavabdehdən vurduğu mənəvi ziyana görə 10.000 manat, maddi ziyana görə 6500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabde h onun barəsində yaymış olduğu məlumatların şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan hesab edilməsi, cavabdeh tərəfindən həmin məlumatların həqiqətə uyğun olmaması ilə bağlı təkzib verilməsi və Cavabdeh vurmuş olduğu mənəvi ziyana görə 10.000 manat tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri bar ədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh iddiaçı Nin xx.xx.2016-cı il tarixdə şəxsi təsərrüfa tında olan bir baş qaramalı oğurlayaraq N kənd sakini Nə satması, bundan sonra xx.xx.2017-ci il tarixdə təkrarən Lerik Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onu ölümlə hədələməsi, onun evinə və həyətinə narkotik maddələr və silah ata biləcəyi, qanunsuz ov silahı və beşbarmağı olması, həmçinin DİN-nin 102 xidmətinə və RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdə onu bilərəkdən zəhərləməsi barədə məlumatlar vermiş, bundan əlavə kənd camaatı arasında, insanların sıx toplaşdığı yerdə barəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar yaymış, lakin həmin məlumatların həqiqiliyinə dair nə birinci instansiya məhkəməsinə nə də apelyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqəti n müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxx 1999-cu il tarixli 4 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəf ini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.(23.1.). Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Ə gər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. (23.2.) Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.(23.4) İşin müəyyən olunmuş halları və tətbiq edilmiş maddi hüquq normaları iddianın göstərilən qaydada qismən təmin edilməsi üçün əsas verdiyindən kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2071/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2071/2020
03.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver