Məhkəmə qərarları › İş №2(102)-2072/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2072/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2072/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXX Cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2072/21 (Açar sözlər: aliment tutulması,) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçıXXX Cavabdeh XXX qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020 il tarixli 2(105)2426/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 ma y 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı XXX cavabdeh XXX ilə 18 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Birgə nikahdan tərəflərin 14 aprel 2013-cü il təvəllüdlü XXX, 07 may 2015-ci il təvəllüdlü XXX adlı 2 uşaqları var.

3. İddiaçının cavabdehlə nikahı pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmışdır. Nikah pozularkən aliment tutulmasə məsələsi həll edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Qubadlı rayon Məhkəməsinə müraciət edərək, hər bir uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat məbləğdə alimentin tutulması və alimentin 2019-cu il sentyabr ayından hesablanaraq ödənilməsi barədə qətnamə çıxarıl masını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh uşaqların atası olsa da, maddi baxımından onların saxlanmasında könüllü olaraq iştirak etmir.

6. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olsa da, cavabdehlə münasibətləri 2019-cu ilin sentyabr ayından pozulub, faktiki olaraq həmin dövrdən cavabdeh uşaqların saxlanmasında iştirak etmir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 76-78-ci maddələrinə və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etmişdir.

8. Birinci instansiya məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, alimentin 2019-cu il tarixdən deyil məhkəməyə müraciət olunan vaxtdan tutulmasını və hər uşağa 170 manat aliment məbləğinin çox olmasını bildirib bunun nəzərə alınmasını xahiş etmişdir.

9. Qubadlı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli 2(028)-213/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X1 hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin 15.05.2020-ci il tarixdən başlayaraq tutulub 19.04.2013-cü il tarixdə doğulmuş X3 və hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin 15.05.2020-ci il tarixdən başlayaraq tutulub 07.05.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. (hakim Vladimir Ruvin)

10. Məhkəmə müəyyən etmişdir ki, Qubadlı rayon Məhkəməsinin 11.02. 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nigah pozulmuş, uşa qların ananın yanında saxlanmışdır.

11. Birinci instansiya məhkəməsi işin qeyd edilən halına əsasən hesab etmişdir ki, bir uşaq üçün 170 manat olmaqla, iki uşaq üçün 340 manat məbləğində aliment tutulmalı, eləcə də, aliment 2019-cu ilin sentyabrından deyil, məhkəməyə müraciət edildiyi vaxtdan tutulmağa başlanmalıdır.

12. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.1, 100.2, 100.3, “Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin dəyişdirilməsi, iki uşağa görə alimentin əmək haqqı və digər gəlirlərindən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə qəbu l edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamışdır.

15. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2426/2020 nömrəli, 04 noyabr 2020 il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qubadlı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, alimentin məbləği hər uşaq üçün 150 (yüz əlli) manat müəyyən edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) Şəmsəddin Abasov, Telman Məmmədov)

16. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilmə sindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir.

17. Hər iki valideyn övladının tələbatının ödənilməsində birgə məsuliyyət daşısa da, övladı yanında qalan valideyn övladının maddi və mənəvi tələbatının ödənilməsində daha artıq məsuliyyət daşıyır.

18. Apelyasiya məhkəməsinin mövqeyinə görə cavabdehin maddi imkanının aşağı olması onu bir valideyn kimi məsuliyyətdən azad etməsə də, uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki alimenti vaxtlı-vaxtında ödənilm əməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşaqların maddi tələbatlarının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Çünki, uşağın saxlanılması, onun maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır.

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, uşaqların tələbatlarının ödənilməsinin vaxtında təmin edilməsindən ötrü alimentin məbləği bir uşaq üçün 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və “Uşaq hüquqları haqqında» Qanunun 17-ci maddələri ilə əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən kassasiya şikayəti verib, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri: cavabdeh faktiki olaraq yüksək gəlir əldə edir, iddiaçının isə heç bir gəliri yoxdur. Apellyasiya məhkəməsi isə bunları nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrini n səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən alimentin məbləği hissəsində mübahisələndirilmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də alimentin məbləği təşkilı edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 15-17-ci bəndlərinə qeyd edilən dəyərləndirməsi ilə razılaşır və həmin dəlilləri bir daha sadalamağa zərurət görmür.

30. Məhkəmə kollegiyası alimentin məbləğinin 2020-ci ilin yaşayış minimumu haqqında qanunvericiliyə uyğun olaraq 170 manat müəyyən edilməli olması barədə kassatorun dəlillərini əsasız sayır. Belə k i, “Yaşayış minimumu haqqında” Qanunla uşağın müəyyən edilən yaşayış minimumu alimentin məbləğinin müəyyən edilməsinin yeganə meyarı ola bilməz. Yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan valideynlərdən birinin üzərinə qoyulması düzgün olmazdı. 31. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasi bətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq alimentin miqdarı hissəsində maddi hüquq normasını düzgün tətbiq və təfsir etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmaldır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıXXX kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020 il tarixli 2(105)-2426/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar