Məhkəmə qərarları › İş №2(102)-2074/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2074/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2074/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payın tanınması tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(104)-394/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyul 2025-ci il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10-cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 37600 manat məbləğ Cavabdeh tərəfindən kassaya mədaxil edilmişdir. 3. "xxxx" Məhdud Məsuliyy ətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 01/110 nömrəli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında tikilən binanın 1- ci giriş, 10-cu mərtəbəsində yerləşən 35a saylı mənzilin dəyəri alıcı Cavabdeh tərəfindən tam ödənilmişdir.

4. Tərəflərin nikahları 11,02.2022-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur.

5. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(043)650/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi ünvan 1 ünvanda yerləşən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi hissəsində həmin daşınmaz əmlak dövlət qeydiyyatından keçmədiy indən və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadığından təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki,xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/2020 saylı, 10 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Birgə nikah dövr ündə ərarvadın, yəni onunla Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 3 ünvanda yerləşən ev almışdırlar. O, cavabdehlə Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 3 ünvanda yerləşən mənzilin satılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ona bildirmişdir ki, onun, yəni iddiaçının orada hər hansı bir payı yoxdur. Belə ki, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq onun iddiasının əsasız olduğunu bildirmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin (hakim Cavid Tağıyev) xx.xx.2024-cü il tarixli, 2(125)- 3836/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil tərəflərin birgə nikah dövründə əldə olunmuş, onların ümumi əmlakını təşkil etmiş və həmin mənzilin əldə edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə Cavabdeh ilə bağlanmışdır. Tərəflər özləri də bu halı mübahisələndirməmiş, lakin payların müəyyən olunmasında qarşılıqlı razılığa gələ bilməmişdirlər. İddiaçı 21,02.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin 1/2 hissədə paylarının müəyyən edilmə sini tələb etsə də, cavabdeh iddianı qəbul etməyərək evin satılmasını istəmədiyini və iddiaçıya məxsus digər evdən ona pay verilmədiyini əsas gətirmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzil tərələrin birgə nikah dövründə əldə olunmuşdur. Lakin həmin mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün iddaçının həmin mənzil üzərində mülkiyyət hüququ üzrə payının müəyyən edilməsi mümkün olmadığından həmin mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payının müəyyən edilməsini tələb etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3 və 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəl lənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusaya Məhkəmsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.15-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 216-220, 227, 230, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 3836/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 2004-cü ildə İddiaçı birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini almışlar. 2008-ci ildə onu sökərək yerində 2 mərtəbəli yeni yaşayış binası tikmişlər. Hazırda məhkəmədə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evin təmirinə çəkilmiş xərclərin yarısının İddiaçı alınaraq ona verilməsi barədə iddia qaldırsa da, İddiaçı həmin evi sataraq onun satışından əldə olunan pulu tamamilə mənimsəmiş, bununla da onun ucbatından ümumi əmlakları əhəmiyyətli dərəcədə azalmışdır. Lakin, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin bu halına da hər hansı bir əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd etdiyi kimi, nikahları pozulduqdan sonra məhkəmədə birgə nikah dövründə əldə olunmuş hər iki əmlaka payının müəyyən edilməsi üçün iddia qaldırmışdır. Lakin, həmin vaxt faktiki nikaha 2000-ci ildə daxil olsalar da, rəsmi nikaha 2005-ci ildə daxil olmaları səbəbindən (ev 2004-cü ildə alındığı üçün) ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə münasibətdə, rəsmi reyestrdə qeydə alınmaması səbəbindən isə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1,35A nömrəli mənzilə münasibətdə iddiası təmin olunmamışdır. Bundan bir müddət sonra isə İddiaçı özü Gəncə Şəhər Məhkəməsində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, 35A nömrəli mənzilə payının müəyyən edilməsi tələbi ilə iddia qaldırmış və əvvəlki qətnaməyə görə onun iddiası üzrə işin icraata xitam verilmişdir. Hazırda hər iki məhkəmə aktı, yəni onun iddiası üzrə çıxarılmış qətnamə və İddiaçı iddiası üzrə qəbul edilmiş qərardad qanuni qüvvəsini almışdır. Lakin, qeyd edilən məhkəmə aktlarının mövcudluğuna baxmayaraq, məhkəmə hazırki qətnaməni qəbul edən zaman daha əvvəl çıxarılmış bu qərarların mövcudluğuna ümumiyyətlə hər hansı bir əhəmiyyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. Məhkəmənin gəldiyi qənaətə görə, sözügedən mənzil mənzil-tikinti kooperativinə aid olduğu üçün İddiaçı mənzilə mülkiyyət hüququ yaranmışdır. Lakin, məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Əslində isə sözügedən mənzilin mənzil-tikinti kooperativinə hər hansı bir aidiyyəti yoxdur. Bu mənzil Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur ki, onun da hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda isə mənzilə dair sərəncam verilməsi qeyri-mümkündür. Çünki, kooperativlərdən fərqli olaraq Məhdud Məsuliyyətli Cəmiyyətlərdə yalnız Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra onun barəsində sərəncam verilə bilər. Hazırki halda isə mənzilin onun mülkiyyətində deyil, Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olması səbəbindən mənzilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi pay tanına bilməzdi.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) 22 yanvar 2025-ci il tarixli 2(104)-394/2025 saylı qətnaməsi ilə Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətlərində əld ə etdikləri əmlakdır. Çünki, KristalM.V.U.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10-cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.

16. Belə ki, iddiaçı mübahisə predmeti olan mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün iddaçının həmin mənzil üzərində mülkiyyət hüququ üzrə payının məyyən edilməsi mümkün olmadığından həmin mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payının müəyyən edilməsini tə ləb etmişdir. 17. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.15-ci bəndində qeyd edilmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ərarvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.

18. Birinci instansiya məhkəməsi isə haqlı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə, ½ hissədə İddiaçı pay müəyyən etmişdir.

19. Belə olan halda məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzilə iddiaçının payının olmaması barədə dəlillərini əsassız saymışdır. Çünki, bu barədə cavabdeh tərəfindən məhkəmələrə mötə bər sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.

20. İddia olunan mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün, həmin mənzil üzərində tərəflərin mülkiyyət hüququ üzrə payının məyyən edilməsi mümkün olmadığından, həmin mənzilə görə bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin hər birinin payı ½ hissədə müəyyən edilmişdir.

21. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

23. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki,iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 33.1, 33.4, 34.1, 35-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1 -ci maddəsinə, “Azərbaycan Respu blikası Ailə Məcəlləsinin 32 və 36cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış v ə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr iddianı təmin edən zaman “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 №-li qərarında göstərilən müddəalara da düzgün istinad etməmişlər. Bundan başqa, 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 1, 35A nömrəli mənzili tam təmirsiz vəziyyətdə 37.600 manata alıblar. Evdə təmir işləri isə ayrıldıqdan sonra onun özü tərəfindən aparılmış, bununla da mənzilin dəyəri əvvəlki dəyərindən kifayət qədər artmışdır. Lakin məhkəmələr iddianı təmin edən zaman ən azından işin bu halına da qiymət verməyərək payları bərabər şəkildə bölmüşdür. Apellyasiya instansiya məhkəməsində işə baxan məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul edən zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

30. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

31. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdiklər i əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

33. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

34. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər b ağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

35. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər- arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

36. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

37. Maddə 112.1. Mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı

38. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-ar vadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər- arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı

39. Bənd 4.15. Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri- yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məh kəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq 51. normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasıya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən yoxlanılır. apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin evdə təmir işlərinin ayrıldıqdan sonra onun özü tərəfindən aparıldığı, bununla da mənzilin dəyərinin əvvəlki dəyərindən kifayət qədər artdığı, lakin məhkəmələr iddianı təmin edən zaman ən azından işin bu halına da qiymət verməyərək payları bərabər şəkildə böldüyü barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə cavabdehin payların bərabər bölünməməli olmasına əsas ver ən halları təsdiq edən sübutları təqdim etməsi təsdiqlənmir.Eləcə də məhkəmələr tərəfindən belə hallar müəyyən edilməmisdir.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nətic ələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 22 yanvar 2025-ci il tarixli, 2(104)-394/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar