Məhkəmə qərarları › İş №2(102)-2075/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2075/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2075/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda, şikayət verilməsi nəzərdə tutulmayan qərardad. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 may tarixli 2(103)-1565/2025 nömrəli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh4 (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2-dən iddiaçının saxlanmağı üçün hər ay 3.000 manat məbləğində alimentin tutulub ona ödənilməsi və “Burun ucunun rekonstruktiyası” əməliyyatı üçün ödədiyi 2.500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli 2(005)1583/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının saxlanması üçün hər ay Ca vabdeh3 100 manat, Cavabdeh4 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh4 22 manat, Cavabdeh3 22 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi və qətnamənin “alimentin tutulması” hissəsində dərhal icra edilməsi qət olunmuşdur. Həm iddiaçı, həm də cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 5 mart tarixli 2(103)1619/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti ve rmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2(102)-3414/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tutulmuş alimentin məbləği hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 12 mart tarixli 2(103)1565/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının saxlanması üçün cavabdehlər İddiaçı və Cavabdeh4 tutulan alimentin məbləği hissəsində dəyişdirilməsi, xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının saxlanması üçün hər ay Cavabdeh3, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddində sabit pul məbləğində, xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının saxlanması üçün hər ay Cavabdeh4, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,73 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 may tarixli 2(103)2287/2025 nömrəli qərardadı ilə cavabdehlərin kassasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsində iddianın, hər bir cavabdeh ə münasibətdə ayrı-ayrılıqda qiyməti beş min manatdan az olduğundan geri qaytarılmışdır. MPM-in 112.1.3-cü maddəsinə əsasən, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktda n verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə ilə bağlı mövqeyinə uyğun olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin 2025-ci il 12 mart tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının saxlanması üçün hər ay Cavabdeh3, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddində sabit pul məbləğində, xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddiaçının saxlanması üçün hər ay Cavabdeh4, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,73 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, Cavabdeh3 qətnaməni mübahisələndirdiyi hissəsində iddianın qiyməti 3.601,8 (345 (2023-cü il üzrə minimum əmək haqqı məbləği) x 0,87=300,15 x 12 = 3.601,8) manat, Cavabdeh4 qətnaməni mübahisələndirdiyi hissəsində isə iddianın qiyməti 3.022,2 (345 (2023-cü il üzrə minimum əmək haqqı məbləği) x 0,73=251,85 x 12 = 3.022,2) manat təşkil edir ki, bu da MPM-in 402.1-ci maddəsində nəzə rdə tutulmuş beş min manatdan az olduğundan, cavabdehlərin həmin qətnamədən kassasiya şikayəti vermək hüquqları yoxdur. MPM-ə əsasən hazırda apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən 2025-ci il 12 mart tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayəti verməsi nəzərdə tutulmadığından, kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiya məhkəməsinin 2025-ci il 8 may tarixli qərardadından da kasasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM, maddə 416.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin m übahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (maddə 402.1). Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti ver ilə bilər (maddə 402.2.2). MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəm ə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 may tarixli 2(103)1565/2025 nömrəli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar