Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2077/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı x oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: atalığa dair mübahisə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı x oğlunun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 08 oktyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ 953746 nömr əli doğum haqqında şəhadətnaməyə əsasən, Şirinzadə Natiq oğlu 06 fevral 2011-ci ildə anadan olmuşdur, atası x oğlu, anası isə Cavabdehdır.
2. İddiaçı Şirinov X9 Şirinzadənin atasının olmamasına dair aşğıdakı məzmunda iddia tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı x oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 06.02.2011-ci ildə Sumqayıt şəhərində anadan olmuş Şirinzadə Natiq adlı uşağın bioloji atasının olmadığının müəyyən edilməsi, atasının x oğlunun göstərilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 27.09.2011-ci il tarixdə aparılmış doğum haqqında qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin vaxtlar o, cavabdehin səmimiyyətini qəbul edərək uşağın ondan olduğuna inanmışdır. Bir müddət sonra söhbət əsasında Cavabdeh anası ona bildirmişdir ki, uşağın atası o deyildir, Arifə onu aldatmışdır. O ailəlidir, həmin nikahından 3 uşağı vardır. 06.02.2011-ci ildə anadan olmuş x onun övladı deyil.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, uşağın atası İddiaçıdur. Sonuncu aliment ödəməkdən yayınmaq üçün belə bir iddia qaldırmışdır. Uşağın yaşı az olduğundan onun barəsində ekspertiza keçirilməsinə razı deyil. O hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və uşağın qanunla himayəçisi öz anası X2 təyin edilmişdir, hazırda uşaqlar nənələrinin himayəsində yaş ayırlar. Uşağın on səkkiz yaşı tamam olanadək bu məsələyə baxılmasını istəmir və ekspertizanın keçirilməsində uşağın iştirakını təmin edilməsindən imtina edir.
6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 16 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iş üzrə məhkəmə-tibbi genetik ekspertizasının təyin edilməsini, mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyinin sübutetmə predmetinə daxil olan mötəbər sübut əhəmiyyəti kəsb etməsini, lakin cavabdeh tərəfindən dəfələrlə ekspertizanın keçirilməsindən imtina edilməsini, bu tərəfin (uşağın) iştirakı olmadan ekspertiza keçirilməsinin mümkünsüz olmasını, n əticədə həqiqətin müəyyən edilməsinə maneə törətməsini, cavabdeh tərəfin iddiaya etirazının heç bir sübuta əsaslanmamasını və cavabdehin ekspertiza keçirilməsindən imtina etməsinin şübhə doğurması ilə bağlı halları, habelə iddiaçının sübutetmə vəzifəsindən çıxış edərək məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsinə razılığını, dəfələrlə ekspertiza keçirilməsinə könüllü iştirakını təmin etməsini nəzərə alaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və Z.Məmmədov) 08 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(060)-238/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 47.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 10. x kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə əsassız olaraq Ailə Məcəlləsinin 47.2-ci maddəsini tətbiq etmişdir. Belə ki, Ailə Məcəlləsinin 47.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddənin hazırkı iş üzrə mübahisəyə tətbiqi üçün zəruri şərt doğum aktı qeydində uşağın atası kimi yazılmış şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilməsi faktıdır. Lakin işin faktiki hallarından iddiaçının 2012ci ildə atalığın müəyyən edilməsi və uşağın doğum haqqında akt qeydlərində uşağın atası kimi yazılarkən özünün uşağın həqiqi valideyni olmadığını bildiyi müəyyən edilmir. Əksinə, cavabdeh onu aldadaraq uşağın bioloji atası olduğuna inandırdığı üçün iddiaçı həmin vaxt bu akt qeydlərində özünün uşağın atası kimi yazılmasına razı olmuş və bundan xeyli müddət sonra əsl həqiqəti öyrənib əslində həmin uşağın ona məxsus olmadığını bildiyi zaman məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan başqa, məhkəmə işə əsassız olaraq Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini tətbiq etmişdir. Belə ki, məhkəmənin mübahisəyə bu maddəni tətbiq etmək üçün istinad etdiyi tərəflər arasında aliment tələbinə dair mülki üzrə məhkəmə qətnaməsindən görünür ki, həmin işdə cavabdeh olan x məhkəmə iclasında məhz bu uşaqla bağlı tələbə etiraz edərək, Cavabdeh 2010-cu ilin fevral ayında Türkiyəyə getdikdən sonra onunla bir daha görüşmədiyini, lakin onu və övladlarını şərləyəcəyi, böhtan atacağı və həbs etdirəcəyi iə hədələyərək həmin uşağın atası kimi yazdırılmasına nail olduğunu, əslində isə uşağın atasının özü olmadığını bildirmiş, ancaq məhkəmə bununla bağlı sübutların olmamasına istinadən ondan həmin uşağa görə də aliment tutduğu üçün o, ötən müddət ərzin də qeyd edilən alimenti ödəmək məcburiyyətində qalmışdır. İş materiallarından görünür ki, iddiaçı uşağın atası olmadığını iddia etdiyinə görə işin obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsini xahiş etmiş, bununla bağlı bütün xərcləri özü qarşılayacağını bildirmiş, birinci instansiya məhkəməsi vəsatəti təmin edərək müvafiq ekspertiza təyin etmiş, lakin cavabdeh tərəfindən uşağın ekspertizaya təqdim olunmasından heç bir zəruri əsas olmadan imtina edildiyindən, eləcə də işdə onun nümayəndəsi kimi çıxış edən və özünün hazırda həbsdə olması səbəbindən uşağa qəyyumluq edən anası ekspertizanın keçirilməsinə razılığını bildirsə də, daha sonra uşağın ekspert müayinəsində iştirakını təmin etmədiyindən, həmin ekspertizanı keçirmək mümkün olmamışdır. Belə ola n halda, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə AR MPM- in 97.5-ci maddəsini tələbi etməklə, ekspertiza təyin edilən faktı təsdiq olunmuş hesab etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin ekspertizanın keçirilməsini təmin etmədən və müvafiq rəy almadan iddianı əsassız olaraq rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermə diyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
16. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qa biliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
17. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın hüquqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiy ası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
24. Doğum haqqında şəhadətnamədən görünür ki, X X oğlu 06 fevral 2011-ci ildə anadan olmuşdur, atası kimi x oğlu, anası kimi Cavabdeh yazılmışdır.
25. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 04 oktyabr 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, X3 nəvələri X8, Şirinzadə Fərid oğlunun və X4 üzərində qəyyum təyin edilmişdir. 26. 06 fevral 2011-ci ildə anadan olmuş X10 oğlunun doğum haqqında akt qeydi üçün əsas olan sənədlər in surətlərindən görünür ki, 20 oktyabr 2012-ci il tarixdə Cavabdeh və x oğlu atalığın müəyyən edilməsi haqqında birgə ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət edərək 06 fevral 2011-ci ildə anadan olmuş X atalığının müəyyən edilməsinin qeydə alınmasını, bununla əlaqədar doğum haqqında akt qeydində uşağın soyadının X, ata adının yazılmasını və doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişlər. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən bu barədə 20 oktyabr 2012-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 625 nömrə ilə qeydiyyat aparılmış və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir.
27. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 04 oktyabr 2018-ci il tarixli sərəncamının verilməsi üçün əsas olan sənədlərin surətlər indən görünür ki, X3 ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək qızı Cavabdeh birinci nikahdan 3, ikinci nikahdan 2 övladı olduğunu, qızının keçmiş həyat yoldaşının 2014-cü ildə vəfat etdiyini, ikinci dəfə ailə qurduğu xdan ayrıldıqdan sonra 5 uşağı ilə ona sığındığını, uşaqların ikisinin yetkinlik yaşına çatdığını, qızı Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.06.2018-ci il tarixli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, bu səbəbdən də uşaqların himayəsiz qaldığını göstərərək nəvələri X8, X5 və X4 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Həmin sənədlərdə olan x oğlunun imzası 19.06.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 30.03.2004-cü il təvəllüdlü oğlu X oğlunun və 06 fevral 2011-c i il təvəllüdlü oğlu X4 nənələri-X qızının qəyyumluğuna verilmələrinə etiraz etməmişdir.
28. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, x saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh x oğluna qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, 20.03.2004-cü il təvəllüdlü X5 və 06.02.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh x oğlundan 23.05.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
29. Apellyasiya məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, 20 oktyabr 2012-ci il tarixdə Cavabdeh və x oğlu atalığın müəyyən edilməsi haqqında birgə ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöb əsinə müraciət edərək 06 fevral 2011-ci ildə anadan olmuş X atalığının müəyyən edilməsinin qeydə alınmasını, bununla əlaqədar doğum haqqında akt qeydində uşağın soyadının Şirinzadə, ata adının yazılmasını və doğum haqqında yeni şəhadətnamə verilməsini xahiş etmişlər. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən bu barədə 20 oktyabr 2012-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 625 nömrə ilə qeydiyyat aparılmış və atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir.
30. Digər tərəfdən, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 237 saylı, 04 oktyabr 2018ci il tarixli sərəncamı ilə X d qızı nəvələri X8, X5 və X4 üzərində qəyyum təyin edilərkən x oğlu imzası 19.06.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək 30.03.2004-cü il təvəllüdlü oğlu X5 və 06 fevral 2011-ci il təvəllüdlü oğlu X4 nənələri X1 qəyyumluğuna verilmələrinə etiraz etmədiyini bildirmişdir.
31. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, x saylı qətnaməsi ilə 30.03.2004-cü il təvəllüdlü X oğlunun və 06.02.2011ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün x oğlundan 23.05.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəlmişdir.
32. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, x saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə x oğlu 2003-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, faktiki nikahlarından 30.03.2004-cü il tarixdə Şirinzadə Fərid oğlu və 06.02.2011-ci il tarixdə Şirinzadə Natiq oğlu anadan olmuş, lakin sonradan tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və uşaqlar Cavabdeh himayəsində qalmışlar.
33. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı x oğlu həmin qətnaməni 2019-cu ilin sentyabrınadək, yəni hazırki iddia ilə məhkəməyə müraciət edənədək icra etdiyini, bundan sonra isə ancaq birinci uşaq üçün 75 manat aliment ödədiyini göstərmişdir.
34. Göründüyü kimi, x oğlu 06 fevral 2011-ci ildə anadan olmuş Natiqin atası olduğunu könüllü surətdə etiraf etmiş, 7 ilə yaxın müddət ərzində atalığa dair mübahisə açmamış, X1 nəvələri üzərində qəyyum təyin edilərkən notarial qaydada təsdiq edilmiş ərizəsində də xnin onun oğlu olduğunu bildirmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 20 13-cü il tarixli, x saylı qətnaməsi əsasında 6 ildən artıq Şirinzadə Natiq oğlunun saxlanması üçün aliment ödəmişdir.
35. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, x saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair işə baxılarkən sonuncu izahatında bildirmişdir ki, “Cavabdeh ailəli olmasına baxmayaraq 2003-2005-ci illər ərzində onunla bir neçə dəfə görüşmüş, bu münasibətlərdən 20.03.2004-cü ildə X adlı övladları anadan olmuş, lakin iddiaçı Cavabdeh 2010-cu ilin fevral ayından Türkiyə Respublikasına getmiş, bundan sonra o, iddiaçı ilə görüşməmişdir. Sonradan onunla Cavabdeh əri x arasında olan cinayət işi ilə əlaqədar olaraq iddiaçı onu oğlanları da həmin işə cəlb edərək, şərləyəcəyi böhtan atacağı və həbs etdirəcəyi ilə hədələmişdir. Daha sonra isə Cavabdeh, sonradan doğulmuş uşağı da onun adına yazdırmağa nail olmuşdur. Natiq adlı ikinci uşaq onlar birgə yaşamadıqları dövrdə olmuş, həmin uşağın atası o deyildir”.
37. Göründüyü kimi x hələ 2013-cü ildə məhkəmədə verdiyi izahatında Cavabdeh hədə-qorxu yolu ilə xnin onun adına yazdırılmasına nail olduğunu bildirmişdir.
38. Buna baxmayaraq, x, xnin atası olması barədə verdiyi ərizəni (iradə bəyanını) keçən müddət ərzində mübahisələndirməmiş, əksinə bu halı qəbul edən davranışlar sərgiləmişdir (alimentin ödənilməsi, uşağa qəyyumluğun Validə Xudaverdiyevaya verilməsinə etiraz etməməsinə dair ərizə verməsi və s.).
39. Belə olan halda apellyasiya instansiyası məhkəməsi, uşağın atası kimi yazılmış şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbinin təmin oluna bilməzliyinə dair Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddianı rədd etməkdə haqlı olmuşdur.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: x oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 08 oktyabr 2020ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.