Məhkəmə qərarları › İş №2(102)-2084/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2084/2022

17.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2084/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia tələbinə, Cavabdeh2 İddiaçı, Cavabdeh4 və Cavabdeh1 MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1794/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 17 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kvadrat metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kvadrat metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hün dürlüyü 5 metr, sahəsi 99 kvadrat metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kvadrat metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kvadrat metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kvadrat metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi t ərəfindən 14.08.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kvadrat metr olan qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, "Xudafərin” MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialda n və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin "Xudafərin” MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi, dövlət rüsumuna görə 10 manatın Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti vermiş, həm bu şikayət, həm də nümayəndənin başqa bir qətnamədən verdiyi şikayət iş materiallarına əlavə olunaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Fuad Babayev) 25 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə əlavə edilmiş, həmin nümayəndənin müvafiq mülki işə heç bir aidiyyatı olmayan qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin sözügedən şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 nümayəndəsinin müvafiq mülki işə heç bir aidiyyatı olmayan qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün olmadığından, iş həmin şik ayətin geri qaytarılması məsələsinin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 hüquqlarının müdafiəsinə təminat verilməmiş və onun işinə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qərəzli yanaşılmışdır. Qərardaddan açıq-aşkar müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən tərtib olunmuş iki apellyasiya şikayəti təqdim olunmuşdur. Şikayətin biri Binəqədi Ray on Məhkəməsinin 2(001)-2235/2021 N-li, 06.12.2021-ci il tarixli qətnaməsindən, digəri isə Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 N-li, 07.12.2021-ci il tarixli qətnaməsindən verilmişdir. Artıq şərhə ehtiyac qalmır ki, 2(001)-2235/2021 N-li, 06.12.2021-ci il tarixli qətnamədən verilmiş apeliyasiya şikayəti ilə birlikdə digər işə aid olan apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərməklə, birinci instansiya məhkəməsi İ.Ağarohimova qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirmiş, apellyasiya məhkəməsi də həmin qərəzli mövqeyi davam etdirmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-128/2021 N-li, 07.12.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti bilərəkdən hazırkı iş materlallarına əlavə edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Binəqədi Rayo n Məhkəməsinin 06.12.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə ümumiyyətlə qiymət verilməsin və nəticə etibarı ilə hazırkı işə aid olmayan şikayət mümkün hesab edilməməklə, işin apellyasiya icraatında baxılmasının lüzumsuz uzadılmasına şəraət yaradılsın. Digər məhkəmə işi üzrə apellyasiya şikayətinin ümumiyyətlə bu işə heç bir adiyyətinin olmadığı faktını apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməsi və bu əsasla şikayətin, eləcə də ümumilikdə məhkəmə iş materialları ilə birlikdə geri qaytarılması onu göstərir ki, məhkəmə əsas apellyasiya şikayətini demək olar ki, baxılmamış saxlamışdır (yəni heç bir münasibət bildirməmişdir). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qa nunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərard adının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi baxılan işə heç bir adiyyatı olmayan şikayəti qeyri-mümkün hesab etməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Hazırki işə aid olmayan apellyasiya şikayətinin geri qaytarılması heç də o demək deyil ki, baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılamayacaqdır. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkə mə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1794/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar