Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2085/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı X1 8 fevral 2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus, X5 idarə etdiyi “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun onu vurması nəticəsində ölmüşdür.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 1(006)234/2019 saylı hökmünə əsasən avtobusun sürücüsü X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(009)513/2023 saylı qətnaməsi il ə "xxxx" MMC-dən dəymiş mənəvi zərərə görə 10.000 manat pul vəsaitinin tutularaq mərhum X2 oğlu X6 ödənilməsi qət edilmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği dəyişdirilərək 30.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı tələbin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məs uliyyətli Cəmiyyətindən 200.000.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, qızını faciəvi surətdə itirmişdir. Belə ki, min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı qızı Mehriban onu və yeganə oğlunu işləməklə dolandırırdı. Onun Mehribandan başqa bir kimsəsi olmamışdır. X1 "xxxx" MMC-də işləyirdi və hər gün səhər saat 06:30 radələrində evdən çıxıb işə gedirdi. 8 fevral 2019-cu il tarixdə, səhər saat 06:30 radələrində həmişəki kimi işə gedirdi. O, “Koroğlu” metrostansiyasının yaxınlığından avtobusla Bakıxanov küçəsində yerləşən iş yerinə getmişdir. Saat 08.00 radələrində Mehribanın nömrəsindən gələn zəng danışanda Mehribanı avtobus vurması nəticəsində hadisə zamanı xəsarət aldığını, hal-hazırda 1 saylı X3 bildirdilər. Bu xəbəri eşitdikdən dərhal sonra xəstəxanaya getmişlər və onlara artıq Mehribanın öldüyü deyilmişdir. Mehribandan ona yadigar qalan 14 yaşlı Rəfaili də saxlamaq onun üzərinə düşmüşdür. Xəstə və yaşlı vaxtında qızının ölüm xəbərini almaq onu çox sarsıtdı və Mehribandan qalan yeganə yadigar olan Rəfailin qulluğunu tutmaq onun borcu olsa da, qızının ölümündən sonra iztirabları get-gedə artmağa başladı. Həmin an keçirdiyi mənəvi sarsıntı və qızının yanında olmamasının iztirablarını hələ də yaşayır. Qızının yoxluğunu isə heç cür izah edə bilmir. Qızı onu işləməklə dolandırırdı. O, işə gedəndə yolda vəfat etmişdir. Təqsirləndirilən şəxs X5 təqsiri, yəni cinayət əməlini törətməsi i ş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X8 hadisəni törədərkən "xxxx" MMC-də sürücü işləmişdir. Yəni hadisə "xxxx" MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir ana kimi mənəvi zərər dəymiş, qızının faciəvi vəfatı onu çox üzmüş, bundan sonra onun psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemlər yaranmışdır. Bu günədək qızının ölümünün iztirabını çəkir. Qızı ilə keçirdiyi günlər gözünün önündə canlanır və hələ də onun keçirdiyi stresslər, yara və iztirabların hər gün təzələnməsinə səbəb olur. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın v urulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi şəkildə ölməsindən sonra düşdüyü çətinliyi, hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananları oxuyanda - mərhum qızının ölmüş bədəni gözünün önündə canlanır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olduğunu və qanunun tələbləri baxımından da buna hüququ olduğunu qeyd edir. Qanunverici isə bu halda mənəvi ziyanın ödənilməsi məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin Bakı şəhərində sərnişin daşıma fəaliyyəti ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhum qızının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməlidir. Hesab edir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını nəzərə almalıdır. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməyi istisna deyil.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü i tarixli, 2(010)400 5/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20000 manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qızının baş vermiş nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, həmin hadisənin cavabdeh "xxxx" MMC-nin işçisi tərəfindən törədilməsi işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə zərərçəkənin qızının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbə bli əlaqənin olması sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin nəqliyyat vasitələrindən (yüksək təhlükə mənbəyindən) istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin öhdəsinə qoyulur. İddiaçının qızının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Hə r bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin vurulması və həmin zərərin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı haqlı olsa da, buna görə ********* manat kompensasiya məbləğinin müəyyən edilməsini tələb etməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilənlərə əsasən ədalətli məbləğ kimi qəbul edilə bilməz.
10. Məhkəmə bildirmişdir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunverici konkret məbləğləri müəyyən etməmişdir. Həmin Qərara əsasən, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq ) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin miqdarının müəyyən edilməsi qanunverici tərəfindən müəyyən edilməsə də, bununla bağlı Azərbaycan Respublikasında məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsinə görə isə, bədbəxt hadisə nəticəsində yaxın qohumunu itirmiş şəxslərə mənəvi zərərin əvəzi olaraq 20.000 – 40.000 manat məbləğində pul ödənilir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin işçisi olan X8 iddiaçının qızının ölümü ilə nəticələnən əməlini ehtiyatsızlıqdan törətmişdir. Nəzərə almaq lazımdır ki, zərərçək ən-iddiaçının fərdi xüsusiyyətlərinə onun yaşlı olması, başqa uşaq dünyaya gətirə bilməyəcək olması aiddir. Bundan başqa, iddiaçının nəvəsi (mərhum qızının övladı) X7 əvvəl iddia qaldırmış və cavabdeh tərəfindən eyni predmet üzrə ona mənəvi zərərin əvəzi ödənilmişdir. Bu hal iddiaçını mənəvi zərəri tələb etmək hüququndan məhrum etmir, lakin qərar qəbul edilərkən nəzərə alınmalıdır.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1907, 1099, 1108, 1114-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-c ü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarlarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunan hissədə rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, mənəvi zərərin miqdarı işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmalıdır. İş materiallarında isə mənəvi zərərin konkret nədən ibarət olmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İddiaçının iddia ərizəsində sarsıntı və iztirabları hansı formada və necə keçirdiyi barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin məhkəmə baxışında zərərçəkmiş şəxsin sağlamlığında müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını sübut edən Psixi Sağlamlıq Mərkəzinin rəyi və ya orda hər hansı bir müalicə almasını sübuta yetirən bir arayış, eyni zamanda, iztirab keçirməsilə əlaqədar olaraq onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini sübuta yetirən hər hansı həkim rəyi, sağlamlığının pozulması nəticəsində aldığı müalicələrə görə sağlamlıq mərkəzindən rəsmi şəkildə təqdim edilən epikriz və digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qərarda zərərçəkənin keçirdiyi mənəvi izt irab və sarsıntıların xarakteri və ağırlıq dərəcəsinin, habelə zərərçəkənin fərdi xüsusiyyətlərinin, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünün müəyyən edilməsi tələbi olsa da, iddiaçı sarsıntı və iztirabları hansı formada və necə keçirdiyini öz iddiasında sübuta yetirə bilməmişdir. Həmçinin cinayət işi üzrə aparılan məhkəmə istintaqı zamanı mərhumun hüquqi varisi qismində çıxış etmiş X9 zərər vuran X8 tərəfindən xərclərin və zərərin tam şəkildə qarşılandığından sonuncuya qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Məhkəmə mənəvi zərərə görə təzminatın miqdarını müəyyən edərkən hüquqazidd əməlin növünü, dərəcəsini, davam etdiyi müddəti, baş vermiş mühit və şəraiti, digər amilləri və ən əsası isə Plenumun Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına riayət etməmişdir. Yəni məhkəmə mənəvi zərəri təyin edərkən yalnız cəmiyyətin dövriyyəsini və ödəniş qabiliyyətini nəzərə almış və üstün tutmuşdur, zərərvuran X5 deyil, bununla da sonuncudan reqress qaydasında ziyan məbləğinin ödənilməsinin cəmiyyət tərəfindən tələb edilməsini mümkünsüz etmişdir. Belə ki, X8 3 oktyabr 2015-ci ildə "xxxx" MMC-yə avtobus sürücüsü vəzifəsinə əmək müqaviləsi bağlanmaqla qəbul olunmuş və 22 iyul 2019-cu il tarixdə işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hadisə baş verən zaman adıgedən şəxs həqiqətən Cəmiyyətdə əmək münasibətində olmuş və hadisənin nəticəsi olaraq barəsində cinayət təqibi aparılmış və Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə məlum nəticə ilə mühakimə olunmuşdur. Hökm qüvvəsini aldığı gündən bir neçə gün sonra işdən azad olunmuş və hadisəni törətmiş şəxsə görə hüquqi şəxs, üzərindən 5 il keçdikdən sonra məsuliyyət daşıması qeyri-müəyyən məsələdir. Bu da cavabdehin düzgün seçilməməsi anlamına gəlir. Hazırda hadisə baş verən zaman əməli törətmiş şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi zərərin tələbinə dair məhkəmə qətnaməsi, sonuncunun maddi vəziyyətinin ağır olması səbəbindən icra olunmamış qaldığı halda, 20.000 manat mənəvi zərərin reqress qaydada həmin şəxsdən tələb edilib, ödətdirilməsini mümkünsüz edir. Bu da, "xxxx" MMC-nin hüquqlarının təmin olunmamasına və kifayət qədər yüksək məbləğdə maddi ziyana getməsinə gətirib çıxarır. Yekunda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə mənəvi ziyanın məbləği artırılaraq "xxxx" MMC- dən Hüseynov Rəfailin xeyrinə 30.000 manat tutularaq ödənilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
16. İlkin olaraq məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi ilə əlaqədar qeyri – mümkün hesab olunmasına dair cavabdehin mülahizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının ilkin tələbi 50000 manat həcmində olmuş, sonradan artırılaraq ********* manat təşkil etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ailəni dolandıranın ölümü nəticəsində dəyən zərərin ödənilməsi barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Lakin qanunvericiliyin bu normasının məqsədi iddiaçılara bununla bağlı sui – istifadə halına şərait yaratmaq olmamış, sosial məqsədlər güdərək onsuz da artıq dəymiş ziyandan əlavə dövlət rüsumu ödəməmək üçün onlara güzəşt olunması niyyətini daşımışdır. Bu halda tərəfin bu normanın güzəştindən sui-istifadə edərək iddia tələbi əvvəl 5 0.000 manat təşkil etdiyi halda, sonradan məqsədli olaraq tələbin həcmini artıraraq 200.000.000 manat tələb etməsi və bunun nəticəsində işin növbəti mərhələsində qarşı tərəfin apellyasiya və kassasiya şikayətlərində həmin məbləğə münasibətdə rüsum ödənilməsini tələb etməsi ədalətli olmamaqla digər tərəfindən vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər.
17. Birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
18. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçir ilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasına dair iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı övladının 8 fevral 2019-cu il tarixdə baş vermiş ölümünə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ilə 29 iyul 2024-cü il tarixdə, yəni 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Baş vermiş hadisədən artıq 5 il keçməsi bunu qəti surətdə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz.
20. İddiaçının nəvəsi X7 tərəfindən daha əvvəl iddia qaldırılmış və cavabdeh tərəfindən eyni predmet üzrə ona mənəvi zərərin əvəzi (30000 manat) ödənilmişdir. Qeyd olunan hal iddiaçını mənəvi zərəri tələb etmək hüququndan məhrum etməsə də, qərar qəbul edilərkən nəzərə alınmalıdır.
21. Bundan başqa, mənəvi zərərin məbləği ilə bağlı nəticəyə gəlinərkən nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi cinayət prosesi zamanı məhkəmədə iştirak edən mərhumun qardaşı X9 ifadəsində göstərmişdir: “....hadisəni törədən X8 bacısının xəstəxana və yas mərasimi xərclərini tam olaraq qarşılamış, onlara maddi yardım da göstərmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır.”
22. Göstərilən hallar və baş vermiş cinayət hadisəsində təqsirkarın tə qsirinin dərəcəsi, cinayətin ehtiyatsızlıqdan baş verməsi, həmçinin hadisədən 5 ildən artıq vaxt keçməsi, artıq mənəvi zərərlə bağlı mərhumun oğluna cavabdeh tərəfindən 30000 manat məbləğində pul vəsaiti ödəməsi iddiaçıya ana kimi vurulmuş mənəvi zərərə görə məbləğ müəyyən edilərkən nəzərə alınmaqla, mənəvi zərərin məbləğinin əsassız varlanmaya gətirib çıxarması hallarına yol verməmək üçün məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməklə ödənilməli olan mənəvi zərərin məbləği azaldılmalı, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
23. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21, 23, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2 və 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilib, mənəvi zərərə görə təzminatın məbləğinin 20.000 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına han sı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zam anı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir;
34. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozunt usu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarı
36. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.....Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılar ının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını poza n əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarı
37. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.... Mənəvi təzminatı tələb etmək hüqu qu olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli mə hdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zər ər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı
38. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntı nın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüq uqu yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı
39. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məs uliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə 10000 manat məbləğində mənəvi zərər tələbinə dair hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən dəlil lər üzrə apellyasiya məhkəməsinin araşdırması yetərli olmuşdur, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, müəyyən edilmiş kompensasiya məbləği işin hallarına uyğun olmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
53. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normaların a uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına da ir şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları d üzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.