Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2086/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2086/2022 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızından (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evə köçürülmə, evin 1 otağının ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7862/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları
1. Mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzildir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyata alınmamış, order əsasında İddiaçı1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabd eh4 atası mərhum Məmmədov Yaşar İsmayıl oğluna məxsus olmuşdur.
2. İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mübahisəli mənzildə qeydiyyatdadırlar.
3. Hazırda mübahisəli mənzildə Cavabdeh1 oğlu ilə birlikdə yaşayır.
4. X4, X2 və X1 tərəfindən imza edilərək tərtib olunan aktdan görünür ki, onların qonşuları İddiaçı1 təxminən 1993-1994-cü illərdə Həzi Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi, ev 51-ə məxsus həyətyanı sahədə əsas evdən ayrıca özünə ev tikmiş və o vaxtdan bugünədək ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiaçıl arın yaşadıqları, qeydiyyatda olduqları və yaşamalarına imkan verilməyən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsi (keçmiş 4-cü Kolsevaya küçəsi) ev 51-ə köçürülmələri, evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzil Bakı şəhəri XDS-nin İK-si tərəfindən 31.10.1975-ci il tarixində 035757 saylı orderlə İddiaçı1 atası Məmmədov Yaşar İsmayıl oğluna verilmişdir. Orderdə atası Yaşar Məmmədov, anası Səmayə Məmmədova, İddiaçı1, qardaşı Cavabdeh4, digər qardaşı Cavabdeh3 və bacısı Zülfiyyə Məmmədova göstərilmişdir. X5 ailə qurmuş, ər evinə köçmüş və orada qeydiyyata düşmüşdür. 1977-ci il tarixində bacısı Cavabdeh1 anadan olmuşdur. Atası Yaşar Məmmədov 2007-ci il tarixində vəfat etmişdir. İddiaçı1 1984-cü il tarixdə İddiaçı2 ilə ailə həyatı qurmuşdur. Toydan sonra həyat yoldaşı həmin evə gəlin gəlmiş, cehiz əmlakı da ora gətirilmişdir, otaqlardan biri onlara ayrılmış, onlar orada yaşamış, mübahisəli evdə övladları İddiaçı3 (Məmmədova), İddiaçı4, Şahnabad Məmmədova və İddiaçı5 (Məmmədova) anadan olmuşlar. Hal-hazırda mənzildə iddiaçı, onun həyat yoldaşı İddiaçı2, övladları İddiaçı3 (Məmmədova), İddiaçı4, Şahnabad Məmmədova və İddiaçı5 (Məmmədova), qar daşları Cavabdeh4, Cavabdeh3, qardaşının həyat yoldaşı Cavabdeh5, qardaşının qızı Cavabdeh2 və bacısı Cavabdeh1 qeydiyyatdadırlar. Sonradan aralarında böyük söz-söhbət, kommunal xərclərin ödənilməsi ilə bağlı mübahisə yarandığından iddiaçı qardaşlarından xahiş etmişdir ki, evi özəlləşdirib satıb, ayrılsınlar, lakin onlar razı olmamışlar. Atasının vəfatından sonra bacısı Cavabdeh1 onları evə buraxmır və hal-hazırda evdə oğlu ilə tək yaşayır. İddiaçı hesab edir ki, o və ailə üzvləri qeydiyyatda olduqları, yaşadıqları, bacısı Cavabdeh1 tərəfindən qovulduqları, yaşamağa imkan verilmədikləri evə köçürülməli və yaşadıqları həmin otaq onların istifadəsinə verilməlidir.
6. Birinci instansiya məhkəməsində iddiaçı tərəf və onların nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişlər ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində yerləşən ev İddiaçı1 atası Yaşar Məmmədova order əsasında verilmişdir. İddiaçı1 1975-ci il tarixdən həmin evdə yaşamışdır.1984-cü il tarixdə o, İddiaçı2 ilə ailə həyatı qurmuşdur. 2013-cü il tarixdə onu və ailə üzvlərini cavabdehlər evdən qovmuşdur. İddiaçı halhazırda kürəkəninə məxsus olan evdə yaşayır. Həmin ünvanda mübahisəsi olunan fərdi yaşayış evindən başqa daha 3 özbaşına tikili olan fərdi yaşayış evləri vardır. Həmin özbaşına tikililərdən biri Cavabdeh3, digər iki ev isə İddiaçı1 kürəkənlərinə məxsusdur.
7. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehlərin nümayəndəsi iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda daha 3 fərdi yaşayış evi mövcudd ur. Həmin fərdi yaşayış evlərindən birini İddiaçı1 özü üçün tikmişdir və hazırda da orada yaşayır. İddiaçıların mübahisəli mənzilə köçürülməsi üçün heç bir qanuni əsas yoxdur.
8. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, Cavabdeh3la birgə nikaha daxil olduqdan bir müddət sonra Əhmədli qəsəbəsində və Binəqədi rayonunda kirayəyə götürülmüş evlərdə yaşamış, 2011-ci il tarixdən mübahisəli ünvana gələrək özlərinə ev tikmiş və orada birlikdə yaşamışlar. Bakı şəhəri, Xətai rayonu H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində 4 ədəd fərdi yaşayış evi mövcuddur. Həmin sahədə yerləşən mübahisə olunan evdən başqa digər ev ona, digəri İddiaçı1 kürəkəninə, o biri ev isə məhz İddiaçı1 məxsusdur.
9. Birinci instansiya məhk əməsində iştirak edən Cavabdeh3 həm öz adından, həm də digər cavabdehlərin nümayəndəsi kimi iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində yerləşən ev onun atasına order əsasında 1975-ci il tarixdə verilmişdir. Həmin tarixdən o, göstərilən mənzildə yaşamışdır. 19931994-cü il tarixlərdə qardaşı İddiaçı1 həmin torpaq sahəsinin qonşuluğunda özünə ev tikmiş və hazırda həmin evdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində 4 ədəd fərdi yaşayış evi mövcuddur. Həmin sahədə yerləşən mübahisəsi olunan evdən başqa bir özbaşına tikili ona, digər ev İddiaçı1 kürəkəninə, o biri özbaşına tikili isə İddiaçı1 məxsusdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)30 39/21 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia təmin edilməmişdir.
11. Məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, İlqar Abbasov küçəsində (keçmiş 4-cü Kolsevaya küçəsi) yerləşən sahəsi 45 kv.metr olan 3 otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyata alınmamış, order əsasında İddiaçı1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 atası mərhum Məmmədov Yaşar İsmayıl oğluna məxsus olmuşdur. İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mübahisəli mənzildə qeydiyyatda olsalar da, lakin 2013-cü ildən həmin mənzildən köçmüşlər. Həmçinin mübahisəli fərdi yaşayış evinin olduğuünvanda daha üç fərdi yaşayış evi tikilmiş, yaşayış evlərindən birində iddiaçı ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Hazırda isə mübahisəli mənzildə Cavabdeh1 oğlu ilə birlikdə yaşayır.
12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2009-ci il tarixdən əvvəl əmələ gəldiyindən mövcud mübahisə 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir.
13. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisəli mənzildən köçdükləri vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından onların həmin mənzildən yaşayış sahəsi 6 aydan artıq saxlanmadığından, iddiaçılar uzun müddət həmin mənzildən istifadə etmədiklərindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüklərindən, bununla da iddiaçıların yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından, habelə iddiaçıların hazırda həmin ünvanda digər evdə qeydiyyatsız yaşadıqları müəyyən edildiyindən onların mübahisəli mənzilə köçürülmələri üçün hər hansı əsas müəyyən edilməmişdir.
14. Məhkəmə iddianın “evin 1 otağının, yəni yaşadıqları otağın ayrılıb istifadələrinə verilməsi və həmin otaqla bağlı iddiaçılar ilə icarə müqaviləsinin bağlanılmasının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçıların mübahisəli evə köçürülməsi barədə iddiası təmin edilmədiyindən, göstərilən hissədə də iddia təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı1 apellyasiya şikayəti v erərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)-3039/21 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
16. İddiaçı1 iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, atasının icarədarı olduğu evin orderində onun da adı qeyd olunmuşdur və o, həmin evdə pasport qeydiyyatındadır. Eyni zamanda, həyat yoldaşı və uşaqları da orada qeydiyyatdadır. O və ailəsi bacısı tərəfindən məcburi qovulanadək, yəni, 2013-cü ilədək mübahisəli mənzildə yaşamışlar. Məhkəmə cavabdehlərin ifadəsini onlardan üstün tutaraq göstərmişdir ki, guya o, 1993-1994-cü ildə həmin torpaq sahəsinin qonşuluğunda ev tikmişdir və həmin tarixdən orada yaşayır. Əgər ev tikib orada yaşayırsa, bu zaman qətnaməd əki mübahisəli evdən 2013-cü ildə ailəsi ilə birlikdə çıxdığını qeyd edərkən hansı sübuta əsaslanmışdır? Digər tərəfdən 19931994-cü illərdə ev tikmişdirsə, hansı səbəbdən həmin evdə yaşamamışdır? Əslində məhkəmə həmin evə baxış keçirməli və orada həqiqətən əlavə evlər olduğunu, həmin evlərin kimə məxsus olmasını və orada kimlərin yaşamasını, mübahisəli evdə onların əmlakının olub- olmamasını şəxsən araşdırmalı idi. Onlar başqa yerə getməmişlər, evdən qovulmuşlar. Mübahisəli mənzildə qeydiyyatda olanlar hamı eyni hüquqa malikdir, onların heç birinin digərinin istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ yoxdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)7862/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzə si ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(011)3039/21 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyatora aid hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzil dən 2013-cü ildə iradəsi ziddinə çıxarıldığını, qovulduğunu göstərsə də, nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının keçən müddət ərzində bununla bağlı nə hüquq mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməsi də müəyyən edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəni həll edən birinci instansiya məhkəməsi İddiaçı1 aid hissədə iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7862/2021 nömrəli qətnaməsinin ləğv edilərək və yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassator Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88, 372.1, 372.2, 372.7, 418-ci maddələrinə və “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası qanuna istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, nə 1-ci instansiya, nə də Bakı Apellyasiya məhkəməsində şahidlərin dindirilməsi, evdə əmlakları olduğu üçün evə baxış keçirilməsi barədə vəsatətləri təmin olunmamış, tərəfindən kommunal xərclərin ödənilməsi və s. barədə təqdim edilən sənədlər sübut kimi qəbul edilməmişdir. Başqa yerə köçdüyünü, qeydiyyatsız orada yaşadığını, ev probleminin həll olunduğunu qeyd edən məhkə mə hansı evdə yaşadığını, həqiqətənmi mənzil probleminin həll edilməsini araşdırmamış, yalnız cavabdehlərin ifadələrinə əsasən 1992-1993-cü illərdə könüllü mübahisəli evdən köçdüklərini qeyd etmişdir. Həmçinin məhkəmələr torpaq vergisi, həmin mənzillə bağlı kommunal xərcləri bu günədək nə üçün iddiaçı tərəfindən ödənilməsini araşdırmamışdır. Eyni zamanda, order atasına təqdim olunandan onun adı həmin orderdə qeyd edilmiş və bugünkü günədək həmin mübahisəli evdə pasport qeydiyyatındadır.
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (08.07.1982-ci il) 24. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2-ci məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1-ci hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2-ci qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2-ci apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1-ci kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericil iyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsi yalnız İddiaçı1 münasibətdə iddianın təmin edilməmiş hissəsini yoxlanılması barədə olduğundan, kassator İddiaçı1 şikayəti əsasında qətnamə tam yoxlanılır. Prossesual məsələlər
36. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
37. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun müddət mübahisəli yaşayış sahəsində çıxaraq həmin həyətdə inşa etdiyi başqa evdə yaşaması onun mübahisəli evdən istifadə hüququnu itirməsinə səbəb olmuşdur. İddiaçı 2013-cü ildən evə buraxılmadığını bildirsə də, nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı qeyd olunan halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının keçən müddət ərzində bununla bağlı nə hüquq mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməsi də müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə predmetini təşkil edən evdə qeydiyyatda olması iddianın təmin edilməsinə əsas vermir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsin in ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fak tiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən e dilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). a. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır.
2. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçı1 kassasya şikayəti təmin ediməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7862/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.