Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2088/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili PQnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı NH tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2018-ъi ил тарихли qətnaməsi ilə (sədrlik edən hakim R.Həsənov, 2(003)-1634/2018 saylı mülki iş ) cavabdehdən əsassız varlanmaya görə 30.000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 35.000 manat məbləğində pulun iddiaçnın xeyrinə ödənilməsi barədəiddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)-9642/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1634/2018 saylı, 17 may 2018-ъi il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı NH Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanmaya görə 30.000 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 35.000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı NH apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili PQ kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. M əhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(003)-2480/2017 saylı qətnaməsindən görünür k i, iddiaçı Cavabdeh NHa qarşı mənzildən çıxarılma, mənzilin boşaldılaraq istifadəyə verilməsi tələbinə dair iddiası təmin edilmiş, NHnın Bakı şəhəri Xəzər rayonu ÜNVANndə yerləşən 3 saylı evin 5 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq Cavabdeh istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin məlum olmuşdur ki, Bakı şəhəri Xəzər rayonu ÜNVANndə yerləşən 3 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh həmin mənzili 22 dekabr 2016-cı il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 almış, mənzili öz adına rəsmiləşdirmiş və mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində daşınmaz əmlak ın dövlət reyestrində 2580 nömrəli reyestr kitabının 240323 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh sözügedən mənzilin mülkiyyətçisi olsa da, o, həmin əmlak üzərində öz mülkiyyət hüquqlarını cavabdeh İddiaçı qanunsuz müdaxiləsi ucbatından həyata keçirə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(103)-11152/2017 saylı qətnaməsindən görünür ki, NHnın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli 2(003)-2480/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı NH həyat yoldaşı X2 ilə birlikdə X3 məxsus Bakı şəhəri Xəzər rayonu ÜNVANndə yerləşən 3 saylı evin 5 saylı mənzildə yaşamışlar. 22.12.2016-cı il tarixdə qeyd olunan mənzil ZX t ərəfindən alqısatqı yolu ilə Cavabdeh satılmış, Cavabdeh mənzili öz adına rəsmiləşdirmiş və mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində 2580 nömrəli reyestr kitabının 240323 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh NHna qarşı mənzildən çıxarılma, mənzilin boşaldılaraq istifadəyə verilməsi tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət etmiş, iddiası təmin olunmuş və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MBun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyandcimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa borclu şəxslərdən tələb etmək hüququ; müdafiə etmək” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı NHnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2088/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2088/2019
03.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver