Məhkəmə qərarları › İş №2(102)-2089/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2089/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2089/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, (üçüncü şəxslər X11, X16, X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin əqdi etibarlı sayması, hüquqdan sui-istifadə qadağası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X6 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə bax an məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə Salyan rayonu, Arbatan kənd sakinləri X7, Cavabdeh, X14 və X4 0,96 hektar torpaq sahəsi verilmişdir.

3. Cavabdeh və üçüncü şəxslər X11, X16, X3 imzaladıqları xx.xx.2003-cü il tarixli yazılı iltizamda mübahisəli torpaq sahəsini iddiaçıya 1.000000 (bir milyon) manata satdıqları qeyd olunmuşdur.

4. X11 xx.xx.2003-cü il tarixli etibarnamə ilə 3 il müddətinə, xx.xx.2007-ci il tarixli etibarnamə ilə 15 il müddətinə iddiaçıya mübahisələndirilən torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bu barədə müqaviləni imzalamağı, həmin tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından əriz ə verməyi və digər hərəkətləri etməyi etibar emişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh və üçüncü şəxslər X7, Cavabdeh, X14 və X4 qarşı Salyan rayonu, Arbatan kəndi ərazisində yerləşən və onların birgə mülkiyyətində olan 0,96 hektar torpaq sahəsinə dair aralarında bağlanmış xx.xx.2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 27 may 2003-cü il tarixdə cavabdeh və üçüncü şəxslər könüllü olaraq mülkiyyətlərində olan mübahisəli torpaq sahəsini ona o vaxtki pulla ******* (bir milyon) manata faktiki olaraq “Rəsmi iltizam” adlanan əlyazmanı da imzalayaraq satmışlar. Həmin iltizamda onların satdıqları torpaq sahəsinə dair iddialarının olmad ığını və gələcəkdə də olmayacağını qeyd etmişlər. Həmin iltizamdakı imzalar notarius tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirilməsini cavabdeh və üçüncü şəxslər öz üzərlərinə götürərək, istənilən vatx alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərinə vəd vermişlər. Lakin buna üçüncü şəxslər buna razı olsalar da, cavabdeh vədinə əməl etməmişdir, alqı-satqını rəsmiləşdirməkdən yayınmışdır. Alıcı olaraq üzərinə düşən bütün öhdəllikləri yerinə yetirmiş, mülkiyyətçilərin tələb etdikləri pulu onlrara vermiş, lakin cavabdeh öhdəliyinə əməl etməmiş, onun hərəkəti ucbatından alğısatqının rəsmiləşdirilməsi baş tutmamışdır. Hazırda mübahusəli torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur.

7. Məhkəmə iclasında cavabdeh izahatında, iddiaçının istinad etdiyi “Rəsmi İltizam”dakı imzanın onun tərəfindən icra edilmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında üçüncü şəxslər ayrı-ayrılıqda izahatlarında mübahisələdirilən torpaq sahəsini uzun müddətə iddiaçıya icarəyə verdiklərini, onu iddiaçıya satmadıqlarını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişlər.

9. İş ürzə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2022-ci il tarixli rəyinə əsasən, 27 may 2003-cü il tarixli “Rəsmi İltizam” da “2” rəqəminin önündəki imza Cavabdeh tərəfindən icra edilmişdir.

10. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 31 may 2022-ci il tarixli, 2(057)-148/2022 nömrəli qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxslər mübahisələndirilən torpaq sahəsini uzun müddətə icarəyə verdiklərini təsdiqləyən hər hansı bir sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Mülki işdə olan iddiaçıya verilmiş etibarnamələrin heç birində torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi göstərilməmiş, əksinə iddiaçıya həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı və s. səlahiyyətləri vermişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini 2003-cü ildə qüvvədə qüvvədə olan və 2005-ci ildə Azərbaycan Respublikası Mülki Məcəlləsindən (bundan sonra-Mülki Məcəllə) xaric edilmiş 335.2-ci, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kolleg iyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, 27 may 2003-cü il tarixdə hərbi xidmətdə olduğu vaxt atası X11 əkib becərməyə imkanı olmadığı üçün torpaq sahəsini iddiaçı ilə öz aralarında icarəyə verməyə razılaşmışlar. İddiaçı atasının savadsız olmasından sui istifadə edərək icarəyə deyil, şəxsən özünün tərtib etdiyi alğı-satqı əqdinə qol çəkdirib, atasını aldatmışdır. Aldadılmış əqd qanunsuzdur. İş üzrə cavabdeh olsa da, həmin əqdi atası bağlamışdır. O, həmin vaxt hərbi xidmətdə olmuşdur.

15. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun torpaqlarına yaxın olmuş, X19 Abbasov adlı blədiyyə üzvünə torpağını satdığını demişdir. O da heyvanlarını satıb pulunu Səhrəddinə vermişdir. Sübut kimi məhkəməyə təqdim olunan iltizam notariusda yazılmış, iltizamın məzmununu notarius tərəfindən deyilmiş, o da yazmışdır. Notariusa Yaşar, Səhrəddin və o, birlikdə getmişər. Səhrəddinin ailə üzvləri notariata gəlmədiyindən, notariusun əməkdaşı avtomobillə gedərək Səhrəddinin evində ailə üzvlərinə iltizamı imzalatdırmışdır. Həmin zaman alqı-satqı müqaviləsini rəsm iləşdirməkdən ötrü pulu yetmədiyindən, bu cür iltizam almışdır. İddiaçı əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.

17. Apelyasiya instansiya Məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan hallar kifayət qədər araşdırılmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

18. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Lakin idiaçının sübut kimi məhkəməyə təqdim etdiyi yazılı iltizam müqavilə formada iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmir, bir tərəfli əqd olaraq, tərəflərdən birinin mübahisəli torpaq sahəsini satmasını bəyan edir.

19. Bunlardan əlavə yazılı iltizamı vermiş tərəf olaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X11 yazıb-oxuya bilmədiyini, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olduğunu, iltizamın məzmunun iddiaçı tərəfindən tərtib olunara q ona oxumadan imzalatdırdığını bildirmişdir. Qeyd olunan arqumentlər tərəflərin həmin zaman notariat qaydada torpaq sahəsinin alğı-satqısı müqaviləsi bağlamaq imkanın malik olduqları halda, bunu etməmələri ilə öz təsdiqini tapır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq etlməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, aqlı-satqı prosesi xx.xx.2003-cü ildə olduğu üçün qanunun geriyə qüvvəsi prinsipini nəzərə alaraq həmin an qüvvədə olan mülki hüququ normaları tətbiq edilməlidir. Daşınmaz əmlaka hüquq daşınmaz dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Bu normaya uyğun olaraq qeydə alınmış hüquq notarial qaydada qeydə alınmış “rəsmi iltizam”la təsdiqlənmişdir. Həmin vaxt 3-cü tərəf kimi işə cəlb olunan şəxslər özləri də, həmin sənədi imzaladıqlarını öz ifadalərində təsdiqləmişlər. X5 imzaladığı sənədi anlamaması isə əsassızdır, özünün yaşlı olmağını və bisavad olmağını əsas gətirməsi tamamilə yalnışdır, ən azından oxumaq və yazmaq qabiliyyəti olduğu üçün imzaladığı sənədin məğzini anlamaq qabiliyyətinə malikdir. X1 da öz ifadəsində həmin sənədi imzaladığını təsdiqləmişdir. Demək ki, onun imzaladığı sənədi başa düşmək qabiliyyəti vardır və atasına da izah etmişdir. Həmçinin həmin sənəd notariat qaydada bağlandığı üçün də sənədin izahı məhz notarius tərəfindən də, X8 da izah edilmişdir.

23. Bundan başqa, cavabdeh və 3-cü şəxslər ifadələrində göstərdikləri “icarə müqaviləsi” üçün ödənilən pul əsassızdır. Həmin dövr üçün o məhz 1.000000 (bir milyon) mana pulu məhz alqı-satqı üçün vemiş, bu rəqəmlər də, icarə haqqı üçün ağlabatan məbləğ deyildir.

24. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində MPM-nin 372, 384.0.2, 385.1.1. 392, 393, 404 və 405-ci maddələri əsas götürülmüşdür. Halbu ki, məhkəmə MPM-nin 372- ci maddəsinə istinad etməklə şikayətin maddi və prosessual cəhətdən hansı hissələrdə əsaslandırılmadığını göstərməli, sadalanan maddələri deyil, iddia müddətinin tətbiqi əlaqədar maddələri tətbiq etməli idi.

25. Həmçinin, işdə üçüncü şəxs kimi çıxış edən X12 məhkəmədə iştikarı təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

30. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

31. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərə fli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

35. Maddə 335.1 və 335.2. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya).

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

38. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı ol malıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

50. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, X11, Cavabdeh, X17 və X2 rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə Salyan rayonu, Arbatan kəndində ümumi mülkiyyətlərinə verilmiş 0,96 hektar torpaq sahəsini 1.000000 (bir milyon) manata İddiaçı satmalarına dair xx.xx.2003-cü il t arixli yazılı iltizam imzalamışlar. Eyni zamanda cavabdehlər tərəfindən həmin torpaq sahəsinə sərəncam və digər səlahiyyətlərin verilməsinə dair iddiaçıya etibarnamə verilmişdir (§ 2-4).

51. İddia ərizəsində bildirilmişdir ki, əşyanın dəyərini ödəməsinə və bu müddət ərzində torpaq sahəsinə sahiblik etməsinə, üçüncü şəxslər Asiya, Günel və Səhrəddin Şahbazovların razı olmalarına baxmayaraq Cavabdeh alqı-satqını notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırır. Ona görə də iddiaçı mübahisəli torpaq sahəsinin alqısatqısına dair xx.xx.2003-cü il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsini tələb edir (§ 5-6).

52. Cavabdeh və üçüncü şəxslər isə iddiaya etiraz edərək torpaq sahəsini iddiaçıya satmadıqlarını bildirirlər (§ 7-8).

53. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyər ləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

54. Məhkəmələr iddianın qanuni əsası kimi, Mülki Məcəllənin sözügedən iltizamın rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 335-ci maddəsinə istinad etmişlər. Həmin normaya əsasən, əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri no tariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (§ 35).

55. Birinci instansiya məhkəməsi qeyd edilən normaya və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarına əsasən iddianı əsaslı sayaraq təmin etmişdir (§ 10-12).

56. Şirvan Apellyasiya Məhkəməsi isə qətnaməni ləğv edərək iddianı o əsasla rədd etmişdir ki, idiaçının sübut kimi təqdim etdiyi yazılı iltizam müqavilə formasında iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmir, bir tərəfli əqd ola raq tərəflərdən birinin mübahisəli torpaq sahəsini satmasını bəyan edir. Bundan başqa, üçüncü şəxs Səhrəddin Şahbazov yazıb-oxuya bilmədiyini, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olduğunu, iltizamın məzmunun iddiaçı tərəfindən tərtib olunaraq ona oxumadan imzalatdırdığını bildirməsi nəzərə alındıqda tərəflərin torpaq sahəsinin alğı-satqısı müqaviləsini notarial qaydada bağlamaq imkanına malik olduqları halda, bunu etməmələri ilə öz təsdiqini tapır (§ 16-20).

57. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini qanunsuz və əsassız hesab edir, ona görə ki, Mülki Məcəllənin 335.2-ci maddəsi elə notarial qaydada bağlanmalı olan müqavilə həmin formada rəsmiləşdirilmədiyi halda bir tərəfin belə sənədləşmədən boyun qaçırması hallarını tənzimləyir. Odur ki, tərəflərin müqaviləni notarial qaydada bağlamaq imkanları olduğu halada bunu etməmələri həmin normaya əsaslanan tələbin rədd edilməsi üçün əsas ola bilməz.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da İ.K.Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün: 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir.

59. Birinci instansiya məhkəməsi baxılan işdə həmin halları müəyyən edərək id dianı təmin etsə də, apellyasiya məhkəməsi cavabdeh və üçüncü şəxslərin torpaq sahəsini satmalarına dair imzaladıqları xx.xx.2003-cü il tarixli iltizamın müqavilə formasında iki tərəfin razılaşdırılmış iradə ifadəsini əks etdirmədiyini bildirmişdir.

60. Bununla belə, apellyasiya kollegiyası nəzərə almamışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı iltizamın tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Yazılı sənədin mətnində digər tərəf - alıcı İddiaçı adının xüsusi olaraq göstərilməsi, daşınmaz əşyanın dəyərini satıcıların qəbul etmələri, alıcının sahəni təhvil almaqla ona sahiblik etməsi, notarial rəsmiləşdirməni satıcılardan tələb etməsi və hətta bu iddianı qaldırması k imi faktiki hərəkətlərin İ.Qdirovun alıcı olaraq iradəsini bəyan etməsi sayılıb-sayılmadığına məhkəmə ümumiyyətlə qiymət verməmişdir.

61. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (§ 32-34).

62. Konstitusiya Məhkəməsinin Plenumu F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, “notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etmə si tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir”.

63. Bundan əlavə, apellyasiya məhkəməsi iddianı rədd edərkən iltizamı imzalamadığını bildirən Cavabdeh verdiyi məlumatın ekspertiza rəyi ilə təkzib olunduğunu, onun və üçüncü şəxslərin sözügedən əqdin etibarsızlığına dair iddia qaldırmadıqlarını, məhz İddiaçı bu iddianı irəli sürdükdən sonra razılaşmanı təkzib etmələrini, Səhrəddin Şahbazovun yazıb-oxuya bilməməsi, niyyətinin torpaq sahəsini iddiaçıya icarəyə vermək olması, iltizamın məzmununu oxumadan imzalaması barədə bildirdiklərinin inandırıcılığını və işin hal larına uyğunluğunu qiymətləndirilməmiş, cavabdeh və üçüncü şəxslərin etirazlarının mülki hüquqlardan sui-istifadə təşkil edib-etməməsini müzakirə etməmişdir.

64. Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə qeyd olunan qərarında o da qeyd olunmuşdur ki, “qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.”

65. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasın a zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

66. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zid d hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 27, 36-38).

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətl ər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar).

68. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə u yğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir (§ 43-45).

69. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1791/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar