Məhkəmə qərarları › İş №2(102)-2092/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2092/2020

09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2092/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x1 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh vəkili x2 iştirakı ilə, İddiaçı Çərkəz oğlunun Cavabdeh qarşı cavabdehdən ona, uşaqlarına və yoldaşına məxsus əşyaların ya naturada, yada dəyərinin, həmçinin ümumi payçı olduqları evin giriş qapısının qırılması nəticəsində dəymiş ziyan tələbinə dair mülki iş üzrə İddiaçı Çərkəz oğlunun və Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Çərkəz oğlu və Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı Çərkəz oğlu Cavabdeh qarşı cavabdehdən ona, uşaqlarına və yoldaşına məxsus əşyaların ya naturada, yada dəyərinin, həmçinin ümumi payçı olduqları evin giriş qapısının qırılması nəticəsində dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Naftalan şəhər məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov, iş № 2(052)-10/2018) İddiaçı Çərkəz oğl u Cavabdeh qarşı “cavabdehdən ona, uşaqlarına və yoldaşına məxsus əşyaların ya naturada, ya da dəyərinin, həmçinin ümumi payçı olduqları evin giriş qapısının qırılması nəticəsində dəymiş ziyan” tələbinə dair iddiası iddia həcminin azaldılması hissəsində təmin edilərək, iddiaçı və onun uşaqlarına məxsus Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev sahəsi Uğur-2 bina 4, 45 saylı mənzildə yerləşən dəyəri 300-manat olan 2-ədəd paltar şkafı, dəyəri 50-manat olan maqnitafon, dəyəri 1000-manat olan stol və sutuluyla birlikdə personal kompyuter, dəyəri 1050-manat olan ACER markalı notbuk, dəyəri 220manat olan kostyum, dəyəri 270-manat olan kişi paltosu, dəyəri 98-manat olan 3-ədəd köynək, dəyəri 85-manat olan kişi üçün cins şalvar, dəyəri 100-manat olan kişi jaketi, dəyəri 120-manat ola n kişi sapaşqisi, dəyəri 128-manat olan 2-ədəd kurtqa, dəyəri 2000-manat olan yataq mebeli, arvadı x4 məxsus dəyəri 1423-manat olan klonuyla birlikdə 22.60 qram olan italiyanski ərəb toxunuşlu qızıl sep, dəyəri 370-manat olan qara rəngli qadın kurtqası, dəyəri 75-manat olan qadın sapaşkisi, dəyəri 118-manat olan qış jaketi, dəyəri 48-manat olan 3-əd şarf, 2-əd əlcək, 1- əd papaq, dəyəri 280 manat olan GALAKSİ markalı qazan dəsti, dəyəri 530 manat olan KARACA markalı abedni və çayni servizlər, dəyəri 1070 manat olan krafinka dəsti 2- ədəd güldan, 1-ədəd vaz, mürəbbə və qənd qabları, dəyəri 250 manat olan KARACA markalı diplamat qaşıq naboru, dəyəri 85 manat olan BOSCH markalı mikser, dəyəri 150 manat TEFAL ətçəkən, dəyəri 180manat TEFAL sokçəkən, dəyəri 125-manat TEFAL paltar ütüsü, dəyər i 113-manat BRAUN markalı sac uçun ütü və hava feni, dəyəri 620-manat olan 2-ədəd gəvə, dəyəri 155-manat yerüstü pakrıval, dəyəri 185-manat olan prasdina dəsti, dəyəri 560-manat olan 3-ədəd pərdə, dəyəri 170manat olan 4-ədəd qətifə, dəyəri 73-manat olan 7-ədəd əl-üz məhrabası, dəyəri 230-manat olan 2-ədəd sufrə və ya onların dəyəri, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş və halhazırda cavabdehin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev sahəsi Uğur-2 bina 4, 45 saylı mənzildə yerləşən əşyaları; dəyəri 800-manat olan mətbəxt mebeli, dəyəri 90-manat olan ariston, dəyəri 450-manat olan BEKO markalı paltar yuyan, dəyəri 300-manat olan soyuducu, dəyəri 200-manat olan 37-dioqanal Samsung markalı televizor, hər birinin dəyəri 40manat olan 3-ədəd döşək, dəy əri 80-manat olan bir ədəd qoşa döşək, dəyəri 90-manat olan 3 ədəd yorğan, dəyəri 100-manat olan 5-ədəd yastıq, dəyəri 250-manat olan işıq generatoru, dəyəri 80-manat olan BEKO markalı çörək bişirən, dəyəri 55-manat olan DVD, dəyəri 350-manat olan LG markalı televizor, dəyəri 50-manat olan televizor altlığı, dəyəri 50-manat olan 3-ədəd çarpayı, dəyəri 100-manat olan stol-sutul, dəyəri 650-manat olan mətbəxt mebeli, dəyəri 200-manat olan 3-ədəd pərdə, dəyəri 300-manat olan 3-ədəd çılçıraq, dəyəri 80-manat olan 2-ədəd döşək, dəyəri 40-manat olan 2-ədəd yorğan, dəyəri 30-manat olan 2-ədəd balınc, dəyəri 100-manat olan qabqacaq, dəyəri 50-manat olan ətçəkən, dəyəri 110 manat olan tozsoran və dəyəri 120-manat olan ütü və ütüaltı, yəni həmin əmlakların dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq İd diaçı Çərkəz oğluna verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Şəfiyev, iş № 2(104)2378/2018) Cavabdeh apelyasiya şikayəti təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 19.01.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və G.Quliyev, iş № 2(102)-836/2019) İddiaçı Çərkəz oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2018-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin İddia çı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü x5 aid hissəsinin rədd edilməsi hissəsində ləğv edlmiş və həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən və məruzəçi), S.Hüseynov və E.Xasməmmədov, iş № 2(104)2389/2019) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Naftalan şəhər məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəyəri 300 manat olan 2 ədəd paltar dolabının, dəyəri 50 manat olan maqnitafonun, dəyəri 220 manat olan kostyumun, dəyəri 270 manat olan paltonun, ümumi dəyəri 98 manat olan 3 ədəd köynəyin, dəyəri 85 manat olan cins şalvarın, dəyəri 100 manat olan jaketin, dəyəri 120 manat olan kişi çəkməsinin, ümumi dəyəri 128 manat olan 2 ədəd gödəkcədən ibarət əşyaların özlərinin, olmadıqda isə dəyərlərinin alınaraq İddiaçı Çərkəz oğluna verilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı Çərkəz oğlu və Cavabdeh kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətlərinə qar şı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanı lması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı Çərkəz oğlunun kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2018-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü x5 aid hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməs i, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilmiş digər hissəsi dəyişdirilmədən saxlanmışdır. Yəni apelyasiya baxışının predmeti isə iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü x5 aid hissəsinin yoxlanması isə məhdudlaşmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə isə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Naftalan şəhər məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsini tamamilə ləğv etmiş və iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Nəzərə alınmamışdır ki, kassasiya instansiya məhkəməsi müva fiq qətnaməni hissəvi ləğv edərək məhz ləğv edilmiş hissədə yoxlanması üçün göndərmişdir. Hazırkı halda isə apelyasiya məhkəməsi faktiki olaraq qətnamənin qanuni qüvvəsini almış hissəsini yenidən yoxlamış və müvafiq yekun qərar qəbul etmişdir. Bu isə məhkəmənin baxış predmeti olmayan hissəyə səlahiyyəti olmadan baxılma kimi qiymətləndirilməlidir. Mülki Proessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv olunması üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən nəzərə alınmalı idi ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissəsi ilə razılaşdığı halda yalnız müəyy ən hissədə qətnamənin dəyişdirilmədən saxlamaq və ya apelyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək həmin hissə üzrə iddianı təmin və ya rədd olunması nəticəsinə gələ bilərdi. Göstərilən normanın hazırkı işə tətbiqi baxımından qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi faktiki olaraq baxış predmeti olmayan hissə üzrə də işə baxmış və düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, belə olan halda sözügedən qətnamənin ləğv olunması mütləqdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianı n rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İddiaçı Çərkəz oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən dəyəri 2000 manat məbləğində olan yataq mebelinin ona qaytarılmasını elan etsə də sonradan həmin əmlakın qaytarılmasını qətnamədə qeyd etməmişdir. O, əmlakl arın ona məxsus olmasını göstərmiş və bəzi sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə sübutları araşdırmadan nəticəyə gəlmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edərək qeyd etmişdir ki, birgə nikah dövründə alınmış 300 manat dəyərində uydurma qiymətli 2 ədəd dolabın, 50 manat dəyərində maqnitafonun bütünlüklə özünün iddiaçıya verilməsi tam qanunsuz olmaqla, nə iddianın təmini tədbiri ilə bağlı qərardadın icrası zamanı siyahıya alınmış əşyaların siyahısında olmayan və hər hansı sübut və faktlarla varlığı, qiyməti, kimə məxsus olması və kimdə olmasına dair heç bir halda təsdiqlən məyən geyimlərin ondan alınıb iddiaçıya verilməsi də tam qanunsuz, əsassız və ədalətsizdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh x3 dəyəri 300 manat olan 2 ədəd paltar dolabı, dəyəri 50 manat olan maqnitafon, dəyəri 220 manat olan kostyum, dəyəri 270 manat olan palto, ümumi dəyəri 98 manat olan 3 ədəd köynək, dəyəri 85 manat olan cins şalvar, dəyəri 100 manat olan jaket, dəyəri 120 manat olan kişi çəkməsi, ümumi dəyəri 128 manat olan iki ədəd gödəkçədən ibarət əşyaların özləri, olmadıqda isə dəyərləri alınaraq İddiaçı Çərkəz oğluna verilməli qalan hissədə iddia təmin olunmamalıdır. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələri ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçının apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iş üzrə tam araşdırma aparmamış, iddianın təmin olunmayan hissəsi ilə bağlı əsaslandırması mövcud deyil. Faktiki olaraq cavabdehin əsassız izahatı əsas götürülmüşdür. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin məzmunu nəzərə alınmamışdır. Kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, iddiaçı əşyaların bir hissəsinin özünə məxsus olduğunu iddia etmiş, lakin apelyasiya instansiya məhkəməsi göstərilənlərlə bağlı araşdırma aparmamış, yalnız cavabdehin göstərdiyi dəlilləri həqiqi hesab etmiş, iddiaç ının dəlillərinə əhəmiyyət verməmiş, iddiaçının tələb etdiyi hər hansı əşyaların onun özünə, hansı əşyaların ikinci arvadına, hansı əşyaların isə oğluna aid olmasını aydınlaşdırmamış, ümumiyyətlə iddiaçının oğluna aid olduğunu qeyd etdiyi əşyaların onun yetkinlik yaşına çatmayan övladına, yoxsa yetkinlik yaşına çatmış övladına məxsusluğunu müzakirə etməmiş, iddianı göstərilən hissədə faktiki olaraq yalnız cavabdehin izahatını əsas götürərək, eləcədə iddiaçının izahatını tam aydınlaşdırmadan rədd etmişdir. Halbuki bu MPM-in 106.1-ci maddəsinin tələblərinə ziddir. Göründüyü kimi hər iki tərəf apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və müvafiq olaraq mübahisələndirdikləri hissələr üzrə işin obyektiv həlli üçün iş üzrə digər mühüm və diqqətəlayiq halların aydınlaşdırılm amasını göstərmişlər. Məhkəmə kollegiyası göstərilən dəlillərlə razılaşır və qeyd edir ki, iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmamış, tərəflərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarına isə iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiya məhkəməsinin kassasiya məhkəməsinin bundan əvvəl qəbul olunmuş qərarında olan göstərişləri də məhz bu halların aydınlaşdırılmalı olmasından ibarət olmuşdur. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qan uni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflə rdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.M əmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxı ş etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş (iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü x5 aid hissəsinin rədd edilməsi hissəsində) yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88- ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçı Çərkəz oğlu və Cavabdeh kassasiya şikayətləri təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qətnaməsi İddiaçı Çərkəz oğlunun və Ca vabdeh kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin, mülki iş (iddia tələbinin İddiaçı Çərkəz oğluna və iddiaçının oğlu – 06.10.2003-cü il təvəllüdlü x5 aid hissəsinin rədd edilməsi hissəsində) yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar