Məhkəmə qərarları › İş №2(102)-2092/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2092/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2092/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı – “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” X2 Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh) arasında 11 noyabr 2014-cü il tarixdə bağlanmış 4-G-1-0-1299-14 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 24% ödəmək şərti ilə 120 ay müddətinə 40.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq 11 noyabr 2014-cü il tarixli, 4-G-1-0-1299-14 saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh mü lkiyyətindəki xxxxxxx yaşayış evini (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü etmişdir. Müqavilədə fərdi yaşayış evinin dəyəri 80.000 manat müəyyən edilmişdir. 22 dekabr 2016-cı il tarixli əlavə sazişə əsasən, kredit müqaviləsi üzrə qalıq məbləğ 29.637,11 ABŞ dolları Mərkəzi Bankın 22 dekabr 2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 52.088,28 manat müəyyən edilmiş, kreditin müddəti 22 dekabr 2026-cı il tarixinədək uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sa zişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 50.939,27 manat, faiz borcuna görə 14.769 manat, cərimə borcu üzrə 29,01 manat, cəmi 65.737,04 manat borcun, 60 manat məhkəmə xərcinin ödənilməsi, tutmanın kreditin təminatı olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın satışından əldə edilən pul vəsaitinin hesabına Banka ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, həmin əmlak açıq hərracda satıldıqdan 1 ay sonra cavabdehin həmin evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması, əmlakın boşaldılıb Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməy ə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə Bankın xeyrinə 50.939,27 manat əsas, 27.945,98 manat faiz, 279,06 manat cərimə borcu olmaqla, cəmi 79.164,31 manat borcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə Bank qarşısında qeyd olunmuş məbləğdə borcu yaranmışdır. Təqdim edilmiş maliyyə arayışına əsasən, 11 noyabr 2014-cü il tarixli 4-G-1-0129914 saylı kredit müqaviləsi üzrə 12 sentyabr 2018-ci il tarixədək cavabdehin Banka 50.939,27 manat əsas, 14.769,52 manat faiz, 29,01 manat cərimə borcu olmaqla cəmi 65.737,08 manat borcu vardır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2018-ci il tarixli 23073 saylı rəyinə əsasən, işdə olan car i hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq cavabdehin Banka 22 may 2018-ci il tarixə ödənilməli olan borcu 51,313,93 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 11.116,97 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2019-cu il tarixli 1209 saylı rəyinə əsasən, cavabdehin Banka 22 may 2018-ci il tarixə ödənilməli olan borcu 51,313,93 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 11.116,97 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 18334 saylı rəyinə əsasən, cavabdehin Banka 20 iyun 2019-cu il tarixə ödənilməli olan borcu 61,711,54 manat, o cümlədən əsas kre dit borcu 40.196,96 manat, faiz borcu 21.514,58 manat müəyyən edilmişdir. İpoteka predmetinin dəyəri “xxxxxxxhüquq və qiymətləndirmə şirkəti”nin 23 oktyabr 2018-ci il tarixli rəyində 110.000 manat; “xxxx” MMC-nin 12 avqust 2019-cu il tarixli rəyində 161.100 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-121/2019 nömrəli iş üzrə 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinə münasibətdə Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2019-cu il tarixli 18334 saylı rəyini əsas götürmüşdür. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi digər sübutlarla təkzib olunmadığına görə mötəbər sübut kimi qəbul olunmalı, tələb olunan cərimənin məbləği isə azaldıl araq 20 manat müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini qiymətləndirmə rəylərindəki dəyərlərin orta dəyəri üzrə 110.000 manat müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 319.1, 319.6, 442, 443.1, 447, 448.1, 462.1, 465.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13 oktyabr 2020-ci il tarixli 9/4016 saylı rəyinə əsasən, cavabdehin Banka 20 iyun 2019-cu il tarixə ödənilməli ola n borcu 61,711,54 manat, o cümlədən əsas kredit borcu 40.196,96 manat, faiz borcu 21.514,58 manat müəyyən edilmişdir. «xxxx» MMC-nin 30 oktyabr 2020-ci il tarixli rəyində ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 118.000 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin qətnamə evin dəyəri hissəsində dəyişdirilməli və «xxxx» MMC-nin 30 oktyabr 2020-ci il tarixli rəyinə əsasən 118.000 manat müəyyən edilməlidir. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil xxxxxx oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instan siyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün tətbiq etməmiş və nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində cavabdehin Banka olan borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. İş üzrə təkrar ekspertiza təyin olunmalı və digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza təyin etmədən səhv hüquqi nəticəyə gəlmişdir. Kassator sonradan kassasiya şikayətinə əlavə verərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin də yərini həddən artıq yüksək qiymətləndirmişdir. Bu isə, faktiki olaraq həmin əmlakın açıq hərracda satılmasını qeyrimümkün edəcək. Həmçinin, məhkəmə qəbul etdiyi qətnamədə əmlakın dəyərini likvid dəyər kimi qeyd etsə də, faktiki əmlakın bazar qiyməti ilə hərraca çıxarılmasını qət etmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 88, 217.1, 217.3-ci maddələrinin, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə istinad olunmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit bor cunun məbləğinə və ipoteka predmetinin likvid dəyərinin qiymətləndirilməsinə aid hissədə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə dəfələrlə ekspertiza təyin edilmiş, mülki işin baxılması dayandırılmış, ekspertiza təyin edilməsi barədə qərardadların icrasına nəzarət olunmamış, işin baxılması illərlə uzanmış, nəticədə ona əlavə faiz borcu hesablanmışdır. Halbuki, məhkəmə işə qanunla müəyyən edilmiş müddət ərzində baxmış olsaydı, cavabdeh daha az məbləğdə faiz borcu ödəməli olacaqdı. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işə ağlabatan müddətdə baxılmaması nəticəsində cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Kassator, həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əmlakın satış dəyərini göstərməmiş, likvid dəyərini q eyd etmişdir. Halbuki likvid dəyər bazar münasibətlərinə aid anlayış olmaqla hərrac münasibətlərinə aid deyil. İpoteka predmeti hərraca likvid dəyəri əsasında deyil, bazar qiyməti əsasında çıxarılmalıdır. Kassasiya şikayətinin əsası kimi MPM-nin 14.2, 77.1, 217.1, 217.4-ci maddələrinin, “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3.3, 54-cü maddələrinin tələblərinə istinad olunmuşdur. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ayrı-ayrlıqda cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Girov və ipoteka hü ququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satı şından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoy anla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin qiyməti “İpoteka haqqında” Azərbaycan R espublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən iş üzrə cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmiş, həmin Qanunun 1.0.9-cu maddəsinə müvafiq olaraq ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti əsasında müəyyən edilmişdir. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar