Məhkəmə qərarları › İş №2(102)-2093/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2093/2021

17.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2093/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, alqı-satqı müqaviləsi əsasında alıcı tərəfindən öhdəliklərin icra edilməməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili XXXnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(105)-279/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 11 oktyabr 2006-cı il tarixli, 000081 saylı müqavilə ilə “XXX” fərdi firması inşa etdiyi ünvan 1 kilometrdə “XXX”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən, 1 otaqlı, ümumi sahəsi 49,72 kv.m. olan 10 saylı mənzili Cavabdeh təmirli satmağı, alıcı isə mənzilin 38782 manat məbləğində dəyərini 180 ay müddətində, hər ay 215 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı ikinci müqavilə ilə “XXX” fərdi firması inşa etdiyi ünvan 1 kilometrdə “X XX”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 83,40 kv.m. olan 9 saylı mənzili Cavabdeh təmirli satmağı, alıcı isə mənzilin 65052 manat məbləğində dəyərini 180 ay müddətində, hər ay 361 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin 2.2.4-cü bəndinə əsasən alıcı ödəmələri 30 gündən artıq gecikdirdiyi halda, satıcının müqaviləni birtərəfli ləğv etmək səlahiyyəti vardır. Müqavilələrin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə alıcı pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda, satıcı müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda, alıcı satıcıya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır və satıldıqdan sonra qala n məbləğ nağd və ya poçt vasitəsi ilə alıcıya geri qaytarılır. “xxxx” ASC tərəfindən tərtib olunmuş 16 noyabr 2016-cı il tarixli arayışlara əsasən Cavabdeh tərəfindən 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı alqı-satqı müqaviləsi üzrə 15 noyabr 2016-cı il tarixinə qədər 44042 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 37838,33 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 6203,67 manat və ya 17 aylıq ödəniş məbləği, 862,95 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı 04 avqust 2015-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 522 gün təşkil edir. Həmçinin Cavabdeh tərəfindən 11 oktyabr 2006-cı il tarixli, 000081 saylı alqı-satqı müqaviləsi ü zrə 15 noyabr 2016-cı il tarixinə qədər 26230 manat və ya 122 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 22646,67 manat və ya 105 ay aylıq ödəniş etmişdir. Alıcının qrafik üzrə gecikməsi 3583,33 manat və ya 17 aylıq ödəniş məbləği, 420,40 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu təşkil edir. Alıcı 05 avqust 2015-ci il tarixdən etibarən, ümumiyyətlə, ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 507 gün təşkil edir. “xxxx” ASC 03 iyun 2016-cı il tarixdə Cavabdeh təklif göndərərək, aralarında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin ləğv edilməsi barədə razılaşmanın 5 gün müddətində bağlanılmasını və mənzilin “xxxx” ASC-yə təhvil verilməsini təkli f edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31 yanvar 2020-ci il tarixli rəyinə əsasən təqdim edilmiş ödəniş qəbzlərinə və “Alıcının fərdi ödəniş cədvəli” məlumatına əsasən “xxxx” ASC (“XXX” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 saylı müqavilə üzrə Cavabdeh 15 noyabr 2016-cı il tarixə olan borcu 3368,33 manat təşkil edir. Təqdim edilmiş ödəniş qəbzlərinə və “Alıcının fərdi ödəniş cədvəli” məlumatına əsasən “xxxx” ASC (“XXX” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı müqavilə üzrə Cavabdeh 15 noyabr 2016-cı il tarixə olan borcu 5842,67 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instans iya məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdeh xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında ünvan 2-ci km, bina 1, blok 16, 3 otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzilin alqı-satqısına dair 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı müqavilənin və ünvan 2-ci km, bina 1, blok 16, 1 otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair 11 oktyabr 2006-cı il tarixli 000081 saylı müqavilənin ləğv edilməsi, ünvan 2-ci km, bina 1, blok 16, 3 otaqdan ibarət ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı və ünvan 1 km, bina 1, blok 16, 1 otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzillərin boşaldılması və mənzillərin iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilələr üzrə öhdəliklərini icra edərək mənzilləri cavabdehə təhvil versə də, müqavilələrin tələbləri cavabdeh tərəfindən pozulmuş, sonuncu uzun müddətdir ki, aylıq ödənişləri etməmişdir. Bu hal iddiaçıya müqavilələrin 2.2.4-cü bəndinə əsasən müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Cavabdeh tərəfindən müqavilələrdən irəli gələn öhdəliklərin icra olunmaması, müqavilələrin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilələrin icrasından birtərəfli qaydada imtina etməklə, onların ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(012)-1018/2017 nömrəli qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia təmin edilmiş, “xxxx” ASC (“XXX” fərdi firması) ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 saylı və 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı müqavilələrin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı və bir otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzillərin Cavabdeh tərəfindən boşaldılması və həmin mənzillərin “xxxx” ASC-yə geri qaytarılması, Cavabdeh mənzilin təmiri üçün çəkilmiş xərclərin və ödənilmiş məbləğin müqavilə şərtlərinə uyğun olaraq geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tu tulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 389.1, 390.1, 405.1, 421.2, 421.3, 424.2, 424.3, 441.3, 752.1, 760.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh iddiaçının hüquqi varisi olduğu “XXX” fərdi firması ilə bağladığı 11 oktyabr 2006-cı il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında icra etmədiyindən iddia əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(012)-1018/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(105)-47/2019 nömrəli qətnaməsi ilə (hakim T.O. Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və E.G.Rəhimovdan ibarət tərkibdə) Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(012)-1018/2017 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün heç bir sübut təqdim edə bilməmiş, öz etirazının əsaslarını sübuta yetirə bilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019 -cu il tarixli, 2(105)-47/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli, 2(102)-5543/2019 saylı qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdən və Ə.Ə.Şadiyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə səthi yoxlanılmış sübutlar əsasında gəldiyindən və iş üzrə müəyyənliyin ya ranması təmin olunmadığından qətnamə qanuni sayıla bilməz. Müəyyən olunduğu kimi tərəflər arasında mübahisə mənzillərin dəyərinin ödənilməsi ilə əlaqədar yaranmışdır. ASC iddia edir ki, cavabdeh mənzillərin dəyəri ilə əlaqədar onlara müqaviləyə uyğun olaraq 180 ay ərzində ödənişlər etməli olmasına baxmayaraq, cəmi 105 aya görə ödəniş etmiş və cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi 2015-ci ilin avqust ayında dayandırılmışdır. Cavabdeh isə mənzillərin dəyərini ödəməklə ASC-yə borcunun olmamasını iddia etməklə iddia tələbi ilə razılaşmır. Göstərilən ziddiyyətli vəziyyətdə mənzillərin dəyərinin ödənilməsi ilə əlaqədar məsələnin tam və obyektiv araşdırılmasına zərurət olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə mühasi batlıq ekspertizası təyin edilmiş, qərardad iş materialları ilə birlikdə rəy verilməsi üçün dəfələrlə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin kredit müqavilələri üzrə tərtib edilmiş kassa mədaxil orderləri, cari hesabdan çıxarış (müqavilələr bağlanan tarixdən 19 yanvar 2018-ci il tarixə, məxariclər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), ödəniş qəbzləri ekspertizaya təqdim olunmadığından iş üzrə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi ekspertizanın keçirilməsi barədə məhkəmə kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərardadının icrasının başa çatdırılmasını təmin etmədən, yalnız iddiaçının təqdim etdiyi 16 noyabr 2016-cı il tarixli arayışda göstərilən məlumatlar əsasında işə baxaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat münasibətlərini tənzimləyən 752, 760-cı maddələrinin qüvvəsini tətbiq etmişdir. İşdə olan 11 oktyabr 2006cı il tarixli müqavilələrin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilələrdə “XXX” fərdi firması “satıcı”, cavabdeh isə “alıcı” kimi göstərilmişdir. Həmin müqavilələrdə mənzillərin dəyərinin hissəhissə aylıq ödənişlər şəklində həyata keçirilməsi nəzərdə tutulduğundan, kassasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və mübahisə məhz həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğu n həll edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında podrat münasibətlərinin olması nəticəsinə gələrək mübahisəni Mülki Məcəllənin 760.2-ci maddəsinin tələbləri baxımından həll etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(105)-279/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və Z.İ.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(012)-1018/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməsi, “xxxx” ASC-nin hüquqi varisi olduğu “XXX” fərdi firması ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzilin alqı-satqısına dair bağlanmış 11 oktyabr 2006cı il tarixli, 000081 saylı və ünvan 2 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzilin alqı-satqısına dair bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000082 saylı müqavilələrin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı və ünvan 2 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı mənzillərin boşaldılması və həmin mənzillərin “xxxx” ASC-yə təhvil verilməsi, iş üzə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub “xxxx” ASC-yə verilməsi, apellyasiya şikayəti verərkən Cavabdeh ödədiyi dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə mahiyyətcə düzgün nəticəyə gəlsə də, mübahisəyə Azərbaycan Respublikası MM-in podrat münasibətlərini nizama salan 752.1 və 760-cı maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Cavabdeh sifarişçi olaraq iddiaçı “xxxx” ASC-yə hər hansı işi görməyi sifariş etməmişdir. İş materiallarında olan 11 oktyabr 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrdən görünür ki, müqavilələrin predmeti olan mənzil iddiaçı tərəfindən cavabdehə satılmışd ır. Belə olan halda, tərəflər arasındakı alqı-satqı münasibətlərinin podrat münasibətləri kimi qiymətləndirilməsi və həmin münasibətlərə podrat müqaviləsi ilə bağlı normaların tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə, yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, “xxxx” ASC-nin hüquqi varisi olduğu “XXX” fərdi firması ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 və 000082 saylı mənz illərin alqı-satqı müqavilələri vardır və müqavilələrin 2.2.1 və 2.2.2-ci bəndlərində “alıcı” tərəfindən ünvan 1 kilometrdə inşa ediləcək “XXX”ndə yüksək mərtəbəli binanın 16-cı blok, 3-cü mərtəbədə yerləşən 10 saylı mənzilin dəyəri olan 38782 manatın 180 ay və 9 saylı mənzilin dəyəri olan 65052 manatın 180 ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulduğu üçün tərəflər arasındakı münasibət də mahiyyətcə əşyanın nisyə alqı-satqı münasibətləridir. Məhkəmə Azərbaycan Respublikası MM-in 385.1, 421, 424.2, 424.3, 442, 448.1, 600.1, 600.2, 600.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdeh müqavilələr üzrə öhdəliyini, yəni nisyə alqı-satqı müqaviləsi üzrə 2015-ci ilin avqustundan etibarən ödəniş aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də tərəflər aras ında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələrin ləğv edilməsi barədə iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır. “xxxx”nın hüquqi varisi olduğu “XXX” fərdi firması ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli, 000081 və 000082 saylı müqavilələr ləğv edildiyindən, ünvan 2 ünvanında yerləşən üç otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.metr olan 9 saylı və bir otaqdan ibarət ümumi sahəsi 49,72 kv.metr olan 10 saylı mənzillər Cavabdeh tərəfindən boşaldılmalı və həmin mənzillər iddiaçıya təhvil verilməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin dəlilləri iş materiallarında olan “xxxx” ASC-nin 16 noyabr 2016-cı il tarixli arayışları və iş üz rə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31 yanvar 2020-ci il tarixli rəyi ilə təkzib edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(105)-279/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi və ya işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, cavabdehin mənafeyini, onun müqavilələr üzrə məbləğləri vaxtında ödəməsini və iddiaçıya borcunun qalmamasını nəzərə almamışdır. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellya siya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qan uniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüq uqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların ni syə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün mə cburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət ve rməklə yekun nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində araşdırma apararaq müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan nisyə aldığı mənzillərin dəyərini müqavilələrdə müəyyən olunmuş müddətlərdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, alqı-satqı müqavilələrinin predmetləri olan mənzillərin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti həm Azərbaycan Respublikası MM-in 421.2, 424.2, 600.4-cü maddələrinin, həm də müqavilələrin 2.2.4 və 3.1-ci bəndlərinin tələblərinə uyğun olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqa vilə üzrə ödənişlərini tam həyata keçirdiyini və iddiaçı qarşısında borcunun olmamasını göstərsə də, bu halları təsdiq edən sübutları MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Əksinə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin həmin dəlilinin yoxlanılması üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə də cavabdehin hər iki müqavilə üzrə iddia verilən tarixə borcunun olması müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessu al hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(105)-279/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar