Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2093/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “ilk sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və sair) etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavab deh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “MTK üzvlərinin ümumi yığıncağının protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(008)-5109/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzil-tikinti kooperativinə qarşı “MTK üzvlərinin ümumi yığıncağının protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə **********04-05301-083001 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş Seriya MA ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində xitam verilməsi və iddia tələbinin Cavabdeh2 mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolunun ləğv edilməsi” hissəsi üzrə işə mahiyyəti üzrə məhkəmə qaydasında baxılması davam etdirilməsi qərara alınmışdır.Həmin qərardaddan şikayət verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(008)5109/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ona məxsus olan 242 kv.m qeyriyaşayış sahəsinin bir hissəsinin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən və Cavabdeh2 mənzil-tikinti kooperativi tərəfindən tərtib edilmiş ilkin sənədlərin (MTK üzvlərinin ümumi yığıncağının protokolu və s.) həmin hissədə etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)-203/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, e-2(008)- 5109/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(008)-5109/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verən ilkin sənədlərin (ümumi yığıncağın protokolunun) etibarsız hesab edilməsi barədə iddiasının rədd edilm əsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinin birinci dəlili hüquqların dövlət qeydiyyatı haqqında reyetrin ləğv edilməsi barədədir.Halbuki iddia tələbinin reyestr qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.Kassasiya şikayəti verilən qətnamə isə iddia tələbinin “ Cavabdeh2 mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolunun ləğv edilməsi” hissəsi barədədir. Kassasiya şikayətinin ikinci dəlilində isə işin halları sadalanmaqla apellyasiya instansiya məhkəm əsinin gəldiyi nəticə ilə işin halları arasında uyğunluq olmadığı qeyd olunmuşdur.Bu isə Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinin tələbinə ziddir. Belə olan təqdirdə iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bununla da, kassator Azərbaycan Respublikasının MPM-nin 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikd ə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-nin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-xxx/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edils in. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2093/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2093/2023
20.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver