Məhkəmə qərarları › İş №2(102)-21/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-21/2022

10.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-21/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-21/2022 (Açar sözlər: ipotekaya xitam verilməsi, preyudisial məhkəmə aktının olması ) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair yüklülüyünün ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)4864/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilinə dair cavabdeh ilə iddiaçı arasında bağlanmış 27 mart 2006-cı il tarixli İ459 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İdd ia tələbi onunla əsaslandırılıb ki, Binəqədi rayon Məhkəməsinin 19 mart 2010-cu il tarixli 2(001)-181/2010 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin kredit müqavilələri üzrə əsas borclu X5 qarşı iddia tələbi bütövlükdə təmin edilərək K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas, 22.384 ABŞ dolları faiz borcu olmaqla, cəmi 60927 ABŞ dolları borcun, K3716 saylı kredit müqaviləsi üzrə hesablanmış 59.750 ABŞ dolları əsas, 31.758 ABŞ dolları məbləğində faiz borcunun və məhkəmə xərclərinə görə ödənilmiş 20 manat dövlət rüsumunun X1 tutulması, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr,S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilinin açıq hərracdan satılaraq satışdan əldə edilmi ş pulun iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir.

3. Bundan sonra Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məktubu əsasında borclu X3 anası X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli 3 otaqlı mənzıli açıq hərraca çıxarılaraq satılmış və satışdan əldə edilmiş 66.000 ABŞ dolları məbləğində pul iddiaçı Cavabdeh ASC-yə ödənilmişdir. Elə həmin tarixdə, yəni 2010-cu ildə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzili "xxxx" MMC tərəfindən 120.000 manat qiymətləndirilmiş, lakin ilkin hərracda əmlakın satılmadığı üçün əmlak yenidən 102.000 manatla hərraca çıxarılmışdır. Hərrac təşkilatı tələbkar və ipoteka saxlayan "xxxx" ASC-yə ipoteka predimetinin alqı-satqısı barədə müqavilə bağlanması üçün bildiriş göndərərək əmlakın alınması təklif edilmişdir.

4. Buna baxmayaraq tələbkar-ipoteka saxlayan "xxxx" ASC həmin əmlakı qeyd olunan müddətdə almamışdır. Təkrar hərracın baş tutmaması barədə qəzet elan verilmişdir.

5. Tələbkar və ipoteka saxlayan "xxxx" ASC ipoteka predimeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilini 05/04 saylı 19.01.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi ilə təxminən 7 il sonra 102.000 manatdan 25% qiyməti aşağı salaraq 76.500 manata almışdır. Bununla da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci m addəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə etməzsə, ipotekaya xitam verilir.

6. Bundan əlavə, kredit müqaviləsi üzrə əsas borclu X7 ilə tələbkar və ipoteka saxlayana "xxxx" ASC arasında qeyd olunan K3529 saylı kredit müqaviləsi və K3716 saylı kredit müqavilələrində bir neçə dəfə dəyişikliklər edilməsi barədə sazişlər bağlanmış, lakin bu barədə iddiaçıdan heç bir razılıq almamışdırlar.

7. Tələbkar və ipoteka saxlayan “AG Bank ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predimeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilini əldə etmədiyindən iddiaçının ipotekaya xitam verilməsi hüququ yaranmış və qanunların tələb lərinə əsasən 27 mart 2006-cı il tarixli ipotekaya xitam verilməli və Dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyü ləğv edilməlidir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulmuşdur.

10. Nəsimi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-332/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdur. (hakim Ramin Xəlilov)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 mart 2010-cu il tarixli 2(001)18 1/2010 saylı qətnaməsi ilə X1 K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas borcun, 22.384 ABŞ dolları faiz borcunun, cəmi 60927 ABŞ dollarının, K3716 saylı kredit müqaviləsi üzrə 59.750 ABŞ dolları əsas borcun, 31.758 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 91508 ABŞ dolları borcunun və 20 manat dövlət rüsumunun X1 alınaraq Cavabdeh ASC-nə verilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun iddiaçı Cavabdeh ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdeh bank 19 yanvar 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın a lqı-satqısı barədə” müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili 76500 manata almış və mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.

11. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, iddiaçılar İddiaçı, X4, X2 və X3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə qarşı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov rayo n Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(005)- 1012/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(103)-11954/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(005)1012/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halarına əsasən belə nəticəyə gəlib ki, mübahisə predmeti olan mənzil hərrac qaydasında alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir, həmin hərracın və alqı-satqı müqaviləsinin qanuniliyi məhkəmə aktları ilə müəyyən edilmişdir.

13. İddia tələbinin digər hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edib ki, iddia tələbinin həmin hissəsi ipoteka müqaviləsinə xitam verilməsinə əsaslanmaqla o ndan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi digər hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.

14. Həmçinin birinci instansiya məhkəməsi Cavabdeh ASC-nin ləğvetmə prosesində olmasına da hüquqi qiymət verərək hesab edib ki, hazırki tələblər sırf bankın fəaliyyəti ilə əlaqədar olduğundan, kreditor tələb olmadığından, qeyd olunan tələblə iddiaçı cavabdeh banka qarşı müraciət etməkdə haqlı olmuşdur.

15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - xəstə olduğu üçün, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməyi ilə bağlı məhkəməyə etdiyi müraciət məhkəmə tərəfindən nəzərə alınmadan prossesual hüquq normaları pozularaq işə baxılıb qətnamə qəbul edilmişdir; - işə baxan məhkəmə iddia ərizəsinin predmetini və əsaslarını düzgün araşdıra bilməmiş və nəticədə iddia ərizəsindən tam fərqli dəlillər əsasında işə baxaraq qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4864/2021 nömrəli, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 25.01.2010-ci il tarixli, 2(006)-332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov, İlham Kərimli)

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Çünki mübahisə predimeti olan mənzil hərrac qaydasında alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir ki, həmin hərracın və alqı-satqı müqaviləsinin qanuniliyi məhkəmə akltları ilə müəyyən edilmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz.

20. Apellyasiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və mübahisələndirilən mənzillə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən ipoteka müqaviləsinin qanuniliyi və mənzilin cavabdehin mülkiyyətinə qanuni əsaslarla keçməsi həmin məhkəmə aktları ilə təsdiq olunmuşdur.

21. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrinə istinadən göstərib ki, qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi (qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

22. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni ipoteka müqaviləsinin etibarlı müqavilə olması, həmin ipoteka müqaviləsi üzrə tutmanın artıq ipoteka predmetinə yönəldiyi, mənzilin artıq cavabdehin mülkiyyətində olduğu, eləcə də mübahisələndirilən ipoteka predmeti ilə bağlı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin rədd edildiyi və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

23. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə və “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsini xahiş edib.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına və maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya ic raatı iştirakçılarının izahatları

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və onun vəkili məhkəmə kollegiyasına teleqram və elektron ərizə ilə müraciət edərək, iddiaçının məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçının səhhəti ilə bağlı göstərilən xüsusatı təsdiq edən sənədin təqdim edilməməsini, eləcə də iddiaçının vəkillə təmsil olunduğunu, vəkilin isə məhkəmə iclasında iştirakın istisna ed ən hal olmadığını nəzərə alaraq Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni i ddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. İşdən görünür ki, iddia tələbi iddiaçının mülkiyyətində olmuş və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilə dair cavabdeh bankla iddiaçı arasında bağlanmış 27 mart 2006-cı il tarixli İ-459 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədədir. İddiası tələbinin əsası kimi ona istinad edib ki, cavabdeh bank ipoteka predmetini hərracın baş tutmamasından keçən 30 gün ərzində əldə etməmişdir. Tələbinin hüquqi əsası kimi iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad edib.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və mübahisələndirilən mənzillə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən ipoteka müqaviləsinin qa nuniliyi və mənzilin cavabdehin mülkiyyətinə qanuni əsaslarla keçməsi həmin məhkəmə aktları ilə təsdiq olunmuşdur.

35. Göründüyü kimi, işin müəyyən edilmiş halları iddianın təmin edilməsini istisna etmişdir.

36. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsini hazırki qərarın 19-23-cü bəndlərində əks edilən dəyərləndirməsi, gəldiyi nəticə və tətbiq etdiyi prosessual hüquq normaları ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən də görünür ki, apellyasiya məhkəməsi mübahisənin düzgün həlli ilə bağlı zəruri halları araşdırmış, iddiaçının hərracın nəticələri barədə iddiası ilə bağlı qanunu qüvvəyə minmiş məhkəmə aktının hazırki işə münasibətdə preyudisiyal əhəmiyyət daşımasına işin halları və prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət vermişdir.

37. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə görə “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

38. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)4864/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar