Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2100/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh,(X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ Kateqoriya: birgə nikah dövründə əldə edilmiş əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölünməsi, qızıl-zinət əşyalarının qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı avtomobillərin satışından əldə olunmuş vəsaitin ödənilməsi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1001/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 9 iyul 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon 2(009)- 1616/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
2. Tə rəflərin birgə nikah dövründə, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilmişdir. Həmin avtomobillər, müvafiq olaraq xx.xx.2022-ci ildə 20.000 manata, xx.xx.2022-ci il 30.000 ABŞ dollarına (manat konvertasiya edildikdə 51.000 manata) və xx.xx.2022-ci ildə 20.000 manata özgəninkiləşdirilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2559/2023 saylı qərarına əsasən-"xxxx" İstehsalat-Kommersiya Firmasının arayışa əsasən, Cavabdeh "xxxx" İstehsalat-Kommersiya Firmasının icraçı direktoru vəzifəsində çalışır və əmək müqaviləsinə əsasən aylıq maaşı ştat cədvəli üzrə 776 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi, həmçinin ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brillyantlar olan sırğaların, üzük və klon dəstin, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brillyantlardan ibarət qolbağın, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və hə min mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı; ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəstin, qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəstin, ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə münasibətlərində yaranmış gərginlik səbəbindən 2022-ci ilin aprel ayının əvvəllərində o, cavabdehlə birgə yaşadıqları ünvandan çıxaraq övladları ilə birlikdə valideyninin evinə getmişdir, hal-hazıradək orda yaşayır. Onunla Cavabdeh birgə nikah dövründə, xx.xx.2018-ci ildə cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.x x.2019-cu il tarixdə “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər əldə edilmişdir. Həmin avtomobillər, müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilmişdir. Hər üç avtomobilin özgəninkiləşdirilməsi məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikahın pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilmişdir. Hər 3 avtomobilin satışından əldə olunan vəsaitdən iddiaçıya heç nə çatmamışdır. Avtomobillərin satılması tarixlərində iddiaçı ilə cavabdeh birgə yaşamadıqları və birgə təsərrüfat idarə etmədikləri üçün, həmin vəsait onlar tərəfindən birgə xərclənməmiş, vəsait bütünlüklə cavabd eh tərəfindən götürülmüşdür. İddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri yuxarıda göstərilən avtomobillər onların birgə mülkiyyətində olmuş, cavabdeh avtomobilləri satmış, satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özü götürmüşdür. Bundan başqa, iddiaçı, cavabdehlə nikaha girdikdə, yuxarıda sadalanan qızıl-zinət əşyaları ona hədiyyə edilmişdir. İddiaçı cavabdehlə nikaha daxil olarkən, cehiz əşyaları hədiyyə edilmişdir: Həmin əşyalar hazırda cavabdehlə iddiaçının birgə yaşadıqları ünvandadır. Göstərilən qızıl-zinət əşyaları, iddiaçının cavabdehlə birgə yaşadığı ünvandan çıxdıqda cavabdehin evində qalmışdır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ailənin bütün maddi təminatını cava bdehin atası Şöhrət Əliyev həyata keçirmişdir. Tərəflərin gəlirləri bəllidir, mübahisə predmeti olan maşınların tərəflərin gəlirləri ilə əldə edilməsi mümkün olmazdı, Şöhrət Əliyevin özünün şirkətləri var, neçə illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ailə üzvlərinin adına alınan avtomobillər də Şöhrət Əliyevin gəlirləri və vəsaiti hesabına alınmışdır, iş materiallarına əsasən də, ailə üzvlərinin adına mütəmadi olaraq avtomobillər alınıb, satılıb, Cavabdeh bu qədər avtomobil almaq imkanı olmayıb, nikahın pozulması və aliment tələbinə dair məhkəmə mübahisəsi Ali Məhkəməyə qədər davam edib, Cavabdeh aylıq əmək haqqı almasından başqa gəlirlərinin olması sübuta yetirilməyib. Satılan maşınlar da məhz ailə üzvlərinə satılıb, bu da bir daha onu təsdiq etmişdir ki, həmin maşınlar Şöhrə t Əliyevin vəsaiti hesabına əldə edilmişdir. Qızıl-zinət əşyaları ilə bağlı bildirmişdir ki, iddiaçı tərəf həmin qızıl-zinət əşyalarının cavabdeh tərəfdə olmasını sübut edə bilməmişdir. Evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə birlikdə aparmışdır. Belə ki, əmisi onu aparmağa gələn zaman Şöhrət müəlliminin evinə daxil olmuş, onunla bir müddət söhbət etmişdir. İddiaçının kifayət qədər vaxtı olub ki, qızıl-zinət əşyalarını götürüb bir çantaya yığsın. Həmçinin bildirmişdir ki, iddiaçı tərəf toylarının da video yazısının cavabdehin evində qaldığını iddia edirdi lakin sonradan video diski iddiaçı tərəf özü məhkəməyə təqdim etdi. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Şöhrət Əliyev iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 2014-cü il-nişan dövrünə qədər ailənin 6 maşını olub: MERCEDEZ HALENTVAGEN (2012), RANGE ROVER (2009), oğlu Nəsiminin BMW X6, ailə maşınları VOLKSVAGEN PASSAT, TOUREG və əlavə bir maşın olub. Bildirmişdir ki, 5 şirkəti var, Gürcüstan Respublikasında və BƏƏ-də (Dubayda) şirkətləri var, Türkiyə Respublikasında ailə biznesi var. Oğlu Nəsimi də şirkətlərdən birinin icraçı direktorudur. Maşınların hamısını o, (Şöhrət Əliyev özü) öz qazancı hesabına əldə etmişdir. Qızıl-zinət əşyaları ilə bağlı bildirmişdir ki, nişan üzüyünü 1000 manata alıblar, toyda hədiyyə edilən dəsti şəxsən özü Dubaydan 10.000 ABŞ dollarına alıb gətirmişdir. Bundan başqa da gəlinə qızıl zinət əşyaları hədiyyə edilmişdir, hər dəfə gəlinə özü Nikolay monetalar vermişdir, qaynı Rusiyadan hədiyyə brilyant dəst alıb hədiyyə etmişdir, qohumları da gəlinə müxtəlif tədbirlərdə qızıl-zinət əşyaları hədiyyə etmişlər. Gəlinin qızı-zinət əşyaları həmişə onun özündə olub, lakin işləri ilə bağlı olaraq gəlin qızılların yarısını satıb, digər yarısını isə gedəndə özü ilə aparmışdır. Onlar ailə qurduqdan sonra onlara üç mərtəbəli ev vermişdir. Özü və iki oğlu bir həyətdə 3 ayrı evdə yaşamışlar. İddiaçının əmisi iddiaçıya təxminən 200.000 manatlıq 3 mərtəbəni də dolduracaq cehiz verib, cehiz əşyalar hələ də evdədir, nə vaxt istəyir gəlib götürsün evi boşaltsınlar, gəlinin geyim əşyalarının da yarısı evdə qalıb nə vaxt istəyir gəlsin hamısını götürsün, ona və ailəsinə gəlinin heç nəyi lazım deyil. Oğlu ailə qurduqdan sonra onların münasibə tinə heç kim müdaxilə etməmişdir. Boşanmaları ilə bağlı bildirmişdir ki, gəlin ali təhsilini bitirdikdən sonra işləmək istədiyini bildirmişdir. Oğlu və yoldaşı onun işləməsinə qarşı idi, ailə rəisi olaraq o özü gəlinin işləməsinə icazə verdi. Uşaq (Safiya) və ikinci uşaqları dünyaya gələndən sonra evə əlavə dayə və sair işçilər tutuldu və gəlin işə yenə də getdi. Hər istədiyini edirdi gəlin. Gəlin hər səhər tezdən işə hazırlaşıb getdiyindən səhərlər uşaqlarla oğlu məşğul olurdu, sonradan gəlin ikinci iş yerində də işləməyə başladı, səhərdən axşama qədər işdə olurdu, belə hallara görə aralarında mübahisələr yarandı. Sonuncu dəfə aralarında mübahisə yaranan zaman gəlin əmisinə zəng edərək onu gəlib aparmasını demişdir. Əmisi gəldi evə keçdi, əyləşib mübahisəni müzakirə etdilər, daha sonra gə lini götürdü getdi. Gəlin gedərkən o, həyətə çıxmamışdır, lakin oğlu Fizüli onları yola salmış və gəlinin çantalar ilə çıxdığını bildirmişdir. Oğlunun ailəsinin şəxsi əşyaları, qızılları ayrıca özlərində olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının əmisi X2 ifadəsində göstərmişdir ki, cavabdehi və ailəsini qohum olmamışdan öncə tanıyırdı. Qardaşı rəhmətə getdikdən sonra iddiaçını öz qızı kimi böyütmüş və ailə quran zaman cavabdeh tərəfi yaxşı ailə kimi bilib onlara gəlin vermişdir, cehiz əşyalarını da özü vermişdir. Ailə həyatlarına heç vaxt əmi kimi qarışmayıb, düşünüb ki, ailədir, söz-söhbət olsa belə özləri gərək həll etsinlər. Lakin, sonuncu dəfə mübahisə daha böyük olduğundan, qardaşı qızı ona zəng edib orada qala bilmədiyini və gəlib onu aparmasını bildirmiş dir. Həmin gün cavabdeh iddiaçını vurmuş və üz nahiyəsində izi qalmışdı. Yaşadıqları evə gəlib həyətə keçdi, Şöhrət Əliyevin yaşadığı evə daxil oldu, onunla təxminən 20 dəqiqə söhbət etdilər, daha sonra Nərmini götürüb apardı, Nərminin əlində balaca çanta var idi, başqa heç bir əşyasını götürməmişdi. Ailənin dağılmasını qəti istəmirdi, evdən getdikdən sonra Şöhrət Əliyevlə görüşüb danışıblar cavanların məsələsini, lakin mübahisə həll edilə bilmədi, barışmadılar. Daha sonra məhkəməyə müraciət edildi və nikah pozuldu. Nərmin evdən çıxanda əşyalarını götürməyib, hətta uşaqların sənədlərini də götürməmişdir, sənədlərin sonradan dublikatını o (əmisi) çıxarmışdır. Xanımın döyülməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət etməmişlər, cavabdeh iddiaçının evdən getməsini istədi və o da iddiaçını n həmin evdə qalmasını düzgün bilməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının satdığı qızıl-zinət əşyaları onun özünə məxsus olan qızıllar olub, cavabdeh tərəfin verdiyi qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2023 nömrəli iş üzrə 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf qeyd edilən avtomobillərin satış pulunun yarı bölünməsi tələbindən əvvəl onların nikah dövründə əldə olunmaqla yanaşı birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə edilməsinə dair məhkəməyə sübut növləri təqdim etməli olduğu halda, belə sübutları məhkəməyə təqdim etməmiş, bu iddiasını qanunun tələbi olması ilə əsaslandır mışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf birgə nikah dövründə əldə edilməsini iddia etdiyi avtomobillərin özgəninkiləşdirilməsinin məqsədli şəkildə, yəni iddiaçı ilə nikahın pozulacağını bildiyi üçün, nikah pozulacağı halda avtomobillər üzərində paylı mülkiyyət hüququnun yaranmaması üçün edilməməsini vurğulasa da, tələbində bu əmlaklarla bağlı əqdləri və onlara münasibətdə mülkiyyət hüquqlarını deyil, məhz birgə mülkiyyətində olan avtomobilləri satan cavabdehin satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özünün götürməsinə istinad etməklə həmin satış pulunun yarısının ona verilməli olmasını iddia etmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2018-ci ildə əldə edilmiş “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə əld ə edilmiş “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və xx.xx.2020-ci il tarixdə əldə edilmiş “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə özgəninkiləşdirilməsini mübahisələndirmir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şöhrət Əliyevin həqiqətən yüksək maddi imkanı olan şəxs olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasında, BƏƏ-də (Dubay şəhərində) şirkətləri, ailə biznesinin olmasını inkar etməmiş, lakin buna baxmayaraq avtomobillərin tərəflərin birgə nikah dövründə onların gəlirləri hesabına əldə edilməsini iddia etməklə bu faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçı tərəfin hər hansı bir şəxsin gəlirinin az olmasının əmlak əldə etməsinə qadağa olmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının aylıq əmək haqqından əlavə digər gəlirlərinin olmasına dair sübutlar təqdim edildiyi təqdirdə bu dəlilin əsaslılığı müzakirə predmeti ola bilərdi. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejmi tətbiq edilərək bölünməsi yolverilməzdir. Məhkəmə, bu qənaətə gələrkən iddiaçının aylıq qazancından əlavə başqa gəlirlərinin olmamasının tərəflər arasında nikahın pozulması və s. tələblə əlaqədar qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilməsini, elə cə də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iş materiallarında DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsi tərəfindən təqdim edilmiş cavabdehin adına olan və satışı onun tərəfindən həyata keçirilmiş çoxsaylı avtomobillərin hamısının onun vəsaiti hesabına alınmasına dair izahatlarını diqqətə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin adına rəsmiləşdirilmiş birgə nikah dövründə əldə edilən nəqliyyat vasitələrinin tərəflərin gəlirləri hesabına deyil, cavabdehin atası Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilməsi məhkəmə araşdırması zamanı təsdiq edildiyindən həmin nəqliyyat vasitələri ər-arvadın ümumi əmlakı hesab edilə bilməz. Məhkəmə iddianın qızıl-zinət əşyaları tələbinə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağı, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan boyunbağı, ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst, ağ qızıldan üzərində brilyantlar olan abstrakt formalı boyunbağı qızıl-zinət əşyaları hədiyyə edilməsini göstərsə də, hazırda onların hamısının cavabdehlə birgə yaşadığı evdən çıxdıqda Cavabdeh evində qalmasını iddia etmişdir. Cavabdeh tərəf isə iddianın bu hissəsinə də etiraz edərək iddia çının evdən gedərkən özünə məxsus bütün qızılları aparmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evdən getdiyi gün əmisinə zəng edərək onu gəlib aparmasını istəmiş və əmisi də həmin gün iddiaçını aparmağa gəlmişdir. Bu halı həm iddiaçı tərəf, həm də iş üzrə üçüncü şəxs izahatında və dindirilmiş şahid iddiaçının əmisi ifadəsində göstərmişlər. Məhkəmə, şahid ifadəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçının evdən getməzdən əvvəl əmisinə zəngindən sonra, əmisi də gələnə kimi evdən getməyə hazırlıq işləri görməklə yanaşı, əmisinin qayınatası ilə oturub təxminən 20 dəqiqə söhbəti ərzində onun evdən getməyə hazırlıq işləri görməklə özünə və uşaqlarına aid zəruri əşyaları (o cümlədən də gündəlik istifadəsi üçün kosmetik, qızıl əşyaları və s.) götürməsinə k ifayət qədər vaxtı olmuş və məhkəmənin qənaətinə görə o, bu əşyalarını özü ilə götürmüşdür. Məhkəmə bu qənaətə gələrkən əmisinin ifadəsində iddiaçının maşına oturanda özü ilə kiçik bir çantasının olmasını bildirməsini, eləcə də məhkəmə baxışı zamanı tərəflərin “toy video diski”nin cavabdeh tərəfdən olmasını təkidlə bildirməsi və ondan tələb edilməsinə dair verilən vəsatətin rədd edilməsindən sonra (iddiaçının evdən getdikdən sonra bir daha oraya qayıtmamasına baxmayaraq) həmin “video disk”in məhz iddiaçı tərəfin özündə aşkar edilərək məhkəməyə təqdim edilməsini diqqətə almışdır. Belə olan halda məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalması təsdiq edilməməklə, tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmamas ı tərəflərin, üçüncü şəxsin izahatları və şahidin ifadəsinin qarşılıqlı təhlili və işin mübahisəsiz halları ilə sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından yalnız toyda hədiyyə edilən dəst və nişan üzüyünün mövcud olmasına dair sübutlar (fotoşəkillər, video yazı) təqdim etməsinə baxmayaraq, üçüncü şəxs Şöhrət Əliyev iddiaçıya özləri və qohumları tərəfindən digər qızıllar da (Nikolay monetalar, qaynının Rusiyadan hədiyyə gətirdiyi brilyant komplekt) bağışlanmasını, eləcə də üçüncü şəxs fotoşəkillərdə olan nişan üzüyünün 1000 manat, toyda bağışlanan dəstin isə Dubaydan 10.000 manata alınmasını etiraf etmişdir. Bununla belə cavabdeh və üçüncü şəxs izahatlarında iddiaçının bu qızılların yarısını öz işləri ilə bağlı satmasını, digər yarısını isə özü ilə aparmasını göstərmişdir. Məhkəmə hesab etmişdir ki, qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması inandırıcı olmamışdır. Belə ki, üçüncü şəxsin izahatlarından həmçinin görünmüşdür ki, o, iddiaçının evdə 200.000 manatlıq cehiz əşyaları və bəzi geyim əşyaları olmasını, onları da nə vaxt istəsə gəlib apara biləcəyini, onların iddiaçının heç bir əmlakına ehtiyaclarının olmadığını qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində və istifadəsində olması inkar edilməsə də, onların cavabdehdə qalmaqla, qaytarmamaq niyyətinin olması öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçı tərəfin iddiasının əsaslı olması ilə bağlı izahatını özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul ed ilə bilməz. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da, onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə şahidin ifadəsinin, qızılların, sənədlərin və əşyaların götürülməməsinə dair ifadəsinə tənqidi yanaşaraq o nları iddiaçının yaxın qohumu olmaqla maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirmişdir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225-ci maddəsinə, Ailə Məcəlləsinin 31-37-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, mübahisələndirilən hər üç avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi və cavabdeh tərəfindən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə satıldığı, 3 avtomobilin satışından cavabdehin 20.000 manat, 30.000 ABŞ dolları (manat konvertasiya edildikdə 51.000 manat) və 20.000 manat, cəmi 91.000 manat vəsait əldə etdiyi iş materiallarında olan sübutlarla təsdiq edilir. Həmin vəsaitin tam yarısını təşkil edən 45.500 (qırx beş min beş yüz) manat iddiaçıya ödənilməli olduğu halda, məhkəmə iddianı təmin etməməklə Ailə Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda mübahisə predmetini təşkil edən “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin üçüncü şəxsin vəsaiti hesabına əldə edilməsinə dair hər hansı sübutlar məhkəmə iclasında tədqiq edilməmişdir. Eyni zamanda qətnamədə, iş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2559/2023 saylı qərarına istinad olunaraq qeyd olunmuşdur ki: “Məhkəmə, bu qənaətə gələrkən idd iaçının aylıq qazancından əlavə başqa gəlirlərinin olmamasının tərəflər arasında nikahın pozulması və s. tələblə əlaqədar qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilməsini, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iş materiallarında DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat imtahan İdarəsi tərəfindən təqdim edilmiş cavabdehin adına olan və satışı onun tərəfindən həyata keçirilmiş çoxsaylı avtomobillərin hamısının onun vəsaiti hesabına alınmasına dair izahatlarını diqqətə almışdır.” Halbuki, Ali Məhkəmənin qeyd olunan qərarında cavabdehin aylıq 776 manat əmək haqqından başqa gəlirinin olmadığına dair nəticə çıxarılmamış, alimentin məbləği müəyyən olunarkən cavabdeh tərəfindən təqdim edilmiş rəsmi arayışa istinad olunmuşdur. Ali Məhkəmənin qeyd olunan qərarı, cavabdehi n “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin əldə edilməsi üçün vəsaitinin olmadığı ilə bağlı hər hansı halı müəyyən etmədiyi üçün, hazırki mübahisə ilə bağlı preyudisial xarakter daşıya bilməz. Bununla yanaşı cavabdeh tərəfindən alğı-satqı müqaviləsi, gömrük vəsiqəsi və hesab-arayışa əsasən əldə edilmiş “BMW M4”, “Lexus LX 570” və “AUDİ RS 7” markalı avtomobillərin, Şöhrət Əliyevin vəsaiti hesabına əldə edilməsi, həmçinin iddiaçının əri ilə birlikdə yaşadığı evdən çıxarkən, qızıl-zinət əşyalarını özü ilə götürdüyünə dair cavabdeh tərəfindən sübut edilməmişdir. Birinci instansiya məhkəməsi, iddia tələbinin aid olduğu avtomobillərin Cavabdeh tərəfindən deyil, üçüncü şəxs X4 tərəfindən alındığını əminliklə qət etmiş, bu halın əsaslandırılması üçün Şöhrət Əliyevin və cavab dehin nümayəndəsinin izahatlarına əsaslanmışdır. Lakin, həmin avtomobillərin dəyərinin Şöhrət Əliyev tərəfindən Cavabdeh nə vaxt, hansı şəraitdə, hansı üsulla verilib- verilməməsini aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi, iddiaçının qızıl əşyalarının götürməsinə kifayət qədər vaxtı olduğunu və məhkəmənin qənaətinə görə onun bu əşyalarını özü ilə götürdüyünü qət etsə də, həmin halı sübut etməmişdir. İş materiallarında olan, 3 avtomobilin cavabdehin mülkiyyətinə keçməsinə dair alğı-satqı müqaviləsi, gömrük vəsiqəsi və hesab-arayış mövcuddur və bu sənədlər mübahisə predmetini təşkil edən avtomobillərin Cavabdeh tərəfindən əldə edildiyini təsdiq etmişdir. Həmin avtomobillərin cavabdeh tərəfindən deyil, üçüncü şəxs tərəfindən əldə edildiyi barədə hər hansı sübutların olmaması, mə hkəmənin gəldiyi nəticənin işin faktiki halları ilə uyğun gəlmədiyini göstərmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1001/2024 nömrəli mülki iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddia tələbinin rədd edilən - avtomobillərin satışından əldə olunmuş vəsaitin bölünməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, “Lexus LX 570” markalı ** SA ***, “Audi RS 7” markalı 10EG004 və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışın dan əldə edilmiş vəsait tərəflər arasında 1/2 nisbətdə bölünməsi, “Lexus LX 570” markalı ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsindən əldə edilmiş 30.000 ABŞ dollarının yarısı 15000 dollar (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun); “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alğısatqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısın 10000 manat və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alğısatqı müqaviləsindən əldə edilmiş 20000 manatın yarısı 10000 manat olmaqla, cəmi 20000 (iyirmi min) manat və 15000 dollar (qətnamə icra edilən vaxta manatın məzənnəsinə uyğun) Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia tələbi iki hissədən cavabdeh tərəfindən “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçıya ödənilməsi və ağ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğaların, üzük və klon dəstin, ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağın, üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gül formalı kulon olan b oyunbağı; ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü, sarı qızıldan üzərində kəpənəklər olan dəstin, qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəstin, ağ qızıldan üzərində brilyantlar olan abstrakt formalı boyunbağının ona qaytarılmasından ibarət olmuşdur.
16. İddia tələbinin 1-ci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejimi tətbiq edilərək bölünməsi yolverilməzdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi ilə razılaşmamış və hesab etmişdir ki, həmin hissədə id dia tələbi əsaslı olmuşdur. İşin mübahisəli halı həmin avtomobillərin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçıya ödənilməsindən ibarət olmuşdur. Belə ki, cavabdeh tərəf maşınların hamısını cavabdehin atası Şöhrət Əliyev özünün öz qazancı hesabına əldə etdiyindən əmlakların bölünməsinə etiraz etmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən avtomobillərin tərəflərin birgə nikahda olduqları müddətdə onların birgə vəsaitləri, gəlirləri əsasında əldə edilməsi sübuta yetirilmədiyindən, həmin avtomobillərin birgə nikah dövründə əldə edilmiş əmlakın rejimi tətbiq edilərək bölünməsinin yolverilməz olması nəticəsinə gələrkən istinad etdiyi yeganə əsas avtomaşınları Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasında, BƏƏ-də (Dubay şəh ərində) şirkətləri, ailə biznesi olan, başqa sözlə yüksək maddi imkanı olan şəxs, üçüncü şəxs Şöhrət Əliyevin tərəfindən alınmasına dair onun və cavabdeh tərəfin izahatları olmuşdur. Halbuki, onların bu məzmunda izahatları özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq ed ilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ərarvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əl də olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir; əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ərarvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd olunan qərarına istinad etməklə hesab etmişdir ki, nə qədər ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərin birgə nikahları dövründə əldə edilmiş və həmin avtomobillərin əldə edilməsi zamanı üçüncü şəxsin iştirakına dair əyani sübut təqdim olunmamışdır, ona görə həmin avtomobillər məhz ailənin ümumi gəlirləri hesabına edilmiş əmlaklar kimi qiymətləndirilməli, onlara birgə nikah dövründə əldə edilmiş əmlakın rejimi tətbiq edilməklə avtomobillərin satışından əldə edilən vəsait tərəflər arasında bərabər bölünməlidir. Kollegiya bu qənaətə gələrkən həmçinin avtomobillərin satılmasından əldə edilmiş vəsaitin ailənin xərclərinə sərf edilməsi və ya həmin vəsaitin müəyyən bir hissəsinin iddiaçıya verilməsi iş materialları ilə müəyyən edilməməsini də nəzərə almışdır. Məhkəmə kollegiyası həmin avtomobillərin dəyərinin müəyyən edilməsinə münasibətdə isə qeyd etmişdir ki, nə qədər ki, avtomobillərin dəyərinin alğı-satqı müqavilələrindən fərqli olması barədə mötəbər sübutlar təqdim edilməmişdir, belə olan halda alğı-satqı müqavilələrində göstərilən qiymətlər əsas götürülməlidir. İddiaçı tələbində bu əmlaklarla bağlı əqdləri və onlara münasibətdə mülkiyyət hüquqlarını deyil, məhz birgə mülkiyyətində olan avtomobilləri satan cavabdehin satışdan əldə olunmuş vəsaitin iddiaçıya məxsus hissəsini özünün götürməsinə istinad etməklə həmin satış pulunun yarısının ona verilməli olmasını iddia etmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin - qızıl-zinət əşyalarının qaytarılması hissəsində gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin hissədə iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
22. Məhkəmə kollegiyası nəzərə almışdır ki, hazırki mübahisənin (iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsi) halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüqu qu qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində və istifadəsində olması inkar edilməsə də sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qızılların, sənədlərin və əşyaların götürülməməsinə dair şahid ifadəsinə düzgün olaraq tənqidi yanaşmışdır, belə ki, onlar iddiaçının yaxın qohumu olmaqla maraq və mənafeyinə uyğun verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində ifadə verən şahid, iddiaçının əmisi ifadəsində iddiaçının qızıl-zinət əşyalarının satmasını təsdiq etmiş və eyni zamanda bildirmişdir ki, satılan qızıllar iddiaçının özünə məxsus olmuşdur. Halbuki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi-vəkili həmin faktı inkar etmişdir. Üçüncü şəxsin də həm birinci instansiya məhkəməsində, həm apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında qeyd edilən satılan qızılların iddiaçının qaynanasının iştirakı ilə satılmasını göstərmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi-vəkili iddiaçının tələb etdiyi qızı l-zinət əşyalarının həmişə qayınanasının saxlancında olduğunu, istifadə etmək lazım olduqda sonuncu tərəfindən iddiaçıya verildiyini bildirmişdir. Məhkəmə kollegiyası bunlarla bağlı qeyd etməyi zəruri saymışdır ki, qızıl-zinət əşyalarının satılması işin mübahisəsiz halıdır. Lakin konkret olaraq hansı adlı və əyarlı qızıl-zinət əşyalarının satılması barədə məlumat verilməmiş və sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçının qayınata və qayınanasından ayrılıqda yaşayaraq ayrı təsərrüfat aparması müəyyən edilmişdir. İddiaçı isə ərizəsində qızılların cavabdeh əri ilə yaşadığı evdə qalmasını göstərmişdir. Göründüyü kimi, mövcudluğu sübut olunmayan qızıl-zinət əşyalarının cavabdehdən tələb edilməsinə dair iddia tələbləri əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı qızıl -zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalmasına dair hüquqi mövqeyini sübut edə bilmədiyindən, buna dair hər hansı mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin - iddianın bu hissədə rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehlə nikaha daxil olarkən, ona iddia ərizəsində cehiz əşyaları hədiyyə edilməsini göstərərək onların adlarını, sayını və çeşidini konkret sadalamayaraq, həmin əşyalar hazırda cavabdehlə iddiaçının birgə yaşadıqları ünvanda olmasını göstərməklə tələb hissəsində onları qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında isə iddiaçının nümayəndəsi-vəkili cehiz əşyaları ilə bağlı ümumiyyətlə mübahisənin olmamasını qeyd etmişdir. Buna g örə də məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilməyən hissə üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 213.2, 225.1, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 31, 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin qızıl-zinət əşyalarına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ona a ğ 750 əyarlı qızıldan badam formasında olan və üzərində brilyantlar olan sırğalar, üzük və klon dəsti; ağ qızıldan 750 əyarlı, üzərində 5 ədəd iri brilyant və təqribən 50 ədəd xırda brilyantlardan ibarət qolbağ; üzərində qara və sarı brilyantlar və qara mirvarili gül formalı sırğalar və həmin mirvarilərdən yığılmış, üzərində eyni gülformalı kulon olan boyunbağı;ağ qızıldan və üzərində brilyantlar olan nişan üzüyü; sarı qızıldan üzərində kəpənəklər olan dəst; qırmızı qızıldan üzərində rəngli daşlar və koral muncuqlar olan ilan formalı dəst;ağ qızıldan üzərində briliyantlar olan abstrakt formalı boyunbağı hədiyyə edilmiş, həmin qızıl-zinət əşyaları, iddiaçının cavabdehlə birgə yaşadığı evdən çıxdıqda cavabdehin evində qalmış və ona qaytarılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, idd iaçının evdən çıxarkən qızıl əşyalarını götürmədiyinə dair hissədə iddia tələbi sübuta yetirilməmişdir. Halbuki, iddiaçının evdən çıxma şəraitinin mübahisə və gərginlik zəminində baş verməsi iş materialları ilə sübuta yetirilmişdir. Bu halı, üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş iddiaçının atası da təkzib etməmişdir. Beləliklə, iddiaçının əri ilə birlikdə yaşadığı evdən çıxarkən, qızıl-zinət əşyalarını özü ilə götürdüyü cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə, iddianı həmin hissədə rədd edərkən, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbini pozmuşdur.
29. Kassasiya şikayəti Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır.
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə X9 təqdim etdiyi nəqliyyat vasitələri barədə olan sənədlərlə (çıxarışlarla) mübahisəli nəqliyyat vasitələrinin, cavabdehin adına əvvəllər, yəni nikahdan əvvəl cavabdehin atasının vəsaiti hesabına əldə edilmiş başqa nəqliyyat vasitələrinin satışı müqabilində əldə olunmuş pul vəsaiti hesabına alındığı təsdiq olunduğu halda, buna diqqət yetirməmiş, habelə Cavabdeh və iddiaçının külli miqdarda dəyəri olan, bahalı nəqliyyat vasitələrini əldə etmək üçün maddi imkanlarının olmadığını təsdiq edən sənədləri (cavabdehin əmək haqqı(gəlirlə ri) barədə arayışı, atasının sahibkar olduğunu təsdiq edən sənədlər və s.), o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2559/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarını nəzərə almadan, heç bir əsas olmadan hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitələri ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə münasibətdə Plenum Qərarının ər-arvadın birgə mülkiyyətinin anlayışı, prezumpsiya və sübutetmə yükü, ər-arvadın hər birinin mülkiyyəti barədə göstərişlərini nəzərə almadan, ərarvadın ümumi gəlirləri hesabına əldə edilməyən nəqliyyat vasitələrini ümumi əmlak hesab etməklə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur.
32. Kassasiya şikayəti Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.12 və 5.5-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
36. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
37. Maddə
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
38. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
39. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapit aldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
40. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
41. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
42. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
43. Maddə 3 7.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir.
44. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisəl əndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. İddiaçının kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, qızıl-zinət əşyalarının satılması işin mübahisəsiz halıdır. Lakin konkret olaraq hansı adlı və əyarlı qızıl-zinət əşyalarının satılması barədə məlumat verilməmiş və məhkəmələrə sübut təqdim olunmamışdır. Qızıl-zinət əşyalarının mövcudluğu sübut olunmadığından əşyalarının cavabdehdən tələb edilməsinə dair iddia tələbləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.
56. Cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Lexus LX 570” markalı 10SA004 dövlət qeydiyyat nişanlı, “Audi RS 7” markalı 10EG004 dövlət qeydiyyat nişanlı və “BMW M 4” markalı 10EV600 dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərin birgə nikahları dövründə əldə edilmiş və həmin avtomobillərin əldə edilməsi zamanı üçüncü şəxsin iştirakına dair əyani sübut təqdim olunmamışdır, ona görə həmin avtomobillər məhz ailənin ümumi gəlirləri hesabına edilmiş əmlaklar kimi qiymətləndirilməli, avtomobillərin satışından əldə edilən vəsait isə tərəflər arasında bərabər bölünməlidir. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı hesab edir.
57. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstə rilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1001/202 4 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.