Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2108/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1, vəkili X7, Cavabdeh nümayəndəsi X3 və vəkili X4 iştirakı ilə, İddiaçı x2 Azərbaycan Respublikasındakı filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-9408/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) xx xxx 2019-cu il tarixli, 2(004)-2648/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh maddi ziyana görə 19752,75 və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı x2Azərbaycan Respublikasındakı filialına ödənilməsi qət edilmiş, Cavabdeh x2Azərbaycan Respublikasındakı filialına qarşı “pul tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbinin t əmin edilməsi «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialından Cavabdeh xeyrinə 5663,35 manat pul vəsaitinin tutulması qət edilmiş, ilk iddia tələbi rədd olunmuşdur. İşin halları: İddiaçı «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı «işçiyə ixtisasa yiyələnmə ilə bağlı işəgötürən tərəfindən çəkilən xərcin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehdən «X12» təhsil müəssisəsində əlavə təhsillə əlaqədar vurulmuş 19752,75 manat ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı hazırda «BP» şirkətinin subpodratçısı olmaqla uzun illərdir ki, Azərba ycan Respublikasında neft və qazçıxarma sahəsində fəaliyyət göstərən və hasilatın pay bölgüsü haqqında Sazişdən irəli gələn öhdəlikləri yerinə yetirən transmilli şirkətdir. Nümayəndəliyin fəaliyyəti neft və qazçıxarma ilə əlaqədar enerji və avtomatlaşdırma sahəsində xidmət göstərməkdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən cavabdeh nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə qəbul olunmuşdur. «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2016-cı il tarixdə lokal akt qaydasında «ABB Limited Azərbaycan İR təlimat kitabçası» hazırlanmışdır. Bu təlimat kitabçasında digər qayda və tələblərlə yanaşı «Təlim və inkişaf siyasəti» bölməsi də yer almışdır. Bölmənin 5-ci bölməsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, şirkət gə ləcək təhsillə bağlı kurslar üçün dəstək göstərir. Şəxsi peşəkar inkişaf müvafiq iş üçün nəzərdə tutulduğu halda şirkət öz əməkdaşlarını işlə bağlı gələcək tədris kurslarını, birinci dərəcə və magistr dərəcəsi ilə təhsili öz öhdələrinə götürmək üçün cəsarətləndirir. Şirkət «bələdçi»də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. Bələdçinin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda bu məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi filiala qaytarılmalıdır. «Təlim və inkişaf siyasəti» bölməsində yer almış tələb və qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü və 5-ci hissələrinə uyğundur. Bu hissələrdə deyilir ki, bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Tərəflər arasında təlimat kitabçası kimi tərtib olunmuş (müvafiq müqavilə) sənəd əsasında razılıq əldə edilmişdir ki, o, xx.xx.2017-ci il tarixdə «X12» təhsil müəssisəsində filialın hesabına təhsil almağa göndərilir. Cavabdeh «X12» təhsil müəssisəsini bitirdiyi ərəfədə iddiaçıya ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, xx.xx.2018-ci il tarixdə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərmiş və tərəfindən imzalanmış təlimat kitabçasına uyğun olaraq onun üzləşə biləcəyi maddi öhdəliklər barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda qanuna uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Bundan sonra iddiaçının xx.xx.2018-ci il tarixli, 01/AO-2018 nömrəli əmri ilə cavabdeh tərəfindən vurulan 25416,10 manat ziyanın bir orta aylıq əmək haqqı məbləği - 5663,35 manat son haqq hesab məbləğindən tutulmuş və bu nəzərə alınmaqla iddiaçının xx.xx.2018-ci il tarixli 02/AO-2018 nömrəli əmri ilə cav abdehin əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh iddiaçı «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «pul tələbi» barədə qarşılıqlı iddia verərək cavabdehdən 5663,35 manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, «ABB Limited» şirkəti iddianın hüquqi əsası kimi müəssə daxili qaydaları tənzimləyən «ABB Limited» şirkətinin Azərbaycan İR təlimat kitabçasına əsaslanmışdır. Həmin təlimatın təlim və inkişaf bölməsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, şirkət işçilərinin gələcək təhsil ilə bağlı ku rslar üçün dəstək göstərir. Müvafiq iş üçün nəzərdə tutulduğu halda şəxsi peşəkar magistr ali təhsil səviyyələrinin təhsil haqqını ödəməyi öz öhdəsinə götürür. Şirkət «Bələdçi»də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. Bələdçinin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi işçi tərəfindən filiala qaytarılmalıdır. Göründüyü kimi, şirkət bu öhdəliy i bir tərəfli qaydada öhdəsinə götürmüşdür. Onunla bağlanmış əmək müqaviləsində təhsil haqqına ödənilmiş məbləğin geri qaytarılması nəzərdə tutulmamışdır. Başqa bir məqam ondan ibarətdir ki, təhsil haqqı ona deyil, təhsil müəsissəsinə ödənilmişdir. Təhsil müəsissəsinin də pulun geri qaytarması öhdəliyi yoxdur. İddia ərizəsinin məzmunundan görünür ki, o, işdən çıxarkən onun əmək haqqından təhsil haqqına ödənilmiş 5663,35 manat tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından tutulmalara yalnız işçinin razılığı ilə yol yerilir. Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkət və hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səb əbli əlaqə olduqda işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti yaranır. Digər tərəfdən işçinin tam maddi məsuliyyəti tərəflər arasında tam maddi məsuliyyət haqında müqavilə olduqda yaranır. Tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Onun işdən şıxması təqsirli hərəkət kimi qiymətləndirilə bilməz. Şərh olunanlardan görünür ki, onun əmək haqqından tutulma qanunsuz olmaqla yanaşı, ondan pulun tələb edilməsi də qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı «ABB Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı kassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdurş. Qüvvədə olan əmək qanunvericiliyində yeni peşəöyrətmə ya ixtisasa yiyələnmə ilə bağlı mütləq ayrıca müqavilənin bağlanması və bu cür şərtlərin olunduğu və hər iki tərəfin imzaladığı yazılı sənədin mütləq müqavilə adlandırılması ilə bağlı hansı imperativ tələb yoxdur. Buna görə də tərəflərin əmək müqaviləsində və Təlimat adlı sənəddə razılaşdığı şərtlər məhz onların yeni peşəöyrətmə və ya ixtisasa yiyələnmə sahəsində öhdəlikləri kimi qəbul edilməlidir. Bundan başqa Təlimatın “Təlim siyasəti və inkişaf” bölməsinin 5-ci hissəsinin 4-cü bəndinə müvafiq kurslarda iştirakla bağlı şirkətin dəstəyinin əldə olunması üçün işçinin kursa başlanmasından öncə şirkətin razılığını əldə etməli olmasının qeyd olunması, Təlimat kitabçasının xx.xx.2016-01 il tarixli təsdiqnaməsinə əsasən Cavabdeh həmin kitabçanı qəbul edib, oxuyub, tanış olub, oradakı qayda və standartları başa düşməsinə dair imza etməsi Cavabdeh mübahisə predmeti olan öhdəliyi qəbul etməsi ilə bağlı həqiqi niyyətini və iradəsini ifadə edir. Bu niyyətini o eyni zamanda təhsil almağa getməmişdən öncə şirkətin nümayəndəsi ilə olan elektron poçt (email) vasitəsilə olan məktublarında da təsdiq edir. Cavabdeh müvafiq Təlimat kitabçasını imzalamaqla əmək müqaviləsinə vax tından əvvəl xitam verəcəyi təqdirdə onun ixtisasının artırılması ilə bağlı şirkətin sərf etdiyi vəsaitinin geri qaytarılması ilə bağlı maddi məsuliyyət barədə xəbərdar edildiyi halda, müvafiq təhsil müəssisəsini bitirmək ərəfəsində şirkətə öz xahişi ilə işdən azad olunmaq barədə ərizə vermiş və bununla da şirkətə təhsil xərcləri həcmində, 25416,10 manat maddi ziyan vurub. Şirkət həmin məbləğin 5663,35 manatını cavabdehin 1 aylıq maaşı həcmində tutmaqda tam haqlı olmuş və bundan başqa sonuncu tərəfindən 19752,75 manat ödənilməmiş qalmışdır. Cavabdeh vəkili X9 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı x2 A zərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 və vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X8 və vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Tərəflər arasında xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin bağlanması, Cavabdeh nəzarət sistemləri üzrə təlimatlandırıcı mühəndis vəzifəsinə işə qəbul edilməsi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə iddiaçının xx.xx.2018-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçının tələbinə görə - ca vabdeh x2 Azərbaycan İR təlimat kitabçası»nın şərtlərinə riayət etməmişdir. Təlimat kitabçasının «Təlim və inkişaf siyasəti» bölməsinin 5-ci hissəsinin 4cü bəndində müəyyən edilmişdir ki, şirkət gələcək təhsillə bağlı kurslar üçün dəstək göstərir. Şəxsi peşəkar inkişaf müvafiq iş üçün nəzərdə tutulduğu halda şirkət öz əməkdaşlarını işlə bağlı gələcək tədris kurslarını, birinci dərəcə və magistr dərəcəsi ilə təhsili öz öhdələrinə götürmək üçün cəsarətləndirir. Şirkət «bələdçi»də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. Kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda işçi təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda bu məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi filiala qaytarılmalıdır. Cavabdeh Təlimat kitabçası ilə xx.xx.2016-cı il tarixdə tanış olmuş və imzası ilə təsdiq etmiş, lakin xx.xx.2017-ci il tarixdə «X12» təhsil müəssisəsində filialın hesabına təhsil almağa göndərildikdən sonra, orada təhsil aldığı müddətdə, yəni xx.xx.2018-ci il tarixdə öz xahişi ilə işdən azad edilməsi barədə ərizə yazmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq onun təhsili ilə əlaqədar ödənilmiş 25416,10 manat məbləği könüllü olaraq filiala qaytarmamış, bu səbəbdən də əmək müqaviləsinə xitam verilərkən bir orta aylıq əmək haqqı məbləği 5663,35 manat cavabdehin son haqq hesab məb ləğindən tutulmuşdur. Cavabdeh isə etirazında və qarşılıqlı iddia tələbində - iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin ondan tələb olunmasının qanunvericiliyə uyğun olmamasını, bu istiqamətdə öhdəliyinin olmamasını, təhsillə bağlı iddiaçı ilə aralarında heç bir müqavilənin bağlanmamasını, işçinin məcburi şəkildə işlədilməsinin qanunsuz olmasını, son haqq-hesab kimi hesablanmış məbləğdən 5663,35 manat pulun məcburi şəkildə tutulmasının qanuna zidd olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən yalnız iddiaçının bildirdiklərinə əsaslanmış, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hü quqi qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hazırki mübahisə əmək münasibətləri prosesində işçinin (cavabdehin) işəgötürən (iddiaçı) tərəfindən «X12» təhsil müəssisəsində təhsil almağa göndərilməsi və bununla əlaqədar əmək münasibətlərin tənzimlənməsi sahəsində yaranmışdır. Əmək qanunvericiliyi işçinin əmək münasibətləri prosesində yeni peşəöyrətmə, ixtisasa yiyələnmə imkanlarını müəyyən etmişdir. Belə olan halda, işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə müqavilə bağlanmalı, yəni işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənməlidir. İşdən görünür k i, tərəflər arasında ilkin olaraq əmək müqaviləsi bağlanan zamanı ora işçiyə (cavabdehə) yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri ilə bağlı hər hansı razılaşma əlavə olunmamışdır. Eyni zamanda, əmək müqaviləsinin 3.1.3-cü bəndində göstərilənlər (iddiaçı tərəf, həmçinin həmin bəndə əsaslanır), yəni işçinin işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək kimi vəzifəsinin müəyyən edilməsi də vəziyyəti dəyişdirmir. Həmin bənd ümumi xarakter daşımaqla, konret olaraq təhsillə bağlı məsələləri özündə ehtiva etməmişdir Məhkəmə həmçinin qeyd etmişdir ki, “Təlimat kitabçası”nın «Təlim və inkişaf siyasəti» bölməsindəki qeyd edilmiş ifadələrin (cümlələr, söz birləşmələri) tam anlaşılan və nəticələrinin öncəgörülən olub-olmaması tərəflər arasında müvafiq müqavilə bağlanmadığı təqdirdə heç bir əhəmiyyət kəsb etmir. Münasibətlərin işəgötürən tərəfindən bu cür tənzimlənməsi (təhsillə bağlı hissədə) işçini asılı vəziyyətə salmaqla, müəyyən müddət ərzində iradəsi əleyhinə işləməyə məcbur olunması ilə nəticələnir (yəni, işçi tələb olunan yüksək məbləğdə pul vəsaitini ödəmək iqtidarında olmadıqda müəyyən müddət ərzində işləmək məcburiyyətində qalır). Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilən zamanı iddiaçı ona hesablanmış son haqq-hesab məbləğindən 5663,35 manat pulu məcburi qaydada tutmuşdur. Əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verildiyi halda, işəgötürən son haqq-hesab apararaq hesablanmış müvafiq pul vəsaitini ödəmək vəzifəsini daşıyır. Qanunla müəyyən edilmiş hallar mövcud deyilsə (hazırki mübahisə üzrə belə bir hal müəyyən olunmamışdır) və işçinin yazılı razılığı yoxdursa işəgötürən tərəfindən əmək haqqından tutulma aparıla bilməz. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi ilk iddia tələbini rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi Təlimat Kitabçası müəssədaxili sənəd olmaqla yalnız iddiaçının iradəsinə əsasən tərtib edilmişdir, təlimatda qeyd edilənlər cavabdehin iradə ifadəsini əks etdirmir, müqavilə kimi qiymətlənirilə bilməz. Lakin məhkəmə bu qənaətə gələrkən maddi hüquq normalarının tədbiqində səhvə yol vermiş, məhkəmə istinad etdiyi maddi hüquq normalarını hazırkı mübahisəyə yalnış tədbiq etmiş, işə əlavə ed ilmiş Təlimat Kitabçasının və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərini düzgün şərh etməmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü bəndinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7-ci maddəsinin 5-ci bəndinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, m üddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Göründüyü kimi, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti iki qaydada: müvafiq müqavilə ilə və əmək müqaviləsi ilə tənzimlənməsi qeyd edilmişdir. Tərəflər araasında bağlanmış Əmək Müqaviləsinin 3.1-ci bölməsi işçinin vəzifə və öhdəliklərini müəyyən etmişdir. Həmin bölmənin 3.1.3-cü bəndində qeyd edilmişdir ki, işçi işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etməlidir. Göründüyü kimi, işçinin işəgötürənin yazılı və şifahi təlimatlarına əməl etməsi əmək müqaviləsində işçinin vəzifəsi (öhdəliyi) kimi təsbit edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək həmin bəndin ümumi xarakter daşıd ığını qeyd etmişdir. Lakin bəndin məzmunundan göründüyü kimi, bəndə işçi tərəfindən bütün yazılı və şifahi təlimatlara əməl edilməsi şərti əks olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən imzalanmış Təlimat Kitabçasının bəndlərinin əlavə olaraq əmək müqaviləsində təsbit edilməsi, işçinin həmin kitabçadakı tələblərə əməl etməsi barədə öhdəlik götürməsi kimi qiymələndirilməməlidir. İş materiallarına əlavə edilmiş “Təlimat Kitabçası”nın Təsdiqnaməsindən görünür ki, Cavabdeh “İR Təlimat Kitabçası”nı qəbul etdiyini, oxuduğunu, oradakı qayda və şərtləri başa düşdüyünü təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi Təlimat Kitabçasının yalnız təsdiqnaməsinin cavabdeh tərəfindən imzandığını qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin təlimat kitabçasının cavab deh tərəfindən imzanması, təlimatın şərtlərin ilə tanış olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh bu hala dair hər hansı etiraz irəli sürməmişdir. Cavabdehin iddia tələbinə etiraz edərkən təlimatın şərtlərinin onun üçün heç bir öhdəlik yaratmadığına istinad etmişdir. Göründüyü kimi, “İR Təlimat Kitabçası”nda əks olunmuş şərtlər cavabdehə aydın olmuş, cavabdeh tərəfindən başa düşülmüş və onun tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş “ABB Limited” Azərbaysan İR təlimat kitabçasının surətindən görünür ki, təlimat kitabçası işçi və işverən arasında mövcud olan rəsmi iş əlaqəsini əks etdirir. Bu əlaqə hər iki tərəfə hüquqlar verir və öhdəliklər tətbiq edir. Təlimat kitabçası bütün aidiyyəti şəxslər üçün aydınlıq təmin etmək məqsədi daşıyır. Təlimat kitabçasının b ir sıra bölmələri müqaviləyə əsasən işçilər üçün məcburidir və aydın şəkildə qeyd olunmuşdur. Əmək müqaviləsinin qayda və şərtlərinə əlavə olaraq, hazırkı Təlimat kitabçası işçini Şirkətin fəaliyyət siyasəti, əldə edə biləcəyi müəyyən faydalar və Şirkətin öz işçilərindən gözləntiləri ilə bağlı məlumatlandırır. İşçidən Təlimat kitabçasını oxuması və onun müddəalarını anlamasına dair imzalanmış İşçi Təsdiqi sənədi tələb olunacaqdır. “Təlim və inkişaf siyasəti” bölməsinin 5-ci hissəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, şirkət gələcək təhsillə bağlı kurslar üçün dəstək göstərir. Şəxsi peşəkar inkişaf müvafiq iş üçün nəzərdə tutulduğu halda şirkət öz əməkdaşlarını işlə bağlı gələcək tədris kurslarını, birinci dərəcə və magistr dərəcəsi ilə təhsili öz öhdələrinə götürmək üçün cəsarətləndi rir. Şirkət “bələdçi”də qeyd olunan kurslarda iştirak üçün dəstək və maliyyə ayrılmasını həyata keçirir. Bu dəstəyi əldə etmək üçün işçi kursun başlanmasından öncə şirkətin razılığını əldə etməlidir. Bələdçinin sonuncu abzasında nəzərdə tutulmuşdur ki, kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində əmək müqaviləsinə xitam verildiyi halda təhsil haqqı olaraq ödənilmiş məbləğin 100 faizi, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda bu məbləğin 50 faizi və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı olaraq ödənilmiş məbləğin 25 faizi filiala qaytarılmalıdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin, həmin təlimatın yalnız iddiaçının iradə ifadəsini əks etdirməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. Mülki qanunvericiliyin ümumi normalarına əs asən isə müqavilə - mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, … bağlana bilər (Mülki Məcəllənin 389, 390, 399, 405, 406-cı maddələri). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Təlimat kitabçası heç bir halda Əmək Məcəlləsinin 7-ci maddəsinin 4 və 5-ci bəndlərinin tələbləri çərçivəsində müqavilə kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehlə əvvəlcədən müvafiq müqavilə bağlamaqla, orada yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtlərini, qaydalarını, müddətini və tərəflərin öhdəliklərini qarşılıqlı razılıq əsasında müəyyən etməli idi. Eləcə də, qeyd edilən hallar müqavilənin mühüm şərtləri olduğundan müqavilədə mütləq şəkildə dəqiq, aydın, müfəssəl və nəticələri öncədən gör üləbilən qaydada müəyyənləşdirilməli, tərəflərin sərbəst iradə ifadəsinə əsasən imzalanaraq qüvvəyə minməli və yalnız bundan sonra məcburi hüquqi qüvvəyə malik olmalı idi. Lakin məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin yuxarıda sadalanan normalarının tələblərini nəzərə almamışdır. Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri ilə bağlı ailə, əmək və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 324.4-cü-maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun h əqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Apellyasiya instansiyası məhkəmə öz qətnaməsində əmək qanunvericiliyinin imperativ qaydada işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtlərinin, qaydalarının, müddətinin və tərəflərin öhdəliklərinin əldə edilən razılıq əsasında bağlanan müqavilə ilə tənzimlənməli olmasını müəyyən etməsi, iddiaçının təqdim etdiyi Təlimat kitabçasının isə iddiaçının özü tərəfindən birtərəfli qaydada qəbul edilməklə, özlüyündə əsasən işçilərin məcburi davranış qaydalarını və vəzifələrini müəyyən edən müəssisədaxili bir sənəd kimi qəbul edilməli olması, Təlimat kitabçasının heç bir halda Əmək Məcəlləsinin 7-ci maddəsinin 4 və 5ci bəndlərinin tələbləri çərçivəsində müqavilə kimi qiymətləndiril ə bilinməməsi barədə qənaəti əsaslı olmamışdır. Mülki Məcəllənin 405.l-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferm (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq Təlimat iddiaçı tərəfindən hazırlanmasına, təlimatın standart şərtlər i iddiaçı tərəfindən müəyyən edilməsinə baxmayarq Cavabdeh həmin təlimatla tanış olmuş, oradakı şərtlər cavabdehə aydın olmuş və cavadeh tərəfindən qəbul edilmiş, bu sonuncunun imzası ilə təsdiq edilmiş, onun iradə ifadəsinə uyğun olmuşdur. Ona görə də, məhkəmə kolegiyası hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin yuxarıda sadalan normaları, tərəfərlə arasında bağlanmış əmək müqaviləsinin və tərəflərin imzalayaraq təsdiq etdiləri Təlimat Kitbçasının şərtləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kolegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin tələbin həlli ilk iddia tələbinin həllindən asılı olduğundan işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi ilk iddia tələbinə hüquqi qiymət verdikdən sonra qarşılıqlı iddia tələbinə qiymət verməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı x2 Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-9408/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2108/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2108/2020
29.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver