Məhkəmə qərarları › İş №2(102)-2112/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2112/2019

08.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2112/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xndan ibarət tərkibdə, xnın katibliyi, Cavabdeh vəkilləri X10 və Vəkil3, İddiaçı X1nın vəkili Vəkil2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9819/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 16 may 2018-ci il tarixli, 2(006)-481/2018 saylı qətnaməsi ilə iddiaçı X1nın Cavabdeh qarşı mənzil və cehiz əşyaları tələbinə dair iddiasının qismən təmin edilməsi, X1na məxsus olan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində olan 3 otaqlı 107 saylı mənzilində olan cehiz əşyaları - (aktda göstərilən) mebel - Türkiyə istehsalı qonaq dəsti - krem-qızılı-yaşıl rəngli, kamot, stol-stul, qorka, televizor altı, saat mebel-15 predmet (dəyəri 16000 manat), yumşaq dəst-Türkiyə istehsalı krem-qızılı-yaşıl rəngli: divan 1 ədəd, 6 yastıq, kreslo 2 ədəd, jurnal masası 1 ədəd, cəmi 4 predmet (dəyəri 8000 manat), yataq dəsti - Türkiyə istehsalı krem-açıq-qəhvəyi, lepkalı güllü: şifoner 2 qapılı, çarpayı, kamot, tumba 2 ədəd, 5 predmet divara quraşdırılmış güzgülü dolab 2x3 ölçüdə (dəyəri 1500 manat), 1 ədəd uşaq beşiyi (dəyəri 50 0 manat), yumşaq dəst əlavə - Türkiyə istehsalı qəhvəyi - rəngdə divan 1 ədəd, kreslo 2 ədəd, kreslo künc 1 ədəd, yumşaq masa 1 ədəd, 5 predmet (dəyəri 5000 manat), mətbəx mebeli-tünd bənövşəyi-krem rəngli, Türkiyə materiallarından 5 metr ölçüyə uyğun hazırlanmış yerli istehsal (dəyəri - 16000 manat), predmetlər- “Toshiba” markalı soyuducu, “Ariston” markalı mikrodalğalı soba, “Ariston” markalı elektrik sobası, paltaryuyan maşın, “Ariston” markalı 1 ədəd açılan şüşə stol, 4 ədəd stul qiyməti 500 manat; dəhlizdə quraşdırılmış şkaf (dəyəri 3000 manat) (Türkiyə materiallarından hazırlanmış), xalçalar- Türkiyə istehsalı-1 ədəd 3X4 ölçüdə3000 manat, yaşıl-krem rəngli, 1 ədəd 2x3 ölçüdə-150 manat, yaşıl krem rəngli, 1 ədəd 2x3 ölçüdə-300 manat qırmızı rəngli, 1 ədəd 150x225 ölçüdə - 300 manat çə hrayı-krem rəngli, 1 ədəd oval formalı 150x225 - 300 manat çəhrayı-krem rəngli, 1 ədəd 150x225, 2 ədəd 1x2-1000 manat krem rəngli güllü, 1 ədəd 1x2 -150 manat boz-krem rəngli; 2 ədəd 1x5-500 manat xalça buta şəkilli; 1 ədəd 60x90-100 manat mətbəx xalçası; yorğan-Türkiyə istehsalı: 1 ədəd-2 nəfərlik 200x220 ölçüdə - 300 manat; 4 ədəd 1 nəfərlik - 160x220 ölçüdə 400 manat; 2 ədəd barama ipəyindən 160x220 ölçüdə - 600 manat; 4 ədəd odyal 160x220 ölçüdə - 200 manat; 2 ədəd yastıq 70x70 ölçüdə - 100 manat; 4 ədəd yastıq 50x70 ölçüdə - 150 manat; 1 ədəd böyük 2 nəfərlik odyal-tünd qəhvəyi rəngli 200x220 ölçüdə - 250 manat; 1 ədəd çarpayı örtüyü-ağ rəngdə-1000 manat; 1 ədəd çarpayı örtüyü ağ-qızılı rəngdə-1000 manat; 1 ədəd ağ-qəhvəyi rəngdə çarpayı örtüyü-500 manat; 1 ədəd çarpayıya keçirilən yu n döşək-500 manat; 6 ədəd 2 nəfərlik dəst 200x240 ölçüdə- 600 manat; 2 ədəd yastıq üzü - 50x70 ölçüdə, 1 ədəd yorğan üzü - 200x220 ölçüdə; 1 ədəd yataq örtüyü 200x240 ölçüdə-hərəsindən 6 ədəd - 600 manat; 6 ədəd 1 nəfərlik dəst; 2 ədəd yastıq üzü - 50x70 ölçüdə; 2 ədəd yorğan üzü 160x220 ölçüdə; 2 ədəd döşək üzü 160x220 ölçüdə; hərəsindən 6 ədəd-600 manat; dəsmallar Türkiyə istehsalı: 6 ədəd bədən dəsmalı - 200 manat, 2 ədəd hamam xalatı-100 manat, əl dəsmalı 20 ədəd-100 manat, çay dəsmalı 30 ədəd–100 manat; süfrələr Blumarin-İtaliya istehsalı: 2 ədəd 1,60x3,50 ölçüdə-500 manat; 2 ədəd 1,60x 2,60 ölçüdə - 300 manat; 2 ədəd jurnal masası üçün 1.20x1.20 ölçüdə- 200 manat; elektrik əşyaları; 2 ədəd televizor LG –qara, 64 dm – 3200 manat; 1 ədəd televizor LG – ağ 52 dm – 800 manat№ ütü – Tef al – 150 manat; Mətbəx kombaynı “Mobilnex” – 300 manat; 2 ədəd havaüfürmə qızdırıcı–200 manat; 2 ədəd fen– “Remington”–100 manat; kondisioner 1 ədəd “Mitsubshi”–2500 manat; 2 ədəd “Toshiba”–2000 manat qazan dəstləri Almaniya istehsalı; 1 dəst qranit qazan dəsti - 6 predmet göy rəngli - 300 manat; 1 ədəd nikel qazan dəsti - 10 rredmetli – “Berghoff” - 500 manat; qaşıq dəsti – “Berghoff”- 24 nəfərlik dəst - 330 manat; 1 adəd birnəfərlik – “Luminark nahar və çay dəsti 300 manat; 4 ədəd dəmlik - 50 manat; 1 ədəd çaydan - 50 manat; padnos dəsti 3 ədəd müxtəlif ölçülü -150 manat; lüstr: zalda - 1 ədəd - 2000 manat, spot 20 ədəd - 500 manat; yataq otağı -1 ədəd -150 manat, əlavə spot - 300 manat; spot 8 ədəd - 200 manat; balaca otaq - 1 ədəd - 300 manat; koridor - 500 manat; (spot), çexiya stehsa lı qablar: 2 ədəd su qrafini – 600 manat; 12 ədəd bakal 3 müxtəlif ölçüdə, 12 ədəd bakal 3 müxtəlif ölçüdə, 12 ədəd bakal 3 müxtəlif ölçüdə - 1000 manat; 12 ədəd stəkan - 12 nəlbəki - 600 manat; 12 ədəd armudu stəkan - 12 ədəd nəlbəki - 600 manat; 12 ədəd razetka 250 manat; meyvə qabları: 2 ədəd üçbucaq formalı 1000 manat; 2 ədəd yumru formalı - 800 manat; 6 ədəd mürəbbə qabı 600 manat; 2 ədəd oval formalı qab 500 manat; 2 ədəd tort formalı qab-600 manat; 4 ədəd çərəz qabı-500 manat; 2 ədəd salfetka qabı 200 manat; Nahar dəsti, çay dəsti - 12 nəfərlik 106 predmeti 3000 manat; İtaliya istehsalı dekor qablar: 1 dəst - 1 gül qabı, 2 meyvə qabı 2500 - manat; 1 ədəd böyük vaza (yerdən qoyulan) - 2500 manat; 1 dəst gül-qabı, meyvə qabı - 2000 manat; 12 ədəd bakal - 700 manat; 2 ədəd qızılı çərəz qabı – 1000 manat; 2 ədəd fiqurlu meyvə qabı - 1000 manat iddiaçı X1na qaytarılması, iddiaçı X1 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində olan 3 otaqlı 107 saylı mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elmira Nağıyeva) 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə - qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi Brilyant komplekt 1 ədəd kolye, 1 ədəd üzük, 1 dəst sırğa, 1 ədəd qolbağ-xarici ölkə istehsalı, əyar 750, çəkisi 50-55 qram, brilyant daşı 13-15 karat, qiyməti 19000 manat, Nişan üzüyü brilyant daşlarla - xarici ölkə istehsalı, əyar 750, çəkisi 7,0-7,5 qram, brilyant daşı 0,90-1,0 karat, qiyməti 4900 manat, gül üzük brilyant daşlarlaxarici ölkə istehsalı, əyyar 750, çəkisi 9-10 qram, brilyant daşı 1,0-1,2 karat qiyməti 2800 manat, qızıl zəncir tros formasında - əyyar 585, çəkisi 45-50 qram, qiyməti 2600 manat, qızıl sırğa - əyyar 750, çəkisi 14-15 qram, qiyməti 1100 manat, sırğa brilyant daşlarla daşlarla-əyyar 750, çəkisi 7-8 qram, brilyant daşı 0,8-0,9 karat qiyməti 1100 manat, qolbaq - əyyar 916, çəkisi 20 qram, Türkiyə istehsalı, qiyməti 2400 manat, brilyant komplekt - 1 ədəd kolye, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 dəst sırğa-xarici ölkə istehsalı, əyyar 750, çəkisi 35-38 qram, brilyant daşı 2,0-2,5 karat, qiyməti 4300 manat, brilyant boyunbağı 1 ədəd əyyar 750, çəkisi 18-20 qram, brilyant daşı 0,8-1,0 karat, qiyməti 2300 manat, brilyant üzük paxlava formasında əyar 750, brilyant daşı 1,2-1,5 karat, qiyməti 1900 manat dəyərində olan qızıl-zinət əşyaları, əşyalar olmadıqda isə onların dəyəri olaraq 42400 manat pulun Cavabdeh alınaraq iddiaçı X1na verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərclərinin tutulması müəyyən edilmişdir. İşin halları: İddiaçı X1 Cavabdeh qarşı mənzil və cehiz əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 27.06.2014-cü il tarixində nikah qeydiyyatından keçib, ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından 16.06.2015-ci il tarixində Məhərrəm, 23.09.2016-cı il tarixində isə X2 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan az keçməmiş iddiaçının həyat yoldaşının ona qarşı münasibəti dəyişməyə başlamışdır. İddiaçının qayınanası ailəyə çox müdaxilələr etmiş, münasibətləri soyutmuşdur. Bir müddətdən sonra iddiaçı qayınanasının göstərişi ilə atası tərəfindən ona alınmış ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, ümumi sahəsi 132,71 kvadrat metr olan 3 otaqlı 107 saylı mənzilə köçürülmüş, həyat yoldaşı isə ondan ayrı yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçı aldadılmışdır. X3in iddiaçıdan qabaq qey ri-rəsmi yaşadığı qadın olmuş və həmin qeyri-rəsmi yaşayışından bir övladları dünyaya gəlmişdir. İddiaçının qayınanasının ailəyə müdaxiləsi artdıqca tərəflərin münasibətləri daha da pisləşmişdir. Belə ki, cavabdeh iddiaçı ilə yersiz dava-dalaşdan sonra onun qızıllarını götürmüş və bildirmişdir ki, qızılları o almış və qaytarmayacaqdır. Halbuki, həmin qızılların bir hissəsi iddiaçıya toy zamanı hədiyyə kimi verilmiş, digər hissəsi isə valideynləri tərəfindən ona bağışlanmışdır. Cavabdeh iddiaçını azyaşlı 2 uşağı ilə atası tərəfindən ona alınmış evdən qovmuş, yuxarıda qeyd edildiyi kimi qızıl, brilliant bəzək əşyalarını iddiaçıya verməkdən imtina etmişdir. İddiaçı evi tərk edərkən cehiz əşyaları həmin mənzildə qalmışdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən zəbt olunmuş əmlakın, yəni ev in geri qaytarılması, toy zamanı və valideynləri tərəfindən iddiaçıya hədiyyə verilmiş əşyaların (iddia ərizəsində adları sadalanan) Cavabdeh alınıb iddiaçı X1na qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh onun xüsusi mülkiyyəti olan tam dəyəri 155000 manat ödənilmiş ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, ümumi sahəsi 132,71 kvadrat metr olan 3 otaqlı, 107 saylı mənzildən çıxarılması, mənzilin ona təhvil verilməsi və onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şika yətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hazırki iş üzrə iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və o məhkəmə instansiyalarında nümayəndə ilə təmsil olunmuşdur. Daha sonra işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim edilən şahidlər, ailə üzvləri olan və tərəflərin gündəlik həyatlarında baş verən hadisələri nin bir başa şahidi olmuş bibisi və atasının ifadələrini nəzərə almamış, lakin nədənsə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qohumluq münasibəti olmayan, lakin maddi tərəfdən iddiaçının valideyinlərindən asılı olan, yəni mütəmadi ona göstərdiyi xidmətlərə görə pul verilən və bu ailənin istənilən tələblərini icra edən saç ustası olan X4nm ifadəsini sübut kimi qəbul etmişdir.X2 anasının evinə gələndə onun əlində yalnız uşaq çantasının olmasını və telefonda yoldaşı ilə mübahisə etdiyinin şahidinin olduğunu bildirmişdir.Qeyd olunmalıdır ki, Təhminə İmanquliyeva saç ustası olduğundan, evdə baş verilənlərdən, yəni iddiaçının qızıllarının harada saxlanılmasından heç bir məlumatı olmamışdır. Heç bir şəxs evə gələn saç ustasına özünə məxsus və evdə saxlanılan qızıl-zinnət əşyalarını nümayiş e tdirmir və bu barədə də məlumat vermir. Daha sonra göstərilməlidir ki, iddiaçının qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində tələblərinin əsassız olması onunla da təsdiq olunur ki, iddiaçı özünə aid olmayan qızıl-zinət əşyasını öz tələbində göstərmiş və onun dəyərinin ödənilməsini xahiş etmişdir. Bu fakt apellyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsində də öz əksini tapmışdır.Belə ki, iş üzrə apellyasiya instansiya məhkəməsi, iddiaçının qızıl-zinət əşyalarının tələb edilməsi hissəsində iddia tələblərini qismən təmin edərkən, iddaçının tələb etdiyi brilyant qaşlı qızıl saatla bağlı hissəsində qeyd etmişdir ki, həmin qızıl əşya fotoşəkil və videogörüntülərdə aydın şəkildə müəyyən olunmadığından, bundan əlavə mütəxəsis həmin əşyanı iddiaçının üzərində deyil, ayrıca fotoşəkillə müəyyən etdiyindən, iddia tələbi qeyd olunan hissədə əsaslı hesab edilməmişdir.İddiaçı özünə məxsus qızıl-zinət əşyalarını götürməsinə baxmayaraq belə bir əsassız iddia ilə məhkəməyə müraciət etmiş və apellyasiya məhkəməsi iddiaçınınməhkəmə iclasında iştirakını təmin etmədən, qərar qəbul edərkən özlərində daxili inamın yaranması üçün onu dinləmədən, qəbul etdiyi qətnaməsi ilə iddiaçının əsassız tələbini təmin etmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkilləri X10 və Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı X1nın vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi m əsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, apellyasiya instansiya məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayəti həddində, yəni qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılmasının təmin edilməyən hissəsindəqanuniliyini və əsaslılığını yoxlamışdır. Çünki, iddiaçı qətnaməni yalnız qeyd olunan hissədə mübahisələndirmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kass asiya baxışının predmetini də təşkil etmir. Cavabdeh verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütovlükdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə kollegiyası iddia tələbinin apellyasiya instansiya məhkəməsində apellyasiya baxışının predmeti olmayan hissələrdə də rədd edilməsi barədə cavabdehin xahişini əsaslı hesab etmir. Çünki cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməsi yalnız iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh ilə X6 27 iyun 2014-cü il tarixdə rəsmi nikah münasibətl ərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 01 iyul 2015-ci il tarixdə X8, 13 oktyabr 2016-cı il tarixdə isə X2 adlı uşaqları anadan olmuşdur. İddiaçı hazırki iddia tələbində toy ərəfəsində ona hədiyyə edilmiş və valideynləri tərəfidən bağışlanılmış qızıl-zinət əşyalarını cavabdehdən tələb edir. Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 34 və Mülki Məcəllənin 225.2-ci və 157.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, də nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girə nədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı bildirir ki, tələb etdiyi qızıl-zinət əşyaları cavabdehlə yaşadığı evdə qalmışdır. Cavabdeh bildirir ki, qızıl-zinət əşyaları olmuş, həmin əşyaları iddiaçı atasının evində saxlamışdır. Məhz bununla bağlı sübutetmə yükünün kimin üzərinə düşdüyünün müəyyən olunması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir iddiaçının tələb etdiyi əşyaları aparmamasını sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM -nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, iddiaçının qızılları atasının evində saxlamasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, X6gilin ailəsinin saç ustasıdır. O, X6i keçən il iyul ayında anasının evinə gələndə görmüşdür. Həmin vaxt əlində yalnız uşaq çantası var idi. Yoldaşı ilə telefonda mübahisə edirdilər. X6 həmin gündən evə qayıtmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, X6in xalasıdır. X6 iyulun 5-də uşaqlarını götürüb anası evinə gəlmişdir. Lakin qızıl -zinət əşyalarını gətirməmişdir. O, evdən çıxarkən sadəcə uşaqların paltarlarının olduğu çantanı gətirmişdir. X6 evə həmin vaxtdan getməmiş, axırıncı dəfə icraçılarla birgə getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, X3in bibisidir. X3 ilə X6 yenicə ailə quranda X3in atasının evində yaşayırdılar. Sonradan onlar yeni evə köçmüşlər. X6 həmişə qızıl-zinət əşyalarını anası evinə qoymuşdur. X6 harasa gedəndə qızıllarını anası evindən götürüb istifadə edirdi, sonra yenə həmin qızılları anasıgilə qoyurdu. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, X3in atasıdır. Gəlini X6 ona məxsus qzıl-zinət əşyalarının dəyəri çox yüksək olduğundan həmişə anasıgilin evində saxlayırdı. Onlar da onunla ra zılaşmışdır. Çünki evdə çox vaxt kimsə olmurdu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən sübut qismində şahid kimi təqdim etdiyi bibisi və atasının ifadələrinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab etmişdir ki, həmin şəxslər bilavasitə cavabdehin yaxın qohumları olduğundan, onların ifadələri iddiaçı tərəfindən qızıl-zinət əşyalarının atasının evində saxlamasının sübutu kimi qəbul edilə bilməz. Əksinə, iş üzrə heç bir qohumluq münasibətində olmayan şahid X1 ailəsinin saç ustası olmasını, X6i keçən il iyul ayında anasının evinə gələndə görməsini, həmin vaxt X6in əlində yalnız uşaq çantası olduğunu, yoldaşı ilə telefonda mübahisə etdiyini, X6in həmin gündən evə qayıtmadığını bildirmişdir. G öründüyü kimi, cavabdeh tərəf iddiaçının qızıl-zinət əşyalarını atasının evində saxlaması ilə bağlı mötəbər sübutlar təqdim etməmiş, öz etirazının əsasını təsdiq edən halları sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli ilə bağlı işə mütəxəsis cəlb etmiş, işdə olan fotoşəkillər və video görüntülərə əsasən qızıl-zinət əşyaları üzrə mütəxəsis məsləhəti almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün təyin edilmiş və məhkəmə iclasında dindirilən mütəxəsis X9 təqdim olunan fotoşəkillər və video görüntülər əsasında qızıl-zinət əşyalarının təqribi qramı, əyarı və qiyməti barədə yazılı məsləhətini vermişdir. İş üzrə keçirilmiş əmlakların qiymətləndirilməsinə dair 17 oktyabr 2018-ci il tarixli, ƏEM/Q25-12 5/18 saylı rəydən görünür ki, brilyant komplekt 1 ədəd kolye, 1 ədəd üzük, 1 dəst sırğa, 1 ədəd qolbaq- (fotoşəkil təqdim olunub, video diskdə görünür) – xarici ölkə istehsalı, əyar 750, çəki 50-55 qram, briliyand daşı 13-15 karat, qiyməti 18000-20000 manat, nişan üzüyü briliyant daşlarla (fotoşəkil təqdim edilib) – xarici ölkə istehsalı, əyar 750, çəkisi 7,0-7,5 qram, brilyant daşı 0.90-1,0 karat, qiyməti 4700,0-5000,0 manat, gül üzük brilyant daşlarla (fotoşəkil təqdim edilib) xarici ölkə istehsalı, əyar 750, çəkisi 9-10 qram, brilyant daşı 1,0-1,2 karat qiyməti 2700-3000 manat, qızıl saat brilyant qaşla (fotoşəkil təqdim edilib) – Chopard firmasının məhsulu (İsveçrə istehsalı), brend məhsul, əyar 750, brilyant daşı 2,0 karat, çəkisi 35-40,0 qram, qiyməti 9200,0-9500.0 manat, qızıl zən cir tros formasında (fotoşəkil təqdim olunub) əyar 585, çəkisi 45-40 qram, qiyməti 2500,0-2700,0 manat, qızıl sırğa (videodiskdə görünür) - əyar 750, çəkisi 14-15 qram, qiyməti 1000,0-1200,0 manat, sırğa brilyant daşlarla (fotoşəkil təqdim olunub) əyar 750, çəkisi 7-8 qram, brilyant daşı 0,80-0,90 karat, qiyməti 1000.0-1200,0 manat; qolçaq (fotoşəkil təqdim olunub, video diskdə görünür) çəkisi 20 qram, Türkiyə istehsalı, əyar 916, qiyməti 2300-2500 manat; brilyant komplekt 1 ədəd kolye, 1 ədəd qolbaq, 1 ədəd üzük, 1 dəst sırğa-( fotoşəkil təqdim olunub), xarici ölkə istehsalı, əyar 750, çəki 35-38 qram, brilyant daşı 2,0-2,5 karat, qiyməti 4000,0-4500,0 manat; brilyant boyunbağı 1 ədəd (fotoşəkil təqdim olunub)-əyar 750, çəki 18-20 qram, brilyant daşı 0,8-1,0 karat, qiyməti 2000,0-2500,0 m anat; brilyant üzük paxlava formasında (fotoşəkil təqdim olunub)-əyar 750, brilyant daşı 1,2-1,5 karat, qiyməti 1800,0-2000,0 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tələb edilən qızıl-zinət əşyalarını qiyməti ilə bağlı mütəxəssis rəyini sübut kimi qəbul etmişdir. Məhkəmə iddia tələbini brilyant qaşlı qızıl saatla bağlı hissəsində qeyd etmişdir ki, həmin qızıl əşya fotoşəkil və video görüntüdə aydın şəkildə müəyyən olunmadığından, bundan əlavə mütəxəsis həmin əşyanı iddiaçının üzərində deyil, ayrıca fotoşəkillə müəyyən etdiyindən, iddia tələbi qeyd olunan əşya ilə bağlı hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zama n Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün şəxsən deyil, səlahiyyətli nümayəndəsi vasitəsi ilə məhkəmə iclaslarında təmsil olunması Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş, sonuncunun bibisi və atası olan şahid ifadələrini qəbul etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı şahidlərə münasibətdə onların keçmiş ailə üzvü və cava bdehlə mübahisə edən tərəf olmuşdur. Ona görə, şahidlərin cavabdehin mənafeyinə uyğun ifadə verməsi istisna olunmur, onların ifadəsi obyektiv sübut kimi qiymətləndirilə bilinməz. X4nın ifadəsinin sübut kimi qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, X10 ifadəsində iddiaçının anasıgilə gələrkən hadisənin şahidi olmasını, iddiaçının əlində yalnız uşaq çantasının olmasını və telefonda cavabdehlə mübahisə etməsini gördüyünü bildirmişdir. Göründüyü kimi şahid ona məlum olan halları bildirmiş və məhkəmə onun ifadəsinə istinad etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız X4nın ifadəsinə istinad etməmiş, eyni zamanda iddiaçının tələb etdiyi qızıl-zinət ışyalarının atasigildə olmasına dair cavabdehin məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd e tmişdir. İddaçının tələb etdiyi brilyant qaşlı qızıl saatla bağlı hissədə mütəxəssis video görüntülərdən həmin saatın qiymətini müəyyən edə bilməməsi, digər qızıl-zinət əşyalarının da mövcud olmamaması və ya rəydə göstərilən qiymətlərdə olmaması mənasına gələ bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9819/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar