Məhkəmə qərarları › İş №2(102)-2115/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2115/2019

08.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2115/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkii Vəkil, İddiaçı iştirakı ilə, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8708/2018 nömrəli iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi ray on məhkəməsinin (hakim Rəşid Səmədov) 2(008)529/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı yararsız telefonun yenisi ilə əvəz edilməsi, mənəvi ziyanın ödənilməsinə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, «xxxx» MMC tərəfindən 08.11.2015-ci il tarixdə İddiaçı satılmış və zəmanət müddəti ərzində istifadəyə yararsız hala düşmüş “Sony Xperia T13” markalı mobil telefonunun eyni m odelli lazımı keyfiyyətdə mobil telefonla əvəz edilməsinin cavabdeh «xxxx» MMC-yə həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehlakçı hüquqlarının bərpa edilərək istifadəyə yararsız hala düşmüş “Sony Xperia T13” markalı mobil telefonunun yenisi ilə əvəz edilməsi, müqavilə öhdəliklərinin yetirilməməsi səbəbindən iddiaçıya dəymiş 3000 manat mənəvi zərərin və məhkəmə ödənilən 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya ş ikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı 08 iyul 2016-cı il tarixində mobil telefonu servis mərkəzinə təhvil verdiyi üçün ona həmin tarixdə sifariş sənədi verilmiş, həmin sənəddən də açıq şəkildə görünür ki, telefonun arxa qapağında (mexaniki təsir və ya zədə nəticəsində yarana bilər) çat yaranmışdır. 18 iyul 2016-cı il tarixdə isə mobil telefonla bağlı texniki rəy verilmiş və yaranmış qüsurun istehlakçı tərəfindən istismar qaydasının pozulması nəticəsində meydana gəldiyi müəyyən o lunmuşdur. İddiaçı isə ilkin sifariş sənədini məhkəməyə təqdim edərək iddiasının əsaslı olduğunu sübut etmək istəmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı sifariş sənədinə əsasən telefonun ana qapağında çat olmasına, bunun telefonun servisə təqdim edilənə qədər yaranmış olmasına görə iddianın əsaslı olmadığı müəyyən olunmuş telefondakı qüsurun mexaniki təsir (və ya zədə) nəticəsində meydana gəlməsini əsas götürülməklə iddia tələbini rədd etmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh MMC tərəfindən mobil telefonda yaranmış qüsurun istehsal qüsuru olmadığını təsdiq edən sübut (müvafiq texniki rəy) təqdim edilməsinə zərurət olmamışdır. Apellyasiya instansiyası məhkəməsi 08 iyul 2016-cı il tarixli, telefonun servisə təqdim edilmə zamanı tərt ib edilmiş sifariş sənədini əsas götürməklə məhsulda yaranmış qüsurun istehsal qüsuru olmasını qeyd etmiş, lakin həmin sənədin daha telefonun ekspertizası aparılmadan tərtib edildiyini və texniki rəy (akt) hesab edilmədiyini nəzərə almamışdır. Digər tərəfdən həmin sifariş sənədində telefonun servisə təqdim edilən zaman vəziyyəti əks olunmuşdur, sənəddən də açıq şəkildə görünür ki, məhsul servisə təqdim edilən zaman artıq onun arxa qapağında çat olmuşdur. Arxa qapaqda çatın istehsal qüsuruna görə yaranması isə mümkün deyildir, bu yalnız mexaniki təsir (və ya zədə) nəticəsində, yəni istehlakçı tərəfindən istismar qaydalarının pozulmasma görə yarana bilər Belə olan təqdirdə isə məhkəmənin sifariş sənədinə istinad etməklə iddıanın qismən təmin edilməsi ilə bağlı qənaəti ədalətli və düzgün hesa b edilə bilməz. Tərəflərin izahatları: Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkii Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış 08.11.2015-ci il tarixli, 15H12770 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən «xxxx» MMC “Sony Xperia T13” modelli mobil telefonu iddiaçıya satmış, iddiaçı malın dəyəri olan 428 manatı hissə-hissə ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Telefon 1 illik zəmanət müddəti ilə satılmışdır. Zəmanət öhdəliyində zəmanət müddəti ərzində malda aşkar olunmuş qüsurla bağlı “Texniki servis”ə müraciət edilməli olduğu göstərilmişdir. 08.07.2016-cı il tarixdə «xxxx» MMC-nin müştərilərinə texniki servis xidməti göstərən “xxxx” MMC tərəfindən tərtib edilmiş “Sifariş” adlı sənəddə qeyd edilmişdir ki, İddiaçı 08 noyabr 2015-ci ildə kreditlə satılmış “Sony Xperia T13” modelli mobil telefonda (arxa qapaqda çat olan) plata təmirə ya rarsızdır. “xxxx” MMC Texniki Mərkəzinin malın qəbuluna dair qəbzində İddiaçı məxsus “Sony Xperia T13” modelli mobil telefonun mərkəzə 18 iyul 2016-cı il tarixdə daxil olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 1-ci hi ssəsinə əsasən istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Həmin Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər m odelli (marka, tipli və i.a) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər təsdiq edir ki, cavabdeh tərəfindən ona satılmış “Sony Xperia T13” modelli mobil telefonda zəmanət müddəti ərzində, yəni 2016-cı ilin iyul ayında qüsur yaranmış, telefon cavabdehlə əməkdaşlıq edən və texniki servis xidmətini həyata keçirən şirkətə təqdim olunmuş və telefonun platasının yararsız olduğu müəyyən edilmişdir. Zəmanət müddəti ərzində satılmış malda aşkar edilmiş bu qüsurun istehlakçının təqsiri nəticəsində yarandığı barədə sübutlar malı satmış «xxxx» MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə ki, texniki servis xidməti göstərən “xxxx” MMC tərəfindən verilmiş və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdə platanın yararsız hala düşməsinin səbəbi qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş 18 iyul 2016-cı il tarixli akt birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən və təqdim edilməməsinin səbəbi əsaslandırılmadığından Azərbaycan Respublika sı MPM-nin 372.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan normaları işin hallarına tədbiq edərək bu nəticəyə gəlmişdir ki, hazırkı halda iddiaçı tərəfindən ona satılmış malda zəmanət müddəti ərzində qüsur yarandığı sübut edildiyindən həmin qüsurun malın lazımı keyfiyyətdə olmaması ilə bağlı deyil, məhz istehlakçının təqsiri üzündən yarandığı cavabdeh tərəfindən sübut edilməli olduğu halda bu barədə iş materiallarında mötəbər sübutlar olmadığından istehlakçının pozulmuş hüququ müdafiə edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən iddiaçının cavabdeh dən satın aldığı və zəmanət müddəti ərzində qüsur aşkar edilmiş malı lazımi keyfiyyətli mala dəyişdirməyi tələb etmək hüququ olduğundan (bu hüququn satıcı tərəfindən müqavilə şərtləri ilə məhdudlaşdırılması və ya istisna edilməsi qanunsuzdur) iddia «xxxx» MMC tərəfindən 08 noyabr 2015-ci il tarixdə İddiaçı satılmış və zəmanət müddəti ərzində istifadəyə yararsız hala düşmüş “Sony Xperia T13” markalı mobil telefonunun eyni modelli lazımı keyfiyyətdə (istifadədə olduğu müddət nəzərə alınmaqla) mobil telefonla əvəz edilməsi vəzifəsinin cavabdeh «xxxx» MMC-yə həvalə olunması hissəsində təmin edilməlidir. İddia tələbinin mənəvi zərərin təmin edilməməsi hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası qətnamənin həmin hissəsi ilə bağlı hüquqi qiymətləndirmə ap armadı. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilənlər əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətində 18 iyul 2016-cı il tarixdə tərtib edilmiş akta istinad edilmiş və h əmin aktda mobil telefonla bağlı texniki rəy verildiyini və yaranmış qüsurun istehlakçı tərəfindən telfonun istismar qaydasının pozulması nəticəsində meydana gəldiyinin müəyyən olunması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin aktı sübut kimi qəbul etməməkdə haqlı olmuşdur. Çünki Mülki Prosessual qanunvericiliyə görə, sübutlar birinci instansiya məhkəməsinə təqdim edilir. Prosessual qanunvericilik həmçinin sübutların apellyasiya instansiyası məhkəməsinə də təqdim edilməsinin mümkünlüyü təsbit olunmuşudur. Bu hal tərəfin özündən asılı olmyaraq sübutun birinci instansiya məhkəməsinə təqdim edə bilməməsi ilə şərtləndirilmişdir. Hazırki işdə isə cavabdehin səlahiyyəti nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasl arında iştirak etmişdir. Həmin sübutun məhz hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməməsi isə əsaslandırılmamışdır. Bu hal cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi aktın mötəbərliliyinə şübhə yaradır. Həmin akt mobil telefonda yaranmış qusürun istehlakçı tərəfindən istismar qaydasının pozulması nəticəsində meydana gəlməsinin müəyyən edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Çünki aktdan göründüyü kimi, akt iki nəfər, yəni cavabdeh MMC-nin işçiləri tərəfindən tərtib edilmiş, akt müştəri, yəni iddiaçı tərəfindən isə imzalanmamışdır. Cavabdeh MMC-in işçilərinin özü-özlüyündə akt tərtib edərək MMCnin mənafeyinə uyğun hansısa halı müəyyən etməsi əsaslı sayıla bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 oktyabr 2018-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8708/2018 nömrəli iş üzrə 04 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar