Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2118/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X4 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-408/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2021-ci il tarixli 3 ədəd avadanlığın nisyə alqı satqısı barəsində 616 nömrəli müqavilə və müqaviləyə əlavə imzalanmışdır.
2. Müqavilənin əlavəsində qeyd edilmişdir ki, satış obyektinin toplam satış qiyməti iki cür razılaşdırılır; 2.2.1. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində tam icra olunarsa, satış qiyməti 47.400 manat müəyyən edilir; 2.2.2. Satış obyekti olan cihazlar təhvil verildiyi tarixdən 30 gün müddətində icra olunmazsa, və ya artıq müddətə icra olunarsa, satış qiyməti 50.000 manat müəyyən edilir (bənd 2.2). 2.2.1ci bənddə razılaşdırılmış satış obyektinin toplam satış qiyməti iki mərhələdən ibarət olmaqla cihazla r təhvil verildiyi tarixdən 30 gündən artıq olmayan müddət ərzində tam şəkildə icra olunmalıdır (İ mərhələ 23400 manat - xx.xx.2021; İİ mərhələ 24000, bənd 2.3.1). 2.3.1-ci bənd sifarişçi tərəfindən icra olunmadığı halda, 2.2.2-ci bənddə qeyd edilmiş satış obyektinin toplam satış qiyməti olan 50000 manat qüvvəyə minmiş hesab olunur və əlavə edilən cədvələ uyğun 19 mərhələdən ibarət olmaqla cihazlar təhvil verildiyi tarixdən 18 ay müddətində tam şəkildə icra olunmalıdır (bənd 2.3.2)
3. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyektlərinin bir hissəsi (Mini Nd:YAG; H5050 9 funksiyalı kombayn; Sentrifuqa və Dr.pen A6) xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı; qalan hissəsi (V-MAX Pro və Purisma) isə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş, həmi n aktlara əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” öz imzası ilə təsdiq etmişdir.
4. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin olaraq 23.400 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 616 nömrəli “Nisyə alğı-satqı” haqqında Müqaviləni ləğv etməklə, həmin müqavilə üzrə qalıq borc məbləğ olan 26.600 manat borcun, 200 manat mediasiya xərcinin, 170,40 manat dövlət rüsumu qismində ödənilmiş məbləğin və eyni zamanda xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən müqavilə üzrə ödəniş məbləğinin hər gecikdirilən günü üçün hesablanmış 6808,97 manat məbləğində cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilə üzrə öhdəliyin icrasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Belə ki, satış obyekti olan cihazların xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh tərəfindən qəbul edilməklə sifarişin tam olaraq çatdırılmasının tamamlanması nəzərə alınaraq satış qiyməti olan 47.400 manat məbləğində ödənişin tamamlanması üçün 24.000 manat məbləğində ödənişin 5 iş günü ərzində icra edilməsinə dair tərəflərindən xx.xx.2021-ci il tarixdə cavabdehə məktubla müraciət edilmiş, qeyd edilmişdir ki, ödəniş edilmədiyi halda, sözügedən «Müqavilə əlavəsi»nin 2.2.2-ci bəndi qüvvəyə minəcəkdir. Cavabdeh müqavilənin şərtlərinə və eyni zamanda müraciət məktubuna əsasən ödəniş etmək niyyətində olmadığını və həmçinin heç bir hüquqi əsası olmadan «Purisma» cihazının geri qaytarılmasını bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə tərəflərindən cavabdehin ünvanına (həmçinin elektron poçt ünvanına) xəbərdarlıq məktubu göndərilmişdir. Göndərilmiş müraciət və xəbərdarlıq məktubuna cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, eyni məzmunlu məktublarla və eyni zamanda elektron poçt vasitəsilə cavab olaraq bildirmişdir ki, «Purisma» cihazı müasir tələblərə cavab vermir, müqavilə üzə sifariş vermiş cihazla təmin edilməmiş, «Purisma» cihazı xoşuna gəlmədiyi üçün geri qaytarılıb, eynisi ilə və sifarişə uyğun müasir cihazla təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, «yararsız cihazın geri qaytarılması» barədə istəyinizin heç bir hüquqi əsası yoxdur. Geri qaytarmaq istədiyiniz «Purizma» cihazında hər hansı texniki və ya digər bir problem yoxdur. Bu səbəbdən cihazın geri qaytarılması barədə təklifiniz tərəfimizdən qeyri-məqbul hesab edilmişdir». Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, «Nisyə alqı-satqı» haqqında Müqavilənin 1.1, 4.4.1-ci bəndləri və xx.xx.2021-ci il tarixli «Müqavilə Əlavəsi»nin 2.3-cü bəndi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Həmin pozuntu iddiaçının müqavilə b ağlanandan və satış obyektləri təhvil veriləndən sonra cavabdehin ödənişlərinə ümid etməsi, lakin cavabdeh tərəfindən ödəniş edilmədiyi üçün iddiaçının ödənilməli olan pul vəsaitindən xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə müqavilə üzrə ödəniş öhdəlikləri icra edilmədiyi üçün Müqavilənin 4.1.5-ci bəndinə əsasən cəmi 6808,97 manat məbləğində cərimə borcu yaranmışdır.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş, həmçinin izahatında göstərmişdir ki, PLEXR tibbi avadanlığının və digər tibbi avadanlıqlarının alınması ilə bağlı iddiaçı ilə razılığa gəlmişlər. Şirkətin səlahiyyətli nümayəndəsi adı qeyd edilən tibbi avadanlığı və digər ona lazım ola biləcək və müasir dövrün tələblərinə cavab verərək cihazları ona gətirə biləcəyinə söz vermişdir (PLEXR PRO). Lakin ona sənədləri və sertifikatı düzgün olmayan PURİSMA cihazı gətirmişdir. Həmin cihaz müasir tələblərə cavab vermir. Onun əlində daha vacib sübutlar və sənədlər vardır ki, yanlış gətirilən PURİSMA cihazı insan sağlamlığına əks təsir göstərir. Rəsmi məktublarına, mesajlarına və zənglərinə cavab verilməmişdir. Müraciətdə cihazın işə yaramadığını, tibbi tələblərə və standartlara uyğun gəlmədiyini bildirmişdir. Mübahisəli tibbi avadanlığı bu günədək istifadə etməmişdir. Məhkəmə və ya onun özü tərəfindən mütəxəssis dəvət oluna və cihaza baxış keçirə bilər. İddiaçı onun etibarından sui-istifadə edərək, onu aldatmışdır. Müqavilənin tələbləri iddiaçı tərəfindən pozulmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 avqust 2022-ci il tarixli, 2(006)-1023/2022 saylı qətnaməsi ilə (hakim R.Xəlilov) iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 nömrəli “Nisyə alğı-satqı” haqqında müqavilənin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə 26.600 manat əsas borc, 1600 manat məbləğində dəbbə pulu, 170,40 manat dövlət rüsumu, ümumilikdə 28.370,40 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh nisyə alğı-satqı haqqında müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, təhvil-təslim aktında sifariş olunan əşyanın başqa əşya olmasına dair hər hansı bir qeyd etməmiş və bu günədək isə hər hansı ödəniş də etmədiyindən bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir. Be lə olan halda iddiaçı nisyə alğısatqı haqqında müqaviləsinin ləğv edilməsi və yaranmış borcun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Məhkəmə 200 manat mediasiya xərcini cavabdehdən tutmamış və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə bu cür mübahisələr üçün məcburi mediasiya nəzərdə tutulmamışdır.
11. Məhkəmə, həmçinin cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdeh müqavilənin formal olaraq bağlandığını və bunun nəticəsində aldadıldığını qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bunun əksinə olaraq isə qeyd olunan avadanlıq ona təhvil-təslim aktı ilə təqdim olunarkən özü şəxsən imza edərək razılaşmaqla təhvil almışdır. Bu hal isə qeyd olunan müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
12. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.1, 14.2.1, 5.3, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 425.1, 442, 443.5, 448.1, 467, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı etibarından sui-istifadə edərək onu aldatmışdır. Tibbi tələblərə cavab verməyən, sənədləri qaydasında olmayan bir cihazı ona vermiş, ödəniş qəbzləri be lə verilməmişdir. Məhkəmə mübahisənin həqiqi və faktiki hallarına qətiyyən hüquqi qiymət verməmişdir. İşin həqiqi hallarından da görünür ki, iddiaçı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, məhkəmədə iştirakı təmin edilməmiş, məhkəmə iclası keçirilməsi barədə məlumatı olmamışdır. Həmin cihazın müasir tibbi tələblərə cavab verib-verməməsinə dair ekspertiza təyin edilməsini zəruri hesab edir.
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Purisma” markalı plazma cihazı məhkəmə kompüter-texniki ekspertizasının tədqiqat obyektlərinin predmetinə aid deyildir. Müvafiq sualların cavablandırılması istehsa lçı şirkətin məhsullarına texniki xidməti həyata keçirən həmin sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həyata keçirilə bilər.
16. Cavabdehin ərizəsinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” X2 və "xxxx" MMC-dən mütəxəssislər cəlb olunmuşdur.
17. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 mütəxəssisləri bildirmişlər ki, mübahisəli “Purisma” markalı plazma cihazın istifadəsi məqsədə uyğundur, insan orqanizmi üçün heç bir zərəri yoxdur. Həmin cihazın Azərbaycan Respublikasına gətirilməsinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-408/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh “Purisma” markalı plazma cihazının tibbi tələblərə cavab verməyən, sənədləri qaydasında olmayan, insan orqanizmi üçün zərərli olması ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh “Purisma” markalı plazma cihazında hər hansı qüsurun, həmin cihazların alıcıya, yəni ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, həmin qüsurlara görə satıcının (iddiaçının) cavabdehl ik daşımasının heç bir qanuni əsası yoxdur və bununla əlaqədar olaraq alıcının (cavabdehin) cihazların pulunu ödəməkdən imtina etməsi əsassızdır.
21. Məhkəmə kollegiyası apelyasiya şikayətində cavabdehin məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı dəlilini əsassız hesab etməklə qeyd etmişdir ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddia ərizəsinə qarşı etiraz təqdim etmiş, növbəti məhkəmə iclası ilə bağlı məlumatlandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsasland ırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi araşdırma aparmamış, mütəxəssislərin izahatları ilə kifayətlənmiş, məhsulun keyfiyyəti ilə bağlı ekspert keçirilməmiş, işdə olan uyğunluq sertifikatı sənədinə hüquqi qiymət verilməmişdir. Həmin sənəd saxta olmaqla aparatı görmədən verilmişdir. Aparatın qiyməti 7-8 min olmasına baxmayaraq iddiaçı ondan 22 min manat tələb edir. Məhkəmədən aparatın qiymətləndirilməsini xahiş etsə də, nəticəsi olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə
442. Öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda b orclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
30. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
31. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin dəlilləri üzrə araşdırma aparılması üçün mütəxəssislər dəvət edilmiş və ekspertiza keçirilmiş, məhkəmə apellyasiya şikayətinin dəlillərinə əsaslandırılmış qiymət vermişdir.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə q ənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-408/2023 nömrəli mülki iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.