Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2126/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudun oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi,cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov, iş 2(006)-7458/2017) iddia qismən təmin edilərək, baş v ermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Land Cruiser” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 89.500 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov, iş № 2(103)-1720/2018) iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 29 iyun 2-18-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev, iş № 2(102)-4464/2018) kassasi ya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2018-ci iltarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov, İş № 2(103)-9268/2018) İddiaçı apellyasiya şikayəti rədd olunaraq Cavabdeh SŞ ASC-nin apellyasiya şikayəti təmin olunaraq hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiası rədd olunması qət edilmişdir. İŞİN HALLARİ: Cavabdeh Sığorta Şirkəti ASC Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilmçəsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş g öndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan biri nci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, sığorta hadisəsi baş verməd iyi üçün cavabdeh düzgün olaraq sığorta ödənişi verməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Mülki Məcəllənin 935.1-ci maddəsnə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,Cavabdeh Sığorta Şirkəti ASC ilə sığortalı İddiaçı arasında bağlanan 05.01.2017-ci il tarixli, ****** saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə şəhadətnamə”yə əsasən İddiaçı oğluna məxsus «Toyota» mark alı, «Land Cruiser» modelli, ****** dövlət qeydiyyat nişanlı, ban nömrəsi *********, mühərrik nömrəsi *******, buraxılış ili 2013-cü il olan minik avtomobili Cavabdeh Sığorta Şirkəti tərəfindən 90.000 manat məbləğində sığortalanmışdır. İddiaçı özünə məxsus «Toyota Land Cruiser» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili 20.05.2017-ci ildə saat 00:40 radələrində Qusar rayonu, Aladaş kənd ərazisində Aladaş-Qusar yolunun 3-cü km-də olan sağ ehtiyat hissəsində saxlayarkən avtomobilin duracaq tormoz sistemini qoşmamış və nəticədə avtomaşın öz-özünə hərəkətə gələrək yolun sol hissəsində olan dərəyə aşmış, bununla əlaqədar Qusar RPŞ DYPB-nin əməkdaşları tərəfindən KYP seriyalı 674465 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətal ar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin dam örtüyü, mühərrik örtüyü, qabaq və arxa bufer, sağ və sol qabaq qanadlar, sağ qabaq və arxa qapılar, sol qabaq və arxa qapılar, sağ və sol arxa qanadlar, yük yerinin örtüyü, sağ və sol qapı şüşələri, alın şüşəsi, qabaq və arxa fanarlar, yük yerinin şüşəsi zədələnmişdir. İş materiallarından, eləcə də Cavabdeh Sığorta Şirkəti tərəfindən Quba rayon prokurorluğuna ünvanlanmış 03/0594 nömrəli 26.05.2017-ci il tarixli şikayət ərizəsindən də aydın olur ki, avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hadisə baş verdikdən sonra Cavabdeh Sığorta məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmiş, tərəfindən sığorta ödənişi iddiaçıya verilməkdən imtina edilmiş dir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərər in əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 899.1.1-ci maddəsinə görə, sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin Məcəllənin 901.1-ci maddəsinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. Həmin Məcəllənin 922-ci madəsinə müvafiq o laraq, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 923-cü maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyə tli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Mülki Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: 1.1.6. faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs; 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığ ortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1 və 935.1.2cimaddələrinəəsasənbu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti isti sna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi «İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindənimtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, avtomobilin dərəyə aşması avtonəqliyyat hadisəsidir. İddiaçının adına olan sığorta şəhadətnaməsindədə «avtonəqliyyathadisəsi» sığorta risklərinə daxil edilmişdir. Lakin hazırki iş üzrə sığorta hadisəsinin başverməsini təsdiq edən mötəbər sübutlar olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin avtomobilin dərəy ə aşmasının iddiaçı tərəfindən təşkil edilərək, bunun baş verməsi üçün lazım olan hərəkət və hərəkətsizliyi qəsdə netməsinə və beləliklədə, cavabdehin düzgün olaraq sığorta ödənişi verməkdən imtina etməsinə dair nəticələrini məhkəmə kollegiyası işin araşdırılmış hallarına uyğun nəticələr kimi qiymətləndirərək qanuni və əsaslı sayır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi də zəruri sayır ki, işin materiallarından görünürki, İddiaçı 07 iyun 2017-ci il tarixində "Cavabdeh" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri X1 ərizə ilə müraciət edərək, ona məxsus olan «Toyota Land Cruiser Prado» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 may 2017-ci il tarixli hadisə üzrə Sığorta Şirkətinə heç bir tələbin olmadığını və gələckdə olmayacağını bildirərək onunla bağlanmış sığorta müq aviləsinə xitam verilməsini xahiş etmişdir. (i.v 57) İş materiallarına əsasən cavabdeh tərəfin bu ərizə ilə bağlı mövqeyi isə ondan ibarət olmuşdurki, bu ərizə ilə dəymiş zərərdən imtina etməsi iddiaçının iradə ifadəsini təsdiqləyir. İddiaçı sözügedən ərizəni öz xoşluğu ilə vermiş və onu ərizənin yazılmasına heç kəs məcbur etməmişdir. İddiaçının tələbdən imtina edilməsi video çəkilişlə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası nın Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halla rı və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanu nvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218 və 420ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-i n 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddianın rədd edilməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikay əti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2126/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2126/2019
08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver