Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2132/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkili Əliyev Vaqif Əvəz oğlunun, ilkin iddia üzrə cavabdeh X.X.X. qızının vəkili İbrahimov Rəfail Rza oğlunun iştirakları ilə, İddiaçı cavabdeh X.X.X. qızına qarşı aliment miqdarının azaldılması (qarşılıqlı iddia: aliment miqdarının artırılması) tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 2(103)-10753/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X.X.X. qızı və vəkili İbrahimov Rəfail Rza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)3260/2018 saylı qətnaməsi ilə (hаkim X.B.Məhərrəmova) ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh X.X.X. qızına qarşı alimentin azaldılması tələbinə dair ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(074)-1538/2016 saylı, qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 10.06.2010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X2 üçün İddiaçı hə r ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin X.X.X. qızının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8222/2018 saylı,18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova, N.Ş.Cəfərov) ilkin iddia üzrə iddiaçı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)3260/2018 saylı qətnaməsi ilk İddiaçınа münаsibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3740/2019 nömrəli, 27 may 2019-cu il tarixli qərarı ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov, E.R.Vəliyeva) ilkin idd ia üzrə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(103)- 8222/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10753/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov, V.N.Sadıqov) ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(004)- 3260/2018 saylı qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X.X.X. qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.01.2017-ci il tarixli, 2(105)-2983/2017 saylı qətnaməsi ilə 10.06.2010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılması, 10.06.2010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay pensiyanın 1/2 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumq ayıt Apellyasiya Məhkəməsinin 19.01.2017-ci il tarixli, 2(105)-2983/2017 saylı qətnaməsinə əsasən Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(074)-1538/2016 saylı qətnaməsini qüvvədə saxlanmış və İddiaçı 10.06.2010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun əlillik dərəcəsi nəzərə alınmamışdır. İddiaçı DSMF-nin Şamaxı rayon vasitəsi ilə pensiya alır. Məhkəmə ona aliment təyin edən zaman onun xəstəliyi indiki qədərə ağırlaşmamışdı. O vaxt İddiaçı az da olsa işləyə bilirmiş. Lakin hal-hazırda onun xəstəliyi ağırlaşıb və o, heç bir yerdə işləyə bilmir. Bundan əlavə İddiaçı yenidən ailə qurmuş, həmin nikahdan 12.11.2014-cü il təvəllüdlü X13 və 01.04.2016-cı il təvəllüdlü X7 adlı iki uşağı anadan olmuşdur. Hazırda İddiaçı heç bir yerdə işləmir, alimenti vermək iqtidarında deyil. Cavabdeh X.X.X. qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlki məhkəmə qətnaməsi ilə 10.06.2010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1538/2016 saylı, 08.07.2016-cı il tarixli qətnaməsi ilə 10.06.2 010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X1 üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasını xahiş etmişdir. Hal-hazırda cavabdehin ödədiyi alimentin miqdarı uşaqların gündəlik ehtiyaclarını ödəməyə çatmır. Cavabdeh fərdi sənətkarlıqla, eyni zamanda xırda ticarətlə məşğuldur. Həyatyanı sahəsində xırda buynuzlu heyvanlar saxlamaqla kifayət qədər imkanı var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə cavabdeh X.X.X. qızı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qarşılıq lı iddianın təmin edilməməsi hissəsində ləğv edilib qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdeh X.X.X. qızı və vəkili İbrahimov Rəfail Rza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozmuş, subyektiv mülahizələrə əsaslanmış, hüququn tətbiqində səhv buraxmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan ma ddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh X.X.X. qızının vəkili İbrahimov Rəfail Rza oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və vəkili Əliyev Vaqif Əvəz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh X.X.X. qızı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələbləri ni rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə cavabdeh X.X.X. qızının vəkili İbrahimov Rəfail Rza oğlunun, ilkin iddia üzrə İddiaçı və vəkili Əliyev Vaqif Əvəz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdeh X.X.X. qızının kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmə nin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(074)1538/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 10 iyun 2016-cı il tarixdən başlayaraq 10.06.2 010-cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2016-cı il tarixli, 2(105)2983/2016 saylı qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli,2(074)-1538/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 03.04.2014-cü il tarixdə Azərbaycan Respublikası Şamaxı RİHB-nın 1 Çaylı kənd İƏD-si üzrə nümayəndəliyi Birinci Çaylı kəndində nikaha daxil olmuş, bu nikah akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əla və edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 12.11.2014-cü il tarixdə, X9 01.04.2016-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, ata qrafalarında İddiaçı, ana qrafalarında X4 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Şamaxı rayon Məşğulluq Mərkəzinin 80 saylı, 12.04.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Şamaxı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır və son altı ay ərzində müavinəti almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 19 saylı Tibbi Sosial Ekspert Komissiyasının 25.05.2018-ci il tarixli rəyinin surətindən gör ünür ki, İddiaçı ümumi xəstəlikdən ikinci qrup əlildir, əmək qabiliyyətlidir, yeganə sağ böyrəyin xroniki pielonefriti, xroniki böyrək çatışmamazlığı İİ dərəcə diaqnoz qoyulmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddia tələbində göstərilən dəlillərin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına əsas ola bilməməsi qənaətinə gəlmiş olsa da, qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlir in) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericliyin yuxarıda qeyd olunan normalarına istinad etsə də, qarşılıqlı iddianın təmin edilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd oluna n normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. İşin mübahisəsiz hallarından isə görünür ki, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08.07.2016-cı il tarixli, 2(074)-1538/2016 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı 10 iyun 2016-cı il tarixdən başlayaraq 10.06.2010cu il təvəllüdlü X5 və 11.11.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı sonradan 03.04.2014-cü il tarixdə X8 ilə nikaha daxil olmuşdur və nikahlarından 2 uşağı: X13 12.11.2014-cü il tarixdə, X9 01.04.2016-cı il tarixdə doğulmuşdur. İddiaçı ümumi xəstəlikdən ikinci qrup əlildir, əmək qabiliyyətlidir, yeganə sağ böyrəyin xroniki pielonefriti, xroniki böyrək çatışmamazlığı İİ dərəcə diaqnoz qoyulmuşdur, Şamaxı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır və son altı ay ərzində müavinəti almamışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd olunan hallar mülki işin materialları və işin halları ilə təsdiq edilərək tərəflər arasında mübahisə doğurmadığından və birinci instansiya məhkəməsi tərəfindən sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşıya doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetiri lmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi həmçinin qanunvericilikdə müəyyən edilmiş uşaqların əvvəlki təminatı səviyyəsinin nəzərə alınması prinsipini rəhbər tutub hesab etmişdir ki, İddiaçı apelyasiya şikayətinin 2 uşağa görə qazancının üçdə bir hissəsinin tutulması dəliləri əsasızdır və göstərilən dəlillər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasına əsas ola bilməz. Belə ki, tərəflərin birgə nikahından olan uşaqları ananın himayəsindədir və iş materiallarından görünür ki, uşaqların anası Cavabdeh işləmədiyindən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə gəldiyi nə ticəni ədalətli və qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə işin faktiki hallarına tam diqqət yetirmədən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinin pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktın tətbiq edilmədiyini, işə birtərəfli yanaşıldığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh X.X.X. qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10753/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2132/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2132/2020
30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver