Məhkəmə qərarları › İş №2(102)-2136/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2136/2021

06.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2136/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaradılmış məhdudiyyətlərin qadağan olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7217/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 30.12.2005-ci il tarixli, 70 saylı sərəncamı ilə, 23.06.2002-ci il tarixli, 70 saylı qərarla fərdi ev tikintisi məqəsdilə qanunla müəyyən edilmiş qaydada ayrılması rəsmiləşdirilmiş 600 kv.m. torpaq sahəsini adına verilməsini ərizə ilə bələdiyyədən xahiş etmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin ərazi hüdudlarında və razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m. torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları S.Hacıyevanın adına keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kad astrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və o rəyə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən məlum olur ki, X3 ayrılmış torpaq sahəsi “Binəqədi Oyl” Kompani şirkətinin ərazi hüdudları daxilindədir, məqsədli təyinatına və hüququ rejiminə görə sənaye təyinatlı torpaqlara aiddir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2018-ci il tarixli, 2-1(81)-4099/2018 saylı qərardadı ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qanuni qüvvəsinin aldığı, yəni 01 sentyabr 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən qəbul edilmiş 70 saylı, 30 dekabr 2005-ci il tarixli sərəncam öz qüvvəsini 01.09.2005-ci il tarixdən itirilmişdir. Məhkəmə hesab etmişdir ki, artıq Qanunla öz hüquqi qüvvəsini itirmiş aktın yenidən məhkəmə qərarı ilə qanunsuzluğunun tanınmasına lüzum olmadığından, iddiaçı “X8” Şirkətinin cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı 3-cü şəxs qismində X5 və X6 cəlb edilməklə “sərəncamın etibarsızlığının tanınması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunaraq alınmış 28.02.2020-ci il tarixli, 4995 saylı rəylə müəyyən olunur ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli torpaq sahəsi “X8” Şirkətinin kontrakt sahəsinin hüdudları daxilindədir. Mübahisəli torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq sahəsinə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” şirkətinə qarşı “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 30.12.2005-ci il tarixli 70 saylı sərəncamı ilə yaşayış təyinatlı 0.60 ha torpaq sahəsindən istifadə etməyinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən yaradılmış məhdudiyyətin qadağan olunması, həmin torpaq sahəsinin dəmir məftillərlə olan hasarının cavabdeh tərəfindən sökülməsi, torpaq sahəsinin iddiaçı tərəfindən çəkilmiş daş hasarının qanunsuz olaraq sökülməsi nəticəsində 4.000 manat dəymiş maddi ziyanın, öz torpağından istifadə etməyinə qanunsuz şəkildə maneə yaratması və onun hasarının qanunsuz şəkildə sökülməsi nəticəsində iddiaçıya vurulmuş 10.000 manat mənəvi zərərin cavabdeh təşkilatdan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi r. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 23.06.2002-ci il tarixdə X6 ilə razılaşaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 30.12.2005-ci il tarixli 70 saylı sərəncamı ilə Binəqədi-Xırdalan magistral avtomaşın yolunun kənarında yaşayış təyinatlı 0.6 ha torpaq sahəsini rəsmi 2.400,000 (iki milyon dörd yüz min) manata, yəni 23.500 ABŞ dolları məbləğinə almışdır. Daha sonra həmin torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikintisinin eskizi, lahiyəsi və lahiyə smeta sənədləri də tərtib və təsdiq olunmuşdur. Lakin sonradan ailədə maddi durumları ağırlaşdığından torpaq sahəsində evi tikdirə bilməmişlər, lakin torpağın qanunsuz zəbt edilməməsi üçün 4.000 manata həyətyanı torpaq sahəsini daş ilə hasara alıb, dəmir darvaza qoymuşlar. İddiaçı və ailəsi tərəfindən 2005-2018-ci illər ərzində Binəqədi Bələdiyyəsinin hesabına torpaq rüsumu ödənilmiş, mütamadi olaraq torpaq sahəsinə nəzarət olunmuş, ərazi səliqəli saxlanılmışdır. Lakin 2018-ci ilin əvvəllərində torpaq sahəsinə baş çəkərkən orada hasarın qanunsuz şəkildə söküldüyünü, dəmir tellərlə yeni hasarın çəkildiyini, hətta orada olan dəmir darvazanın yoxa çıxdığının şahidi olmuşdur. Dərhal qonşulardan nə baş verdiyini soruşduğunda ona bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən hasar sökülmüşdür. Buna etiraz olunduqda isə həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinə məxsus olduğundan söküldüyü bildirilmişdir. Bundan sonra şikayətlə Neft Şirkətinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi “X8” Şirkətinə verilmiş kontrakt sahəsinin hüd udları daxilində yerləşir və o, pozulmuş hüququnun bərpa etmək üçün məhkəməyə müraciət etsin. Bu səbəbdəndə ədaləti bərpa etmək üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001) -98/2020) İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” şirkətinə qarşı “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun mübahisəli yaşayış sahəsinin, yaxud onun yerləşdiyi torpaq sah əsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyil. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-7217/2020) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin iş üzrə 18 iyun 2020-ci il tarixli 2(001)-98/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sahibliyə dair qadağan edilmiş özbaşınalıq üzrə tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi (və ya iddiaçının sahibliyinə qanunsuz maneələr yaratması) və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin ünsürlərdən birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübuta yetirmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Lakin baxılan işin hallarından görünür ki, iddiaçı, mübahisəli torpaq sahəsinə özünün sahibliyinin qanuni, cavabdehin sahibliyinin isə qanunsuz olmasını kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin onun adına keçirilməsi barədə Binəqədi qəsəbə bələdiyyəsinin 30.12.2005-ci il tarixli, 70 saylı sərəncamının, torpaq sahəsinin planının işdəki surətləri kserosurət olmaqla, lazımi qaydada təsdiq olunmamışdır. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barəd ə sərəncamın qəbul edildiyi vaxt (30.12.2005-ci il) torpaq sahəsi artıq “X8” Şirkətinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X10.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 29.04.2005-ci il tarixli, 901-İİQ nömərli Qanunla təsdiq olunmuş kontrakt sahəsi hesab olunmuş və onun üzərində Şirkətin müstəsna hüququ mövcud olmuşdur. Mübahisəli torpaq sahəsinin qanunla təsdiq edilmiş Sazişə əsasən “X8” Şirkətinin kontrakt sahəsi hesab olunmasına baxmayaraq, sonradan bələdiyyə qərarı əsasında iddiaçıya verilməsi qanunsuz olmaqla, Kontitusiya Qanunun tələblərinə ziddir. 01.09.2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, dolayısı ilə, mübahisəli torpaq sahəsinin Yaqub Cəfərova ayrılması barədə Binəqədi qəsəbə bələdiyyəsinin 23.06.2002-ci il tarixli, 70 saylı qərarı da (əgər mövcud olmuşsa belə) hüquqi qüvvəsini itirmiş hesab olunur. İddiaçı, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrıldığını və Ədliyyə Nazirliyinin 28.11.2018-ci il tarixli, 3/3360-07 saylı məktubuna istinad edərək, Sazişin sözügedən ərazilərdə yaşayış sahələrinə dair müqavilələri deyil, “Energetika haqqında” Qanund an irəli gələn müqavilələrlə bağlı məsələləri əhatə etdiyini bildirsə də, iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlara aid edilməklə yaşayış sahəsi kimi nəzərdə tutulmamışdır. İddiaçının mübahisəli torpaq sahəsinin ətrafında çəkdiyi daş hasarın cavabdeh tərəfindən məhkəmə qərarı olmadan sökülməsinin qanunsuz olması barədə dəlilinə münasibətdə isə qeyd edilmişdir ki, cavabdehin həmin torpaq sahəsinə sahibliyi qanuni olduğundan, iddiaçının çəkdiyi hasarı sökərək, öz hasarını quraşdırmaqda haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiy a instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7217/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də, şikayətin təmin olunaraq iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş eti. Cavabdehin vəkili X2 izahatında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç b ir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam ermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiya rı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuş və apellyasiya məhkəməsi təqdim olunmuş sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, «…mübahisəli torpaq sahəsi “X8” Şirkətinin kontrakt sahəsinin hüdudları daxilindədir. Mübahisəli torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaq sahəsinə aiddir.» «…mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ayrıldığını və Ədliyyə Nazirliyinin 28.11.2018-ci il tarixli, 3/3360-07 saylı məktubuna istinad edərək, Sazişin sözügedən ərazilərdə yaş ayış sahələrinə dair müqavilələri deyil, “Energetika haqqında” Qanundan irəli gələn müqavilələrlə bağlı məsələləri əhatə etdiyini bildirsə də, iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlara aid edilməklə yaşayış sahəsi kimi nəzərdə tutulmamışdır.» «… mübahisəli torpaq sahəsinin ətrafında çəkdiyi daş hasarın cavabdeh tərəfindən məhkəmə qərarı olmadan sökülməsinin qanunsuz olması barədə dəlilinə münasibətdə isə qeyd edilir ki, cavabdehin həmin torpaq sahəsinə sahibliyi qanuni olduğundan, iddiaçının çəkdiyi hasarı sökərək, öz hasarını quraşdırmaqda haqlı olmuşdur». Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunverici liyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istin ad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-7217/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar