Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2141/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul və dəymiş maddi ziyan” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli 2(105)-339/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İ ddiaçı1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 28 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi təmin edilməmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-194/2023 saylı, xx.xx.2023 saylı qərardadına əsasən, həmin qərardadla Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh İddiaçı2 olan 70.000 manat məbləğində borcun, Cavabdeh İddiaçı1 olan 6.000 manat məbləğində borcun alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı X xeyli müddətdir ki, tanıyır. Cavabdeh 2019-cu ilin noyabr-dekabr aylarında müraciət edərək pul lazım olduğunu bildirmiş və o, da 2021-ci ilin mart ayına kimi cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 70.000 manat məbləğində borc pul vermiş, lakin sonradan sonuncu həmin pulları ona qaytarmamışdır. Onu da qeyd edir ki, vermiş olduğu pulların 37000 manat hissəsi onun şəxsən öz pulu olmuş, 19.000 manatı tanışı X, 14.000 manatını isə tanışı İddiaçı1 almaqla cavabdehə vermiş və ümumilikdə cavabdehin borcu 70.000 manat təşkil etmişdir ki, cavabdeh bu puldan ona bir manat da olsun ödəniş etməmişdir. Qeyd edilən pulların cavabdehə verilməsini təsdiqləyən şahidləri və sübutları da vardır, bundan başqa həmin pulların 19.000 manatını və 14.000 manatını o, cavabdehə həmin pulları almış olduğu şəxslərin - İddiaçı1 və X.X yanında vermişdir. O, cavabdehin onu aldatdığını və aldığı pulları ona qaytarmadığını gördükdə onun barəsində polisə şikayət etmiş və araşdırma zamanı cavabdeh ondan qeyd edilən məbləğdə pulu almasını etiraf etmişdir. O, cavabdehə 19.000 manat məbləğində pulu alaraq verdiyi X və 14000 manat pulu alıb verdiyi İddiaçı1 ilə birlikdə cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və həmin iddia tələbində 70.000 manat məbləğində pulun alınaraq qaytarılmasını iddia etmiş, l akin AR Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 194/2023 saylı qərardadı ilə həmin iddia tələbi baxılmamış saxlanılmış və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Adları qeyd edilən şəxslərdən- İddiaçı1 və Xn pulu alaraq onların iştirakı ilə cavabdehə o, vermiş və cavabdeh də 70000 manat məbləğində ona borclu olduğunu etiraf etmişdir, buna görə də cavabdehə vermiş olduğu 70000 manat məbləğində pulun alınaraq ona qaytarılmasını xahiş edir. Cavabdehdə olan və İddiaçı2 ondan alaraq verdiyi 70000 manata daxil olan 14000 manat pulunun qaytarılmasını tələb etdikdə cavabdeh ondan xahiş etmişdir ki, onu lotoreyaya salsın, lotoreyanı götürüb borcunu qaytaracaq və özü də lotoreyanı ödəyəcəkdir. O da cavabdehə inanaraq cavabdehi lotoreyay a salmış və cavabdeh lotoreyadan 6000 manat pulu götürsə də borcu ödəməmişdir. Nəticədə 6000 manat lotoreyanı da o, qaytarmaq məcburiyyətində qalmış, cavabdehin yerinə ödənişlər etmişdir, odur ki, bu pul vəsaiti də cavabdehdən alınaraq ona qaytarılmalıdır. İddiaçılar qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
5. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı2 ilə 2019-cu ildə sadəcə lotoreya oynamışdırlar. 20 nəfərdən ibarət 200 manatdan oynamışdırlar. Heç bir problem olmayıb. Ondan sonra o qadınla onun heç bir əlaqəsi olmayıb. X qardaşı X qızına xəyanət etdi. 2021-ci ildə qızı 3 uşaqla boşandı. Ondan sonra onların ona qarşı düşmənçiliyi başladı. Nəyə görə bu müddət ərzində X ondan şikayət vermədi bunlar boşandıqdan sonra məhkəməy ə müraciət etdi. O, X adlı şəxsi tanımır, ondan pul almamışdır. X isə X dayısı qızı olduğu üçün o da onun üstünə şər atır, şər olduğu üçün bunların hər ikisi məhkəmə qətnamə çıxardıb, məhkəmə iclaslarından uzaqlaşıblar. X məhkəmə iclasında durub dedi ki, o, disk çıxarmış, 500 manat pul vermiş, necə ola bilər ki, o diskə 500 manat pul versin. Niyyətin sübuta yetirə bilməyən düşmən bütün iclasları uduzdu. İndi də onu yenidən məhkəməyə verib. Hətta onun oğluna da üstünə şər atıb 26 min pul istəyirdi. Hərbi prokurorluğa vermişdi. Bu da sübuta yetirilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə qohum olmuşdurlar və buna görə inanıb ona pul vermişdir. Cavabde h ondan 37000 manat məbləğində pul götürmüşdür, 6000 manat da lotereya pulu olmuşdur. Lotereya oyununa o, qoşulmamışdır. Lotoreyada X də iştirak etmişdir. Cavabdehin onlara ümumilikdə 76000 manat məbləğində borcu var. Belə ki, cavabdeh onun yanına gələrək oğlunun maşınla adam öldürdüyünü bildirib 37000 manat pul istəmişdir. O da həmin pulu bibisindən alıb cavabdehə vermiş, cavabdeh isə bir ay ərzində bankdan kredit götürərək qaytaracağını demişdir. O pul heç bir faizsiz verilib. Ayrı-ayrı vaxtlarda cavabdehə 19000 manat və 14000 manat pullar da verilib. Əslində cavabdehin həmin pulları başqa adamlara vermək üçün götürdüyünü bilib. Bildirir ki, 19000 manat pul cavabdehin qohumunun Covid 19 xəstəliyindən əziyyət çəkdiyi zaman verilib. Qeyd etmişdir ki, 9000 manat pulu o, dayısı qızından alıb cavabdehə verib, qalan 14000 manat isə X pulu idi. X cavabdehə həmin pulu faiz ödənilməsi şərtilə vermişdi. Cavabdehi özünə yaxın bildiyi üçün ona pul verilən zaman heç bir sənədə qeyd yazdırmayıb, lakin bununla bağlı onda səs yazıları da var. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı2 keçmiş kürəkəninin ögey bacısıdır. X ona böhtan ataraq ondan guya 70000 manat aldığını bildirir. X həmçinin onun qızına da şər ataraq onu 20000 manat məbləğində ziyana salmışdır. Bundan başqa X maşını ilə qəza törədərək qaynanasını əzdiyini bildirir. O, bir dəfə X ilə lotoreya oynamış, ödənişləri edib bitirmişdir. Amma kimsə ödənişi bir gün gecikdirən kimi iddiaçı h ay küy salırdı. Qızı boşanandan sonra X ona böhtanlar atmağa başlamışdır. O, digər iddiaçı Xümumiyyətlə tanımır. Onu cəmi bir dəfə məhkəmədə görmüşdür. X 200 manat pensiya alır və belə olan halda onun X qeyd edilən məbləğdə borc alması sual doğurur. O, X ilə yalnız bir dəfə 2020-ci ildə lotoreya oynamışdır. O, X heç vaxt pul almamış və pulun alınması ilə bağlı heç bir yerə qeyd yazmamışdır. Əlavə olaraq onu da bildirir ki, bu məsələ ilə bağlı keçirilən məhkəmə iclaslarında X pulu ona əlbəəl verib vermədiyini soruşduqda X pulu ona deyil, Xverdiyini bildirmişdir. Bir daha bildirir ki, qeyd olunanların hamısı yalandır. İddiaçı1dən evdə pul almamış, heç onu tanımır, onu indi görür. X lotoreya məsələsi indi ortaya çıxıb. Həmçinin bildirir ki, oğlu qəza törətməyib, hamısı yalandır. İlk dəfə on u polisə çağıranda artıq hər şeyi həll etmişdilər və ona ərizəyə oxumadan qol çəkdirmişdilər. Həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş səs yazısında qeyd edilən pul lotoreyaya aiddir, əvvəl 100 manatdan, sonra 200 manatdan lotoreya oynuyurdular. Bir daha qeyd edir ki, o, X ilə lotoreya oynamayıb, onu ilk dəfə məhkəmə prosesində görüb. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.. 8. 19 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia tələbi ilə bağlı bildirmişdir ki, əvvəllər cavabdeh hər şeyi özü etiraf edirdi. 2019-2021-ci illər ərzində X xanımı tanıyırdı. X ona yaxın qohumu olduğunu, həmin qohumunun evində Covid xəstəsi olduğundan pul lazım olduğunu bildirmişdi. X xanıma 10 000 manat pul vermiş, daha sonra 9000 manatı da düzəltmiş, ümumilikdə 19 000 manat cavabdehə pul vermişdir. Sonra cavabdehin oğlu qəza törətmiş, bu səbəbdən ona yenidən pul lazım olmuşdur. 14000 manat da əlavə pul vermişdir. Daha sonra onlar lotoreya oynamış, cavabdeh lotoreya pulunu da verməmişdir. Polis İdarəsində cavabdeh izahat verib, izahatda onlardan 70000 manat aldığını qəbul edib. Daha sonra isə gedib izahatını dəyişmişdir. Qeyd olunan hallarla bağlı sübutları var. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 oktyabr 2023-cü il tarixli, 2(060)-2390/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nət icəni onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehə ümumilikdə 76.000 manat məbləğində borc verdiklərini əsaslı şübhədənkənar mötəbər sübutlarla sübut edə bilməmişlər. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar (səs yazıları, izahat ərizələri və s.) cavabdeh tərəfindən iddiaçılardan mübahisəli məbləğdə borc götürülməsi nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə eyni zamanda qeyd edib ki, İddiaçı2 iddia ərizəsində borcun 37000 manat hissəsinin özünə məxsus olduğunu bildirsə də, məhkəmə iclasında verdiyi izahatında həmin pulun bibisinə məxsus olduğunu bildirmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən pul məbləğinin qalan hissələrdə başqa şəxslərə məxsus olduğunu isə həm iddia ərizəsində qeyd etmiş, həm də m əhkəmə iclasında bildirmişdir. Beləliklə məhkəmə hesab edib ki, İddiaçı2 ziddiyyətli izahatlar verməklə ilk növbədə cavabdehdən tələb etdiyi pulun hansı hissədə özünə məxsus olduğunu, nəticədə cavabdehdən həmin pul məbləğinin (və ya bir hissəsinin) tutulması barədə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğunu da sübuta yetirə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 14.1. 14.2, 77.1, 77.3, 78.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və Cavabdeh 6000 manat məbləğində borcun alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, nəticədə onun hüquqlarının pozulmasına səbəb olan əsassız qətnamə qəbul etmişdir. İddia ərizəsində qeyd olunanlarla bağlı cavabdeh barəsində polisə şikayət edilmiş və araşdırma zamanı polisdə vermiş olduğu izahatında cavabdeh 70000 manat məbləğdə pul almasını etiraf etmişdir. Bundan sonra iddiaçılar cavabdehə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmış və həmin iddia tələbində 70000 manat məbləğində pulun alınaraq qaytarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-194/2023 saylı qərardadı ilə həmin iddia tələbi baxılmamış saxlanılmış və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdehə həmin pullar bir çox şəxsin, o cümlədən onun iştirakı ilə verilmiş, həmin pullar verildikdən sonra dəfələrlə cavabdehlə görüşmüş və o da pulu aldığını etiraf etmişdir. Məhkəməyə təqdim olunmuş disk yazısında da o borclu olduğunu demiş və məhkəmə prosesində həmin səs yazısının lotoreya ilə bağlı olduğunu bildirsə də, məhkəmə iddia tələbini təmin etməmişdir. Halbuki cavabdeh lotoreya ilə bağlı borcunun olduğunu məhkəmədə etiraf etmişdir. Göründüyü kimi işə baxan məhkəmə təqdim edilən sübutları və faktları nəzərə almayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə İddiaçı2 cavabdehə vermiş olduğu pulları başqa şəxslərdən aldığını qeyd etməklə onun həmin pulları cavabdehdən tələb etməsinə subyektiv hüququnun olmadığını qeyd etmişdir. Halbuki həmin tələb olunan 70000 manat pulun tərkibinə daxil edilən 14.000 manat pulu verərkən İddiaçı2 bildirmişdir ki, onun həmin pulu kimə verməsindən asılı olmayaraq o, pulu ondan tələb edəcəkdir. Hazırda həmin məbləği iddiaçıdan tələb edir, lakin pul cavabdehə onun yanında verildiyindən, cavabdeh tərəfindən iddiaçıya qayt arıldıqdan sonra pulunu tələb edəcəkdir. Cavabdeh məhkəmə prosesində təqdim edilmiş audio yazılardakı səslərin ona məxsusluğunu etiraf etmiş və həmin söhbətlərin lotoreya ilə bağlı aparıldığını bildirmişdir. Bu danışıqlarla da cavabdehin iddiaçılardan pul aldığı tam təsdiq edilir. Lakin işə baxan məhkəmə birtərəfli araşdırma aparmaqla, iddianın rədd edilməsi ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir.
14. İddiaçı2 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və Cavabdeh iddia ərizəsi üçün ödənilmiş 355 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti digər cavabdehin apellyasiya şikayəti ilə analoji məzmunda tərtib olunmuş və əla və olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İddia tələbi kifayət qədər əsaslı olduğu və sübutlarla təsdiq olunduğu halda işə baxan məhkəmə iddianın rədd edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. İddia ərizəsində adları qeyd edilən şəxslərdən İddiaçı1 və X pulu alaraq onların iştirakı ilə cavabdehə şəxsən vermiş və cavabdeh də 70000 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Cavabdehin borclu olması həm polisdəki araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi izahatında etiraf edilsə də, məhkəmə qeyri-obyektiv yanaşma göstərmiş, heç bir əsaslanma aparılmadan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə qanunsuz və əsassız olduğundan apellyasiya instansiya mə hkəməsi tərəfindən ləğv edilməlidir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dəryaqulu qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun iddiaçılara heç bir borcu yoxdur. İddiaçı1 ümumiyyətlə tanımır. İddiaçı2 qeyd etdikləri həqiqəti əks etdirmir. Onunla arasında yalnız lotoreya oyunundan yığılası pul məbləğinin verilməsi ilə bağlı söhbət olmuşdur. İddiaçının ona qeyd olunan məbləğdə pul verməsi barədə izahatı həqiqətdən uzaqdır. Polisdə verilən izahat isə onun xətti ilə yazılmamışdır. O polis bölməsinə iddiaçıların şikayəti əsasında getmiş, və orada səhhəti pisləşmişdir. Onun qol çəkdiyi izahat onun sözləri ilə yazılmamışdır. Bütün bunlar iddiaçıların planlarıdır. Onlar əsassız şəkildə ondan pul tələb edirlər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xah iş etdi.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dəryaqulu qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi kimi apellyasiya şikayətinin heç bir əsası yoxdur. Hazırkı mübahisə üzrə daha öncə qəbul edilmiş məhkəmə aktları mövcuddur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4124/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-194/2023 saylı, xx.xx.2023 saylı qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4124/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçılar İddiaçı2, X1 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdı r. Hazırkı mübahisə üzrə də əslində iddianın əsasları və epizodlar analoji məzmunda tərtib edilmiş, sadəcə iddiaçılar və tələb edilən məbləğdə müəyyən fərqlər mövcuddur. Cavabdeh bildirir ki, o İddiaçı1 ümumiyyətlə tanımır. Digər İddiaçı2 ilə aralarında yalnız lotoreya oyunundan yığılası pul məbləğinin verilməsi ilə bağlı söhbət olmuşdur. İddiaçı tərəfin məhkəmə təqdim etdiyi cd diskdəki səs yazıları da bu halı təsdiq edir. Cavabdeh iddiaçılara heç bir borcunun olmamasını bildirir. İddia ərizəsi, tərəflərin izahatları habelə daha öncə istinad olunan məhkəmə aktlarının aid olduğu iddia ərizəsində qeyd edilən hallar arasında ziddiyətli məqamlar mövcuddur. Bütün bunlar iddia tələbinin formal mülahizələrdən ibarət olmasını göstərir. Borc məbləğlərini iddia ərizəsində qeyd edilən hallara uyğun təhlil etdikdə hazırkı iddiada cavabdehdən əlavə sələm olaraq pulun tələb edildiyi görsənir. Lakin hər hansı məbləğdə borcun verilməsini təsdiq edəcək heç bir sübut işdə mövcud deyildir. Göstərilənlərə əsasən nümayəndə sonda apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-339/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrində n, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır. Tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası ımübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çəkişmə prinsipinə uyğun şəkildə izahatlarını almış, təqdim edilən səs yazılarını dərindən öyrənməyə çalışmışdır. İstinad olunan məbləğlərin cavabdehə verilməsinə dair hər hansı qəbz, yazılı iltizam, və s. olmadığı kimi, iddia tələbi özlüyündə mürəkkəb şəkildə tərtib olunmaqla konkret olaraq tələblər anlaşılan və əsaslı deyildir.
20. Hər şeydən öncə kollegiya iddia tələbinin məhz hazırkı iki nəfər iddiaçı tərəfindən birgə qaldırılması məsələsini aydınlaşdıraraq qeyd etmişdir ki, iddiaçıların oxşar mə zmunlu izahatlarına görə cavabdehdən tutulması tələb olunan 70 min manat məbləğin 24 mini İddiaçı1 tərəfindən, digər 37 mini isə İddiaçı2 tərəfindən cavabdehə verilmişdir. Belə olan halda birgə tələb edilən məbləğ 61 min manat təşkil edir. Digər 9 min manat məbləğində pulu X adlı ortaq tanışlarının verdiklərini iddia edən iddiaçıların üçüncü şəxs tərəfindən verilən borc məbləğini cavabdehdən tələb etməyə subyektiv hüquqları yoxdur.
21. Kollegiya qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilib-verilmədiyi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər. Apellyasiya icraatı zamanı da tə rəflər aqressiv davranmaqla, yalnız özlərinin mənafeyindən çıxış etmiş və hər biri özünün haqlı olmasını bəyan etmişdir. Kollegiya məsələnin həllinə göstərilən kontekstdən yanaşaraq, iddiaçı tərəfin təqdim etdiyi “CD” diskə tərəflərin iştirakı dinləmə keçirməklə əlaqəli şəkildə müqayisəli təhlilini aparmışdır. Dinlənilmə zamanı hər iki tərəf audio-səs yazılarının onlara məxsus olmasını bildirmişdir.
22. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfin israrla istinad etdiyi “CD” disklərə qulaq asılan və oradakı danışıqlar tərəflərin iştirakı ilə təhlil edilən zaman, nə “CD” diskdəki səs yazılarından, nə də ki cavabdehin izahatından yuxarıda istinad olunan borc münasibətinin detalları aşkara çıxmamışdır. Belə ki, mövcud səs yazmalardakı danışıqların iş üzrə tərəflərə (İddiaçı2 və Cavabdeh) aid o lması sonuncular tərəfindən mübahisələndirilməsə də, həmin səs yazılarda konkret şəkildə cavabdehin məbləği müəyyən edilən borc öhdəliyini qəbul etməsi halı mövcud deyildir. Digər tərəfdən səs yazılarda iddiaçı tərəf borc verdiyi pulu tələb etsə də, cavabdehin hər hansı borc məbləğini konkret olaraq qəbul etməsi, yaxud borcu qaytarmaq niyyətində olmasını təsdiq edən ifadələr müəyyən edilmir.
23. İddia tələbinin rədd edilməsi barədə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edən kollegiya qeyd edir ki, hazırkı mübahisənin əsl mahiyyətini açmağa imkan verən hər hansı əsaslı dəlil mövcud deyildir. İş üzrə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, uyğun olaraq “CD” diskdəki və polis bölməsində verilən izahatlar arasında kəskin ziddiyyətli məqamlar mövcuddur k i, həmin hallar qeyd olunan iddia tələbinin təmin edilməsini istisna edir.
24. İddia tələbinin təsdiqedici sübutu kimi təqdim edilən cavabdehin Sumqayıt şəhər 3 saylı Polis Bölməsində verdiyi izahata gəldikdə isə kollegiya qeyd edir ki, Cavabdeh Dəryaqulu qızının izahatında onun İddiaçı2 Dəryaqulu qızından 2019-cu ildə hissə-hissə olmaqla 70 min manat pulu faizlə qaytarılması şərtilə aldığı və pulu qaytardığı, hazırda İddiaçı2 heç bir borcunun olmaması bildirilmişdir. Bundan başqa məhkəmə iclasında cavabdeh tərəf qeyd olunan izahatın mötəbərliyini şübhə altına salacaq ifadələr işlətmiş, izahatın onun əlyazması olmadığı, habelə səhhətinin pisləşməsi zamanı formal şəkildə tərtib olunaraq ona imzaladılmasını qeyd etmişdir. Kollegiya bu hissədə qeyd edir ki, polis bölməsində tərəflərin verdikl əri izahatlar arasında uzlaşma, biri-digərini məntiqi baxımdan tamamlayan rabitəli hallar müəyyən edilmədiyindən, cavabdehin də izahatı “borcun etirafı” kimi qəbul edilə bilməz.
25. Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edən hazırkı iş üzrə İddiaçı2 ərizəsində Cavabdeh Dəryaqulu qızına borc verilən pul məbləğləri, habelə həmin pulun kimlərdən alınmaqla verilməsi ilə bağlı fərqli məqamlar qeyd olunmuşdur ki, bunlardan ən diqqətçəkəni, birgə iddiaçı olan İddiaçı1 adı həmin ərizədə qeyd olunmamışdır.
26. Bundan başqa, məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, cavabdehə verilən pulun qaytarılması üçün İddiaçı2 özünə məxsus birotaqlı mənzilini satmış və pulu İddiaçı1 borcun bir hissəsinin qaytarılması məqsədi ilə vermişdir. Sadalananları ümumiləşdirərək kollegi ya qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar iddia tələbinin əsasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirməmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçılar (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin formal mülahizələrə əsaslandığını və heç bir mötəbər sübuta əsaslanmadığını qeyd etmişdir. Məhkəmə iddiaçıların şahidlərini, sübutl arını, Sumqayıt şəhər Polis İdarəsi 3 saylı polis bölməsində şikayət üzrə toplanmış materiallarda olan, cavabdehin pulu həqiqətən almış olması barədə vermiş olduğu izahatı da nəzərə almamış, yalnız cavabdehin məhkəmədə verdiyi izahatı sübut kimi qiymətləndirməklə sübut anlayışına xələl gətirmişdir. Belə ki, cavabdeh polis bölməsində iddiaçılardan pul almış olduğunu etiraf etsə də, məhkəmədə bu ifadənin polisdə ondan təzyiq vasitəsilə alınmış olduğunu göstərmişdir. Məhkəmənin isə buna hansı əsasla inanması aydın deyildir. Bundan əlavə, cavabdeh həm polis orqanında, həm də məhkəmədə iddiaçılardan 6000 min manat məbləğində lotoreya pulunu həqiqətən almış olduğunu etiraf etsə də, məhkəmə iddianı bu hissədə də təmin etməmişdir. Bu hallar isə onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, birinci instansiya məhkəməsinin qətnaməsində yazılanları araşdırmadan tam qəbullanaraq, onlara əsasən də nəticə əldə edərək qərar qəbul etmişdir və özü formal mülahizələrə əsaslanmışdır.
29. Məhkəmə qətnamədə mübahisəli pu məbləğinin iddiaçının deyil, bibisinin olduğunu qeyd etmişdir. Lakin həmin pul məbləği bibisi tərəfindən iddiaçıya verildiyindən, həmin pulu tələb etmək üçün iddiaçının subyektiv hüququ vardır.
30. Həmçinin məhkəmə "CD" diskdə olan səs yazısı, fləşkart və digər sübutlardan borc münasibətinin detalları aşkara çıxmadığını qeyd etmişdir. Halbuki, həmin sübutlar iddia tələbinin haqlılığını tam sübut edir. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutlarda səs yazılarına qulaq asan zaman məhkəmə iclasının video qeydinin aparılması hakim Ayaz Mahm udovun göstərişi ilə dayandırılmış və səs yazılarına kamera sönülü halda qulaq asılmışdır. Halbuki həmin səs yazısında cavabdeh deyirdi ki, “37 mini, 1-ci götürülən pulu verim, canım qurtarsın, 70 minin qalanını hissə-hissə ödəyərəm” Ona görə də, məhkəmə qətnamədə qeyd etmişdir ki, səs yazısı olsa da, iddia tam sübuta yetmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada)
32. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüq uqunu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağla nmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
46. İddiaçıların kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli 2(105)-339/2024 saylı qətnaməsi şikayətinə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.