Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2142/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdeh X6 və üçüncü şəxs X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh İsgəndərov ahim Əziz oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə X11 arasında bağlanmış “Mənzil Tikintisi və Satışına dair” 17 oktyabr 2018-ci il tarixli müqavilələrə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 13- cü mərtəbədə yerləşən ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı, 84 saylı mənzilin; ümumi sahəsi 110,8 kv.m. olan, 2 otaqlı 82 saylı mənzili; ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 83 saylı mənzilin X mərtəbədə yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 90 saylı mənzilin və ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı 91 saylı mənzilin X2 və eyni tarixli maliyyə arayışlarında Rahim İsgəndərovun mənzillərə dair borcunun olmadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsind ə icraat
2. İddiaçı "xxxx" MMC Cavabdeh və üçüncü şəxs X10 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 17 oktyabr 2018-ci il tarixdə İddiaçı MMC-nin direktoru X13 ilə X11 arasında bağlanmış “Mənzil Tikintisi və Satışına dair” müqavilələrə əsasən, Xylı mənzilin; ümumi sahəsi 110,8 kv.m. olan, 2 otaqlı 82 saylı mənzili; ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 83 saylı mənzilin Bakı şəhəri, X rtəbədə yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 90 saylı mənzilin və ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı 91 saylı mənzilin X1 dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddia tələbində göstərilən müqavilələr tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birl ikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədi ilə bağlanılmışdır. Belə ki, İ X həmin müqavilələri bağlayarkən İddiaçı MMC-dən hər hansı bir mənzil, yaxud qeyri-yaşayış sahəsi satın almaq məqsədi güdməmiş, eləcə də, onun tərəfindən İddiaçı MMC-nin xəzinəsinə satın almaq istədiyi daşınmaz əmlak qarşılığında heç bir pul məbləği ödənilməmişdir. Həmin müqavilələr forma etibarı ilə alqı-satqı müqaviləsi kimi görünsələr də, tərəflərin alqı-satqı müqavilələrinin mahiyyətindən irəli gəldiyi kimi əşyanı qarşı tərəfin mülkiyyətinə vermək və həmin əşya qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəmək niyyətləri olmamışdır. Belə ki, İddiaçı MMC-nin təsisçilərindən biri olan X14 ilə cavabdeh X11 arasında borc münasibətləri mövcuddur. X16 məhz iddiaçılarla arasında olan borc münasibətlərini rəsmiləşdirmək və həmin şəxsə öz borcunu ödəyəcəyinin təminatını göstərmək məqsədi ilə onlarla formal olaraq bu müqavilələri bağlamışdır. X11 həmin müqavilələri yalnız X borc verilmiş pul məbləğinin qaytarılmasını təminat altına almaq üçün imzalamış, borcunu ödədiyi təqdirdə isə həmin müqavilələri ləğv etmək barədə razılaşmışlar. Mübahisələndirilən müqavilələr formal şəkildə bağlanılmış və tərəflərin əsl iradə ifadələrini nümayiş etdirmir.
4. Cavabdeh və onun nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 10 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərilən müqavilələrin tərəflərin əsl iradə ifadəsini özündə ehtiva etməməklə birlikdə, alqı-satqı, yaxud mənzil tikintisi və satışına dair hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan, tamamilə tərəflər arasındakı əsl münasibətləri pərdələmək məqsədi ilə bağlanıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin iddiaçı iddia tələblərini əsaslandırdığı halları təsdiq edə n sübutları məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 05 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin X saylı iş üzrə qəbul etdiyi 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş 01.09.2018-ci il tarixli X19 təsdiq edir ki, həmin dövrə qədər cəmi 36 mənzil satılmış və Akta əlavə olunmuş satılmış mənzillər siyahısında mübahisə predmetini təşkil edən X11 ilə bağlanmış müqavilələr mövcud deyil. Bundan başqa iş materiallarına əlavə olunmuş 01.02.2019-cu il tarixli Akta əsasən X13 tərəfindən yeni direktor X mənzil satışına dair 37 mənzilə dair bağlanan müqavilələr təhvil verilmişdir. Həmin müqavilələr arasında hazırkı mübahisə predmetini təşkil edən X11 ilə bağlanan müqavilələr mövcud deyil. Məhkəmə hesab etmişdir ki, bu Aktlar iddiaçının hüquqlarını məhdudlaşdırması kimi qiymətləndirilməməlidir. Bu səhv yanaşmadır. Belə ki, Aktla rdan da göründüyü kimi X11 ilə bağlanan müqavilələrin təhvil zamanı gizlədilməsi və ya sonradan tərtib edilməsi həmin müqavilələrin etibarsızlığından, saxtalığından xəbər verir. Bu hal müəyyən etməyə əsas verir ki, bu müqavilələr üzrə iradə ifadəsi "Aqana Servis” MMC-nin yox, bu cür cinayətkar əməllər törətmiş və hazırda X13 ilə birgə həbsdə olan X8 iradə ifadəsidir. Bu faktdır ki, X14 və X13 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən istintaq edilmiş cinayət işi üzrə Cinayət Məcəlləsinin 313, 178.3.2, 308.2-ci maddələri ilə təqsirli hesab edilmiş, onlar 30.04.2019-cu il tarixdə həbs edilmiş və barələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü var. Bundan başqa, X11 ilə bağlanan müqavilələr də daxil olmaqla bir neçə müqaviləni saxt alaşdırmaqla bağlı X14 və X13 tərəfindən cinayət əməllərinin törədilməsi faktlarına əsasən 15.05.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3, 178.3,2, 179.2.3, 179.3.2, 308.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda həmin ********* saylı cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır və ibtidai istintaqı davam etdirilir. Bundan başqa, X11 ilə bağlanan müqavilələr də daxil olmaqla bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı X14 və X9 əməllərinə görə 23.10.2019-cu il tarixdə fakta görə Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinay ət işinə birləşdirilmişdir. Bu faktdır ki, 04.04.2018-də təsisçilər arasında notariusda müqavilə bağlanır ki, təsisçilərin yazılı razılığı olmadan mənzil satılmasın. Lakin mübahisə predmetini təşkil edən X11 ilə bağlanan müqavilələr 17.10.2018-ci il tarixdə bağlanmış və mənzillər belə razılıq olmadan satılmışdır. Məhkəmə isə belə hesab etmişdir ki, bu müqavilə dövlət qeydiyyatına alınmadığına görə hüquqi qüvvəsi ola bilməz. O zaman nəyə görə X11 ilə 17.10.2018-ci il tarixdə bağlanmış müqavilələrdə rəsmi reyestrdə direktor kimi qeydiyyatda olmayan Nağıyev Azadın imzası olmasına baxmayaraq məhkəmə onları qəbul etmişdir. Halbuki rəsmi reyestrdə imza hüquqlu şəxs kimi, direktor kimi Əliyev Valeh qeyd olunmuşdur. Sual yaranır ki, məhkəmə təsisçilər arasında bağlanan 04.04.2018-ci il tarixli müq aviləyə yanaşdığı kimi X11 ilə 17.10.2018-ci il tarixdə bağlanmış müqavilələrə niyə yanaşmamışdı? Bunlardan əlavə, İddiaçı MMC-nin təsisçilərindən olan X14 ilə X11 arasında borc münasibətləri olmuşdur. X14 məhz şəxsi borc münasibətlərini pərdələmək məqsədilə İddiaçı MMC adından öz imzası ilə X11 ilə sözügedən müqavilələri bağlamışdır. Qanunvericiliyinin tələbləri baxımdan bu cür müqavilələr yalan əqdlər hesab olunur və etibarsızdır. AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” İşin hallarından, iş materiallarından, verilən izahatlardan açıq-aşkar aydın olu nur ki, X11 ilə bağlanan müqavilələr Aqana Servis MMC-nin iradə ifadəsini əks etdirmir. Bu müqavilələrdə iradə ifadəsi birbaşa X10 aiddir. Belə müqavilələr etibarlı sayıla bilməz. Mülki Məcəllənin 324.4cü maddəsi: Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.” Həmin Məcəllənin 404.1-ci maddəsi: Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.” Mülki Məcəllənin tələbindən də göründüyü kimi müqavilənin bağlanması üçün hər iki tərəfin iradə ifadəsi zəruridir. Hazı rkı işdə isə bu danılmaz faktdır ki, X bağlanan müqavilələr üzrə müqavilə tərəfi olaraq qeyd olunan Aqana Servis MMC-nin iradə ifadəsi yoxdur. X11 İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçiriməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə icraatı üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2020-ci il tarixli 4/278 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 17.10.2018-ci il tarixli 10/06 saylı maliyyə arayışlarında, 17.10.2018-ci il tarixli mənzil tikinti və satışına dair müqavilələrdə və 17.10.2018-ci il tarixli “mənzil tikinti və s atışına dair” müqavilələrə 1 saylı əlavələrdə “Direktor” qrafalarındakı imzalar - X14 tərəfindən icra olunmuşdur. Həmin müqavilələr imzalanan vaxtı X14 İddiaçı MMC-nin direktoru deyil, təsisçilərindən biri olmuşdur. Həmin dövrdə direktor isə X13 olmuşdur. Lakin buna baxmayaraq işin hallarından və digər məhkəmə işi üzrə ekspert rəyindən də göründüyü kimi həmin müqavilələrə imzalar “buna səlahiyyəti olmayan şəxs” təsisçilərdən biri olan X14 tərəfindən çəkilmişdir. Bundan başqa, məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələblərini pozmaqla ciddi prosessual pozuntuya da yol vermişdir. Belə ki, həmin maddəyə əsasən “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilmə yincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır” Yuxarıda da qeyd edildiyi kimi, X11 İddiaçı MMC-yə qarşı “müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iki iş bir-biri ilə bağlı olduğundan icraat dayandırılmalı olduğu halda, məhkəmə icraatı dayandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh Rahim İsgəndərov kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, İddiaçı MMC təkcə ona qarşı deyil bir çox mənzil alan vətəndaşlara qarşı belə qanunsuz və ədalətsiz iddialar qaldırmışlar, hətta həmin vətəndaşların aldıqları mənzillərlə bağlı onla ra əvvəlki rəhbərlik tərəfindən verilmiş müqavilələrin tarixindən əvvəlki tarixə köhnə müqavilələr tərtib edərək əvvəlki rəhbərliyin əvəzində saxta imzalar atmışlar. Məhkəmələrə həmin qohumlarının adından vəkillərlə təmin etməklə iddialar verdirmişdir. Lakin köhnə müqavilələrdəki sədrin imzasını saxtalaşdırılması ekspertiza rəyləri ilə təsdiq olunduğundan xüsusi qərardad da Binəqədi Rayon Məhkəməsində çıxarılaraq prokurorluq orqanlarına göndərilmişdir. Hazırda onlar barəsində cinayət işi gedir. R.İsgəndərovun mənzilləri ilə bağlı da bir neçə nəfərə belə saxta müqavilələr tərtib etmişlər. Belə müqavilələrdən də biri X3 yazılmışdır. Yaxın qohumuna. Ekspert rəyi ilə həmin müqavilənin saxtalığı müəyyən edildikdən sonra X4 cinayət əlaqəsindən çəkinərək Binəqədi Rayon Məhkəməsində iddiaçı olsa d a, onun ziyanına qəbul edilmiş qətnamədən apellyasiya şikayəti də verməmişdir. Bütün bunlar İddiaçı MMC-nin qanunsuzluqlarını təsdiq edir. Məqsəd də hazırda həbsdə olan, qudası X7 öz təsisçilik payından onların xeyrinə imtina etdirmək istəməsidir. X6 qarşı da qaldırdıqları qanunsuz və əsassız iddia da onlardan biridir. Bu xarakterli işlərlə bağlı artıq vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı kifayət qədər məhkəmə qərarları vardır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmə lərinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdl ər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
19. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. İddiaçı MMC-nin direktoru X13 ilə X11 arasında bağlanmış “Mənzil Tikintisi və Satışına dair” 17 oktyabr 2018-ci il tarixli müqavilələrə əsasən, X yerləşən ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı, 84 saylı mənzilin; ümumi sahəsi 110,8 kv.m. olan, 2 otaqlı 82 saylı mənzili; ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 83 saylı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binalarının B blokunda 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 186,9 kv.m. olan 4 otaqlı 90 saylı mənzilin və ümumi sahəsi 150,9 kv.m. olan, 3 otaqlı 91 saylı mənzilin X2 və eyni tarixli maliyyə arayışlarında X un mənzillərə dair borcunun olmadığı qeyd olunmuşdur.
27. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa ç atmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, yəni 17.10.2018-ci il tarixli müqavilələrin görünüş üçün bağlandığı sübuta yetirilməmişdir
28. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir
29. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sə rbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müqavilələrin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilələrin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır və bu səbəblə də həmin tərəfin mənafelərinin xələl görməsinə səbəb ola bilməz. Ona görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbləri əsaslı deyil.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki s übutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Kassasiya şikayətinin bir sıra dəlilləri, o cümlədən Rahim İsgəndərovla 17.10.2018-ci il tarixdə bağlanmış müqavilələrdə rəsmi reyestrdə direktor kimi qeydiyyatda olmayan X in imzasının olması ilə bağlı dəlili işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Belə ki, iddiaçı, həmin dəlili birinci və apellyasiya instansiyası məhkəmələrində irəli sürməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ver ildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə alır ki, X5 İddiaçı MMC-yə qarşı (hazırkı işdə mübahisələndirilən müqavilələr əsasında) mənzillərin təhvil verilməsi barədə iddiası təmin edilmiş və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 22.06.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.