Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2143/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-256/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. AZ-İ seriyalı 269994 nöm rəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X9 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 291 nömrə ilə qeyd edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(060)-40/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ikin iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair X10 ilə Qurbanov Qurban Həmid oğlu arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hü quqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/4 saylı evin, 57 saylı mənzili üzərində X3 3/5 hissədə, İddiaçı 2/5 hissədə mülkiyyət hüququ tanınmış, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmiş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində X3 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququ tanınmış, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı alınıb X4 verilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Qurbanov Qurban Həmid oğlunun X4 və İddiaçı qarşı ümumi birgə mülkiyyətdə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.
4. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(105)-3762/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzilində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində X3 1/2 hissədə, İddiaçı 1/2 hissədə payları müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, qətnamənin qalan hissədə - ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair X10 ilə Qurbanov Qurban Həmid oğlu arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəlı Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət re yestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində X3 1/2 hıssədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı alınıb X4 verilməsi, ilk ıddia tələbinın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(102)-5766/2021 saylı qərarından görünür ki, Qurbanov Qurban Həmid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-253/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdi rilmədən saxlanılmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-4841/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Bəkirov Azər Müzəffər oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 66.500 (altmış altı min beş yüz) manat məbləğində pulun alınaraq iddiaçı Bəkirov Azər Müzəffər oğluna verilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsi ilə X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(012)-4841/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının 17 aprel 2019-cu il tarixli, 2(102)-2841/2019 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 9. “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 4841 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraata tələbkarın ərizəsinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 33250 (otuz üç min iki yüz əlli) manat məbləğində pulun tutulması və tərəfindən ödənilm iş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş və hər iki uşaq cavabdehin himayəsində saxlanılmışdır. xx.xx.2017-ci il tarixdə AR Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № 269994 saylı nikahlarının pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə Bəkirov Azər Müzəffər oğlu ona 78000 AZN məbləğində borc a pul vermiş və həmin məbləğdən 11500 manatı birgə nikah dövründə Bəkirov Azər Müzəffər oğluna qaytarmış, borc aldığı pulun 60000 manatı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı 5 otaqlı mənzili AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin borcun qaytarılması üçün Bəkirov Azər Müzəffər oğlu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmiş və xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Bəkirov Azər Müzəffər oğlu 66.500 manat pulun alınıb ona qaytarılmasına dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə iddia təmin ed ilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3608/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2841/2019 saylı qərarı ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4841 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bəkirov Azər Müzəffər oğluna 66500 manat məbləğində borc pulu ödədiyinə görə Sumqayıt şəhər İcra İdarəsi xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənəd i üzrə icrata xitam verilmişdir. Cavabdeh ona qarşı ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilin 2/1 hissədə bölünməsinə dair iddiası Sumqayıt şəhər Məhkəməsinin 2(060)-40/2019 saylı, xx.xx.2019-cu il qətnaməsi ilə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3762/2019 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin mənzillə bağlı AR Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Həmin mənzil üzərində hər ikisinin 2/1 hissə mülkiyyət hüququ tanınmışdır. Bəkirov Azər Müzəffər oğlundan aldığı pul ilə həmin mənzili əldə etmiş, lakin, Bəkirov Azər Müzəffər oğluna həmin borcu o, özü nikah pozulduqdan sonra tam şəkildə ödəmişdir. Mənzilin dəyəri üçün ödənilən pul cavabdehlə aralarında bölünməlidir, ona görə ki, o, mənzilin 2/1 hi ssəsinin mülkiyyətçisi olduğuna görə onun ödədiyi 66500 manat pul aralarında bölünməlidir, cavabdehdən 33250 (otuz üç min iki yüz əlli) manat məbləğində pul alınıb ona verilməlidir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8398/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi mediasiya haqqında qanuna əsasən mediasiya prosesində iştirak etməyinə dair sənəd təqdim etmədiyinə görə sənədlər geri qaytarılmışdır və məhkəmə tərəfindən həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyi izah edilmişdir. Sumqayıt şəhər Mediasiya Mərkəzinin xx.xx.2022-ci il tarixli. № 2021-MŞİH-10437 arayışı iddia ərizəsinə əlavə edərək məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi ni məhkəmədən xahiş etmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(060)-2741/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, İddiaçı götürdüyü borc məbləğinin əsas hissəsinin ailə ehtiyaclarına sərf edildiyi öz təsdiqini tapdığından və həmin borc nikah münasibətlərinə xitam verildikdən sonra iddiaçı tərəfindən tam məbləğdə ödənildiyindən, sözügedən borcun yarısı – 33.250 manat məbləğində pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin eilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,
34. Ailə Məcəllənin 8, 31-37, Mülki Məcəllənin 213, 225, Mülki Prosesual Məcəllənin (bundan sonra – MPM) 119.1, 217.4, 216-220, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia və ondan əvvəlki 66500 manata dair iddia, İddiaçı tərəfindən irəli sürülmüş əsli və maddi tərəfi olmayan qondarma bir iddiadır. İddiaçı tərəf müxtəlif manipulyasiyalar aparmaqla özünün süni olaraq borclu olmasına dair məhkəmə qərarının çıxarılmasına nail olmuş, sonradan guya borc üzrə ödənişi nağd şəkildə qaytarmaqla icra sənədini icra edilməsi təəssüratı yaratmağa nail olmağa çalışır. Beləliklə İddiaçı özünün borclu olmasına dar məhkəmə qərarının “legitimliyini” bəyan edir və hazırkı “cəfəng” iddia tələbi ilə çıxış edir. Məqsəd isə cavabdehin mülkiyyət hüquqlarına qəsd etməkdir. İşə cəlb edilmiş tərəflər iyun 2009-cu ildə rəsmi nikaha girərək ailə qurmuş və 2016-ci ilin mart ayına kimi ailə münasibətlərində olmuş, həmin tarixdən sonra isə tərəflər məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rəsmi nikaha xitam verilmiş və hər iki uşaq valideyn olaraq cavabdehin himayəsinə verilmişdir. İddiaçı ilə cavabdeh, rəsmi nikah dövründə (2009-2017) ər-arvad olaraq 2 ədəd daşınmaz əmlaka mülkiyyətçi kimi sahib olmuşlar. Həmin daşınmaz əmlaklar 2 ünvan üzrə: 1. ünvan 4 mənzil; 2. ünvan 5rləşən, 35 saylı- 5 otaqlı mənzilindən ibarətdir. Belə ki, iddiaçı ilə ailə həyatının son illərində münasibətlər gərginləşmiş və bunun nəticəsi olaraq məcburiyyət qarşısında qalaraq uşaqları ilə birgə yaşadıqları mənzili tərk etmiş, xx.xx.2016-cı il tarixdə “nikahin pozulması və aliment tələbi” ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin gedişində ailə münasibətlərinin düzələcəyinə ümid edərək iddianın “nikahin pozulması” hissəsindən imtina etmişdir. Tərəflər arasında olan rəsmi nikah münasibətləri Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və yalnız bundan sonra əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmiş, həmin iş üzrə keçirilən məhkəmənin hazırlıq iclasında birgə nikah dövründən qazanılmış hər iki daşınmaz əmlakın iddiaçı və onun yaxınları tərəfindən özgənikələşdirilməsindən xəbərdar olmuşdur. Belə ki, həmin ərə fədə mənzillərdən biri, 9-cu mikrorayondakı mənzil iddiaçının atası Qurbanov Qurbanın, digər ikincisi isə 11-ci mikrorayondakı mənzil iddiaçının qohumu Bəkirov Azər Müzəffər oğlunun adına Mülkiyyət Hüquqlarının Dövlət Reyestrində artıq rəsmləşdirilmişdir. Hər iki daşınmaz əmlak ilə bağlı dərhal pozulmuş əmlak hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiaçı olduğu məhkəmə prosesinə cavabdehlər kimi İddiaçı, onun atası Qurbanov Qurban, Hümbətov İlham və Bəkirov Azər də cəlb olunmuşdur. Belə ki, həmin prosesdə iddiaçının atası Qurbanov Qurban, 9-cu mikrorayondakı mənzillə bağlı ona və oğlu İddiaçı qarşı “mənzilin onun vəsaiti ilə alınmasına dair” qarşlıqlı iddia tələbi qaldırsa da, Bəkirov Azər Müzəffər oğlu 11-ci mkrdakı mənzil ilə bağlı iddialı olsa da, tərəflərə qarşı qa rşılıqlı iddia tələbi qaldırmamışdır. Beləliklə, tərəflər arasındakı hər iki daşınmaz əmlaka dair məhkəmə mübahisəsinin yekunu olaraq X9 və İddiaçı hər iki mənzil üzərində 1/2 pay hüququ üzrə mülkiyyət hüququnun tanınması qət edilmişdir. İş üzrə yekun məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi verilmişdir. Göründüyü kimi İddiaçı və onun yaxınları 2016-cı ildən başlayaraq birgə nikah dövründə əldə edilmiş hər iki daşınmaz əmlakı, sonuncu tərəfindən müxtəlif manipulyasiyalar aparmaqla və müxtəlif saxta yollar ilə və hər vəchlə çalışıblar ki, onun mülkiyyət hüquqlarına qəsd etsinlər.
17. Məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan normalar tətbiq edilməmiş, 3 illik iddia müddətinin tət biqinin zəruri olduğu nəzərə alınmamış, bununla da maddi hüquq normasının imperativ tələbləri pozulmuşdur. Digər tərəfdən 3 illik iddia müddətinin axımının məhz hansı andan hesablanmalı olması ilə bağlıdır? İşə baxan məhkəmə iddia müddətinin axımının xx.xx.2019-cu il tarixdən, yəni İddiaçı ilə A.Bəkirov arasında olan 78 min manat pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icra olunduğu vaxtdan hesablamış və müddətin ötürülmədiyi qənaətinə gəlmişdir. Bu halda məhkəmə işin konkret halını tam araşdıra bilməmişdir. MM-nin 377.1ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddia müddətinin axımı xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Belə ki, İddiaçı ilə Bəkirov Azər Müzəffər oğlu arasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 861/2017 saylı qətnaməsi əsasında 9-cu mikrorayondakı mənzil üzərində qeydiyyata alınmış İddiaçı hüquqları ləğv edilmiş, qətnamə icra olunaraq xx.xx.2017-ci il tarixdən mənzil tam mülkiyyət hüququ üzrə Bəkirov Azər Müzəffər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 2022-ci ilədək onun adına qeydiyyatda qalmışdır.
18. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Sumqayıt Mediasiya Təşkilatı tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli möhürsüz Arayışı”, qanunun tələblərinə uyğun olaraq tərtib edilmiş mediasiya sənədi hesab etmək olmaz. Belə ki, sözügedən arayışın Sumqayıt şəhərində fəaliyyət göstərən Sumqayıt Mediasiya Təşkilatı tərəfindən veril diyi bildirilir, halbuki hamıya bəllidir ki, Sumqayıt şəhərində Mediasiya Şurasının belə bir qurumu mövcud deyil. Nəticə olaraq sözügedən arayış Mediasiya Şurasının xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş sənədlərin tərtibatına cavab vermir. Belə olan halda həmin sənəd MPM-nin 150.1.7-ci maddəsinin tələblərinə riayət edilməyən sənəd hesab edilməlidir. Bundan başqa, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə əmlak bölgüsünə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
19. İddiaçı ilə Bəkirov Azər Müzəffər oğlu arasında olan pul tələbinə dair məhkəmə qərarlarından, o cümlədən həmin iş üzrə yekun olan AR Ali Məhkəməsinin qərarından görünür ki, İddiaçı Bəkirov Azər Müzəffər oğlundan həmin 78 min manat pulu “ticarət ilə məşğul olmaq” üçün götü rmüşdür.
20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-256/23 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsinin mövqeyinə görə, İş materialları və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflər nikahda olduğu dövrdə İddiaçı Bəkirov Azər Müzəffər oğlundan 78000 manat məbləğində borc pul almış, həmin məbləğdən 11500 manat hissəsi birgə nikah dövründə Bəkirov Azər Müzəffər oğluna qaytarılmış, geridə qalan pulun əsas hissəsi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı 5 otaqlı mənzil alınmışdır. Həmin mənzil üzərində qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən X3 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-4841/2018 saylı qətnaməsi ilə İddiaçı 66.500 manat borc pulun alınaraq Bəkirov Azər Müzəffər oğluna ödənilməsi qərara alınmışdır. Sözügedən qətnamə iddiaçı tərəfindən icra edilmiş, həmin məbləğ Bəkirov Azər Müzəffər oğluna qaytarılmışdır.
22. Qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, “...2012-ci ildə İddiaçı Bəkirov Azərdə pul olduğunu bilmiş və ona alver etməyi təklif etmişdir. Lakin o cavabdehə ev almaq istədiyini bildirmiş və cavabdeh lə birgə bir neçə evə baxmışdır. Aralarında olan qarşılıqlı razılığa əsasən belə qərara gəlmişlər ki, on a verəcəyi pulla ya ticarətlə məşğul olaraq ona fayda verməlidir, ya da onun pulu ilə ev almalıdır. Bu razılıqdan sonra cavabdehlə həmişə görüşdükləri çayxanada görüşərək ona 78 000 AZN pul vermiş, və ondan bu barədə qəbz almışdır. Cavabdeh ondan aldığı pulla ticarətlə məşçğul olaraq ona 11500 manat pul vermişdir, sonradan cavabdeh ondan aldığı pulla Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı mənzilini almışdır...”(iş mat. səh 51).
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(102)-2841/2019 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının hazı rkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “hazırki iddianın İddiaçı birgə nigah dövründə əldə edilmiş əmlakın bölünməsindən yayınması məqsədilə qaldırılması işdə olan sübutlarla təsdiq olunmadığından kollegiya kassasiya şikayətinin bu barədə olan dəlili ilə razılaşmır və hesab edir ki, mübahisə tərəflərin qarşılıqlı münsibətinə, müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun həll edildiyindən, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.”
24. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən pul məbləği ilə məhz Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin 35 saylı mənzilin alınması işdə olan məhkəmə qətnamələri ilə təsdiqini tapır.
25. İdda müd dətinin axımı ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia müddətinin axımı müvafiq tərəfin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)4841/2018 saylı qətnaməsi üzrə tutulması qət edilən borc məbləği iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
26. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdeh İddiaçı 66.500 (altmış altı min beş yüz) manat məbləğində pulun alınaraq iddiaçı Bəkirov Azər Müzəffər oğluna verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(060)-4841/2018 saylı qətnaməsi qanuni qüvvəsini xx.xx.2019-cu il tarixdə almış və qətnamə yalnız bundan sonra icraya yönəldilmişdir. Göründüyü kimi qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablandığı təqdirdə də iddia müddəti ötürülməmişdir.
27. Bundan başqa, iddiaçı ilk dəfə hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. 28. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsi nin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
29. Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin y aranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümümi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır.
30. Qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur.
31. Belə ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın böl ünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir.
32. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
33. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ərarvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir.
34. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.
35. Apellyasiya şikayətinin növbəti dəlili Sumqayıt Mediasiya Təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli möhürsüz arayışının qanunun tələblərinə uyğun olaraq tərtib edilməməsidir.
36. Apellyasiya baxışı zamanı cavabdehin vəkili tərəfindən məhkəmə kollegiyasına Mediasiya Şuras ının xx.xx.2022-ci il tarixli məktubu təqdim olunmuşdur. Məktubun məzmunu ilə müəyyən olunur ki, cavabdehin müraciəti ilə mediator barəsində göstərilən faktlar əsasında X8 Heyəti tərəfindən başlanılan intizam araşdırması İntizam Komissiyasına həvalə edilmiş, X8 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mediator X2 hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan vəzifələrin pozulması faktı təsdiq edildiyindən, mediator barəsində xəbərdarlıq intizam tənbehi tətbiq edilmişdir.
37. Apellyasiya baxışı zamanı cavabdehin vəkili tərəfindən məhkəmə kollegiyasına həmçinin vəsatət təqdim edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad çıxarılması xahiş olunmuş, v əsatət ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışın qanunun tələblərinə uyğun olaraq tərtib edilməməsi ilə əsaslandırılmışdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır.
39. Məhkəmə kollegiyası tərəfindən iddiaçının və cavabdehin vəkillərinə mediasiya prosesinin davam etdirilməsi imkanı iz ah olunmuş və məhkəmə baxış iclası həmin səbəbdən təxirə salınmasına baxmayaraq, iddiaçının vəkili mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlanmasını cavabdehin vəkilinə təklif etdiyini bildirsə də, cavabdehin vəkili həmin müqavilənin bağlanması üçün müraciət etməmişdir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.
41. Apellyasiya şikayətinin son dəlili isə ondan ibarətdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə əmlak bölgüsünə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında mənzil bölgüsü olsa da, mə nzilin alınması ilə bağlı ödənilmiş pul vəsaiti sonradan iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə qaytarıldığından, hazırki məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
43. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34, Ailə Məcəlləsinin 8, 31-37, Mülki Məcəllənin 213, 225, MPM-nin 14.2, 14.3-1, 77.1, 52.4, 184.5, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan normalar tətbiq edilməmiş, 3 illik iddia müddətinin tətbiqinin zəruri olduğunu nəzərə almamış, bununla da maddi hüquq normasının imperativ tələbləri pozulmuşdur.
46. İşə baxan məhkəmə iddia axımının xx.xx.2019-cu il tarixdən, yəni İddiaçı ilə Bəkirov Azər Müzəffər oğlu arasında olan 78 min manat pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən icra olunduğu vaxtdan hesablanmış və müddətin ötürülmədiyi qənaətinə gəlmişdir. Bu halda məhkəmə işin konkret halını tam araşdıra bilməmişdir.
47. İddia müddətinin axı mı xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Belə ki, İddiaçı ilə Bəkirov Azər Müzəffər oğlu arasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-861/2017 saylı qətnaməsi əsasında 9-cu mkr-da mənzil üzərində qeydiyyata alınmış İddiaçı hüquqları ləğv edilmiş, qətnamə icra olunaraq, xx.xx.2017-ci il tarixdən mənzil tam mülkiyyət hüququ üzrə Bəkirov Azər Müzəffər oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və 2022-ci ilədək onun adına qeydiyyatda qalmışdır.
48. Bundan əlavə, "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021ci il tarixli Arayış"ın, qanunun tələblarinə uylun olaraq tartib edilməməsi faktı ilə bağlı verdiyi vəsatər əsassız olaraq təmin edilməmişdir.
49. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 125.7, Ailə Məcəlləsinin 36.9, 375.2, Mülki Məcəllənin 15.2, 16.1, 739.1, 739.2, 740.1, 740.2, Mənzil Məcəlləsinin 30, 66.1.1, 86, MPM-nin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə İddiaçı yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Ailə Məcəlləsi
51. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
52. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
53. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
54. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
55. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
56. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllə
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq, iddiaçının birgə nikah dövründə əldə etdiyi borc üzrə öhdəliyin yarısının cavabdehə aid olduğu, borcun qaytarılması barədə məhkəmə aktının iddiaçı tərəfindən icra olunduğu, üç illik iddia müddətinin ötürülmədən hazırkı tələbin irəli sürüldüyü qənaətinə gəlmişlər.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillərə mülki prosessual qanun vericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolle giyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-256/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.