Məhkəmə qərarları › İş №2(102)-2147/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2147/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2147/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-2147/2024 (Açar sözlər: qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-1868/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cav abdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Məmmədova (İsayeva) İqlimə Oruc qızı ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı, digər Cavabdeh1 ilə nikahından xx.xx.2019-cu il təvəllüdlü Akif və xx.xx.2022-ci il təvəllüdlü Tamerlan adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)2192/2017 saylı qətnaməsi ilə iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli, 221 nömrəli nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması və iddiaçıdan aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin alınaraq birinci cavabdehə verilməsi qət edilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)591/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan 2 uşağının saxlanılması üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində alimentin tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir.

3. Hazırda iddiaçı hər iki cavabdehə münasibətdə tutulmalı olan aliment miqdarının 1/4 hissə qədər azaldılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1749/23 saylı, 11 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-c i il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(005)- 591/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/8 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid h issədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.

6. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-1868/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(004)-1749/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiy a Məhkəməsinin 2(103)-1868/2024nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

9. Digər Cavabdeh1 qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə.

12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər ü zrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

16. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min man atdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, ka ssasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

18. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir.

19. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iş alimentlə bağlı iddia olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin hər bir cavabdehə münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti MPM-nin 112.1.3-cü maddəsinə əsasən beş min manatdan azdır. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əmək haqqı məbləği 4.854 manat olmaqla, məhkəmə qətnamələri ilə hər bir cavabdehə onun 1/3 hissəsi, yəni təxminən 1.618 manat miqdarında aliment ödənilir. Hazırki qətnamə ilə isə həmin alimentin miqdarı azaldılaraq ¼ hissə, yəni 1.213 manat təşkil edir. Azalan məbləğ 404 manat təşkil etdiyindən AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən bu iddianın qiyməti hər bir cavabdehə münasibətdə 1 illik ödəmənin məcmusu ilə müəyyən edilərək mübahisələndirilən hissə 404x12 ay=4854 manat təşkil edir. Bu məbləğ isə AR MPM-nin 402.1 maddəsində nəzərdə tutulan 5.000 manat həddini keçmir.

20. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olması), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(103)-1868/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar