Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2148/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXCavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2148/21 (Açar sözlər: depozitə qoyulmuş pul vəsaitinin sığortalanmış hesab edilməsi, kompensasiya ödənilməsi, vaxtı çatmış kredit öhdəliyinin mövcudluğu ) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğl unun iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul vəsaitinin sığortalanmış hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6608/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 ASC arasında 30.09.2016-cı il tarixində N70 260319-24 saylı və N70260319-26 nömrəli bank əmanət müqavilələri (Göy Əmanət) bağlanmış və bu müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı 1.212.592,00 (bir milyon iki yüz on iki min beş yüz doxsan iki) və 1.300.000,00 (bir milyon ü ç yüz min) AZN məbləğində pul vəsaitini illik 14% dərəcəsi ilə banka əmanət qoymuşdur.
2. Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 02 mart 2016-cı tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanmış hesab edilmişdir.
3. İddiaçı cavabdeh bank arasındakı müqavilə 11 ay müddətinə bağlanılmış və həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. a) İş üzrə birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, depozit hesabında olan 2539393,08 manat məbləğində pul vəsaitinin sığortalanmış hesab edilməsi və qorunan əmanətlər çərçivəsində depozit hesabında olan 2539393,08 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Maliyyə Bazarlarına Nəzarət X1 23.12.2017ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin lisenziyası ləğv edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir.
6. İddiaçı Cavabdeh1 ASC-də olan tam qorunan əmanətinin əvəzləşdirilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq qaydada müraciət etsə də, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.
7. Tərəflər arasında bağlanılan 25 dekabr 2015-ci il tarixli 157/1-AZN nömrəli Girov müqaviləsinə əsasən girov qoyulmuş depozitin məbləği 1.300.000,00 (bir milyon üç yüz min) AZN təşkil etmişdir. Daha sonra 20 may 2016-cı il tarixdə Girov müqaviləsinə əlavə saziş bağlanılmış və girov qoyulmuş depozitin məbləği 1.212.592,00 (bir milyon iki yüz on iki min beş yüz doxsan iki) manat təşkil etmişdir. Həmin məbləğlər bloklaşdırılmışdır.
8. Hazırda iddiaçının kreditor tələblərinin qeydiyyatı barədə 23 fevral 2018-ci il tarixli qəbzə əsasən 2539393,08 manat kredit tələbi qeydə alınıb.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 540.1, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 25.1.4, “Banklar haqqında” Qanunun 71.3, 78.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaya etiraz olaraq göstərib ki, 01.10.2016-ci il tarixl i əmanət müqavilələrinə əsasən İddiaçı Cavabdeh1 ASC-də əmanət yerləşdirmişdir. Həmçinin iddiaçı ona məxsus olan əmanəti kredit müqaviləsi üzrə təminat kimi qeydə aldırmışdır. Sözügedən əmanət iddiaçının bank qarşısında öhdəliklərinin təminatı olduğu üçün “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsinə müvafiq olaraq qorunmayan əmanət statusuna aid edilmişdir. Belə ki, həmin normaya əsasən bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanət hesab edilmirlər.
11. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək kredit borcu ilə əmanətinin əvəzləşdirilməsini xahiş etmiş, məhkəmənin 03 iyul 2018-ci il tarixli 2(006)-2987/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya mə hkəməsi iş üzrə icraata xitam vermiş, iddiaçıya izah etmişdir ki, iddia ərizəsində göstərilən tələblərlə bağlı Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. 12. 01 oktyabr 2017-ci il tarixində Əmanət müqaviləsi üzrə müddət bitmiş və müqaviləyə müvafiq olaraq müddət 1 il müddətinə müqavilə şərtlərinə müvafiq olaraq 16% dərəcəsi ilə uzadılmışdır. Sözügedən Əmanət müqaviləsində göstərilmişdir ki, müqavilənin 5.2-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanu nunun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib. Sözügedən Əmanət müqaviləsinə müvafiq olaraq müddət bitdiyi üçün müqavilənin müddəti uzadılmış və müqavilədə müəyyən edilmiş qaydada 4,5 % dərəcəsi təsdiq edilmişdir. Odur ki, hazırkı Əmanət Müqaviləsi “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinin təsirinə düşməmiş və qorunan əmanət statusunda olmamışdır.
13. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı, 01 iyul 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə "Cavabdeh1" ASC arasında bağlanmış 30.09.2016-cı il tarixli, 70260319-24 nömrə li və 30.09.2016-cı il tarixli, 70260319-26 nömrəli müqavilə üzrə cəmi 2 539 393,08 manat məbləğində pulun cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Solmaz Mustafayeva)
14. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə ləğv prosesində olan "Cavabdeh1" ASC arasında 30.09.2016-cı il tarixli N 70260319-24 nömrəli və 30.09.2016-cı il tarixli N 70260319-26 nömrəli bank əmanəti (“Göy Əmanət”) müqavilələri bağlanmışdır. N 70260319-24 nömrəli müqaviləyə əsasən, bank əmanətçidən daxil olmuş ******* manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 14 faiz dərəcəsi ilə ödəməyi öhdə sinə götürmüş, N 70260319-26 nömrəli müqaviləyə əsasən isə bank əmanətçidən daxil olmuş ******* manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 14 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilə 12 ay müddətinə bağlanmışdır.
15. Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət X1 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə Cavabdeh1 ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq 22 dekabr 2017-ci il Cavabdeh1 ASC-də sığorta hadisəsi günü olmuşdur. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasənda Bak ı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası "xxxx" ASC-yə qarşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 2017-ci il 27 sentyabr tarixli məktubla banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 2017-ci il 19 oktyabr tarixli məktubla Fonda məlumat vermişdir
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, sığorta hadisəsi baş verənədək id diaçı ilə Bank arasında bağlanmış əmanət müqavilələrində illik faiz dərəcəsinin yuxarı həddi 14% müəyyən edilmiş, beləliklə də iddiaçının qeyd edilən əmanəti tam sığortalanmaqla qanunvericiliyin qeyd edilən tələblərinə əsasən tam qorunan (sığortalanmış-kompensasiya edilən) əmanət hesab olunmuşdur.
17. Məhkəmə mövqeyini Mülki Məcəllənin 944.1, 950.1, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1, 2.1.2, 2.1.3, 2.1.11, 4.1.4, 8.1.20, 25.1.4, 26.2, 27.2, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3, 4.1, 5.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
18. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Ape llyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçının əmanətləri “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinin təsiri altına düşməmiş və qorunan əmanət statusunda olmamışdır. Nəzərə alınmalıdır ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 20. “Əmanətlərin tam sığortalanması” haqqın da Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılınası barədə müraciət daxil olmamı şdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11932/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul vəsaitinin sığortalanmış hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmamış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manatın İddiaçı alınaraq Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
22. Apellyasiya məhkəməsi işin işin müb ahisələndirilməyən halları kimi müəyyən edib ki, iddiaçı ilə cavabdeh bank arasında 30.09.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti müqavilələri (Göy Əmanət) bağlanılmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən banka 12 ay müddətinə 1 212 592 manat və 1 300000 manat əmanət yerləşdirilmiş, bank əmanətləri qəbul edərək müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğlərini əmanətçiyə qaytarmağı və illik 14 faiz ödəməyi öhdəsinə götürmüş, Maliyyə Bazarlarına Nəzarət X1 23.12.2017-ci il tarixli qərarı ilə bankın lisenziyası ləğv olunaraq barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Sözügedən əmanət məbləğləri bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulmuş, əma nət müqavilələri üzrə 2 539 393,08 manat təşkil edən hesabda qalıq vəsaitləri kreditor tələb kimi bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır.
23. Apellyasiya məhkəməsi onu da müəyyən edib ki, İddiaçı“Əmanətlərin sığortalanması Fondu”na qarşı əvvəllər də iddia qaldıraraq müvafiq əmanət məbləğinin banka olan kredit öhdəliyi ilə əvəzləşdirilməsini istəmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2018-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək işin icraatına xitam verilmişdir.
24. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, iddiaçının banka yerləşdirdiyi əmanət məbləğləri üzrə faiz d ərəcəsi sonradan 16%-ə artırılmış, bununla da əmanət qorunmayan əmanət statusunda olmuşdur. Digər tərəfdən iddiaçının əmanət məbləğlərinin bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulduğu işin mübahisələndirilməyən halıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsinə görə isə, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
25. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının əmanətləri kompensasiya olunmayan (sığortalanmayan) əmanətlər olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivə sində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca, Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir.
26. Apellyasiya məhkəməsi xüsusilə vurğalyıb ki, “Cavabdeh1 ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri (həmçinin geri qaytarılmalı olan kreditlər) hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o deməkdir ki, iddiaçının əmanət məbləğlərinin sığortalı əmanət kimi qiymətləndirilməsi, onu digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir.
27. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 944.1, 947.2, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci və 2.1.2.6, 2.1.3, 8.1.20, 26.2, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1, 4.2, “Banklar haqqında” Qanunun 77 və 82-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
28. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya instansiyası tərəfindən maddi və prosessual qanun pozuntularına yol veriləməsinə istinad edilib.
30. Azərbaycan Respublik ası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2040/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11932/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
31. Kassasiya instansiyası məhkəməsi qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Banka yerləşdirdiyi əmanət məbləğləri üzrə faiz dərəcəsinin sonradan 16%-ə artırıldığı və bununla da əmanətin qorunmayan əmanət statusunda olduğu barədə halı müəyyən edərkən iddiaçının özünün bununla bağlı izahatına, habelə tərəflər arasında daha əvvəl mövcud olmuş məhkəmə aktları ilə müəyyən edilmiş hallara istinad etmişdir. Lakin işə baxılarıkən id diaçı tərəfindən belə məzmunda şifahi və ya yazılı izahat verilməmiş, qeyd olunan dəlil yalnız Fondun iddiaya etirazlarının əsaslarından birini təşkil etmişdir.
32. İddiaçı müqavilənin 14 faiz dərəcəsi ilə bağlandığına və buna görə də qorunan əmanət olduğuna istinad etsə də, Fond müqavilə müddəti bitdikdən sonra onun eyni şərtlərlə, lakin 16 faiz dərəcəsi ilə avtoprolonqasiya olunduğunu iddia etmişdir. Belə olan halda, müqavilə müddətinin uzadıldığını, həm də Fondun iddia etdiyi faiz dərəcəsi ilə uzadıldığını, o cümlədən həmin vaxt Bankda qüvvədə olan faiz dərəcəsinin 16 faiz olduğunu sübut etmək yükü Fondun üzərində olmuşdur. Fond yalnız o halda bu faktı sübut etmək yükündən azad edilə bilərdi ki, iddiaçı həmin faktı yazılı etiraf etmiş olardı.
33. Kassasiya instansiyasını mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini eyni zamanda iddiaçının əmanət məbləğlərinin Bankdan götürülmüş kreditin təminatı olaraq girov qoyulduğunun işin mübahisələndirilməyən halı olması və "Əmanətlərin sığortalanması haqqında" Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq bu halın iddianın təmin edilməsinə yol vermədiyi ilə əsaslandırsa da, iddiaçının Bankla olan kredit münasibətlərinin məzmunu, həcmi və mövcud vəziyyəti apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6608/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3111/2019 saylı, 01 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən, məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev)
35. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında əmanət məbləğləri üzrə faiz dərəcəsinin sonradan 16 faizə artırılması ilə bağlı məsələnin araşdırılması barədə göstərişi üzrə sorğu vermiş, sorğuya cavab olaraq təqdim edilmiş 14.10.2020-ci il tarixli Arayış və ona əlavə olunan sənədlərə əsasən müəyyən edib ki, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni 30.09.2017-ci il tarixdə qorunan əmanətlər üzrə faiz dərəcəsi 14,20 faiz olmuşdur.
36. Apellyasiya instansiyası qeyd edib ki, 30.09.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti müqavilələri (Göy Əmanət) bağlanarakən qəbul edilmiş əmanətlər “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa və X2 Qərarına əsasən (Cəlb olunan günə X2 16 sentyabr 2016-cı il tarixli Qərarına əsasən qorunan əmanətlər üçün faiz dərəcəsi milli valyutada 15% olmuşdur) qorunan əmanətlər olduğundan, həmçinin müqavilələrin 5.2-ci bəndinə əsasən müqavilə müddətinin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilməsi əvvəlcədən razılaşdırıldığından, müqavilə müddəti bitdikdən sonra onların eyni şərtlərlə avtoprolonqasiya olunduğu gün, yəni 30.09.2017-ci il tarixdən sonra da əmanətlər qorunan əmanət statusunu itirməmişlər.
37. Apellyasiya instansiyası Ali Məhkəmənin qərarında qeyd edilən digər göstəriş üzrə isə müəyyən edib ki, “xxxx” MMC-nin 15.12.2017-ci il tarixə (sığorta hadisəsi baş verən tarixə ) əsas borcu: 5.299,988,44 AZN, Faiz borcu:16.802,36 AZN təşkil edir və hazırkı iş üzrə İddiaçı zamin olduğu “xxxx” MMC-yə öhdəlik icra edilməyib. İddiaçı ilə cavabdeh bank arasında bağlanmış 30.09.2016-cı il tarixdə N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti müqavilələrinin (Göy Əmanət) 3.5-ci bəndinə əsasən kredit xətti və kredit üzrə əmanətçinin əmanət hesabında yerləşdirilən pul vəsaiti Bank tərəfindən girova götürülüb və “ açara” qoyulub.
38. Bununla da apellyasiya instansiyası müəyyən edib ki, iddiaçının qoyduğu əmanət faiz dərəcəsinə görə qorunan əmanət statusunu itirməsə də, 30.09.2016-cı il tarixli N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti müqavilələrinin (Göy Əmanət) 3.5-ci bəndinə əsasən kredit xətti və kredit üzrə əmanətçinin əmanət hesabında yerləşdirilən pul vəsaiti Bank tərəfindən girova götürülərək “açara” qoyulduğundan və iddiaçının zamin olduğu öhdəlik isə icra edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti ilkin kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. Əlavə olaraq şikayətdə göstərilib ki, əmanət hesabındakı pul və saitinin üzərində “açar” qoyulmasına istinad etməklə apellyasiya məhkəməsinin iddianı rədd etməsi barədə gəldiyi nəticə əsaslı deyil. Halbuki əmanət hesabındakı pul vəsaitinin üzərinə məhz kredit öhdəliyinə görə “açar” qoyulub. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
41. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
43. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhk əmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanun Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
45. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə əməl edərək hazırki iş üzrə kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərinə əməl etməklə (hazırki qərarın 35-38-ci bəndləri) qanuni nəticəyə gəlmişdir.
48. İddia tələbi depozitə qoyulmuş pul vəsaitinin sığortalanmış hesab edilməsi və qorunan əmanətlər çərçivəsində 2539393,08 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması barədədir.
49. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da ondan ibarətdir iddiaçının qoyduğu əmanət faiz dərəcəsinə görə qorunan əmanət statusunu itirməsə də, 30.09.2016-cı il ta rixli N 70260319-24 saylı və N 70260319-26 saylı “Bank əmanəti müqavilələrinin (Göy Əmanət) 3.5-ci bəndinə əsasən kredit xətti və kredit üzrə əmanətçinin əmanət hesabında yerləşdirilən pul vəsaiti Bank tərəfindən girova götürülərək “açara” qoyulduğundan və iddiaçının zamin olduğu öhdəlik isə icra edilmədiyindən iddia tələbi təmin oluna bilməz. Çünki iddiaçının zamin olduğu “xxxx” MMC-nin 15.12.2017-ci il tarixə (sığorta hadisəsi baş verən tarixə) 5.299988,44 manat əsas, 16802,36 manat faiz borcu vardır.
50. Bu baxımdan, işin müəyyən edilmiş halına, yəni sığorta hadisəsi baş verdiyi günə iddiaçının cavabdeh bank qarşısında vaxtı çatmış öhdəliyi olması halına uyğun olaraq, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsi düzgün tətbiq edilmişdir. Çünki qeyd edilən maddi hüquq no rmasının dispozitiv şərti işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6608/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.