Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-215/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi, deilkt öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərə görə pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5346/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinə 21 y anvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı övladı – X3 xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, x kəndində elektrik cərəyanının təsiri nəticəsində vəfat etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-106/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “i ddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi Rayon Məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən (bundan sonra “cavabdeh”) mənəvi zərərə görə 35000000 manat kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bu hadisə nəticəsində canının bir parçası, gözünün ağı-qarası oğlunu gənc yaşında itirmişdir. Bir ana üçün öz övladının ölümünə şahidlik etmək qədər ağır bir faciə ola bilməz. Yaşlı vaxtında balasına bağladığı ümidləri bu hadisə ilə bir andaca məhv olmuşdur.
5. Onlar Xaçmaz rayonu, x kəndindəki evdə yaşamışlar. İddiaçı 2 qızını gəlin köçürmüş, onlar öz ailələri ilə birlikdə ayrı yaşayırlar. İddiaçının arzusu olmuşdur ki, bircə ən kiçik övladı, son beşiyi Yaqubun da ən xoş günlərini görmədən bu dünyadan köçməsin. Bu yaşında oğlunu itirməklə çəkdiyi əzab-əziyyətlər iddiaçını davamlı sarsıdır. Həyat eşqi sönmüş, sanki həyatının mənasını itirmişdir. Oğlunu min-bir əzabəziyyətlə böyüdüb boyabaşa çatdırmış, lakin önündə olan sevincli, xoş günlərini, toyunu, övladlarını görmədən onu itirmişlər. Bu iddiaçıya sözlərlə əvəz edə bilməyəcəyi dərəcədə əzab verir. Oğlu vətənə borcunu verərək əsgərlik xidmətindən qayıtdıqdan sonra əzab əziyyətlə, fəhləlik etmişdir. Yay aylarında gilas bağlarında meyvə yığmaqla öz halal zəhməti ilə pul qazanaraq onlara, yəni yaşlı ata-anasına baxmışdır.
6. Oğlunun ölməsinə görə Xaçmaz rayon prokurorluğunda araşdırma aparılmış cavabdehin işçisi məculiyyətə cəlb edilmişdir. İttihama əsasən təqsirləndirilən şəxs X4 "xxxx" Aç ıq Səhmdar Cəmiyyətinin X5 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyərkən, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmiş şəxs kimi Xaçmaz rayonu, x kənd sakini X2 məxsus bağ sahəsinin həmin ərazidən keçən 10 kvluq RTS Hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər, yəni texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac budaqların kəsilməsini təşkil etməməklə "Elektrik qurğularının quraşdı rma qaydalan 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və "Elektrik stansiyaları və şəbəkələrin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19-cu bəndlərini tələblərini pozduğuna görə 16 iyun 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz rayonu, x kənd sakini X1 həmin gilas bağında ağacın yuxarı hissəsində olan meyvəni yığmaq məqsədilə dəmir konstruksiyalardan hazırlanmış hündürlüyü 6 metr olan nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində "elektrik nişanələri" xəsarətləri alaraq ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olmuş, bununla da, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyindən səhlənkarlıq etmiş, əməli ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən və ittihamdan görünür ki, hadisə cavabdehin əməkdaşının təqsiri ucbatından baş vermişdir.
7. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Oğlunu belə bir səhlənkar hadisə üzündən itirmək və baş verən hadisəni hər keçən gün xatırlamaq iddiaçının mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün ən əziz olan, sevincini, kədərini paylaşdığı, gecələri yatmayıb sabaha qədər yuxusuz gecələrini verdiyi insanı iti rmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab verir. Bu hadisə iddiaçını dərindən sarsıdır, yaşama sevincini əlindən alıb, psixoloji cəhətdən ona çox böyük təsir edir. İndi iddiaçının yanında olmalı olan övladının hiss etmək istədiyi sevgisini ala bilməməsi acizliyini hiss etdirir, onu çox sarsıdır. Heç bir valideyn övladını belə faciəvi şəkildə itirməməlidir. Səhlənkarlığın və məsuliyyətsizliyinin əvəzini cavabdeh ödəməlidir.
8. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və onun bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan stress, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 10 96, 1097 və 1099.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdehin nümayəndəsi tələb edilən məbləğin ağlabatan olmamasını bildirmiş, heç bir dəlil göstərmədən iddianını rədd edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(006)2455/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən mənəvi zərərə görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Nail Abbasov)
12. Birinci instansiya məhkəməsi məhkəmənin qanunu qüvvəyə minmiş hökmünə əsasən müəyyən etmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yeganə oğlu ölmüşdür. İddiaçı oğlunun ölümü nəticəsində mənəvi sarsıntı keçirmişdir.
13. Birinci instansiya məhkəməsinin mövq eyinə görə iddiaçının hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan stress, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.
14. Birinci instansiya məhkəməsi işin halları və qanunvericilik normlarına əsasən hesab etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının oğlunun ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 35000000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınmaqla 30000 manat məbləğində müəyyən edilməlidir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyan məbləği ins anın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23, 1096, 1097.1, 1099-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair ” 24 aprel 2020-ci il tarixli Qərarları, və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış fay danın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret hal da belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.Nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şə raitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminat tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə, onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsus i bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqd irdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həm in Qərarla belə nəticəyə gəlinmişdir ki, “ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir” Göründüyü kimi, məhkəmə zərəri və zərərin məbləğini müəyyən edərkən bir çox yuxarıda qeyd olunan məsələləri eyni zamanda nəzərə almalı və tətbiq etməlidir. Laki n tutulan məbləğin miqarı onu deməyə əsas verir ki, məhkəmə, həmin məsələləri sadalamış, lakin nəzərə almamışdır. Bununla da maddi hüquq normasının pozuntusuna yol vermişdir. Bundan başqa, zərərin məbləği müəyyən edilərkən, məhkəmələr bütün hallarda tərəflərin kimliyini, maddi vəziyyətlərini nəzərə alırlar. Hazırda zərər ola bilsin ki, hüquq şəxsdən tutulduğu üçün məhkəmə belə böyük məbləğin tutulmasını qət etmişdir. Lakin nəzərə alınmalıdır ki, yekunda həmin məbləği işçi işəgötürənə ödəməldir. Yəni ki, bu tutulan və gələcəkdə tutulmalı olan bütün məbləği işçi ödəməlidir. Bu hal, ümumiyyətlə, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qanunla zərəri zərərçəkən özü qarşılamalıdır. Lakin qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Amma bu o demək deyil ki, zərəri vuran şəxs məsuliyyətdən azad edilir. Zərərin əvəzini ödəyən şəxs həmin zərəri zərər vuran şəxsdən tələb edə bilər. Bu hal nəzərə alındığı zaman tutulan məbləğin kifayət qədər böyük olduğu qənaətinə gəlməyə əsas verir.
19. Apellyasiya baxışında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir maddi yardım ödənilməmişdir. Cavabdehin bu işdə təqsiri yoxdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5346/2024 nömrəli, 16 oktyabr 2024-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova, Fərrux Qasımov)
21. Apellyasiya insansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, göstərmişdir ki, iddiaçının övladı olan X1 xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, x kəndində elektrik cərəyanının təsiri nəticəsində ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. İddiaçının övladının ölümündə cavabdehin işçisinin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, cavabdeh olan hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.
22. Apellyasiya insansiyası məhkəməsi iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti olmasını vurğulayaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçının öz doğma övladını (23 yaşlı tək oğlan öv ladını) itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, həyata ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Bu hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən övladının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.
23. Apellyasiya insansiyası məhkəməsi işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq bildirmişdir ki, iddiaçı mənəvi zərəri gənc 23 yaşında vəfat edən tək oğul övladının ölümünə görə tələb edir. İddiaçının hazırda 60 yaşı olmaqla, yenidən onun oğlan uşağı dünyaya gətirməsi real görünmür. Ailə, məkanında n və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir.
24. Cavabdehin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının yeganə gənc oğlunun ölümü ilə nəticələnən hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdehin əməkdaşının cavabdehin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
25. Həmçinin cavabdehin nümayəndəsi apelyasiya baxşında cavabdeh tərəfind ən iddiaçıya heç bir yardım göstərilməməsini bildirmişdir.
26. Bununla yanaşı, iddiaçının digər ailə üzvlərinin məhkəmə qaydasında mənəvi zərərlə bağlı tələbləri də olmamışdır.
27. Apellyasiya insansiyası məhkəməsinin mövqeyinə görə işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının övladının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur.
28. Apellyasiya insansiyası məhkəməsi hesab etmişdir ki, oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. Buna görə də iddianın qismən təmin edilməsi ilə bağ lı birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslıdır.
29. Apellyasiya insansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci, Cinayət Prosessual Məcəlləsinin 12.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qa nunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə ki, qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzə rdə tutulmadığından məhkəmə mənəvi zərəri müəyyən edərkən ilk növbədə hüquqazidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə alamamış və dəymiş zərərə görə 30000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını 30000 manat olmasını hər hansı konkret dəlillərlə əsaslandırmamışdır. Cavabdehin əsas missiyası ölkənin fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstə rməkdir. Cavabdeh bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən, qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla cavabdehə ölkə miqyasında strateji layihələrin həyata keçirməsinə maneçilik törətmiş olur. Hazırkı iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 30.000 manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Ali Məhkəmənin analoji işlər üzrə zərərçəkənə ödənilməli kompensasiya məbləğininin 10.000 manat və daha az miqdarda müəyyən edilməsi ilə bağlı kifayət qədər qərarları mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət d aşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həc mi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 10-cu bəndi “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri ( qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməs inin qətnaməsi yalnız birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsi üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi delikt nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi barədədir.
39. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddiaçının övladı xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, x kəndində elektrik cərəyanının təsiri nəticəsində ölüb, bu hadisədə cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü təsdiq edilib. İddiaçının övladının ölümündə cavabdehin işçisinin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, cavabdeh olan hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.
40. Məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2128-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə, eləcə də mənəvi zərərin miqdarı ilə bağlı işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin zərərin miqdarının yüksək olması barədə dəlili ilə bağlı diqqəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23- cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına da çəkir.
43. Həmin qərarda xüsusi olaraq vurğulanmışdır ki, ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.
44. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin meyralar üzrə qiymətləndirmə aparmaqla mənəvi zərərin miqdarı hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
45. Ali Məhkəmənin analoji işlər üzrə zərərçəkənə ödənilməli kompensasiya məbləğininin 10.000 manat və daha az miqdarda müəyyən edilməsi ilə b ağlı kifayət qədər qərarlarının olması barədə dəlilə gəldikdə, cavabdeh Ali Məhkəmənin hansı iş üzrə qərarına istinad etdiyini göstərməmişdir. Buna görə cavabdehin Ali Məhkəmənin analoji işlər üzrə hansı qərarını nəzərdə tutduğunu müəyyən etmək mümkün olmadığından bu dəlilə qiymət verməyə də zərurət qalmır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5346/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.