Məhkəmə qərarları › İş №2(102)-2150/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2150/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2150/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə rəyinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4198/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Usubov Həzran Əvəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən İddiaçı tələbkar Usubov Həzran Əvəz oğlunun xeyrinə 17.300 ABŞ dolları tutulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə tutma İddiaçı məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 558 “A” saylı bağ evinə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qərara alınmışdır. İcra məmurunun qərarı əsasında “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən evin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin i yun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan Usubov Həzran Əvəz oğlunun xeyrinə 17.300 ABŞ dollarının tutulmasına dair Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar tutma ona məxsus Pirşağı qəsəbəsindəki bağ evinə yönəldilərkən bağ evinin 40.000 manata qiymətləndirilməsini və s. əsas göstərməklə evin qiymətləndirilməsinə dair xx xxx 2019-cu il tarixli rəyin ləğv edilməsi və hazırkı real bazar dəyərinin nəzərə alınmaqla evin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3047/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: V.Ş.Quliyev) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şik ayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4198/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3047/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddianın qismən təmin edilib “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəl illəri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Usubov Həzran Əvəz oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında H.Usubov və vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Madd ə 7 Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8 Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qər ardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin mə ruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən evin qiymətləndirilməsi barədə rəylər arasında qiymət fərqinin olmasını, əmlakın real bazar dəyəri əsasında yenidən qüiymətləndirilməsi barədə sifarişin verilməsinin icra və probasiya orqanının səlahiyyətinə aid olmasını, həmin orqanın öz səlahiyyətləri daxilində bu fəaliyyəti lazımi qaydada həyata keçirməzsə iddiaçının onun hərəkətlərindən şikayət vermək hüququna malik olmasını əsas göstərmişdir. Kassasiya kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməs inin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Lakin işdən göründüyü kimi apellyasiya ins tansiyası məhkəməsi qiymətləndirmə rəyini ləğv edib əmlakın yenidən qiymətləndirilməsini icra və probasiya şöbəsinin səlahiyyətinə buraxarkən həmin nəticəsini hər hansı bir normaya istinad etməklə əsaslandırmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu qanunun müddəalarını nəzərə alaraq obyektin yenidən ekspert qiymətləndirməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində qanunun həmin normasının tələbini nəzərə almamış və həmin normaya zidd nəticəyə - qiymətləndirmə hesabatının ləğv edilib əmlakın yenidən qiymətləndirilməsinin həyata keçirilməsini icra və probasiya şöbəsinin səlahiyyətinə buraxmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən işin hamin hallarını nəzərə almamaqla onlara müvafiq hüquqi qiymət vermədiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməklə kassasiya şikayəti qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Usubov Həzran Əvəz oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4198/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş ye nidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar