Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 və onun vəkili x4, digər İddiaçı2, cavabdeh x2 vəkili x6 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxxxxxxxx” Sığorta ASC-yə, x5, Cavabdeh3 və 3-cü şəxs qismində “Metalkonstruksiya” zavoduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il t arixli qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxxxxxxxx” Sığorta ASC-yə, x5, Cavabdeh3 və 3-cü şəxs qismində “Metalkonstruksiya” zavoduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Tağıyeva, iş 2(006)-712/2019) iddia tələbi qismən təmin edilmiş, cavabdeh x1 10.000 manat məbləğində pulun iddiaçıl ar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və Ş.Məhərrəmova, iş № 2(103)12603/2019) cavabdehlər x7 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(006)-712/2016 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçının vəkili x8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh x2 vəkili x9 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya insta nsiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “x14” ASC və "xxxxxxxxx” MMC arasında bağlanmış 09 mart 2017-ci il tarixli, 0189/17 №-li "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” ilə iddiaçıların oğlu Elsevər İsmayılov icbari qaydada sığortalanmışdır. Sığortalı “xxxxxxxxx” MMC E.İddiaçı1 16.10.2017-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölməsi barədə sığortaçıya məlumat vermiş və bu məlumat əsasında sığorta ödənişinin təyin edilib həyata keçirilməsi üçün zəruri sənədlər toplanmış, sığorta ödənişi verilməli olan, yəni faydalanan şəxslərin dairəsi müəyyən edilmişdir. Bu hadisə üzrə aparılan sığorta araşdırmasının yekununda sığorta olunanın öldüyü hal üçün sığorta olunanın himayəsində olmuş 22.08.2013-cü təvəllüdlü qızı Sevgi İsmayılova və uşağa qulluq etməklə məşğul olan ölmüş sığorta olunanın arvadı Samirə İsmayılova faydalanan şəxs sayılmışlar və məhrum sığorta olunanın faydalanan şəxslərinə birdəfəlik sığorta ödənişi hesablanmış və ödənişin verilməsi haqqında 11 yanvar 2018-ci il tarixli, C-CPA 0001/2018 №-li sığorta aktı tərtib edilmişdir. Həmin akta əsasən ümumilikdə 45858.97 AZN məbləğində birdəfəlik sığorta ödənişi faydalanan şəxs iş üzrə cavabdeh Samirə İsmayılovaya ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, 922.2, 926.1-ci, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin it irilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1, 13.2, 5.1, 5.2-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddələrini tətbiq etmişdir. İddiaçı1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hal larından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci bəndinə əsasən, sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. “xxxxxxxxx” MMC və “x14” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” müqaviləsinin 3-cü maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunan eyni zamanda sığorta ödənişi verilməli olan faydalanan şəxsdir. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər faydalanan şəxs kimi tanınır: -sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; sığorta olunanın ölümündən sonra doğul muş uşağı; sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən, sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərindən biri, arvadı və ya digər ailə üzvü; sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; sığorta hadisəsi nəticəsində sığorta olunanın öld üyü halda aşağıdakı şəxslər: sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin qanunun 5.2-ci maddəsinə əsasən, bu qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 18 yaşına çatmamış uşaqlar; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlildirsə; bu qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. İş materiallarına əlavə edilmiş C-CPA 0001/2018 saylı sığorta aktına əsasən, məhrumun həyat yoldaşı x3 faydalanan şəxs və qulluğa görə 18498.56 manat və 27360.41 manat məbləğində sığorta ödənişi verilmişdir. E.İsmayılov üçün müəyyən edilmiş 67368.15 manat sığorta məbləği, “İstehsalatda bədbəxt h adisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.15-ci maddəsinə görə sığorta məbləği - icbari sığorta — müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Bu anlayış o mənanı ifadə edir ki, Sığorta - baş vermiş sığorta hadisəsi üzrə müəyyən edilən faydalanan şəxslərə ödəyəcəyi sığorta ödənişi həmin məbləğlə məhdudlaşır. Beləliklə yuxarıda göstərilənlərə əsasən Elsevər İsmayılovun arvadı və azyaşlı qızı onun öldüyü hal üçün faydalanan şəxsləri sayılmış və həmin şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada birdəfəlik sığorta ödənişi hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaş ına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Kollegiya qeyd edir ki, qeyd olunan qanunun tələblərinə əsasən, sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günəd ək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər faydalanan şəxslər hesab olunur. Bununla əlaqədar olaraq kollegiya tərəfindən iddiaçılara faydalanan şəxs qismində kompensasiyanın alınması üçün “x14” ASC-yə müraciət olunması tövsiyyə olunmuşdur. Lakin, “x14” ASC tərəfindən verilmiş 24.10.2019-cu il tarixli və 25.10.2019-cu il tarixli məktublarına əsasən, iddiaçılar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7 və 8-ci maddələrinə uyğun olaraq pensiya yaşına çatmadıqlarından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Belə ki, iddiaçılar ASC-yə müraciət edərkən pensiya deyil, müavinət almalarına dair sənədləri təqdim etmişlər. İddiaçı2 xx.xx.1961-ci il təvəllüdlü, İddiaçı1 isə xx.xx.1961-ci il təvəllüdlü olduqlarını və pensiya y aşına çatmadıqlarını nəzərə alaraq kollegiya hesab edir ki, “x14” ASC haqlı olaraq sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmi şdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nət icələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2019-cu tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2153/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2153/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver