Məhkəmə qərarları › İş №2(102)-2154/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2154/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2154/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə və «X10» MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5049/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 dekabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh1 İKB ASC ilə «X10» MMC arasında bağlanmış 25.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 36 ay müddətinə, illik 16 faiz olmaqla, 2.300.000 manat məbləğində kredit verilmişdir.

2. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi 25.11.2014-cü il tarixli sonrakı girov müqaviləsi ilə «X» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşın daxil olmaqla «X10» MMC-yə məxsus 72 adda nəqliyyat vasitəsi Cavabdeh1 İKB ASC-nin xeyrinə girov qoyulmuşdur.

3. «X10» MMC ilə İddiaçı arasında 08.12.2016-ci il tarixli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC «X» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşını müvəqqəti istifadə hüququ ilə İddiaçı vermişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2017-ci il tarixli qətnaməsi ilə “X10” MMC-dən Cavabdeh1 İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetləri: “X10” MMC-yə məxsus, ilkin satış qiyməti 63.000 manat olan «X» markalı, **JF-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «FAW» markalı, **JO-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «X» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «X» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «X» markalı, 90- JR626 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «X» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 370.000 manat olan «X» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 170.000 manat olan «B-100» markalı, xxxxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «xxx» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «xxx» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 67.000 manat olan «xxx» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 4.000 manat olan «xxx» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «xxx» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «xx» markalı, ** -ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «xxx» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «xxxx» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 173.000 manat olan «xxxx» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «xxxx» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «DAF» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi furqon refrejerat olan, «Lambert» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 50.000 manat olan «DAF» markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi bortlu tentli olan, «Schmitz» markalı, **-ZH*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 65.000 manat olan «DAF » markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi bortlu tentli olan,«Fliegh» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «xxx» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «xxx» markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «xxx» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «BMC» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 50.000 manat olan «SCANİA 144L» markxxx*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi furqon refrejerat olan, «PACTON T3 002»markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 47.000 manat olan «RENAULT PREMİUM 450» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlıyə hərli dartıcı və tipi tentli furqon olan, «ŞAMPO ST39PJPA» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «DAF» markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi tentli furqon olan, «SCHMİTZ SCS» markalı, 10-ZH985 dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Mercedes-Benz Sprinter» markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «HOWO ZZ3257N3847W» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 63.000 manat olan «MAN» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və tipi özüboşaldan olan, «NFP Eurotrailer yarımqoşqu» markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 125.000 manat olan «Temsa Safari SD» markalı, xxxx dövlət qeydiyyat niş anlı, ilkin satış qiyməti 150.000 manat olan «R360LC-7A» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes-Benz Sprinter» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Mitsubishi Pajero» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 30.000 manat olan «Range Rover» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 43.000 manat olan «Mercedes Benz E 200» markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 30.000 manat olan «Mercedes Benz GL 450» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 32.000 manat olan «RANGE ROVER» markalı, **-PS*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 32.000 manat olan «Chevrolet Traverse» markalı, **-PU-*** dövlət qeydiyya t nişanlı, ilkin satış qiyməti 55.000 manat olan «Lexus LX 570» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 11.000 manat olan «Honda ACCORD» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «Hyundai County» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Lexus LX 470» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «X16 Prado» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 22.000 manat olan «Volkswagen Passat CC» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «Mercedes Benz-ML 350» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 21.000 manat olan «Mercedes Benz E350» markalı, **-PZ-*** dövlət qeydiyyat niş anlı, ilkin satış qiyməti 20.000 manat olan «Mercedes Benz-C200» markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 19.000 manat olan «KİA Sportage» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 14.000 manat olan «X12» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 20.000 manat olan «İnfiniti FX-35» markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Shacman SX3251DM384» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Shacman SX3251DM384» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 65.000 manat olan «Porsche Panamera» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 21.000 manat olan «Mercedes C 300» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, i lkin satış qiyməti 20.000 manat olan «Volkswagen Passat» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes Benz s 350» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 28.000 manat olan «Lexus İS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 25.000 manat olan «Mercedes Benz s 350» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 39.000 manat olan «Mercedes Benz GL450» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 15.000 manat olan «Mercedes Vito» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 80.000 manat olan «X6» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «Mercedes Viano» markalı, **-AF-*** dövlət qeydiyyat nişanl ı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti20.000 manat olan «X14» markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 18.000 manat olan «Mercedes Benz ML 350» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 38.000 manat olan «HOWO ZZ3317N3867W» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 23.000 manat olan «Mercedes Benz C300» markalı, ** AL *** dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 35.000 manat olan «Ekskavator Yükləyici HMK102B» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 60.000 manat olan «X3» markalı, xxxx dövlət qeydiyyat nişanlı, ilkin satış qiyməti 42.000 manat olan «Daewoo BS090» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı və ilkin satış qi yməti 14.000 manat olan «X14» markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, ipoteka predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən Cavabdeh1 İKB ASCyə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin ilkin iddia üzrə cavabdeh “X10” MMC-yə qaytarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, “X10” MMC-nin 25 noyabr 2014-cü il tarixli, xxxx saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İKB ASC-yə olan əsas borcundan 120.118,48 manat silinməsi qət edilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə «X10» MMC-nin adına qeydiyyatda olan «Lexus İS250» markalı ** AD *** dövlət qeydiyyat ni şanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı, 11.10.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi qət edilmişdir.

6. İş materiallarından görünür ki, AD seriyalı, 161120 nömrəli X2 Şəhadətnaməsinə əsasən İddiaçı “xxx” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012, qara rəngli, JTHCF5C23C5059152 ban nömrəli nəqliyyat vasitəsinin idarə edilməsi üçün 01.03.2018-ci texniki pasport verilmişdir.

7. İddiaçı “xxx” markalı, buraxılış ili 2012, qara rəngli, xxxx ban nömrəli nəqliyyat vasitəsini 01.03.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 22.000 (iyirmi iki min) manata X1 və sonuncuya 01.03.2018-ci il tarixli texniki pasport verilmişdir.

8. Daha sonra, X9 “xxx” markalı, buraxılış ili 2012, qara rəngli, xxxx ban nömrəli nəqliyyat vasitəsini 24.04.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 26.350 (iyirmi altı min üç yüz əlli) manata "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 İKB ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə və «X10» MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, c avabdehlər Cavabdeh1 İKB ASC ilə «X10» MMC arasında bağlanmış «Lexsus 1S250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair 25.11.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1175/2018 saylı, 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər «X10» MMC-yə və Cavabdeh1 İKB ASC-yə qarşı «avtomobilin üzərindən məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası təmin edilərək, «X10» MMC-nin adına qeydiyyatda olan «Lexsus İS250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı 11.10.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyy ət qanunsuz hesab edilmiş və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyət götürülmüşdür. Məhkəmə onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi avtomaşına mülkiyyət hüquqlarının yaranması və qoyulmuş məhdudiyyətin onun mülkiyyətçi hüquqlarını pozmasını müəyyən etdiyindən, yuxarıdakı qətnamə çıxarılmışdır. Cavabdehlər Cavabdeh1 İKB ASC ilə «X10» MMC arasında «Lexsus İS250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair 25.11.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlansa da, müqavilə notariat qaydasında təsdiqlənməmiş və qeydiyyata alınmamışdır. Avtomobilə dair məhdudiyyətin məktuba əsasən qoyulması da ipoteka müqaviləsinin qeydiyyata alınmadığını təsdiq edir. Qanunun tələbinə əsasən mübahisəli ipotek a müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və etibarlılığı halında belə onun qüvvəyə minməsi üçün Dövlət qeydiyyatına alınması zəruri idi. Lakin göründüyü kimi, etibarsız ipoteka müqaviləsi qeydə alınmamış və qeydiyyat orqanı X2 şəhadətnaməsində avtomobilin Cavabdeh1 İKB ASC-nin və ya hər hansı digər şəxsin xeyrinə yüklü edilməsinə dair xüsusi qeyd etməmişdir. Onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi Lexsus İS250 markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüquqları yaranmışdır. Həmin avtomaşının ipoteka ilə yüklü edilməsinə dair mübahisəli müqavilə notariat qaydasında təsdiq edilmədiyindən, Mülki Məcəllədə müəyyəmləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsız olmuşdur. 12. 01 may 2019-cu il tarixdə iddiaçı məhkəməyə i ddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək MPM-nin 53-cü maddəsinə əsasən cavabdehlər Cavabdeh1 İKB ASC ilə «X10» MMC arasında bağlanmış Lexsus İS250 markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair 25.11.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1410/2019 saylı, 03 iyun 2019cu il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASCyə və «X10» MMC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinə dair hüquqi proses lər barəsində «X10» MMC, X7 və X5 müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. “Müqavilə azadlığı” prinsipi çərçivəsində «X10» MMC, X7 və X11 tam sərbəst iradəsi ilə hərəkət etmiş, mübahisələndirilən ipoteka müqaviləsini bağlamışdır. Mübahisələndirilən müqavilənin digər tərəfi olan Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun olmadığı kimi, həm də ədalətli deyildir.

15. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 12.04.2004-cü il tarixli Qərarında da göstərilir ki, “...Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır».

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbləri işin müəyyən edilmiş halları ilə təkzib olunduğundan təmin oluna bilməz. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ə dalətli və qanunidir.

17. Məhkəmə hesab edir ki, sözügedən avtomaşına dair Cavabdeh1 İKB ASC-nin «X10» MMC, X8 və X11 arasında bağlanmış ipoteka müqaviləsinin notarial qaydada rəsmiləşdirilməməsi həmin müqavilənin etibarlılığına təsir göstərə bilməz. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir..

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 324, 337-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermi şdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-10456/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1410/2019 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, İddiaçı cavabdeh “X10” MMC-yə qarşı əsassız varlanma tələbi ilə məhkəməyə müraciət edərək avtomobil üçün ödədiyi 38 min manat pul vəsaitini və çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ izah edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi “X10” MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış 25.11.2014-cü il tarixli, 6-BİZ-7-0-2311-14 nömrəli girov müqaviləsi iddiaçının maşını əldə etməsindən xeyli əvvəl bağlanmış, həmin müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir, bu səbəbdən müqavilənin etibarsızlığı üçün əsaslar yoxdur.

22. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, “X10” MMC-dən Cavabdeh1 İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetlərinə, o cümlədən iddiaçının aldığı «Lexus İS250» markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobilə yön əldilməsi, həmin maşının hərracda satılaraq Cavabdeh1 İKB ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Beləliklə, Məhkəmə kollegiyası rayon məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi müəyyən edildiyindən hazırkı iddia tələbi təmin edilməməlidir.

24. Bununla belə Kollegiya qeyd edir ki, cavabdeh “X10” MMC həmin avtomobilin ipoteka predmeti olduğunu bildiyi halda iddiaçıya satmışdır, iddiaçı qeyd edir ki, həmin avtomobil üçün 38 min manat pul ödəmişdir, “X10” MMC Səbail Rayon Məhkəməsinə göndərdiyi 06.06.2019-cu il tarixli ərizədə iddiaçının onun qarşısında öhdəliyini tam olaraq yerinə yetirdiyini təsdiq etmişdir (i/v 25). Bu səbəbdən, Kollegiya hesab edir ki, “X10” MMC iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020ci il tarixli, 2(102)-383/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-10456/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məh kəməsi lizinq müqaviləsi bağlanan vaxt lizinq obyekti olan mübahisəli avtomobilə dair əvvəl bağlanmış ipoteka müqaviləsinin qeydiyyata alınıbalınmamasını, həmin ipoteka müqaviləsinin mövcudluğundan iddiaçı X məlumatının olubolmamasını, həmçinin lizinq obyektinin iddiaçıya təhvil verildiyi vaxt həmin avtomobil barəsində yüklülüyə dair iddiaçının onun iradəsindən asılı olmayan səbəblərdən məlumatının olmamasını araşdırmamışdır. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının bağlanmış lizinq müqaviləsi üzrə onun sahibliyinə verilmiş avtomobilə dair ipoteka saxlayana münasibətdə üstün hüquqlara malik olub-olmamasına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5049/2020 nömrəli i ş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2(009)-1410/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ipoteka müqaviləsinə dair hüquqi proseslər barəsində «X10» MMC, X7 və X5 müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan “müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. “Müqavilə azadlığı” prinsipi çərçivəsində «X10» MMC, X7 və X11 tam sərbəst iradəsi ilə hərəkət etmiş, mübahisələndirilən ipoteka müqaviləsini ba ğlamışdır. Mübahisələndirilən müqavilənin digər tərəfi olan Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi mülki qanunvericiliyin (Mülki Məcəllənin 6-cı maddəsi) prinsiplərinə uyğun olmadığı kimi, həm də ədalətli deyildir.

30. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarında da göstərilir ki, “...Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçü n əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır». 31. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etm ək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

32. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-nə və “X10” MMC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

41. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

42. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)

43. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya dah a çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

44. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)

45. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)

46. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

47. Lizinq verənin əmlakına yönəldilmiş üçüncü şəxslərin iddiası lizinq verənin yalnız b u mülkiyyət hüququnun obyektinə lizinq obyektinə münasibətdə aid edilə bilər. İddianın təmin edilməsi nəticəsində lizinq verənin hüquqlarını əldə edənə lizinq verənin lizinq müqaviləsində müəyyənləşdirilmiş həm hüquqları, həm də öhdəlikləri məcburi qaydada keçir.. (maddə 748-8.2) Mülki Prossesual Məcəllə

48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

50. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

51. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab e dir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5049/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar