Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2157/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 və vəkili V15 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) xx.xx.2019-cu il tarixli, 2(001)-**/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi, vəkilə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsi ilə iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-**/2019 saylı qətnaməsinin iddiaçı X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X3 Cavabdeh qarşı “vurulmuş mənə vi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərə görə 30000 manat pul vəsaitinin tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilin xidməti ilə bağlı ödənilmiş 150 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X3 və vəkili V15 qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, 2001-ci ilin iyul ayında qapı-pəncərə düzəldilən sexə taxtadan pəncərə düzəldilməsi barədə sifariş etmişdir. Pəncərəni gətirən usta X5 hərəkətləri, baxışı, onun xoşuna gəlməmiş, sexin sahibindən ustanın dəyişdirilməsini xahiş etmişdir. Lakin sexin sahibi bildirmişdir ki, başqa usta yoxdur. Cavabdeh bir çox hallarda işi yarımçıq qoyub getmiş, günləri uzatmışdır. Pul və evini ələ keçirmək üçün onun haqqında məlumat toplamışdır. Qohumları da ona kömək etmişlər. Cavabdeh cəzasız qalacağına əmin olduqdan sonra iddiaçını evində zorlamış, sonuncu isə utandığından bu barədə keç kimə deməmişdir. Həmçinin, cavabdeh evdə nə görürdüsə “neynirsən bunu, aparım, sənə lazım deyil” demişdir. Çoxlu kərpic, çəkilməmiş taxtaları, divanını aparmış, maşın pulunu da ondan almışdır. 2001-ci ilin sentyabr ayında hamilə olduğunu bilmiş və hamiləliklə bağlı halı pis olmuşdur. Cavabdeh evdə qalan alətlərini aparmağa gələndə, onun hamilə olduğunu bilmişdir. Cavabdeh 3 aydan sonra ona zəng edərək, “Get uşağı abort elətdir, mənə sənin uşağın lazım deyil, biz ocağıq, bizim adımıza lək ə gəlməli deyil" demişdir. Hamiləliyin yeddinci ayında, cavabdeh anasının xəstə olduğu, özü işsiz olduğundan Yevlaxda olduğunu bildirmiş və ona yalvararaq iş tapmağını demişdir. İddaçı birja qəzetində iş tapmış, qabaqcadan pul ödəmiş, öz pasportu ilə cavabdehi işə düzəltmişdir. Cavabdeh iddiaçıya daha zəng vurmamış, işləyərək yaxşı pul qazanmış, firmanın pulunu da ödəməmiş və firma iddiaçıdan pul tələb etmişdir. Cavabdehin təqsiri üzündən əsəb gərginliyi ilə keçirdiyi hamiləliyin doqquz ay tamamına günlər qalanda cavabdeh gəlmiş və həkimə nə qədər pul verecəyi miqdarını soruşmuş, pulu itirəcəyini deyib ondan tələb etmiş, pulu vermədiyi üçün onu təhqir edib getmişdir. 2002-ci ilin may ayının 11-də oğlu X6 dünyaya gəlmişdir. Cavabdeh və onun qohumları oğlunu məhv etmək üçün xəstəxananın işçi ləri ilə əlaqəyə girmiş, uşağın başından zərbə ilə vurmuşlar. Travmalı uşaq reanimasiyaya müalicəyə götürülmüş, iynə və dərman xərclərini iddiaçı ödəmişdir. Xəstəxanadan çıxdığı vaxt “Səndə siflis xəstəliyi var, uşağı bir xəstəxanaya, səni başqa xəstəxanaya göndəririk” deyərək, onu dörd gün əlavə xəstəxanda saxlamışlar. X9 iddiaçıya atılan böhtanla razılaşmamış, onların xəstəxanadan evə getmələrini tələb etmişdir. Evə gəldikdən sonra dispanserdən zəng vurub, onu hədələməyə başlamışlar. Uşağı götürüb dispanserə getmiş, onlar dispanserin göndərdiyi sənədi göstərərək, siflis xəstəsi olduğunu demişlər. Doğuşdan çıxan, travmalı uşaqla, ona stresslər yaşadıblar, köməksiz, körpə və xəstə uşaqla, qan təzyiqi aşağı vəziyyətdə ona psixoloji hücumlar ediblər. 2002-ci ilin avqust ayında iki yerdə qan analizi vermiş, sağlam olmağını təsdiq edən tibbi sənədi bir neçə yerə təqdim etmiş və həkimlər cəzalanmışdır. 2002-ci ilin avqust ayında Elnur evinə gəlib onunla mübahisə etmiş, “Evi sat pulunu mənə ver, mənə bu uşaq lazım deyil, mən evlənirəm” demişdir. Xəstəxanada uşağın başından zədə alması nəticəsində o, maddi zərərə məruz qalmış, həmçinin şərəf və ləyaqətinə ləkə gətirən sözlər yaymaqla ona mənəvi iztirab yaşatmışlar. Cavabdehin onun şərəf və ləyaqətini ləkələməsi nəticəsində o, dəfələrlə stress keçirmiş, sağlamlığı pozulmuş, uşağın məqsədli şəkildə zədə almasına təşəbbüs göstərməsi, uşağın uzun illər müalicə alması, daima cavabdehin təzyiqi və ona iztirab verməsi nəticəsində o, mənəvi zərərə məruz qalmış, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Birinci instansiya məhkəmə si haqsız olaraq iddiaçının iddiasını təmin etməmiş, apelyasiya məhkəməsi də maddi və prosessual hüquq normalarını pozaraq apelyasiya şikayətini təmin etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-***/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə onun xeyrinə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və v əkili V15 qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi məhz mənəvi ziyanın ödənilməsindən ibarət olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh tərəfindən mənəvi ziyana məruz qalmasını sübuta yetirm əlidir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı 2001-ci ildə, yəni iddia verdiyi tarixdən 18 il əvvəl cavabdeh tərəfindən zorlandığını, bunun nəticəsində hamilə olduğunu, hamiləlik dövründə cavabdehin ona təzyiqlər edərək, uşağın tələf etməyə tələb etdiyini, uşaq doğulduqdan sonra həkimlərlə əlbir olaraq uşağa xəsarət yetirməsini, iddiaçının isə dəri-zöhrəvi xəstəliyə düçar olması bəhanəsi ilə cəmiyyətdən təcrid edilməsini və s. qanunsuz hərəkətlərlə ona mənəvi ziyan vurduğunu göstərmişdir. Lakin iddiaçı həmin hərəkətlərin hər hansı birinin həqiqətən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya kollegiyasi iddiaçının mənəvi ziyan tələbi ilə bağlı həmçinin qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Digər tərəfdən iddiaçı ona qarşı edilən yuxarıda qeyd olunan hərəkətlər nəticəsində mənəvi sarsıntıya məruz qaldığı halda, yalnız 18 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini əsaslandıra bilməmişdir. Bunun nəticəsində iddiaçı tərəfindən ümumi iddia müddətləri də buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, i ddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri də apelyasiya şikayətinin dəlilləri ilə, həmçinin iddia ərizəsi ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, iddiaçı iddia tələbini sübut edə bilməmiş, həmçinin 18 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini əsaslan dıra bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilmə z. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)***/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2157/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2157/2020
05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver