Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2158/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: X3 Cavabdeh: “xxxx” KB ASC. İddia tələbi: ipoteka müqaviləsinin sonradan bağlanmış kredit müqavilələrinə münasibətdə bağlanmamış hesab edilməsi barədə. Açar sözlər: İpoteka müqaviləsinin bağlanmamış hesab olunması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Nəcəfov Faiq Əjdər oğlu və cavabdehin vəkili Cabbarov Mirhəsən Miri oğlunun iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Tağıyeva) iddianın təmin edilməsi, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2012-ci tarixli, 40EKİ saylı ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş “İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2015-ci il tarixli Saziş, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə XXX oğlu arasında imzalanan xx xxxx 2017ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə XXXl oğlu arasında imzalanan 26 aprel 2016-cı il tarixli, kos2016-02/01 saylı əlavə kredit müqaviləsi, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə XXX oğlu arasında imzalanan xx xxxxxx 2017-ci il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)14248/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X3 cavabdeh “xxxx” KB ASC-nə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə iddiaçının arasında bağlanmış xx.xx.2012-ci tarixli, 40EKİ saylı ipoteka müqaviləsinin və həmin müqaviləyə edilmiş “İpoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2015-ci il tarixli Sazişin, borcalanla borcverən arasında imzalanan xx xxxx 2017-ci il tarixli, kk-201404 saylı əlavə kredit xətti müqaviləsinə, borcalanla borcverən arasında imzalanan 26 aprel 2016-cı il tarixli, kos-2016-02/01 saylı əlavə kredit müqaviləsinə, borcalanla borcverən arasında imzalanan xx xxxxxx 2017-ci il tarixli, kos 2016-02/01 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” KB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul etməklə, həm də cavabdeh “xxxx” KB ASC-nin mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, ipoteka predmeti məhz kredit öhdəliklərinin təminatı olaraq Banka ipotekaya qoyulmuş və beləliklə Bankın həmin əmlakla bağlı qanuni gözləntisi olmuşdur. Prosessal məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Cabbarov Mirhəsən Miri oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti ilə XXX oğlu arasında xx.xx.2012-ci tarixli, 40EK saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən XXXə 119000 manat məbləğində vəsait 5 il müddətinə əlavə kredit müqavilələri bağlanmaqla xx.xx.2017-ci il tarixədək XXX oğluna kredit verilmişdir. “xxxx” X6 Səhmdar Cəmiyyəti ilə X3 arasında xx.xx.2012-ci tarixli, 40EK saylı İpoteka müqaviləsi bağlanmış, borcalanın öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 750 nömrəli reyestr kitabında 70194 nömrəli vərəqində, reyestr nömrəsi **********34-05301-093013, qe ydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış MN seriyyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X2 məxsus Nəsimi rayonu, X5 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdu. xx xxxx 2015-ci il tarixdə xx.xx.2012-ci il tarixli 40EK saylı Əsas Kredit müqaviləsinə dəyişikliklər edilərək kredit məbləği artırılaraq ******* manat müəyyən edilmiş və həmin tarixdə xx.xx.2012-ci tarixli, 40EKİ saylı İpoteka müqaviləsinə də dəyişiklik edilərək İpoteka müqaviləsinin müddəti xx.xx.2030-cu il tarixədək uzadılmışdır (sənədlər iş materiallarına əlavə edilmişdir). XXX oğlu xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən “xxxx” X6 Səhmdar Cəmiyyəti iddiaçıya zəng vuraraq kreditlərin ödənilməsin i tələb etmişlər. İddiaçı xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə banka ərizə ilə müraciət edərək faizlərin dayandırılmasını borcun məbləği barədə, o cümlədən həmin borcun əsasları barədə məlumat verilməsi xahiş etmiş, lakin bank həmin ərizələrə cavab verməmişdir. xx.xx.2015-ci il tarixdə xx.xx.2012-ci tarixli, 40EKİ saylı İpoteka müqaviləsinə dəyişiklikdən başqa borcalanla borcverən arasında xx xxxx 2017-ci il tarixli, kk-2014-04 saylı əlavə kredit xətti müqaviləsi bağlansa da, bu barədə iddiaçı ilə razılıq olmamışdır. Həmin kredit xətti müqaviləsinə əsasən 55000 ABŞ dolları kredit xətti 16%-lə 24 ay müddətinə açılmışdır. Borcalanla borcverən arasında imzalanan xx.xx.2016-cı il tarixli kos2016- 02/01 saylı əlavə kredit müqaviləsi barədə iddiaçı ilə razılıq olmamışdır. Həmin m üqaviləyə əsasən borc 17% ABŞ dolları ilə 36 ay müddətinə bağlanmışdır. Borcalanla borcverən arasında imzalanan xx.xx.2017-ci il tarixli, kos-2016- 02/01 saylı əlavə kredit müqaviləsi barədə iddiaçı ilə razılıq olmamışdır. Həmin kredit müqaviləsi üzrə isə 21% illik ödəniş olmaqla 24 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. İddiaçı sonradan bağlanmış və müqavilənin əsas şərtləri barədə onun razılığı alınmayan müqavilələrə münasibətdə ipotekanın bağlanmamış hesab olunması iddiasını irəli sürmüşdür. Tələbinin həmin məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5- ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artma sı və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. Həmin qərarın qərar verdi hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qa nununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilirvə bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi ilə bağlı bildirir ki, qeyd olunan qərarda ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunması barədə ifad ə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müqavilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onun üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır. Çünki Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri, və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər, və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların rədd edilməsi üçün əsas ola bilər. Müqavilənin bağlanmamış hesab olunması iddiası mənt iqsizdir. Müqavilə ya mövcuddur, ya da mövcud deyil. Konstitusiya Məhkəməsinin şərhi əslində müqavilənin mövcud olmamasını ehtiva edir. Belə iddialara baxmaq və təmin etmək Mülki Prosessual qanunvericiliyin mahiyyəti baxımından düzgün deyil. İddia etmək-qarşı tərəfdən hansısa hərəkətləri etməyi, və yaxud hansısa hərəkətləri etməkdən çəkinməyin tələb olunmasıdır (iddianın predmeti olmalıdır). Qarşı tərəfdən elə hərəkətin edilməsi və yaxud edilməsindən çəkinməsi tələb olunur ki, həmin hərəkətləri etmək qarşı tərəfin imkanları dairəsində olur. Məsələn, pul verə bilər, aliment ödəyə bilər, müəyyən hüquqları həyata keçirməyə mane olmaya bilər, iş görə bilər, ziyanı ödəyə bilər və.s. Tələb üzrə qətnamə çıxarılır və ona uyğun olaraq müəyyən hərəkətlər edilməsi qət olunur. İpoteka müqaviləsinin bağlanmamış hesab olunması və ümumiyyətlə əqdin bağlanmamış hesab olunması tələbi heç kimə qarşı yönələ bilməz. Kiminsə müqaviləni bağlanmamış hesab etmək səlahiyyəti yoxdur. Müqavilə ya bağlanıb, ya da bağlanmayıb. Müqavilə yoxdursa tələb edən, olmayan (bağlanmayan) müqavilənin törətdiyi məhrumiyyətlərin aradan qaldırılmasını tələb edə bilər. Analoji iddiaların təmin olunması məhkəmələrə qeyri-müəyyən, çoxsaylı iddiaların daxil olmasına rəvac verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasları ilə bağlı yenidən dəyərləndirmə aparılmasına zərurət var. İşə yenidən baxarkən apellyastiya instansiyası ipoteka müqaviləsinin bağlanmamış hesab olunması tələbinin qanuni əsasları ilə bağlı ətraflı qiymətləndirmə apararaq y ekun nəticəyə gəlməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” KB ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-2158/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2158/2020
21.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver