Məhkəmə qərarları › İş №2(102)-2159/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2159/2019

08.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(107)-2219/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək 7390,00 manat əsas borcun, 3316,00 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 10736,00 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 29 avqust 2013-cü il tarixli 1003-L/13 nömrəli və 13 dekabr 2014-cü il tarixli 372-GL/15 nömrəli güzəştli lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Belarus-1221 markalı traktorun, 1 ədəd AG-14-5 markalı kotanın və 1 ədəd TS-24 markalı taxılsəpənin saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 21 iyun 2018-ci il tarixli, 2(063)51/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 29 avqust 2013cü il tarixli 1003-L/ 13 nömrəli və kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 13 dekabr 2014-cü il tarixli 372- GL/15 nömrəli lizinq müqavilələrinin ləğv edilərək, Cavabdeh lizinq müqaviləsi üzrə əsas borca görə 7390 (yeddi min üç yüz doxsan) manat, cəriməyə görə 300 (üç yüz) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 7720 (yeddi min yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ASC-ə ödənilməsi, Cavabdeh 29 avqust 2013-cü il tarixli 1003-L/13 nömrəli və 13 dekabr 2014-cü-il tarixli 372-GL/15 nömrəli lizinq müqavilələri üzrə lizinq obyekti olan 1 (bir) ədəd Belarus-1221 markalı traktor, 1 (bir) ədəd AG-14-5 markalı kotan və 1 (bir) ədəd TS-24 markalı taxıl səpənin saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmı ş ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 145 (bir yüz qırx beş) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2) 01.11.2018-ci il tarixli 2(107)2219/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Ucar Rayon Məhkəməsinin 2(063)-51/2018 nömrəli, 21 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(107)-2219/2018 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona məxsus olan torpaq sahələri qanunsuz olaraq əlindən alındığı üçün texnikaların işləməsində çətinliklər yaranmış, bununla bağlı maddi vəziyyəti pisləşdiyi üçün ödənişlər edə bilməmişdir. Buna baxmayaraq iddiaçının xəbərdarlığından sonra 2000 manat ödəniş etmişdir. Cavabdeh borcunu ödəməkdən boyun qaçırmır, sadəcə maddi vəziyyəti çətinləşdiyi üçün ödəniş edə bilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmayaraq qanunsuz qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə mə hkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər azad surətdə və şərtlərini müəyyənləşdirməklə kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr bağlamışlar və lizinq verən-iddiaçı, tərəflər arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 1003- L/13 nömrəli və 13 dekabr 2014-cü il tarixli 372-GL/15 nömrəli lizinq müqavilələrinə əsasən ümumi dəyəri 19.900 manat olan bir ədəd TS-24 markalı taxılsəpəni, bir ədəd Belarus-1221 markalı traktoru və bir ədəd AG-14-5 markalı kotanı lizinq alanın-cavabdehin mülkiyyətinə vermişdir. Maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 15 avqust 2017-ci il tarixə olan ümumi gecikdirilmiş borcu 7390 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 3316 manat təşkil edir. 13 avqust 2014-cü il tarixli, ASC/2-1987 nömrəli pretenziya məktubu ilə lizinq alana yaranmış borcunu ödəməyəcəyi tədqirdə borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınması və müqavilənin ləğv edilərək texnikanın saz vəziyyətdə geri qaytarılması ilə bağlı məhkəməyə müraciət ol unacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2018-ci il tarixli, 33342 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı və “müqavilələr üzrə ödənişlərə görə cərimənin hesablanması qrafik”inə əsasən 29 avqust 2013-cü il tarixli 1003-L/13 nömrəli və 13 dekabr 2014-cü il tarixli 372-GL/15 nömrəli lizinq müqavilələri üzrə cavabdehin 01 iyul 2017-ci tarixə iddiaçıya olan borcu 10705,69 manat (əsas borca görə 7390 manat, cəriməyə görə 3315,69 manat) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh lizinq müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu, yəni l izinq ödənişini Müqavilənin 5.1.5-ci bəndinin ziddinə olaraq 2 dəfədən artıq ödəmədiyi üçün lizinq müqaviləsinin ləğv edilməsi, lizinq ödənişləri üzrə əsas borcun və cərimə məbləğinin cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin və cərimə məbləğinin ödənilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Eyni zamanda lizinq obyekti olan texnikanın və avadanlıqların istifadəyə hazır vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbini təmin edərkən birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, 1 (bir) ədəd Belarus-1221 markalı traktor, 1 (bir) ədəd AG-14-5 markalı kotan və 1 (bir) ədəd TS-24 markalı taxıl səpənin artıq lizinq götürənin mülkiyyətinə keçməsi hallarına düzgün hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik ) üçün məsuliyyət daşıyır. Lizinq hüquq institutunun mahiyyəti ondan ibarətdir ki, lizinq verən özündə olan və yaxud lizinq vermək üçün üçüncü şəxsdən dəyərini öz vəsaiti hesabına ödəməklə əldə etdiyi əşyanı müəyyən edilmiş lizinq mükafatı müqabilində lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməklə, sonuncunun sahibkarlıq fəaliyyətini maliyyələşdirmiş olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1. 12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır - 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci m addəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.11.2018-ci il tarixli 2(107)2219/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar